Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   ...   6   7   8   9   10   11   12   13   14

 

37

 Torpaqlarımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi 



bütövlüyünü qorumaq ən  şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan 

vətəndaşının borcudur. 

 

٭٭٭ 


 

Mən hesab etmirəm ki, bizim xalqımız aciz xalqdır. Mən hesab etmirəm ki, bizim xalqımız bütün 

xüsusiyyətlərinə görə ermənilərdən, erməni xalqından gücsüz xalqdır. Mən belə hesab etmirəm. Güman 

edirəm ki, siz də belə hesab etmirsiniz. 

 

٭٭٭ 


 Azərbaycanın mərd, igid oğulları, vətənpərvər insanları, respublikamızın müstəqilliyini, suveren-

liyini, ərazi bütövlüyünü qorumuş, qoruyub saxlamaq üçün mübarizə etmiş və canlarını qurban vermişlər. 

 

٭٭٭ 


 Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss 

etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır. 

 

٭٭٭ 


 

Şəhidlər Vətənini sevən əsl Azərbaycan gəncləri olublar. 

 

٭٭٭ 


 Yenə  də Azərbaycanın müstəqilliyi çox təhlükə altındadır. Bunu hər bir vətənpərvər adam, 

millətini, xalqını sevən hər bir azərbaycanlı bilməli, dərk etməli və Azərbaycanın müstəqilliyinin daimi, 

dönməz olması üçün səy göstərməlidir. 

 

٭٭٭ 



 Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq  ənənənləri bu gün, 

müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır. 

 

٭٭٭ 


 Azərbaycanın hər bir vətəndaşı işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə 

qalxmağa hazır olmalıdır. 

 

٭٭٭ 


 Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyə-

timizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən 

anlatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycanlılıq 

hissini yüksəldərik. 

 

٭٭٭ 


 Bizim 

hamımızın bir vətəni var — bu Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq — bu 

Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər güşəsi hər birimiz üçün müqəddəs yerdir! 

 

٭٭٭ 



 Bütün 

Azərbaycan xalqı adından bəyan edirəm ki, torpaqlarımızın müdafiəsi uğrunda  şəhid 

olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır. Onların qəhrəmanlığı, 

şəhidliyi Azərbaycan Ordusunun əsgərləri üçün böyük örnək olacaqdır. 

 

٭٭٭ 


 

Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan 

müharibədir! 

 

٭٭٭ 



 Azərbaycanlılar! Azərbaycan Respublikasının bu gününü və gələcəyini qoruyun! 

 

٭٭٭ 



 Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır! 

 

 




 

38

 Milli 



azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun 

canlanması lazımdır. 

 

٭٭٭ 


 

Hər bir vətəndaş Vətənimizin, xalqımızın taleyi ilə yaşamalıdır! 

 

٭٭٭ 


 

Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır! 




 

39

 



 

ÖZÜ HAQDA 

 

 

 



Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, 

Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıra-

cağam. Buna da nail olmağa çalışıram və çalışacağam. 

 

٭٭٭ 



 

Mən çox böyük sınaqlardan keçmiş bir adamam və  həyatımı da özümə yox, xalqıma həsr 

etmişəm. 

 

٭٭٭ 



 

Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır. 

 

٭٭٭ 


 

Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Başçılıq et-

diyim dövlətdə, mən özüm üçün başqa bir mükafat görmürəm. 

 

٭٭٭ 



 Demokratik 

prinsiplər həyatımın, fəaliyyətimin əsasını təşkil edir. 

 

٭٭٭ 


 

Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub 

saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, 

amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli 

çəkdiyi nümayəndələri ilə birlikdə edə bilərəm. 

 

٭٭٭ 



 

Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, 

xalq üçün yaşamışam, insanlar üçün yaşamışam. Bu gün də bu fikirlərlə yaşayıram. 

 

٭٭٭ 



 Bu 

siyasəti mən ona görə apara bilirəm ki, bu mənim iradəmdir, bu mənim həyatımın məqsədidir, 

mənasıdır. 

 

٭٭٭ 



 Azərbaycan Prezidenti kimi şəxsən mən Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə 

götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz. 

 

٭٭٭ 


 

Mən dəfələrlə demişəm... Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. 

Bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını 

doğrultmaqdan ibarətdir. 

 

٭٭٭ 


 

Mən nikbinəm, hesab edirəm ki, xalq, millət, Azərbaycan vətəndaşları - biz hamımız birlikdə bu 

çətinliklərin öhdəsindən gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan 

sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz. 

 

٭٭٭ 


 

Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər onunla 

mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir 

prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram. 

 

 



 

40

 



Mən öz üzərimə, dediyim kimi, böyük məsuliyyət götürmüşəm. Məsuliyyət də ondan ibarətdir ki, 

dövlətimizi möhkəmləndirim, onun müstəqil bir dövlət kimi yaşamasını  təmin edim və Azərbaycan 

xalqını birləşdirim. 

 

٭٭٭ 



 Azərbaycanın belə bir dağılan vəziyyətində, parçalanan vəziyyətində mən Azərbaycana gəlib bir 

məqsəd daşımışam — Azərbaycanı bu fəlakətdən xilas edim, parçalanmaqdan xilas edim. 

 

٭٭٭ 


 

Mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur! 

 

٭٭٭ 


 Azərbaycanın dövlətçiliyini qorumaq üçün, Azərbaycanda yaranmış bu ictimai-siyasi sabitliyi 

qorumaq üçün mən bütün imkanlardan indiyə  qədər istifadə etdiyim kimi, bundan sonra da istifadə 

edəcəyəm və heç kəs də xam xəyala düşməsin, heç kəs başqa fikirlərə düşməsin. 

 

٭٭٭ 



 

Mən bu gün bir daha o anları, o dəqiqələri, o saatları, o gərgin gecəni və oktyabrın o işıqlı günəs 

şüaları ilə işıqlanmış Bakını yadıma salıram. Əmin idim ki, xalq mənim səsimə səs verəcəkdir. 

 

٭٭٭ 



 Heç 

kəs iradəmi sındıra bilməz! 

 

٭٭٭ 


 

Mən Yeni Azərbaycan Partiyası ilə  bərabərəm və partiyanın bugünkü vəziyyətini görərkən çox 

sevinirəm və hesab edirəm ki, Yeni Azərbaycan Partiyası yaşayacaq və fəaliyyət göstərəcəkdir. 

 

٭٭٭ 



 Ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, and içəndə də mən 

təkcə Azərbaycanın  ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara 

müraciət etdim. Bildirdim ki, respublikanın bu ağır dövründə  hər bir azərbaycanlı, damarlarında 

azərbaycanlı qanı axan hər bir insan gərək Vətənin bu gününə yansın, münasibətini bildirsin, kömək etsin. 

 

Mən demokratiya tərəfdarıyam! 



 

٭٭٭ 


 

Mənim həyatım xalqa mənsubdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyə-

cəyəm. 

 

٭٭٭ 



 

Mən bu böyük yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə 

ona xidmət göstərim. 

 

٭٭٭ 



 

Mən şeirə də, mahnıya da çox hissiyyatlı adamam. 

 

٭٭٭ 


 

Mənim qapım ziyalılar üçün açıqdır. 

 

٭٭٭ 


 

Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övlad-

larım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq! 

 

٭٭٭ 



 

Bir prezident kimi mən hər bir vətəndaşın təhlükəsizliyinin, hüquqlarının qorunmasının 

təminatçısıyam! 



 

41

 



 

GÖRKƏMLİ ZİYALILAR HAQDA 

 

 



 Görkəmli  şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya 

nümayiş etdirirlər. 

 

٭٭٭ 


 Dünya 

təcrübəsi göstərir ki, yubileyin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya 

qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi 

hörmət və ehtiramı bildirmək deməkdir. 

 

٭٭٭ 


 

Biz Füzuli kimi dahilərin yaradıcılığından bəhrələnərək mədəniyyətimizin yeni böyük abidələrini 

yaratmalıyıq. 

 

٭٭٭ 



 

Məhəmməd Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq eyni zamanda bütün 

türkdilli, türksoylu xalqlara, bütün türk, islam dünyasına mənsubdur. 

 

٭٭٭ 



 Füzuli 

Azərbaycan  şeirinin,  Şərq  şeirinin  ən yüsək zirvəsinə çatmış  və onun yaratdığı  şeirlər, 

onun poeziyası, poemaları, qəzəlləri, qəsidələri, rübailəri 500 ildir insanlara böyük mənəvi ruh verir. 

 

٭٭٭ 



 Füzuli 

öz 


əsərləri, yaradıcılığı ilə özünə yenilməz bir heykəl, abidə yaratmışdır... Bu mənəvi 

abidədir. Bu abidə bütün fırtınalardan, küləklərdən, zəlzələlərdən, bütün müharibələrdən, döyüşlərdən, 

vuruşlardan keçərək yaşayır, günü-gündən yüksələrək zirvələri fəth edir. 

 

٭٭٭ 



 Füzuli 

bütün 


əsərlərində insanları  sədaqətə, etibarlılığa, ata-anaya, Vətənə, torpağa, eşqə, 

məhəbbətə öz ülvi duyğularına sədaqətə dəvət etmişdir. 

 

٭٭٭ 


 

Füzuli öz dövrünün həyatını  əks etdirərək, öz mühitindən qida alaraq yaratdığı  əsərləri uzaq 

gələcəyə istiqamətləndirmişdir. 

 

٭٭٭ 



 

Biz bu gün də, gələcəkdə də öz həyatımızda, öz işimizdə Füzulinin yaratdığı mənəvi dəyərlərdən 

istifadə edərək xalqımızı xoşbəxt gələcəyə aparacağıq. 

 

٭٭٭ 



 

Şah İsmayıl (Xətai) görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirmiş insandır. 

 

٭٭٭ 


 

Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, 

böyük siyasi xadimdir. 

 

٭٭٭ 



 

Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, 

publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. 

 

٭٭٭ 



 

Əsrimizin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim 

üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır. O bizə ilham verir, bizə güc verir, sürətlə irəli getməkdə, 

xalqımızı bugünkü vəziyyətdən çıxartmaqda bizə kömək edir. 

 

 



 

42

 



Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını 

əhatə etmək mümkün deyildir. 

 

٭٭٭ 


 

Cəlil Məmmədquluzadə yaradıcılığı Azərbaycanın mənəviyyatını, mədəniyyətini,  ədəbiyyatını 

dünyaya nümayiş etdirən və xalqımızın nəyə qadir olduğunu göstərən böyük bir sərvətdir. 

 

٭٭٭ 



 

Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə,  əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq 

fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. 

 

٭٭٭ 



 Xalqımızın milli şüurunun formalaşmasında məhz "Molla Nəsrəddin" jurnalının və Mirzə Cəlilin 

fəaliyyətinin rolu misilsizdir. 

 

٭٭٭ 


 Biz 

Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, eyni 

zamanda böyük ictimai xadim kimi, böyük siyasətçi kimi yanaşmalıyıq. 

 

٭٭٭ 



 "Ölülər"  əsəri haqqında mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər, 

buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər bö-

yük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını və özünəməxsus 

fikir istedadını əks etdirir. 

 

٭٭٭ 


 

Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni 

zamanda ümumbəşəri dəyərləri  əks etdirən fikirlər bizim milli ideologiyanın  əsasıdır və  həmin 

ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. 

 

٭٭٭ 


 

Cəlil Məmmədquluzadə dahi insandır... Hesab edirəm ki, bəşər tarixində "Ölülər" kimi bir 

mövzuda  əsər yaranmayıbdır... bu cür psixoloji bir mövzu, bunun kəşf edilməsi doğrudan da Cəlil 

Məmmədquluzadənin nə qədər dahi adam olduğunu göstərir. 

 

٭٭٭ 


 Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız 

ondan istifadə edəcəkdir. 

 

٭٭٭ 


 Hüseyn 

Cavidin 


yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. 

 

٭٭٭ 



 Hüseyn 

Cavidin 


əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə  ədəbi baxımdan deyil, həm də 

fəlsəfi, elmi baxımdan lazımdır... 

 

٭٭٭ 


 Hüseyn 

Cavidi 


Şərqin  Şekspiri adlandırırlar. Ancaq onu, bəlkə  də Höte ilə müqayisə etmək 

düzgün olardı.  Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin Cavid Şekspirdən də yüksək səviyyəyə 

qalxmış bir adamdır. 

 

٭٭٭ 



 

Hüseyn Cavidin "İblis"i heç də Hötenin "Faust"undan geri qalmır. Ancaq biz belə inciləri lazımi 

qədər qiymətləndirə bilmirik. 

 

٭٭٭ 



 Cavidin 

bütün 


yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə 

qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. 




 

43

 Üzeyir 



Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, 

vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya 

korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur. 

 

٭٭٭ 



 Üzeyir 

Hacıbəyovun əsərlərinin ictimai-siyasi və mənəvi məzmunu böyük əhəmiyyət kəsb edir. 

Bəstəkarın  əsərlərinin hamısında insan azadlığı, insanın paklığı, səmimiliyi, insanların bir-birinə 

münasibəti tərənnüm edilibdir. 

 

٭٭٭ 


 Böyük 

Hacıbəyovun yaratdığı "Arşın mal alan" əsəri dahi bir əsərdir, mədəniyyətimizdə çox 

görkəmli yer tutmuş əsərdir. 

 

٭٭٭ 



 

"Şah  İsmayıl" operasının böyük əhəmiyyəti təkcə  sənət  əsəri olmaqla bitmir. Müslüm 

Maqomayev bu mövzuya sadəcə olaraq bəstəkar. incəsənət xadimi kimi deyil, azərbaycanın tarixini gözəl 

bilən bir insan kimi müraciət etmişdir. Onun by mövzuya müraciət edərək belə gözəl opera yazmasının 

incəsənət üçün əhəmiyyəti böyükdür, həmçinin böyük tarixi, siyasi əhəmiyyəti var. 

 

٭٭٭ 



 O 

illər (sovet dövrü - red.) mədəniyyətimizdə,  ədəbiyyatımızda, elmimizdə böyük şəxsiyyətlər 

yetişdiribdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev kimi dahi bəstəkarlarımız yeni əsərlər yaratmışlar. 

Cəfər Cabbarlı kimi dahi yazıçımız Azərbaycan xalqına böyük ədəbi töhfələr vermişdir.  Ədəbiy-

yatımızda Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov kimi böyük şəxsiyyətlər 

yetişmişdir. Alimlərimiz — Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Yusif 

Məmmədəliyev, Mirzə İbrahimov, bir çox başqa alimlər 1945-ci ildə ilk dəfə Azərbaycanın böyük elmini 

bir yerə yığıb Elmlər Akademiyası yaratmışlar. Bunların hamısı o çətin, ağır illərin eyni zamanda, böyük 

nailiyyətləridir. 

 

٭٭٭ 



 

Moskvada böyük bir dövlətin yüksək sənaye kompleksinin elmi-texniki şurasının rəhbəri Yusif 

Məmmədəliyevin - azərbaycanlının, Azərbaycan xalqının nümayəndəsinin olması  təkcə Yusif 

Məmmədəliyev üçün deyil, həm də bütün Azərbaycan xalqı üçün iftixar hissi doğururdu. 

 

٭٭٭ 


 Ayrı-ayrı alimlər öz əsərləri ilə tanınır. Amma elmi təşkil edənlər, elmi inkişaf etdirənlər öz 

əsərlərindən savayı, xidmətləri ilə də tanınır və qiymətləndirilir. (akad. Y. Məmmədəliyev haqda - red.) 

 

٭٭٭ 


 Yusif 

Məmmədəliyev öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına 

böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir. 

 

٭٭٭ 



 Yusif 

Məmmədəliyev öz fitri istedadı, fədakarlığı, vətənpərvərliyi ilə qısa bir müddətdə dünyada, 

xalqımızın arasında, respublikamızda görkəmli yer tutub və tarixi şəxsiyyətlərdən birinə çevrilmişdir. 

 

٭٭٭ 



 Xalqımız Yusif Məmmədəliyev kimi şəxsiyyətlərlə tanınır və fəxr edir. 

 

٭٭٭ 



 

Səməd Vurğunu biz təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda böyük bir ictimai-

siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. 

 

٭٭٭ 



 

Vahid böyük bir xəzinədir. Siz bu xəzinənin bir neçə laylarını göstərdiniz.  



 

Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə