HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

19 
 
idi. Dövl
ət qurumunun adı İtil-Ural ölkəsi təklif edildi. Kazan və Ufa quberniyaları 
tamamil
ə, Çuvaş  və Mari əhalisinin məskunlaşdığı ərazilər, Samara və  Həştərxan 
quberniyaları  tamamilə, Orenburq, Simbirsk və  Perm  quberniyalarının  bir  qismi 
quruma daxil olmalı idi. Bu qurumun  mütləq Xəzər dənizi, Qafqaz, Türküstan və 
Az
ərbaycanla sərhədi  olmalı  idi.  Belə  vəziyyət Türkiyəyə  çıxmaq  imkanı 
ver
əcəkdi.  İştirakçılar  bu  təklifin çox əlverişli  olduğu  qədər  qeyri-real  olması 
fikirl
ərinə cavab olaraq bildirdilər ki, referendum keçirilməlidir və ancaq Samara 
v
ə  Həştərxan  quberniyalarından  imtina  etmək olar. Xəzər dənizinə  çıxış  (392,  9 
yanvar 1918), Qafqaz, Az
ərbaycan və  Türküstanla ümumi sərhədin  olmasının 
vac
ibliyi bütün çıxış edənlər tərəfindən səsləndi. 1918-ci il yanvarın 5-də Əhməd 
Salikov Mü
əssislər Məclisinin müsəlman sosialist fraksiyası adından bəyanat verdi 
ki, Xalq Komissarları Soveti Rusiya xalqlarının azadlığını və milli inkişafını təmin 
etm
ək yolunda acizdir. Bəyanatda yaranmaqda olan Volqaboyu, Cənubi Ural
Türküstan  qurumlarının  tanınması  və  milli  ordularının  yaranma  prosesinin 
qanunil
əşdirilməsi tələb olunurdu (153, s.57-58). 
Volqaboyu türkl
ərinin öz dövlətçiliklərini bərpa etməsi yolunda əsas 
ziddiyy
ət  onun  Vahid  Türk  Respublikası,  yaxud  ayrı-ayrı  türk  xalqlarının 
suverenliyi 
əsasında  yaranan  federasiyası  olması  məsələsi idi. Söhbət ilk əvvəl 
tatarların  və  başqırdların  birgə,  yaxud  ayrı-ayrı  dövlət  yaratmaları  haqqında 
gedirdi. Görk
əmli ictimai xadim Z.V.Toğan ilə tatar siyasətçilərinin danışıqları heç 
bir n
əticə  vermədi.  Validi  Toğan  birgə  dövlətin  əleyhinə  çox sərt  çıxış  edərək 
ayrıca  Başqırd  dövlətinin  yaradılması  uğrunda  çalışırdı.  Qardaş  xalqlar  arasında 
baş  vermiş  bu  qarşıdurma  iki  dövlətin  yaradılması  ilə  nəticələndi. Özlərini 
türkçül
ər  adlandıran  və  vahid dövlət yaratmaq fikrində  olanlar vahid siyasi 
qurumun t
ərəfdarı idilər, ayrı dövlət yaratmaq istəyənlər isə müstəqil siyasi qurum 
yaratmaq fikrind
ə idilər. Türkçülərin zəifliyi bu təkliflərin reallaşmasına mane oldu 
v
ə  lazımi  təşkilati  strukturun  yaradılmasına  gətirib  çıxartmadı.  Ayrı  dövlət 
yaratmaq t
ərəfdarları  təklif olunan dövlət  qurumunu  daha  aydın  görürdülər. 
Türkçül
ərin mövqeyində çox əhəmiyyətli bir məqam var idi. Bu da ondan ibarət idi 
ki, Rusiya t
ərkibində  ancaq vahid türk dövləti və  ya  federasiyası  bu  qurumun 
geostrateji  marağını  təmin edə  bilərdi. Yəni vahid qurum olsa, o, eyni vaxtda 
Şərqdə  Çinlə, Cənubda Türkiyə,  İran  və  Əfqanıstanla  sərhəd  əldə  edib  dünyanın 
aparıcı  qüvvəsinə  çevrilə  bilərdi. Bu səbəbdən hətta  artıq  müsəlman əhalisi  azlıq 
t
əşkil  edən Samara və  Həştərxan  quberniyalarının  da  bu  quruma  daxil  edilməsi 
n
əzərdə tutulmuşdu (390, 27 dekabr 1917). 
1918-
ci  il  martın  23-də, nəhayət, Sovet hökuməti təşəbbüsü  ələ  alaraq 
Tatar-
Başqırd  Sovet  Respublikasının  yaradılması  haqqında  dekret  verdi. 
Çuvaşların  və  marilərin  xahişi  ilə  onlar da həmin  respublikanın  tərkibinə  daxil 
edildil
ər. Lakin bu respublika real həyatda yaranmadan, elə  dekret  olaraq  qaldı. 
1920-ci ild
ə  bu, “milli burjua” fikri kimi təqib edildi. 1919-cu  ilin  fevralında 
bolşeviklər müstəqil ordusu olan müttəfiq Başqırd respublikasını yaratmağa hazır 


20 
 
olduqlarını  bildirərək  başqırd  millətçilərindən  olub  çar  generalları  tərəfində 
vuruşan  Z.V.Toğanı  və  İlyas  Alkini  öz  tərəflərinə  çəkdilər.  Validi  Toğan 
qazaxların  “Alaş-Orda” milli təşkilatlarının  rəhbərləri ilə  danışıqları  birgə 
aparmağa vəd verdi. Bolşeviklər tərəfindən 1919-cu il martın 20-də paytaxtı Temas 
k
əndi olmaqla başqırd muxtariyyəti, 1920-ci il iyunun 20-də isə Kazan şəhəri daxil 
olmadan  Tatar  Sovet  Respublikasının  yaradılması  haqqında  qərarlar verildisə  də, 
sonralar q
əbul olunan konstitusiyalarda bu, nəzərə alınmadı. Stalin belə ilkin qərarı 
v
ətəndaş  müharibəsinin törətdiyi müvəqqəti, məcburi güzəşt kimi qiymətləndirdi. 
Ufanı  Başqırdıstandan,  Kazanı  Tatarıstandan,  Orenburqu  Qazaxıstandan,  Bakını 
Az
ərbaycandan kənarda  saxlamaq  bolşeviklərin ümumi siyasətinin tərkib hissəsi 
olmuşdur. 
Bel
əliklə, 1905-1907-ci il və 1917-ci il inqilablarından sonra Rusiyanın türk 
xalq
larının  dövlətçilik  uğrunda  mübarizəsi üçün əlverişli  şərait  yarandı.  Türk 
xalqlarının  mütərəqqi xadimləri həmin prosesin önündə  gedirdilər.  Fikir  ayrılığı 
əsasən bir məsələnin üstündə mövcud idi: vahid türk dövləti olmalıdır, yoxsa ayrı-
ayrı  türkdilli  xalqlar  arasında  parçalanmış  dövlət?  Bolşeviklər isə  bu fikir 
ayrılığından istifadə edib onların müstəqillik məsələsini sınaqlardan keçirirdi. 
 
1.2. N.N
ərimanov və SSRİ-də türk xalqları arasında milli təmayülçülük 
h
ərəkatı 
 
N.N
ərimanovun  kommunist  baxışlarının məhz milli təmayülçülük 
prinsipl
əri üzərində  qurulduğunu,  biz  onun  hələ  Moskvada, Rusiya hökumət 
t
əşkilatlarında çalışdığı dövrə nəzər saldıqda görə bilirik. 
N.N
ərimanov Rusiyanın Türküstan siyasətinə öz müxalif mövqeyini 1919-
cu ild
ə Moskvada Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin müdiri 
v
ə  komissar müavini vəzifəsində  çalışarkən təqdim  etmişdir.  Bu  sənəddən biz 
N.N
ərimanovun  Şərq, xüsusən də  Türküstan siyasətinə  olan  baxışlarını 
qiym
ətləndirə  bilərik. Bu sənəd, demək olar ki, sovet Rusiyası  tarixində  milli 
t
əmayüllü mövqelərdən yazılmış ilk sənəd idi. G.Çiçerin bu təkliflərə diqqətsizlik 
göst
ərdiyindən N.Nərimanov  fikir  ayrılığı  barədə  partiyanın  Mərkəzi Komitəsinə 
r
əsmi müraciət etmişdir. O, təqdim etdiyi rəsmi sənəddə qeyd edirdi ki, “mən öz 
düzlüyüm
ə  ümidvar bir insanam və  fikrim səhv olsa belə  onun 
s
ənədləşdirilməsindən çəkinmirəm”. Mövqeyi nəzərə  alınmadığı  üçün 
N.N
ərimanov öz vəzifəsindən istefa verdiyini bəyan etmişdir (294, t.2, s.253). Bir 
müdd
ətdən sonra onun təqdim etdiyi “Türküstandakı  siyasətimiz” sənədi nəşr 
olunmuşdur (302, s.231-236). 
Onun  baxışları  nədən ibarət idi və  rəsmi  bolşevik  siyasətindən nə  ilə 
f
ərqlənirdi? Nərimanov  deyirdi:  “Bolşeviklər Türküstana ciddi diqqət 
yetirm
əlidirlər. Çünki bolşeviklərin Şərqdəki gələcək işində Türküstan mərkəzi bir 
yer tutur. Şərqə silah ilə deyil, öz ideyalarımızı yaymaq yolu ilə getmək lazımdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə