38
tün bu amillər aşağıdakı müsbət meyllərin əldə olun-
masına öz təsirini göstərəcəkdir:
-
cəmiyyətdə neqativ demoqrafiq meyllərin qarşı-
sının alınması, əhalinin sayında nəzərdə tutulan
stabilliyin yaranması və onun artım imkanları-
nın yüksəlməsi, ölkədə həyat tərzinin getdikcə
yaxşılaşması;
-
əmək haqqı sistemində səmərəli metodların tət-
biqi, onun davamlı artımı üçün əlverişlı şəraitin
yaradılması - bütün bu amillərin əmək məhsul-
darlığının artım tempi və işçi qüvvəsinin key-
fiyyət göstəriciləri ilə əsaslı şəkildə əlaqələndi-
rilməsi;
-
əmək bazarının səmərəli tənzimləmə mexaniz-
minin yardılması, bu bazarda rəqabət mühitinə
yönəlmiş sistemin formalaşması;
-
işçi – həmkarlar təşkilatı – işə götürən və dövlət
arasında hüquqi, iqtisadi cəhətdən əsaslandırıl-
mış əməkdaşlıq sisteminin qurulması;
-
əmək haqqına uyğun olaraq pensiya təminatının
artırılması, pensiya təminatı sisteminin beynəl-
xalq standartlara müvafiq qurulması, təqaüdə
çıxmış insanların normal təminatlı həyat səviy-
yəsinin yaradılması;
-
ölkədə beynəlxalq tələblərdən geri qalmayan
keyfiyyətli təhsil, tibb və digər xidmətlərin alın-
masına nail olunması;
39
-
ölkədə mədəniyyət sahələrinin inkişafını daha
yüksək səviyyədə təmin etməklə, milli dəyərləri
qorumaqla (bərpa etməklə), bu sahədə insanla-
rın mənəvi dünya görüşünün müasir vasitələrlə
genişlənməsinə nail olunması;
-
industrial iqtisadiyyatın davamlı inkişafına xas
olan məqsədli kütləvi təhsil sisteminə keçmək,
əhali üçün sosial innovasiya meylli və fərdilik
nəzərə almaqla, geniş təhsil şəbəkəsini yarat-
maq, dünya elminin nailiyyətlərindən milli elm-
də istifadə etmək, şəxsiyyətin yaradıcılıq qabı-
liyyətlərinin inkişafında sosial məsuliyyəti artır-
maq və bu sahədə əlverişli mühit yaratmaq;
-
ölkədə sosial, iqtisadi və kommunal infrastruk-
turun inkişafına nail olmaq, əhalinin mənzil
təminatının səmərəli həlli yollarını formalaş-
dırmaq;
-
imkansız insanların, yaşlı nəslin, əlillərin məq-
sədli və ünvanlı zəruri təminatının, sosial – iq-
tisadi rifahının səmərəli yollarını müəyyən et-
mək;
-
Azərbaycan xalqının mədəni və mənəvi dəyər-
lərinin qorunub saxlanmasının və inkişafının
iqtisadi, hüquqi mexanizmini təkmilləşdirmək;
-
idman, bədən tərbiyyəsi və turizmin daha geniş
inkişafına nail olmaqla, onların kəmiyyət, key-
fiyyət göstəricilərinin yüksəldilməsini təmin et-
40
mək, əhalinin və ölkəyə gələn şəxslərin bu
sahələrin imkanlarından geniş istifadə etməsi-
nin əlyetərliyi mexanizminini formalaşdırmaq;
-
ölkədə ətraf mühitin sağlamlaşdırılmasını inki-
şaf etdirməklə, əhalinin yaşayış tərzinin artma-
sında ekoloji amillərin təsirini gücləndirmək;
-
cəmiyyətdə krimenogen vəziyyəti minimum
həddə endirməklə, əhalinin maarifləndirmə sə-
viyyəsini artıran tədbirlərin sayını yüksəltmək;
-
əmək resurslarının peşəkarlıq və ərazi cəhətdən
mobilliyini yüksəltmək, əmək-peşə mədəniyyə-
tini artırmaq üçün zəruri standartlar hazırlayıb,
qəbul etmək, əmək və sahibkarıq fəaliyyətində
işgüzarlığın və fəaliyyətin səmərəliliyini artıran
dəyərləri müəyyənləşdirmək.
İkinci istiqamətdə institutsional mühitin və sahib-
karlıq fəaliyyətinin inkişafı, iqtisadi artıma təsir edə-
cək amillərin, bazarda rəqabət qabiliyyətinin yüksəl-
dilməsi kimi aşağıdakı məsələlərə xüsusi diqqət yeti-
rilməlidir:
-
yüksək rəqabət mühitini təmin edəcək insti-
tutsional mühit yaratmaq, sahibkarlıq fəaliyyə-
tində fəallığa və daha səmərəli yollarla kapital
cəlbinə meylli mexanizmi formalaşdırmaq;
-
iqtisadiyyatda açıq və gizli lüzumsuz inhisar
mühitini aradan qaldırmaq, bazarda sağlam rə-
41
qabət mühitinin yaradılması üçün bütün imkan-
lardan istifadə etmək;
-
vergi sisteminin tətbiqində beynəlxalq standart-
lara keçidi təmin etmək, inkişafa mane olan
vergi yükünü daha səmərəli formalarla əvəz et-
mək, müasir texnologiyalar tətbiq etməklə, pe-
şəkar işçi və mütəxəssis heyətini cəlb etməklə
istehsal məsrəflərini aşağı salmaq;
-
yeni və müasir sahibkarlıq növlərinin və müəs-
sisələrin yaradılmasına və fəaliyyətinə dəstək
olmaq, onların işini stimullaşdırmaq;
-
dövlətin iqtisadi siyasəti və mülkiyyət hüququ-
nun qorunması hesabına sahibkarlıq və investi-
siya riskini aşağı salmaq, maliyyə institutlarının
fəaliyyətini genişləndirmək və ölkədə makro-
iqtisadi sabitliyi qorumaq;
-
müəssisə və təsərrüfatların uzunmüddətli maliy-
yə resurslarından istifadə imkanlarını genişlən-
dirmək, kapital və yığımın transformasiyasını
və istifadəsini təmin edən maliyyə və digər ba-
zarların səmərəli fəaliyyət mexanizmini təkmil-
ləşdirmək;
-
özəl sektorda təsərrüfatlar arası müqavilə müna-
sibətlərini ciddiləşdirmək, onların fəaliyyətində
şəffavlığın yüksədilməsi mexanizmini müəyyə-
ləşdirmək, sahibkar qruplarının, sahəvi sahibkar
Dostları ilə paylaş: |