Hüseyn caviD



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə2/65
tarix28.06.2018
ölçüsü1,34 Mb.
#51961
1   2   3   4   5   6   7   8   9   ...   65

10 
 
İ z z ə t 
 
Kim bilir! Bəlkə hiç o yoqdur evdə. 
 
(Bu sırada qarmon səsi eşidilir.) 
 
O r x a n 
 
İştə qarmon səsi! Odur əlbəttə. 
Odur, o!.. Baq, nasıl ruhlu bir çalğı? 
 
İ z z ə t 
 
Əvət, məhzun gönül, məhzun musiqi. 
Orxan 
Ah, qız nə qız! Sultanlara layiqdir, 
Fəqət zalım Qanpolada aşiqdir. 
Hər gün xəbər tutar gedib-gələndən, 
Onun adı bir an düşməz dilindən. 
Zavallı! Kəndi hüsnündən xəbərsiz, 
Bilmiyor ki, eşqində divanəyiz! 
Bilməm ona nasıl dərd anlatmalı, 
Yalnız yalvarmalı, ya qorqutmalı. 
Kəndisi arqasız, yoqsuldur gərçi 
Lakin o qızda bir böyüklük var ki, 
Hər zaman rast gəlsəm ruhum sarsılır, 
Dilim söz söyləməkdən aciz qalır. 
 
İz z ə t 
 
Orxan, sən bir yigidsən! Düşün bir az
Billah, bu hal sana əsla yaraşmaz. 
 
O r x a n 
 
Pəki nə yapmaq gərək? 


11 
 
İ z z ə t 
 
Bıraq varsın, 
Qız kəndisi gəlsin sana yalvarsın. 
Orxan 
Xayır, bu iş mümkün deyildir haşa! 
Bən dərdimi açıb da başdan-başa 
Eşqimi söylərim, riza göstərsə 
Xoşbaxt olur... 
 
İ z z ə t 
 
Büsbütün rədd edərsə? 
 
Orxan 
 
Qəm yemə, Orxan pək də aciz deyil. 
(Qarmonun səsi kəsilir) 
Haydı, İzzət, susdu qarmon, sən çəkil! 
İzzət dörd-beş adım çəkilir. 
 
O r x a n 
 
(Qayət hiddətli) 
 
İnan ki, alt-üst eylərim aləmi
İsmət Orxanı rədd edər, öyləmi?! 
Allah şahid, bana olmazsa dəmsaz, 
Bu topraqda ondan bir iz də qalmaz. 
Yaşar dağlar başında qartal kibi, 
Qoşar səhralarda bir maral kibi. 
Bəndən başqa bulunmaz bir ənisi... 
Zərər yoq, gəlsə gəlsin nişanlısı; 
Gəlsin Qanpolad, qarşı qoysun bana, 
İsmət ya qİsmətdir bana ya ona. 


12 
 
Bu sırada İsmət dışarı çıqar. 
 
O r x a n 
 
Aman, nə yosma qız! 
 
İ z z ə t 
 
Ah!.. 
 
O r x a n 
 
Çəkil, çəkil! 
 
(İzzət çəkilir, Orxan kəndi-kəndinə) 
 
Yazıq! Əsla qızın könlü şad deyil, 
Allah, Allah! Həm dalğın, həm də məhzun. 
Bir baqışda eylər insanı məcnun. 
 
(İsmətə doğru) 
 
Aman, yarəbb, İsmət, İsmət! 
 
İsmət 
 
(Orxanı görüncə heyrətlə) 
 
Ah, Orxan! 
 
O r x a n 
 
Nə var, nə yoq? 
 
İsmət 
 
Çoq şükür, Qanpoladdan 
Bu gün bir məktub gəldi... 
 
O r x a n 
 
Nerdə Səlma? 


13 
 
İsmət 
 
Qomşudadır, şimdi gəlir... 
 
O r x a n 
 
Pək ə’la, 
Fəqət niçin? 
 
İsmət 
 
Getmiş mollayı bulsun, 
Məktubu oqutsun, xatircəm olsun. 
 
O r x a n 
 
Pəki, evdə kim var? 
 
İsmət 
 
Kimsə yoq... 
 
O r x a n 
 
     (Əlini İsmətin omuzuna qoyaraq) 
 
İsmət! 
 
Allah əsirgəsin, nədir bu halət? 
Bət-bənizin solmuş, çöhrən dəyişmiş
Qolay sanma, deyil bu sadə bir iş. 
 
İsmət 
 
(Geri çəkilərək) 
 
Əvət doğru, fəqət məraq, intizar 
Bir az sıqmış bəni... 
 
O r x a n 
 
Qərib halın var! 
Qanpolad getsin qürbətdə sürünsün, 
Sən burda ancaq sol, qayğı çək, düşün! 


14 
 
İsmət 
 
Lakin təhəmmüldən başqa çarə nə? 
 
O r x a n 
 
Yazıq İsmət, yazıq!.. Sənin hüsnünə 
Bənim kibi binlərcə aşiq varkən... 
 
İsmət 
 
Ah, sus, Orxan, sus! 
 
O r x a n 
 
Allahın sevərsən, 
Söylədiyim sözlər yalanmı? Söylə! 
Söylə, İsmət, yalanmı? Bir fikr eylə 
Bütün Dağıstanda var bir şöhrətim, 
Yüksək dağlardan böyükdür həşmətim
Hürmətim, İzzətim, varım, sərvətim, 
Nəslim, nəcabətim, gücüm, qüdrətim. 
Günəş kibi parlayorkən, fəqət bən 
Yalnız məftunum sana, ah, yalnız sən!.. 
 
İsmət 
 
Orxan! Yetər, yetər... 
 
O r x a n 
 
İsmət, bir düşün! 
Səndən başqa bir düşüncəm yoq bu gün. 
Bütün qızlar əsir ikən eşqimə, 
Bən sənin eşqində batmışım qəmə. 
Səbrim tükənmiş, taqətim kəsilmiş
Huşum, əqlim uçmuş, uyqum çəkilmiş. 
Səndə əsla mərhəmət yoqmu? 
 
İsmət 
 
(Barmağındakı yüzüyü göstərərək, hiddətlə) 
 


15 
 
Orxan! 
İştə barmağımda gördüyün nişan 
Qanpoladdan bir yadigardır bana, 
Ömrüm olduqca bağlıyım bən ona. 
 
O r x a n 
 
Bir yüzükdənmi eylərsən ihtiraz? 
 
İsmət 
 
Əvət, bu bir zəncir ki, hiç qırılmaz. 
 
O r x a n 
 
İsmət, onun hiç bir mə’nası yoqdur, 
O bir boş xəyaldır, səni qorqudur. 
Yüzük, nişan yalnız gönüldür, gönül! 
Olma çocuq... Sən gəl bana ver gönül! 
Yarın atlanıb bu köydən çıqalım, 
Yigit kimsə, qarşı çıqsın baqalım. 
 
(Kəndi-kəndinə heyrətlə) 
 
Allah, Allah, yenə çatıldı qaşlar! 
Dəhşət verir qartalvari baqışlar! 
 
(İsmətə) 
 
Söylə, fikrin nədir? Cavab ver, İsmət! 
 
İsmət 
 
(Usanmış və sinirli bir halda) 
 
Artıq yetər, Allah için, çəkil get, 
Hürmətin, İzzətin, varın, şöhrətin, 
Nəslin, nəcabətin, gücün, qüdrətin 
Həp sənin olsun, get, çəkil get, Orxan! 
Bən ayrılmam o yoqsul Qanpoladdan. 
Bütün dünya alt-üst olub dağılsa, 
Ondan başqa sevdiyim yoqdur əsla! 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə