42
ittifaqlarının yaradılmasına və onların işlək im-
kanlarının mövcudluğuna şərait yaratmaq;
-
iqtisadiyyatın daha səmərəli və məqsədyönlü
fəaliyyətini təmin etmək məqsədilə, bu sahədə
dövlətin zəruri və keyfiyyət amillərinə söykən-
miş inzibatı nəzarət formalarını tətbiq etmək.
Üçüncü istiqamət iqtisadiyyatda struktur dəyişik-
lərində innovasiya texnologiyalarının inkişafına meyl-
liyin güclənməsi ilə bağlı olmalıdır, burada aşağıdakı
amillər öz əksini tapmalıdır:
-
milli innovasiya sisteminin formalaşmasında,
burada bütün zəruri elementlər təcəssüm olma-
lıdır. Belə ki, ali təhsil sisteminin elmi tədqiqat-
lara inteqrasiyası, bu sahədə əsaslı nəticələr ve-
rən tədqiqatlar aparılması. Həmçinin, bu istiqa-
mətdə iqtisadiyyatın tələbatına uyğun fəaliyyə-
tin təşkili üçün çevik və səmərəli tənzimləyici
mexanizmi yaratmaq, injinirinq biznesini, inno-
vasiya infrastrukturunu, intelektual mülkiyyət
bazarını və institutunu formalaşdırmaq, təkmil
elmi-texniki və innovasiya tədbirlərinin stimul-
laşdırılması mexanizmini müəyyən etmək;
-
Azərbaycan Respublikasının beynəlxalq bazar-
larda mövqeyini möhkəmləndirən güclü elmi-
texniki kompleksi yaratmaq, bu bazarlarda milli
məhsulların rəqabət qabiliyyətini təmin etmək,
elmin və iqtisadiyyatın perioritet istiqamətləri
43
üzrə tədqiqat və araşdırmaların əhatə dairəsini
genişləndirmək;
-
iqtisadiyyat sahələrində rəqabət qabiliyyətli-
liyini artırmaq üçün dövlət-özəl sektoru əmək-
daşlığı mexanizimində daha səmərəli metodlar-
dan istifadə etmək, milli müəssisə və təsərrüfat
subyektlərinin uzun müddətli investisiya cəlbi
imkanlarını təkmilləşdirmək, bu subyektlərin
yüksək ixtisaslı və peşəkar mütəxəssislər, me-
necerlər, işçi heyyəti ilə təmin olunması üçün
əlverişli mühit yaratmaq, ixrac bazasının artırıl-
masına zəruri yardım göstərmək, milli bazarın
qorunması üçün dünya təcürbəsində mövcud
olan imkanlardan istifadə etmək;
-
kənd təsərrüfatı və emal sənayesinin məhsulu-
nun ixracını təmin edən potensial imkanları
müəyyənləşdirmək və istifadə etmək, bu sahədə
ekoloji cəhədən beynəlxalq standartlara cavab
verən məhsulların həcmini əsaslı şəkildə artır-
maqla, onların rəqabət qabiliyyətini yüksəlt-
mək.
Dördüncü istiqamətdə xarici iqtisadi əlaqələri da-
ha da genişləndirmək, ölkənin beynəlxalq əmək böl-
güsündə iştirakının səmərəli yollarını müəyyən etmək
əsas amil kimi çıxış edir. Müvafiq tədbirlərin həyata
keçirilməsi məqsədilə aşağıdakıların nəzərə alınması
xüsusi zərurətdən irəl gəlir:
44
-
Azərbaycanın iqtisadi inkişafında müqayisəli
üstünlüklərin imkanlarını dəqiqləşdirərək, qlo-
bal təsirləri nəzərə alıb, xarici bazarlarda iştirak
səviyyəsini qiymətləndirmək və onun artırılma-
sı yollarını konkretləşdirmək, ölkəyə səmərəli
şərtlərlə və ucuz kapitalın, yüksək texnologiya-
ların və peşəkar mütəxəssislərin cəlbi üzrə
tədbirlər sistemini hazırlamaq;
-
ölkənin Avropa və Asiya bazarlarına tədricən
iqtisadi inteqrasiya istiqamətlərini həyata keçir-
mək, inkişaf etmiş və inkişaf etməkdə olan qa-
baqcıl dövlətlərlə birgə iqtisadi fəaliyyətin təş-
kili üzrə zəruri mexanizm yaratmaq, Azərbay-
can məkanında zəruri beynəlxalq maliyyə baza-
rının formalaşmasına nail olmaq;
-
beynəlxalq maliyyə və iqtisadi institutlarla,
mərkəzlərilə qarşılıqlı və səmərəli əməkdaşlıq
əlaqələrini genişləndirərək, ölkədə davamlı iqti-
sadi inkişafı təmin etmək, ölkə iqtisadiyyatının
uzun müddətli qlobal dəyişkənlik dövründə də
gözlənilən risklərin minimum səviyyədə olma-
sına nail olmaq.
Beşinci istiqamətdə iqtisadi inkişafın yeni ərazi,
məkan modelini yaratmaq əsas kimi çıxış edir:
- regionlarda sosial-iqtisadi inkişaf üzrə çevik
fəaliyyət mərkəzləri yaratmaq, burada təkmil
45
enerji, kommunal, nəqliyyat və digər infrastruk-
tur sahələrini təkmilləşdirmək;
-
regionlarda iqtisadi inkişaf üçün vacib olan
ərazi-istehsal klasterlərini inkişaf etdirmək, bu-
rada fəaliyyət göstərən müəssisələrin rəqabət
qabiliyyətli məhsullar istehsal etmək, xidmətlər
göstərmək potensialını gücləndirmək;
-
regionlarda sosial siyaəti bərabər səviyyədə hə-
yata keçirmək, burada yaşayan insanların həyat
səviyyəsində olan qeyri-mütənasibliyi tamlıqla
aradan qaldırmaq;
-
regional inkişaf və onun idarəetmə sisteminin
strateji perioritetlərini müəyyənləşdirmək, bu
ərazilərin inkişafında kompleksliliyi və balans-
lılığı təmin etmək;
-
regionlarda məhsuldar qüvvələrin yerləşdiril-
məsində məqsədyönlülüyü və inkişafın səmərə-
liliyini nəzərə almaq;
-
həmin ərazilərdə idarəetmə, iqtisadi və inzibatı
məsuliyyət normalarının təkmil və effektiv əsas-
larda qurulmasına, bələdiyyələrin bu sahədə ya-
xından iştirakına nail olmaq, regional maliyyə-
ləşmə imkanlarını əsaslandırılmış tələbə uyğun
olaraq müəyyənləşdirmək.
“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf kon-
sepsiyasında qeyri-neft sektorunun inkişaf istiqamət-
ləri nəzəri və praktiki cəhətdən aydın və konkret əsas-
Dostları ilə paylaş: |