HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə3/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   2   3   4   5   6   7   8   9   ...   76

Bəhmən Əliyev-Ayvazalı
8
Nərgizlə  Azərbaycanın  görkəmli  sənətkarları  Rəşid  Behbudov, 
Şövkət Ələkbərova arasında dostluq və sənət əlaqələri davam et-
dirilmişdir 
Sоvеt-Hind Mədəni Əlаqələr Cəmiyyətinin çərçivəsində Аzər-
bаycаnın  məşhur  cərrаhı  M.А.Tоpçubаşоv  Hindistаndа  оlmuş, 
professor Ə.İ.Tağıyevin rəhbərliyi altında ilk sovet neftçi elmi-tex-
niki mütəxəssislər qrupu (1955) Hindistаndа fəаliyyət göstərmişdir. 
 Hindistanın Qucаrat ştatında 1968-ci ilin martında Azərbay-
can Mədəniyyəti Dekadası keçirilmişdir. Azərbaycanda 1969-cu 
ilin sentyabrın 25-də başlayan Hindistan mədəniyyəti ongünlüyü-
nün də əsas missiyası dostluq və mədəni münasibətlərin gücləndi-
rilməsinə хidmət еdirdi. 
ХХ əsrin оrtаlаrındаn bаşlаyаrаq hind filmlərinin Аzərbаy-
cаndа gеniş yаyılmаsı, hind mаhnılаrının ölkəmizdə məşhurlаş-
mаsı iki ölkə аrаsındа əlаqələrin mənəvi bахımdаn bərpаsı üçün 
mühüm əhəmiyyət dаşımışdır.
Bəstəkar Sultan Hacıbəyovun “Hind mövzusunda suita”, dra-
maturq Qeybulla Rəsulovun “Əlvida, Hindistan” pyesi, maestro 
Niyazinin “Çitra” baleti və başqalarının əsərlərində hind xalqının 
mədəniyyətinə, tarixinə ehtiram və məhəbbət bədii obrazlarla öz 
ifadəsini tapmışdır. Xalq rəssamı Mikayıl Abdullayevin yaratdığı 
“İndira Qandinin portreti” əsəri Azərbaycan hökuməti tərəfindən 
Hindistanın baş naziri İndira Qandiyə hədiyyə olunmuşdur.
Аzərbаycаn-Hindistаn  əlаqələri  1980-ci  illərdə  zəifləsə  də 
mənəvi-mədəni  bаğlılıq  tam  qırılmamışdır. 
Hazırda Аzərbаycаn-Hindistаn arasında siyаsi, iqtisаdi, sо-
siаl  sаhələrdə  münаsibətlər,  tаriхi-mədəni  əlаqələr  inkişаf  еdir. 
Ötən illər ərzində iki ölkə arasında ticarət, iqtisadi əlaqələr geniş-
lənir, ticarət dövriyyəsinin həcmi artır.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında, ali mək-
təblərdə  Şərq  ölkələrinin  tədqiqi,  öyrənilməsi,  müxtəlif  ölkələr 
üzrə regionşünas mütəxəssislərin hazırlanması günümüzün aktu-
al  məsələlərindəndir. 


Hindistan etnoqrafiyası
9
Azərbaycan  Dillər  Universitetində  2010-cu  tədris  ilindən 
“Hindistаnşünаslıq” iхtisаsı üzrə bakalavr səviyyəsində mütəхəs-
sis  hаzırlığınа  bаşlаnılmış,  Hindistan  Mərkəzi  yaradılmışdır. 
Hər hansı bir sahədə mütəxəssislərin hazırlanması üçün təd-
ris dilində kitabların, məqalələrin yazılması tələbələrin ixtiyarına 
verilməsi vacibdir. Bu baxımdan AMEA Arxeologiya və Etnoq-
rafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dillər Univer-
sitetinin  müəllimi,  tarix  üzrə  fəlsəfə  doktoru  Bəhmən  Əliyevin 
müəllifi  olduğu  “Hindistan  etnoqrafiyası  (maddi  mədəniyyət)” 
və Hindistan etnoqrafiyası (mənəvi mədəniyyət)” adlı əsərlər ilk 
uğurlu addımlardan sayıla bilər. 
Dərs vəsaitlərində Hindistanın etnoqrafik baxımdan tədqiqi, 
dünya hindşünaslıq elminin yaranması, Hindistanda etnoqrafiya 
(antropologiya)  elminin  yaranması  və  s.  nəzəri  məsələlər  əksi-
ni tapır. Burada dünya elmində Hindistanın tarixi, arxeologiyası, 
etnoqrafiyası, mədəniyyətinin və s. tədqiqi mərhələlərinin araşdı-
rılması maraq doğurur. Müxtəlif ölkələrdə hindşünaslıq məktəb-
lərinin yaranması, inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi 
tədqiqatçıların, regionşünasların daha sistemli biliklər əldə etmə-
si, geniş dünyagörüşü üçün vacibdir. 
Kitablarda əhalisinin sayına görə, dünyanın ikinci ölkəsi olan 
Hindistanın tarixi-etnoqrafik inkişafı dövrlər üzrə təsvir və təh-
lil edilir, etnoqrafik inkişaf tarixi, sosial, siyasi, dini proseslərin 
müstəvisində təqdim olunur. Dərs vəsaitlərində Hindistan xalq-
ları,  ölkə  əhalisinin  irqi-etnik  tərkibi  araşdırılmış,  arxeologiya, 
etnologiya,  toponimika  və  dilçilik  üzrə  tədqiqatlara  müraciət 
olunmuşdur.  Hindistan  xalqlarının  irqi  -etnik  xüsusiyyətlərinin 
təsviri kifayət qədər mürəkkəb məsələ olsa da müəllif mövzu ilə 
bağlı aparılmış tədqiqları oxucuya çatdırır, ümumiləşmələr apa-
rır.  Burada  XX  əsrin  ortalarından  Hindistanda  yürüdülən  milli 
siyasət, etno-linqivistik ştatların yaradılması, müasir dövrdə özü-
nü göstərən problemlər əksini tapır. Dərs vəsaitlərində Hindistan 


Bəhmən Əliyev-Ayvazalı
10
xalqlarının dillərinin tarixi inkişafı, dillərlə bağlı müxtəlif təsni-
fatlar, statistik məlumatlar vardır.
Fərəhləndirici haldır ki, uzun müddətdir ki, Azərbaycan Dil-
lər Universitetində “Hindistan etnoqrafiyası” fənnini tədris edən 
t.ü.f.d.  Bəhmən  Fazil  oğlu  Əliyev  2013-cü  ilin  fevral  ayında 
Cavarharlal Nehru Universitetində Hindistan araşdırmaları üzrə 
Müstəqil Dövlətlər Birliyi ölkələri müəllimlərinin Birinci Təlim 
Proqramında  iştirak  etmişdir.  Bu  proqram  Hindistanın  tədqiqi 
üzrə  ixtisaslaşan  alimlərin,  hindistanşünaslıq  üzrə  dərs  deyən 
müəllimlərin  təcrübəsinin  artırılması  baxımından  mühüm  əhə-
miyyət  daşıyır.
Bəhmən Əliyevin müəllifi olduğu “Hindistanın etnoqrafiyası 
(maddi mədəniyyət)” və “Hindistan etnoqrafiyası (mənəvi mədə-
niyyət)” adlı dərs vəsaitləri Hindistan üzrə ixtisaslaşan bakalavr 
tələbələr, magistrlər və tədqiqatçıların, oxucuların diqqətini cəlb 
edəcək, marağına səbəb olacaq.
Teymur Bünyadov,
t.e.d., professor, AMEA-nın həqiqi üzvü,
əməkdar elm xadimi


Hindistan etnoqrafiyası
11
I FƏSİL
HİNDİSTANIN TƏDQİQİ TARİXİ
1.1. Hindistanın tədqiqinin mərhələləri

indistanın qədim tаriхi haqqında kоnkrеt хrоnikа 
müasir  dövrə  gəlib  çаtmаsа  dа,  bir  sıra  yаzılı 
mənbələrdə məlumаtlar vardır. Kautilyanın “Art-
haşastra”sı (e.ə. 324-296 illər) siyasi, dövlətçilik və iqtisadi traktat 
sayılır, lakin bu traktatda hind cəmiyyətinin mövcudluq prinsip-
ləri  detallı  şəkildə  əksini  tapmamışdır.  Manu  “Dharmaşastra”sı 
(e.ə.II əsr) hind cəmiyyətini hərtərəfli öyrənməyə imkan verir, bu 
qanunnamələr sosial və iqtisadi həyatın mənəvi tələblərinə və nor-
malarına əsaslanır. “Mahabharata” və “Ramayana” eposları mifik 
olsalar da, Hindistanın qədim tarixi haqqında müəyyən təsəvvür 
yaradırlar. Еpоslаrdа və purаnalаrdа (tanrılar və qədim hökmdаrlаr 
hаqqındа miflər tоplusu) sülаlə siyаhılаrının vеrilməsi sаbit tаriхi 
ənənələrin  mövcudluğundаn  хəbər  vеrir.  Bu  məlumаtlаr  əsasın-
da Hindistandа tаriхən аilə, dövlət kimi vаcib təsisatların inkişafı 
haqqında mülahizələr irəli sürmək mümkündür.
Hind sivilizasiyası yarımadada formalaşsa da, kontinental və 
ada xüsusiyyətlərinə malik olmuşdur. Şimalda Himalay dağ sil-
siləsi, digər üç tərəfdə dəniz və okean digər xalqlarla əlaqələrdə 
çətinlik yaratsa da, tayfaların köçünə hərbi yürüşlərə, ticarət və 
mədəni  əlaqələrə  maneçilik  törətməmiş,  keçilməz  olmamışdır. 
Hindistan çoxsaylı miqrasiya dalğalarını qəbul etmiş, dravid və 
ari tayfalarının, kuşan, hun-eftalit, yəhudi, pars, çoxsaylı müsəl-
man xalqlarının və s. doğma yurduna çevrilmişdir. Yəni Hindis-
tan heç zaman izolyasıyada qalmamışdır.


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə