Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

85 
 
Nadir bəy hər ikisilə  əl-ələ verib görüşür və Humayın ruhunu oqumaq için 
gözlərinə diqqət edər. 
S ə l t ə n ə t (Nadir bəyə). Xoş gəldiniz, səfa gətirdiniz, əfəndim! 
(Sandaliyəyə oturur). 
Na d i r b ə y . Doğrusu, sizləri ziyarət etdiyim için kəndimi pək bəxtiyar sanırım. 
S  ə l t ə n ə t . Əskik olmayın,  əfəndim, (Təəssürlə). Ah, lakin Cəmil bəyin 
xəstəliyi... 
Na d i r b ə y . Hiç məraq etməyin, inşallah keçər, gedər. 
S ə l t ə n ə t . İnşallah, bəyim, inşallah! Nadir bəy (Humaya). Niçin böylə ayaqda 
duruyorsunuz? 
Humay. Rahatsız etmək istəmiyorum. 
Na d i r b ə y . Burada rahatsız olacaq kimsə yoq... Humay (yaralı bir ahu baqış ilə 
Cəmilə doğru baqdıqdan sonra mütəəssir bir halda Nadir bəyə). Müsaidənizlə, 
əfəndim... 
Bəypolad (Humaya). Otursan a!.. Pəki gedib də yalnız başına nə yapacaqsın? 
Nadir bəy (Humaya nazikanə). Rica edərim. Nasıl arzu buyurulsa... 
Humay. Təşəkkür edərim. 
S ə l t ə n ə t . Haydı, yavrum, sən get, şimdi biz də gəliyoruz... Humay məhzun və 
düşüncəli bir halda çıqar. 
Na d i r b ə y . Doğrusu, Cəmilin bu halda bulunması bütün ailənizi mütəəssir 
etmiş desəm, xəta etməmiş olurum. 
B ə y p o l a d. Onda şübhəmi var, əfəndim? 
S ə l t ə n ə t . Ah, hələ Humay! Hələ Humay!.. Zavallı qızcığaz xəstənin xəstəsi 
olmuş... Nə yediyi bəllidir, nə içdiyi... Bir çocuq belə yüzünə baqacaq olsa, biçarənin 
çəkdiyi əzabları, keçirdiyi sıqıntıları anlamaqda əsla güclük çəkməz. Hətta Cəmili bu 
halda görməmək için, xəstə yatalı bəri odasına girməyə belə cəsarət edəmiyor. 
Na d i r b ə y Bu, təbii bir haldır. Insanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, 
könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. 
Cəmil bəy (sayıqlar). Of... Gəl!.. Gəl.. (Gülüşəbənzər bir tərzdə, arası 
kəsilməksizin). Ha-ha-ha-ha-ha-ha... 


86 
 
Hər üçü Cəmilə doğru baqıb düşünürlər. 
S ə l t ə n ə t (qalqaraq Nadir bəyə). Bəlkə Cəmili rahatsız ediyoruz, əfəndim, daha 
eyisi, o biri odaya keçəlim. 
Na d i r b ə y . Nasıl istərsəniz... 
B ə y p o l a d. Əvət, gedəlim, bir qədəh qəhvə içəlim, həm də bu xüsusda bir az 
ətraflıca qonuşalım. 
Na d i r b ə y . Daha eyi... (Səltənət ilk öncə sofadan keçib gedər, Bəypolad ilə 
Nadir də onu izlər. Nadir bəy sofada Bəypoladın qolundan tutaraq). Müsaidənizlə, 
əfəndim, sizə xüsusi bir-iki söz soracayım? 
B ə y p o l a d. Söylə, bəyim!.. 
Na d i r b ə y . Humay birisinə nişanlımı? 
B ə y p o l a d. Əvvəlləri öylə bir şey var kibi idi, fəqət şimdi, xayır... 
Nadir bəy (düşünür). 
B ə y p o l a d. Lakin bu sual nədən icab ediyor? 
Na d i r b ə y . Bilirmisiniz? Bən Cəmilin xəstəliyi haqqında başqa 
şeylər hiss ediyorum. 
B ə y p o l a d. Nasıl? 
Na d i r b ə y . Ehtimal ki, diqqət etdiniz, bən Cəmili gördüyüm zaman pək 
müztərib idim... 
B ə y p o l a d. Əvət. 
Na d i r b ə y . Lakin o, sayıqlarkən: “Vəfasız mələk! Ah, cənnət quşu!” – der-
deməz halını dəyişdi. 
B ə y p o l a d. Əvət, pək doğru... 
Na d i r b ə y .  İştə, bən Cəmilin xəstə olmaqdan ziyadə, eşq divanəsi olduğuna 
hökm ediyorum. 
Bəypolad (heyrətlə). Fəqət  şimdiyə qadar biz onun ağzından öylə bir şey 
duymadıq... 
Na d i r b ə y . Əfəndim! Dərin bir eşq, həqiqi bir məhəbbət daima dilsizdir... 
B ə y p o l a d. Bilməm!.. Lakin o kimi sevə bilir? 
Na d i r b ə y . Zənn edərsəm, Humayı... 
B ə y p o l a d. Nasıl?... Humayımı? 
Na d i r b ə y ... Əvət... hətta deyə bilirim ki, Humay da onu seviyor, fəqət ortada 
incə bir mani var;  İştə onu kəşf edəmiyorum. 
Bəypolad (kəskin bir tevrlə).  Əmin olunuz ki, Cəmilin sağalması için, nə mani 
rast gəlsə kökündən qaldırmağa hazırım, kaş ki, dediyiniz kibi olsa? 


87 
 
Na d i r b ə y . Zənn edərsəm yanılmıyorum, çünki bir ay əvvəl Cəmildən aldığım 
bir məktubda “Humay cənnət quşudur” – deyə yazıyordu. Şimdi öylə sayıqlaması da 
apaçıq işin həqiqətini anlatdı. 
B ə y p o l a d. Bilməm... Bəlkə də öylədir... 
Na d i r b ə y . Humay isə,  şimdi buraya gəldiyi zaman doğru Cəmilə baqmaq 
istəmiyordu, lakin ruhunda pək dərin bir iztirab var idi. 
Onun xəstəliyinə, fəlakətinə  kəndisi səbəb olmuş kibi, böyük bir vicdan əzabı 
keçiriyordu... 
B ə y p o l a d. Əvət... Əvət!.. 
Na d i r b ə y . Sonra yaralı bir ahu nasıl baqarsa,  İştə o da, Cəmil bəyə öylə 
baqdı. Nihayət, burada dayanamıyacağını düşünərək dərhal getmək istədi. 
 
Bu sırada səhnənin işığı yavaş-yavaş azalır. 
 
Cəmil bəy (sayıqlayaraq). Humay! Humay!.. ah... nerəyə gediyorsun? Hər ikisi 
heyrətlə dinlər. 
Na d i r b ə y . İştə! Eşidiyormusunuz? 
B ə y p o l a d. Eşidiyorum, əvət, eşidiyorum. 
Na d i r b ə y . Bəncə bu məsələnin həllinə tez baqmalı, yoqsa... 
B  ə y p o l a d. Gedəlim,  əfəndim,  şimdi Cəmilə südünü içirmək için Humayı 
Səltənətlə bərabər göndəririz, həmşirəm hər ikisinə diqqət edib işi anlar. 
Na d i r b ə y . Siz bilirsiniz, əfəndim, lakin Humay ilə Cəmilin yalnız bulunması 
bəncə daha eyi... çünki, eşq, öksüz bir çocuq kibi daima yalnızlıqdan xoşlanır. 
B ə y p o l a d. Zərər yoq... Səltənət sofada bəklər. 
 
Gedərlər. 
 
Cəmil bəy (yataqdan qalqar. Pəncərədən üfüqləri seyrə dalaraq təlaş ilə). 
Gəliyor...  İştə  gəliyor. Bana doğru gəliyor... (Təbdili-tevrilə). Ah, Humay! Gözəl 
mələk... Yanaqlarını gətir öpəyim də, şəfa alayım... Dodaqlarını ver əməyim də, həyat 
bulayım.  Lütf  et  də, sevda pərisi kibi qucağıma gəl... Qəhr et də, ölüm mələyi kibi 
yatağıma gəl!.. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə