63
modeli təkmilləşdirilərkən, beynəlxalq təcürbədə olan
mütərəqqi təcürbədən bəhrənilsədə, lakin burada ölkə-
nin sosial-iqtisadi inkişaf səviyyəsi, inkişaf meyli və
onun perspektiv imkanları qiymətləndirilməli, ölkənin
milli inkişafına və beynəlxalq inteqrasiyasına xas kon-
sepsiya modeli müəyyən edilməli, burada bütün kom-
ponentlər ilk növbədə respsublikanın mənafeləri baxı-
mından müəyyənləşdirilməlidir.
Digər tərəfdən, respublika iqtisadiyyatının mo-
dernləşməsində daha mütərəqqi iqtisadi inkişaf üsulla-
rından istifadə cəhətləri kompleksliyinin ifadəçisi olan
daxili və xarici bazarın formalaşması məntiqini özün-
də ifadə edən inkişaf sürəti əsas götürülməlidir. Bütün
sahələr üzrə tələbata uyğun və milli iqtisadi mənafelə-
rin əlaqələndirilməsi məntiqinə aid mühüm strateji
məhsullar üzrə istehsal texnologiyasının son məhsula
qədər texnoloji ardıcıllığı, başqa digər amil və sahələr
ilə asılılıq dərəcəsi, maddi-texniki təminat səviyyəsi
aşkarlanmalıdır. Hər cür sahibkarlıq formasına dəstək
ardıcıl, ahəngdar və vaxtında olma zərurəti hökmən
nəzərə alınmalıdır. Belə ki, müstəqil ölkəmizin iqtisa-
di inkişaf konsepsiyası milli dövlətçiliyimizin mənafe-
yi baxımından formalaşdırılmalıdır. Bunun üçün milli
mənafelər sistemi isə, geniş mənada cəmiyyətin hər
bir üzvünün, eləcə də iqtisadiyyatıın demokratik, hu-
manist meyllərə söykənməsi tələbatlarını ifadə etmə-
lidir. Hər vasitə ilə neft gəlirlərinin bölüşdürülməsinin
64
şəffaflığı artırılmalı, qeyri-neft sektorunun inkişafına
olan diqqət daha da artırılmalı, makro və mikro səviy-
yədə idarəetmə sistemləri daim təkmilləşdirilməli,
onun sosial yönümlüyü təmin edilməli, bunun üçün
isə ölkənin milli, iqtisadi, ərzaq təhlükəsizliyi daim
diqqətdə saxlanılmalıdır. Bütün bu amillər isə, ilk
növbədə milli dövlətçilik ənənələrinin demokratik,
humanist, sivil səviyyədə inkişafını tələb edir.
Milli iqtisadiyyatın inkişafında payı ilbəil artan
xüsusi sahibkarlıq müəssisələrinə, o cümlədən özəl ki-
çik və orta müəssisələrə maliyyə köməkliyinin göstə-
rilməsində, onların investisiya imkanlarının genişlən-
dirilməsi üçün zəruri şəraitin yaradılmasında dövlət
tərəfindən bir neçə istiqamətdə həyata keçirilməsi zə-
ruri və təxirəsalınmaz olan tədbirlərin gerçəkləşdiril-
məsi, onlar tərəfindən rəqabət qabiliyyətli məhsulların
istehsal edilməsində ciddi sıçrayışa səbəb ola bilər. Bu
isə milli valyutanın alıcılıq qabiliyyətinin güclənmə-
sinə, ölkədə maliyyə sabitliyinin dönməzliyinə, sosial
sahədə isə gərginliyin azaldılmasına müsbət təsir et-
miş olacaqdır.
Köklü iqtisadi və sosial problemləri həll etmək,
respublikamızın milli, iqtisadi təhlükəsizliyinə nail ol-
maq yolunda görülən tədbirlər, müxtəlif məntiqli
proqnozlar şübhəsiz iqtisadiyyatımızda azad sahibkar-
lığın, xüsusiyyətçiliyin tədricən inkişaf etdirilməsini
tələb edəcəkdir. Bu məsələlərin elmli, cəsarətli həlli
65
isə idarə olunmasının nəzəri, metodoloji-praktiki mə-
sələlərinin kompleks həllindən çox asılı olacaqdır. Be-
lə ki, iqtisadiyyatda ənənəvi, inzibati sistemdən bazar
münasibətlərinə keçid müxtəlif ölkələrdə bir sıra ümu-
mi meyllərə malik olub, bir tərəfdən dərin köklü dəyi-
şikliklərin bünövrəsi kimi yeni iqtisadi sistemin for-
malaşması üçün fundamental və etibarlı dayaqlar ya-
ratmışdırsa da, digər tərəfdən bu ölkənin hazırki inki-
şaf istiqamətində makroiqtisadi sabitliyin təməlini
qoymuş proses olmalıdır.
İqtisadi inkişaf modelində texnoloji və sosial yö-
nümlü strateji proqramların hazırlanması, onların hə-
yata keçirilməsi, iqtisadiyyat sahələrində çevik texno-
logiyaların tətbiqinin sürətləndirilməsi, əsas xammalın
əldə edilməsində uzunmüddətli təminatın olması müa-
sir və perspektiv inkişaf məsələlərini müəyyən edən
amillər kimi qəbul edilməlidir. Bu yönümlü strateji
məqamlara nail olunması təbii, əmək, texniki və tex-
noloji ehtiyatlardan bazarın tələblərinə uyğun maksi-
mum şəkildə istifadəni tələb edir. Bunun üçün də aşa-
ğıdakı tədbirlərin həyata keçirilməsi zərurəti yaranır.
Belə ki, bu sahədə avadanlıqların fiziki və mənəvi cə-
hətdən aşınmasının, emal müəssisələrinin tələb olunan
istehsal gücləri ilə təminatı səviyyəsinin müəyyən
edilməsi, müəssisələrin texniki və texnoloji təchizat
imkamlarının məqsədli proqramlar üzrə müəyyən
olunması xüsusi ilə zəruridir. Bununla bağlı isə müəs-
66
sisələrin yeni kadr potensialı ilə təmin edilməsinin ba-
zar konyukturuna uyğun həyata keçirilməsi, lazımi ix-
tisas və peşə sahiblərinin cəlb edilməsinə şəraiti yara-
dılmalıdır. İnkişafı xarakterizə edən və onun bazar
strukturlarına uyğunlaşdırılmasını əks etdirən infor-
masiya bazasının yaradılması da bu qəbildən zəruri
olan məsələlərdəndir.
Hesab etmək olar ki, müasir dövrdə modernləş-
mənin mühüm istiqaməti kimi, qeyri-neft sektoru
üçün müasir tələblərə uyğun olan inkişaf strategiyası
və investisiya proqramlarının hazırlanması vacibdir.
Beləliklə, qeyri-neft sektoru həm ölkə iqtisadiyyatının
şaxələndirilməsi, həm sosial məsələlərin həlli, həm də
regionların inkişafı üçün ən başlıca rol oynayan sahə-
dir. Çünki yeni iş yerlərinin tam əksəriyyəti bölgələr-
də yaradılmaq üzrədir. Belə yanaşma bölgələrin inki-
şafına çox böyük dəstək və köməkdir. Eyni zamanda,
bölgələrdə dövlət investisiya proqramı çərçivəsində
həyata keçirilən, təkmilləşdirilməsi zəruri olan nəhəng
infrastruktur layihələri də qeyri-neft sektorunun və
bütövlükdə sahibkarlığın inkişafına əsaslı təkan mən-
bəyi rolunda çıxış edəcəkdir.
Dövlətin bazar münasibətlərinin ilkin və formalaş-
ma mərhələsində aparıcı və əsas rolu danılmazdır.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı iqtisadi
problemlərin həllinə, bazar münasibətlərinin tam for-
malaşmasına təsir edəcəkdir. Məhz buna görə də iqti-
Dostları ilə paylaş: |