İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   ...   12   13   14   15   16   17   18   19   20

 

 

 



59 

 

milli  iqtisadi  modernləşmə  haqqında  birdən-birə  mü-



kəmməl  fikirlər  yürütmək  şübhəsiz  ki,  çətindir.  Belə 

ki,  milli  iqtisadi  inkişafın  modernləşmə  xətti  strateji 

baxımdan işlənilmiş olsa da o, taktiki baxımdan dün-

yada gedən qloballaşma prosesi ilə bağlı daim təkmil-

ləşdirilməli və inkişaf etdirilməlidir. Bu inkişafın tək-

milləşdirmə amillərini şəxsiyyətin hüquq və azadlıqla-

rının təmin olunmasında, demokratiya xəttinin inkişaf 

etdirilməsində və onun  ardınca liberallaşmanın  sürət-

ləndirilməsində  nəzərdən  keçirmək,  iqtisadi  modern-

ləşmənin məzmununa mərhələli demokratikləşmə ba-

xımdan yanaşmaq xüsusi zərurətdən irəli gəlir.  

Bu  modernləşmə  xəttində,  ilk  əvvəl  iqtisadiyyatı-

mızın  bütün  sahələrinin  yeri  müəyyənləşdirilməlidir. 

Həmin prosesi aydınlaşdırmaq üçün isə, hələlik prose-

sin  öz  mahiyyət  və  məzmun  çalarlarına  diqqət  yetir-

mək zəruri məsələdir. 

Milli  iqtisadi  inkişafın  modernləşməsi  prosesində 

ölkə  iqtisadiyyatında  formalaşan  tələbatlar  sistemi 

müəyyənləşdirməli,  bu  və  ya  digər  dərəcədə  prioritet 

istiqamətlər ortaya qoyulmalıdır. Həm də bu tələbatla-

rın ehtiyatlarla tutuşdurularaq əsaslandırılması cəmiy-

yətdə məcmu təklif və ehtiyatlar məntiqinə söykənmə-

li,  iqtisadi  inkişafın  təkcə  kəmiyyət  tərəflərini  deyil, 

keyfiyyət  cəhətlərini  də  nəzərə  çatdırmaqla  başlıcası 

insanın  özünün  inkişafına  (sosial-mədəni,  təhsil,  mə-

nəvi), azadlığına gətirib çıxartmalıdır.  




 

 

 



60 

 

Ümumilikdə bu modernləşdirmənin müstəsna əhə-



miyyəti,  çıxış  yolu  və  mühüm  prinsiplərindən  biri  - 

ölkədə  insanın  fərd  kimi  və  əhali  qruplarının  maddi 

rifah  hallarının  durmadan  yaxşılaşdırılmasında  ifadə 

olunmalıdır.  Həmçinin,  digər  tərəfdən  təkcə  dövlətin 

iqtisadiyyata  müdaxiləsinin  azaldılması  prinsipi  müt-

ləq  qəbul  edilməməli,  ölkənin  inkişaf  səviyyəsindən 

asılı olaraq o hədd zamanında müəyyənləşdirilməlidir. 

Azərbaycanda  iqtisadi  inkişafın  modernləşdirilməsi  – 

hər bir istehsal və təsərrüfat subyektinin – coğrafi mə-

nada  ərazinin,  sosial-iqtisadi  mənada  isə  xalqın,  mil-

lətin sosial-iqtisadi, psixoloji mənafelərini özündə bir-

ləşdirən,  respublikanın  dövlət  müstəqilliyinin  təmin 

olunması prinsiplərinə söykənən, azad bazar iqtisadiy-

yatının formalaşdırılması əsasında idarə olunan milli, 

sosial-iqtisadi  tərəqqinin  gələcək  strateji  məqsədləri-

nin  əsas  cəhətlərini  özündə  ifadə  etməlidir.  Burada, 

bazar iqtisadiyyatının qurulması heç də məqsəd olma-

malı, milli dirçəlişin və sivil ölkələrin iqtisadi inteqra-

siyasına qovuşmanın yolunda mühüm vasitəyə çevril-

məlidir.  Elə  etmək  lazımdır  ki,  Azərbaycan  nəinki 

Avropanın enerji təhlükəsizliyi amili kimi çıxış etmə-

yə,  həm  də  Şərqdə  təhlükəsizlik  arxitekturasının  for-

malaşmasının mühüm aspektinə çevrilsin. 

Burada əsas prinsiplərdən biri respublikanın inki-

şafının milli mənafe prinsiplərinə uyğun konkret tarixi 

şərait çərçivəsində bütövlükdə müstəqilliyə milli, iqti-




 

 

 



61 

 

sadi,  ərzaq  təhlükəsizliyinə  söykənən,  iqtisadiyyatın 



geniş  təkrar  istehsalı  baxımından  qarşılıqlı  əlaqədə 

olan  sahələrin  xüsusi  və  ümumi  mənafelərinin  uzlaş-

dırılması,  onların  qarşılıqlı  iqtisadi  münasibətlərinin 

son  nəticəyə  görə  bazar  tələblərinə  uyğun  qurulması, 

qabaqcıl ölkələr səviyyəsinə yüksələrək, sivil və nor-

mal həyat tərzi üçün əsas yaratmalıdır. 

Ümumiyyətlə isə, bazar münasibətləri sistemi iqti-

sadi  quruculuğun hələlik yeganə zəruri şərti olsa da, o 

avtomatik  şəkildə  qurulmur  və  ya  həyata  keçirilmir. 

Həmçinin,  bazarın  xislətindən  doğan  bir  sıra  sosial-

iqtisadi ziddiyyətlərin aradan qaldırılması  mexanizm-

lərin ardıcıl, elmli, düşünülmüş şəkildə həyata keçiril-

məsini tələb edir. Belə ki, bazar sosial-iqtisadi, mənə-

vi  “bəlalar”  doğuran  meydana  yox,  istehsal  amilinə 

çevrilməlidir. Bir sözlə bu cəmiyyətdə yox, iqtisadiy-

yatda qurulmalıdır, əks təqdirdə anarxiya qaçılmazdır. 

Bu isə mürəkkəb və həllini tələb edən elə bir prosesdir 

ki,  o  ilk  əvvəl  mülkiyyət  münasibətlərinin  modifika-

siyasını, transformasiyasını dövlət mülkiyyətinin özəl-

ləşdirilməsini, ciddi elmli idarəçiliyi tələb edir. 

İnkişaf etmiş ölkələrdə iqtisadi inkişaf prosesləri-

nin  öyrənilməsi,  Azərbaycanın  iqtisadi  yüksəlişində 

onlardan bəhrələnmək çox mühüm əhəmiyyətə malik-

dir. Nəzər yetirilərsə şübhəsiz, hazırda yüksək inkişaf 

yoluna qədəm qoymuş və artıq öz inkişaf modelləri ilə 



 

 

 



62 

 

məşhur olan ölkələrin də bazar iqtisadiyyatına keçdik-



ləri yol keşməkeşli və mürəkkəb olmuşdur.  

İqtisadi  inkişafın  modernləşdirilməsi  prosesində 

bu prinsiplər respublika iqtisadiyyatının kompleksliyi, 

normal regional inkişaf və bütövlüyü baxımından işlə-

nilməli,  hər  sahənin  öz  yeri  müəyyənləşdirilməldir. 

Həmçinin, digər sahələrdə geniş təkrar istehsalın gedi-

şi və onun inkişaf sürəti müəyyənləşdirilməlidir. Eyni 

zamanda  bu  sahələrin  inkişaf  prinsipləri,  eləcə  də 

perspektivləri (dünya təcrübəsinə də arxalanaraq) elm-

li şəkildə hazırlanmalıdır. Digər tərəfdən isə respubli-

ka  iqtisadiyyatında  sivil  idarəetmə  sisteminin  özünə-

məxsus  xüsusiyyətlərini  nəzərə  almadan,  bu  prosesi 

düzgün qavramaq mümkün deyildir. 

 

Respublikada iqtisadi inkişafın modernləşdirilmə-



si  prosesi  digər  ölkələrdə  olduğu  kimi,  iqtisadiyyatın 

da idarə olunmasına yeni baxımdan yanaşılmanı tələb 

edir.  Lakin  respublikada iqtisadiyyatın  idarə  olunma-

sının xüsusiyyətlərini doğuran amillər çoxşaxəlidir və 

onları  nəzərə  almadan  gələcək  idarəetmənin  prinsip-

lərini də düzgün müəyyənləşdirmək qeyri – mümkün-

dür.  Bütün  bunları  qəbul  etmədən    hazırlanacaq  hər 

hansı  bir  idarəetmə  strukturunda  və  konsepsiyasında 

süni surətdə başqa ölkənin inkişaf modelinin götürül-

məsi və ya istifadə olunması gözlənilən nəticələri ver-

məyəcəkdir. “Azərbaycan 2020: gələcəyə baxış” inki-

şaf  konsepsiyasına  uyğun  ölkə  üçün  iqtisadi  inkişaf 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə