15
- İstismar qazma işləri başa çatdırılan Bibiheybət yatağındakı 3742, 3743 nömrəli
quyulardan gündəlik 2-3 ton neft hasilatı alınmış və “Bibiheybət” NQÇİ-nin balansına
təhvil verilmişdir;
- Struktur-axtarış qazma işləri başa çatdırılan Süleyman-Axtarma sahəsindəki 104
nömrəli quyuda üç intervalda perforasiya işləri aparılmış və hər intervaldan orta
gündəlik hasilat 0,2-0,3 ton neft və 1 nömrəli quyuda üç intervalda perforasiya
işləri aparılmış və hər intervaldan orta gündəlik 8-15 min m
3
qaz hasilatı alınmış və
Ə.Əmirov adına NQÇİ-nin quyuların mənimsəmə fonduna təhvil verilmişdir;
- Babək sahəsində aparılmış mühəndis-geoloji işlər nəticəsində sahənin dəniz dibi
relyefi və dənizin dərinliyi öyrənilmişdir;
- Qoşadaş-Ağburun-Qərbi Abşeron sahələrində aparılmış işlərin nəticəsində
sahələrin tektonik qırılma pozulmaları, qaz çıxışları, qazla doyumlu sahələr, layların
yatım formaları, strukturların tağ və tağ ətrafı zonaları dəqiqləşdirilərək xəritəyə
alınmışdır. Sahələrin dəniz dibi relyefi və dənizin dərinliyi öyrənilmişdir.
Elmi-tədqiqat və tematik işlər Geofizika və geologiya İdarəsi («Geofizika»
ETİ və «Kompleks geoloji kəşfiyyat və topoqrafiya» İdarəsi) tərəfindən 2010-cu il
ərzində 21 mövzü üzrə, o cümlədən 16 elmi-tədqiqat və 5 tematik işlər aparılmışdır.
Elmi-tədqiqat işlərindən (icraçı «Geofizika» ETİ) 9-u «Azneft» İB-nin sifarişi və 7-si
Geofizika və geologiya İdarəsinin tapşırığı əsasında aparılmışdır. Hesabat ilində 10
mövzü üzrə elmi-tədqiqat işləri tamamlanaraq müdafiə olunmuş sifarişçi təşkilatlara
müvafiq qaydada təhvil verilmiş və 6 mövzu üzrə işlər davam etdirilir.
«Azneft» İB-nin sifarişi əsasında 5 mövzü üzrə tematik işlər aparılmış və işlər
tamamlanmışdır (icraçı «Kompleks geoloji kəşfiyyat və topoqrafiya» İdarəsi).
II. Аxtarış-kəşfiyyat qazma işləri
2010-cu ildə axtarış-kəşfiyyat qazma işləri Azərbaycan Respublikasının quru və
dəniz sahələrində (neft- qaz yataqlarında və perspektivli strukturlarda) ARDNŞ-nin
öz gücü ilə və xarici şirkətlərlə birlikdə aparılmışdır.
Ümumılıkdə axtarış-kəşfiyyat qazma işlərini beş sahədə - quruda Bəyimdağ-
Təkçay sahəsində, dənizdə isə Pirallahı adası yatağında, Bulladəniz yatağında,
Ümid strukturunda və Şahdəniz yatağında 12025m həcmində həyata keçirilmişdir.
Cari ildə ARDNŞ öz gücü ilə dənizdə Ümid (8№-li quyu), Bulladəniz (89 №-li
quyu), Pirallahı (1200 №-li quyu) və quruda Bəyimdağ-Təkçay (31 №-li quyu)
sahələrində 6681 m və BP şirkəti tərəfindən Şah-dəniz yatağında 5344 m həcmində
axtarış-kəşfiyyat qazma işləri aparılmışdır.
İl ərzində 1 quyu - Ümid strukturunda 8№-li quyu qazma ilə qurtarmış, 1 quyu -
Şah-dəniz yatağında SDX-6№-li quyu qazma ilə başlamışdır.
Bəyimdağ-Təkçay strukturu 31№-li axtarış quyusu (layihə dərinliyi 1850 m, layihə
16
horizontu Valanjin ). Quyu 2010-cu ilə 1220 m dərinliklə keçmişdir. İl ərzində 415 m
həcmində qazma işləri görülmüşdür. Quyu 2011-ci ilə 1635 m dərinliklə keçib, hazırda
qazma qurgusunun dəyişdirilməsi ilə əlaqədar olaraq quyu konservasiyadadır.
Pirallahı adası yatağı 1200 №-li axtarış quyusu (layihə dərinliyi 2050 m, layihə hor-
izontu MQ-nin QaLD). Quyunun 01.01.2010-cu il tarixinə dərinliyi 1677 m olmuşdur.
İl ərzində 181 m həcmində qazma işləri görülmüşdür. Quyu 1858m dərinliyə qazılıb.
Quyu 962 m dərinlikdə məhsuldar qatdan aşağıda yatan çöküntülərə daxil olub və
1050-1445m intervalında Miosen çöküntülərini, 1445-1858m intervalında Maykop
çöküntülərini açmışdır. Hazırda quyu geoloji səbəbdən ləğv gözləyir.
Bulla-dəniz yatağı 89№-li axtarış quyusu (layihə dərinliyi 6400 m, layihə horizon-
tu MQ-nin VIII horizontu). Quyu 2010-cu ilə 2800 m dərinliklə qazma ilə keçmişdir.
İl ərzində 2719 m həcmində qazma işləri görülmüşdür. Quyu 2011-ci ilə 5519 m
dərinliklə qazma ilə keçib.
Ümid strukturunda 8 №-li axtarış quyusu. Quyu 1№-li stasionar özüldən (dənizin
dərinliyi 58 m) layihə dərinliyi 6500 m, layihə horizontu MQ-nin VII horizontu ol-
maqla qazılıb. Quyu 2010-cu ilə 2640 m dərinliklə qazma ilə keçmişdir. İl ərzində
3366 m həcmində qazma işləri görülmüşdür. Quyu 5923 m-də MQ-nin VII horizon-
tuna daxil olmuşdur. Quyuda aparılmış geofiziki tədqiqatlar nəticəsində məhsuldar
qatın VII (5923-6006 m) və V horizontunun (5475-5582m) qazla doymuş olduğu
müəyyən edilmişdir. Məhsuldar qatın VII horizontundan güclü qaz axını alınmışdır.
Quyu 2011-ci ilə tikinti ilə keçib.
Şah-dəniz yatağında SDX-6№-li axtarış quyusu. SDX-6№-li axtarış quyusu
28.07.2010-cu il tarixində “İstiqlal” YDQQ ilə (dənizin dərinliyi 71 m) layihə dərinliyi
6285 m, layihə horizontu MQ-nin Fasilə LD olmaqla qazılmağa başlanmışdır və
il ərzində 5344 m həcmində qazma işləri həyata keçirilmişdir. Quyuda geofiziki
tədqiqat işləri aparılmışdır. Quyu 2011-cu ilə 5344 m dərinliklə qazma ilə keçib.
Aparılmış axtarış-kəşfiyyat qazması nəticəsində qeyd olunan sahələrin geoloji
quruluşu və neft-qazlılıq perspektivliyi öyrənilmişdir.
2010-cu ildə geoloji kəşfiyyat sahəsində əldə edilmiş ən əsas nailiyyət, Xəzərin
Azərbaycan sektorunda nəhəng qazkondensat yatağı olan Ümid yatağının kəşf
edilməsidir. İlkin hesablamalara görə Ümid strukturunun karbohidrogen ehtiyatları
200 mlrd.m
3
qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid”
yatağının kəşfi xüsusən bir də ona görə əlamətdardır ki, yataq bu rayonun neft-
qazlılıq perspektivliyini yüksəltmiş, yeni neft-qaz yataq və laylarının açılması
ehtimalını artırmış oldu.
Dostları ilə paylaş: |