ayrıca kilsə və monastırları olan etnik qruplar idilər.
İstanbul arxiyepiskopu Fransada nəşr etdirdiyi kitabını
I Cahan savaşı ərəfəsində yazmışdı. O, Avropanın
diqqətini ona yönəldirdi ki, erməni adı altında giz-
lənən cürbəcür xristian icmaları birləşdirib, Türkiyəni
içəridən dağıtmaq lazımdır. Belə də oldu. Ermənilərlə
eyni məzhəbdə olan xristian etnik qruplar tədricən
erməniləşdilər və Türkiyəni içəridən sarsıtdılar.
Favstos Buzand (IV əsr) yazır ki,
Çor vilayətinin
başçısı Quqark hakimi ilə birlikdə çar Arşaka qarşı
çıxdı və onlar birlikdə Şapuxun (Sasani şahı Şapurun)
yanına getdilər (Фавстос Бузанд 1953. 123). Deməli,
çorların quqarların qonşuluğunda yerləşən vilayəti
gürcülərin iddia etdikləri kimi Çurtav yox, Çor ad-
lanmışdır. Musa Xorenli də çorların yaşadıqları qala
və dərəni Çurtav yox, Çor adlandırır (Хоренский
1893. 113, 247). Gürcülər qıpçaq mənşəli tav-dağ, zir-
və sözünü və Elam-akkad yazılarından qalma -eli
şəkilçisini (Анчабадзе 1959. 193; Меликишвили
1960, 378) salnaməçinin soyadına sonradan artırıblar.
Yunan dilli mənbələrdə də şəhərin adı Çortav yox,
Çordur. Çor etnonimi yunanca zuar kimi səslənir.
(Тревер 1959. 276).
L.M.Meliksetbekov belə hesab edir ki, Çor və
Çurtav eyni şəhərdir. O zaman Albaniyanın Ereti
mahalında salınan Çor şəhəri Xram çayı boyunda, in-
diki Bolnisi rayonunun Arıxlı kəndinin yerində idi
(Меликсетбеков 1939. 3-4; Чуртавели 1978. 46).
Ər Şuşanın və Bars xanın zamanında Çor şəhəri
əsasən Tiflisə yox, Bərdəyə bağlı idi. Belə olmasa,
Bars xan Çora gedə bilməzdi (Чуртавели 1978. 64,
76). Eftalitlərin İrana basqını zamanı Qorq Aslanın
övladları bir müddət Çora sahib ola bildilər. Çünki bu
zaman Aran hakimi tabeliyində olan qoşunu götürüb,
sasanilərə köməyə getmişdi.
Sonrakı gürcü
mənbələrində
Çor şəhərinin
adı Çortav,
Uruz şəhərinin
adı Rustavi kimi
yazıldı.
Amışqa
kəndinin
sakinləri
deyirdilr ki, biz
erməni deyilik.
Beyrəklə Selcan
xatunun xristian
övladlarıyıq.
Tarixi coğrafiyamıza aid tədqiqatlarda çox za-
man Çor şəhər, kənd və qalaları bir-biri ilə dəyişik
salınır. Belə çıxır ki, Çor şəhəri bir neçə yox, bir
olmuşdur. Əslində çorların Xəzər dənizinin şərqində
bir, Cənubi Qafqazda üç yaşayış məskəni olmuşdur.
Ata Çikiyev yazır ki, çorlar V əsrin əvvəllərində
Xəzər dənizinin şərqində güclü dövlət yaratmışdılar.
Onların basqınlarının qarşısını almaq üçün sasanilər
Qorqan keçidini istehkam tikərək bağladılar (Джики-
ев 1961. 12).
Çorların dövləti dağılandan sonra onların bir
qolu xəzərlərin yanına getdi. Bir hissəsi indiki Türk-
mənistanın Atrek çayı boyunda, Qorqan və Dehistanda
yurd saldı (Касумова 2005. 46).
Sasanilərin zamanında Azərbaycanın və İranın
xeyli hissəsi türk idi. Onlar I Xosrovun zamanında
abxazlarla alanların arasına köçürüldülər (Касумова
2005. 46).
Çorlar da həmin tayfalardan biridir. Onlar Dər-
bənd keçidini qorumaq üçün Beşbarmaq dağı ilə
Dəmir qapı arasına köçürülmüş, buradan Albaniyanın
və İberiyanın başqa vilayətlərinə yayılmışlar. Bəzi
gürcü
tarixçilərinə görə, çorlar İberiyada özlərinə kiçik
bir mahal yaratmışdılar (Амиранашвили 1956. 11).
Q.Ə.Qeybullayevə görə, Çor knyazlığı Beşbar-
maq dağı ilə Dərbənd arasında yerləşmişdir (Гей-
буллаев 1975. 36). Nikita Emin Musa Xorenlinin ki-
tabının 1893-cü il nəşrinə izahında yazır ki, erməni
tarixçilərinin əsərlərindəki Çoq və ya Çor qapısı Dər-
bənddir (Хоренский 1893. 261).
Əldə olan mənbələrin tədqiqi göstərir ki,
Q.Ə.Qeybullayevin Çor qapısının yeri ilə bağlı fikri
daha dəqiqdir. Musa Xorenli onu da qeyd edir ki, çor
eyni zamanda tayfa adıdır (История Армении 1893.
113, 247, 297).
Çorlar V əsrdə
Balkan
dağlarında
güclü dövlət
yaratmış,
sasaniləri
qorxuya
salmışdılar.
Çorları ərəblər
Sul, yunanlar
Zuar, ermənilər
Çoq
adlandırırdılar.