90
yırlar. Gecə-gündüz təkcə pul üçün çalışırlar. Qoy
haqq səsimiz, etirazımız yuxarılaradək getsin... İşi
çətinləşəndə qanunun aliliyindən danışır. Onun
məqsədi bizi qorxutmaqdır...
Yataqxanalardakı məhkumlar da nəzarətçilər
vasitəsi ilə etirazlarını bildirmişdilər: zabitlərdən yal-
nız dəstə rəislərinə güzəşt edə bilərlər, qalanları ba-
raklarda görmək belə istəmirlər.
Yarım saat da keçdi, başı dəbilqəli əsgərlərlə
dolu maşınlar müəssisənin qarşısında dayandı. On-
lar həyətə daxil olmamış, Niyazın sözünün ciddiliyi-
ni anlayan bir çox məhkumlar kirimişcə meydanı
tərk etdilər. Meydandakılar yarıbayarı azaldı, təqri-
bən əlli nəfərədək adam qaldı.
Əllərində iri, qalın şüşə qalxanlı və qara, yoğun
dubinkalı əsgərlər həyətə girib bir anın içində mey-
danı dövrəyə aldılar. Onların içərisində əzələli, hün-
dürboyluları, şübhəsiz təlim görmüş xüsusi təyinat-
lılar idi.
Meydandakı məhkumlar üzə vurmasalar da
gördükləri mənzərədən daxilən sarsılmışdılar. Onlar
sonuncu xəbərdarlığı gözləyirdilər ki, tələblərini bil-
dirib dağılışsınlar. Lakin, bu dəfə sonuncu xəbərdar-
lıq olmadı. Əsgərlərə başlamaq komandası verildi.
Dubinkalı əsgərlər hərə bir tərəfdən çaşqınlıq içində
olan məhkumları qolları açılan qədər çırpıb döyməyə
başladılar. Sonra da çoxusunu qandallayıb, bir qədə-