Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə14/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   10   11   12   13   14   15   16   17   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
əsəri  öz  əvvəlki  şəklində116 bizə  gəlib  çatmamışdır  və  onun 
üzünü köçürüb yazanlar erməni  rahibi olduqlarına görə əsərin 
üzünü  köçürəndə  erməni  katolikoslarmın göstərişi  ilə  mətndə 
qəsdən təhriflərə yol vermişlər.117
S.T.  Yeremyan „Ağvan tarixinin"  bizə gəlib  çatan erməni 
variantlarına  istinad  edərək,  yazırdı  ki,  guya  Movses 
Kaqankatvatsi  „öz  Albaniya  ölkəsinin  tarixini"  yalnız  qədim 
ədəbi erməni dilində yaza bilərdi."118 Müəlliflərin məqsədi orta 
əsrlərin  alban  tarixçisi  Moisey  Kaqankatvatsinin  (Kalankatlı) 
əsərinin erməni  dilində yazdığım əsaslandırmaqdır.  Onlar yal­
nız  əsərin  mənimsənilməsi  ilə  kifayətlənmirlər.  Hazırda 
„əlavələrlə" əlimizdə olan əsərin onun tərəfindən yazılması, al­
ban müəllifinin əsəri, ermənilər üçün çox böyük fürsətlər verir.
Bununla  ermənilər  Qafqazın  orta  əsrlər  tarixinə  aid 
mühüm  iddialar  irəli  sürmələrinə  və  onları  təsdiq  edə  biləcək 
mənbəyə  sahib  olurlar.  Qafqaz  tarixinə  aid  iddialarının  təsdiq 
edilməsində  Moisey  Kalankatlmın  "Ağvan  tarixi"  əsərinə 
istinad  etmək  onlar  üçün  çox  əhəmiyyətlidir.  Ona  görə  ki, 
müəllif erməni  deyil.  Əsərini  „erməni  dilində  yazıb."  Belə bir 
bitərəf  tarixçidən  iddialarına  dəstək  tapmaları  inandırıcı 
görünür.  Əslində  „Ağvan  tarixinin"  erməni  „müdaxiləsinə" 
məruz qalmasının səbəbi də budur.
Z.  Bünyadov bu məsələ ilə əlaqədar olaraq yazırdı: „Bizim 
fikrimizcə,  M.  Kaqankatvatsinin  guya  erməni  tarixçisi  olduğu 
haqqında bəzi alimlərin „qəti iddiası" yanlışdır. Arran (Albaniya) əhli 
olan M.  Kaqankatvatsi yeganə müəllifdir ki, öz vətəni haqqında X əsr 
hadisələrinədək  məlumat  verən  tarixini  yazmış  və  bizə  miras  qoyub 
getmişdir.  Y.  Manandyan119  da  bu  fikrə  şərikdir.  Lakin  B.  S.
ll6 Müəlifm  alban  dilində  deməyə  dili  gəmədiyindən  „əw ək i  şəkil”  ifadəsini  yazmağa 
üstünlük verir.
117  T. Тер-Григорян. Борьба Арсаха с арабскими захватчиками в 9 в. Баку,  1942, стр. 95-96;
Z.  Bünyadov.  Azərbaycan  VII-IX  əsrlərdə.  Bakı  1989,  s.  97.
118  С.Т.Еремян. Экономика и социальный строй Албании 4-7 вв. Очерки истории СССР 3-9 вв. 
М.,1958, стр. 305. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı  1989, s. 96.
119 Yenə oarada,  səh.  96
54
Həsənbala Sadıqov
Nalbandyan  120  isə  Tbilisi  haqqında  bu  yaxınlarda  çıxan 
kitabında  inadla  sübut  etməyə  cəhd  edir ki,  M.  Kaqankatvatsi 
erməni tarixçisi imiş."121
Burada Moiseyin Kaqankatvatsi və ya Dasxuranski olması 
o  qədər  də  əhəmiyyətli  deyildir.  Burada  ön  planda  müəllifin 
albanlara  mənsubluğu  məsələsidir.  Müasir  erməni  tarixçi­
lərindən  fərqli  olaraq  XIII-XIV  əsrlərin  müəllifləri  tərəfindən 
müəllifin  alban  mənşəyi  qəti  olaraq  qəbul  edilmişdir.  Bundan 
başqa  erməni  tarixçilərinin  şübhə  ilə baxdıqları  halda  Kirakos 
Qandzakski  və  Mxitar  Ayrivanski  (XIII)  də  ilk  olaraq „Ağvan 
tarixi"nin 
müəllifinin 
Moisey 
Kaqankatvatsinin 
olduğunu 
bildirirlər.122
Şübhəsiz  ki,  M.  Kalankatlı  VII  əsrin  başlanğıcındakı 
hadisələri  „məzmunlu  və  aydın  nəql  edir"  və  „  bu  dövrdəki 
Tbilisi  haqqında  yeganə  etibarlı  mənbə"  M.  Kaqankatvatsinin 
əsəridir.  123  Ancaq  qəribə  görünən  cəhət  budur  ki,  M. 
Kaqankatvatsinin  həqiqətən  „qədim  alban  tarixçisi  olması" 
inkaredilməz  bir  fakt olduğu  halda  B.  S.  Nalbandyan  həm bu 
faktı, həm də bu barədə məhz „Gürcüstan tarixi" kimi mötəbər 
əsərdə  bəhs  edildiyini  bir  növ  "kədərverici  bir  anlaşılmazlıq" 
hesab edir.124
Orta 
əsr 
alban 
mənbələrinin 
üzərində 
aparılan 
„əməliyyatlarda"  erməni  kilsəsinin  xadimləri  mühüm  rol 
oynamışlar.  T.  Ter-Qriqoryan  „Ağvan  tarixi"  əlyazmasına  er­
məni  kilsə  xadimlərinin  münasibətini göstərən  maraqlı  faktlar 
gətirir.  Məsələn,  Eçmiadzin  katolikosu  Simeon  əlyazmasının 
kənarlarında bu  sözləri  yazmışdır:  „Yalnız  Albaniya  tarixində
120  В.  C.  Налбандян.  Тбилиси  в  армянских  литературных  памятниках  древних  и 
средних веков.  Ереван  1961.  стр..32,  34,  39, 44, 47;
121  Z.  Bünyadov.  Azərbaycan VII-IX  əsrlərdə.  Bakı  1989,  s.  96.
122  Ф.  Мамедова  „История  албан”  Моисея  Калакатуйского  как  источник  по 
общественному строю раннесредневековой  Албании.  Баку,  1977, стр.  38-39.
123  В.  С.  Налбандян.  Тбилиси  в  армянских  литературных  памятниках  древних  и 
средних  веков.  Ереван  1961.  стр.34, 47;  Z.  Bünyadov.  Azərbaycan  VII-IX  əsrlərdə s.  96
'~4 H.  Бердзенешвили,  И.  Джавахишвили,  C.  Джанашия,  История  Грузии  1,  стр.  143; 
Z. Bünyadov.  səh.  96
55


Ermani masalasi: xayanati, deportasiyam, soyqırımını va işğalım pardalayan yalan
(deyilir  ki,)-buna  bütün  nüsxələrdə  deyil,  ancaq  bəzi 
nüsxələrdə  rast  gəlmək  olar-guya  Yegişedən  sonra  (b.e.74-cü 
ili)  Müqəddəs  Qriqoriyədək  (340-cı  il)  Albaniya  patriarxı 
taxhnda başqaları  (albanlar)  da oturmuşlar:  "lakin bu yalandır 
və  bundan  sonra  əlavə  edilmişdir".  Başqa  bir  yerdə:"bizim 
dırnaqda  işarə  etdiyimiz  yerlər  yalandır  və  sonralar 
şöhrətpərəstlər  tərəfindən  öz  xeyrinə  əlavə  edilmişdir,  çünki 
digər  tarixlərdə  („Ağvan  tarixi"  əlyazmalarında-Z.  B.)  bu  əsla 
yoxdur.  Belə  güman  olunur  ki,  bunu  katolikos  Ananiyadan 
sonra (945-ci il) alban rahibləri etmişlər.125
Qafqaz,  o  cümlədən  Azərbaycan  tarixində  mühüm  rol 
oynayan  əsərlərin  erməniləşdirilməsi  geniş  yayılmışdır. 
Albaniya  şairi  Davtakın  əsərlərinin  aqibəti  də  belə  olmuşdur. 
VII  əsrdə  „Ağvan  tarixi"nin  tərtib  edilməsi  başlandı;  burada 
xalq yaradıcılığı nümunəsinə də təsadüf edilir ki, bu da „Böyük 
knyaz  Cavanşirin ölümü""  münasibəti  ilə  şair Davtakın  şeirlə 
yazdığı acı və „yaşadığımız günlərədək mühafizə olunub qalan 
yeganə  qədim  poemadır."126 Bu  əsər  də  erməni  tarixçilərinin 
erməniləşdirmək istədikləri abidələrdən biridir. S. T. Yeremyan 
onu  „Alban-erməni  (?)  işxanı  Cuanşerin  Saray  şairi"  hesab 
edir.127  Bizim  fikrimizcə  Davtakın  qəsidələrinin  Albaniyamn 
deyil,  „feodal  Ermənistamn  ilk  dünyəvi  poeziyasının 
abidəsi"128 hesab etmək doğru deyildir."129
Uzun  illərdən  bəri  erməni  kilsə  xadimlərinin  rəhbərliyi 
altında  qədim  mənbələrin  erməniləşdirilməsi  və  erməni 
mənbələri üzərində belə „əlavələr" edilməsinin metodologiyası 
hazırlanmışdır.  Əksər halda erməni tarixçiləri üçün tarixi mən­
bələrdən  çox  onlara  edilmiş  „əlavələr"  əhəmiyyətlidir.  Bu 
„əlavələr"  onlara  çox  iddialarım  „isbat  etməyə  "  imkan  verir.
125  Архив армянской  истории,  1894,стр.  399; Z.Bünyadov,  səh.  96.
126 Z.  Bünyadov.  Azərbaycan  VII-IX  əsrlərdə  s.58.
|27Культура раннефеодальной  Армении  (IV-VII  вв).  Ереван,  1980.  стр 236;
Ziya Bünyadov. Azərbaycan  VII-IX əsrlərdə.  Bakı  1989,  s.  97.
128  Yenə orada, səh. 237; Ziya Bünyadov.  Azərbaycan VII-IX əsrlərdə, Bakı  1989, səh. 97.
125  Z.  Bünyadov.  Azərbaycan VII-IX əsrlərdə.  Bakı  1989,  səh.  97
56
Həsənbala  Sadıqov
Onlar bu  tarixi mənbələrə edilən „əlavələrdən"  istifadə edərək 
Qafqazın  tarixi  və  siyasi  coğrafiyası  haqqında  iddialar  irəli 
sürürlər.  Bu  əməliyyatlar  yalnız  başqa  xalqların  mənbələri 
üzərində deyil, hətta erməni mənbələri üzərində də edilib.
Erməni  kilsə  xadimlərinin,  tarixçilərinin  mənbələrə  „əla­
vələr"  etmək ənənəsi haradan və nə  üçün  meydana  çıxmışdır. 
İstər qədim dövrə, istər yeni dövrə aid olan mənbələr çox halda 
ermənilərin  mənşəyi,  coğrafiyanın  mənsubiyyəti,  ermənilərin 
gerçək  tarixi  haqqında  iddialara  cavab  vermir.  Bu  iddialarını 
isbat  etmək  üçün  ermənilərə  qədim  mənbələrin  „köməyi" 
lazımdır.  Buna  görə  də  ermənilər  qədim  tarixdən  başlayaraq 
mənbələrin üzərində məqsədli olaraq „işləyirlər". Bu isə qədim 
mənbələrdə  bir  çox  mübahisəli  tezislərin  meydan  çıxmasına 
səbəb olur.
İndi də ənənələrinin şahidi olmaq üçün ermənilərin alban 
tarixçisi  Mxitar  Qoşun  əsəri  üzərindəki  əməliyyatına  baxaq. 
„Mxitar  Qoşun  „Qanunnamə"sinin  taleyi  də  M.  Kalankatlının 
„Ağvan  tarixi"nin  taleyinə  bənzəyir.  Bu  əsərdə  albanların 
„həyatının hüquqi normaları, alban cəmiyyətinin  müxtəlif sinif 
və təbəqələri arasında olan ictimai və hüquqi münasibətlər qəti 
şəkildə göstərilmişdir."130
Məlumdur  ki,  Mxitar  Qoşun  başlıca  əsərinin  adı 
„Datastanak", yəni „Qanunnamədir" və onu müəllifi təxminən 1184- 
cü ildə (erməni erasının 633-cü ilində) tərtib etmişdir:m Lakin Qoşun 
bu əsərinin naşirləri nədənsə, əlyazmasında olmayan „Hayos" sözünü 
onun adına əlavə etmişlər və beləliklə,  Qoşun  özünün heç bir zaman 
yazmadığı  yeni  qondarma  ad;„Datastanagirk  hayos",  yəni  „Erməni 
qanunnanıəsi" adını uydurmuşlar.132
150  Ф.  Мамедова.  Политическая  история  и  историческая  география  Кавказской 
Албании.  (3  в.до  н.е.-8  в.н.  е.)  Баку  1986, стр.  22.
131  Z.  Bünyadov.  Azərbaycan VII-IX  əsrlərdə.  Bakı  1989,  səh.  97
132  Mxitar  Qoşun  „Erməni  qanunnaməsi”,  A.  A.  Papovyamn  tərcüməsi,  Yerevan,  1954, 
Mütərcim  Alban  qanunlarını  şərh  edən  mətnin  xeyli  hissəsini  atmışdır.  Ziya  Bünyadov. 
Azərbaycan  VII-IX əsrlərdə.  Bakı  1989, səh. 97
57


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə