Hamlet İsaxanlı TƏzadlar



Yüklə 217,49 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix30.12.2017
ölçüsü217,49 Kb.
#18804
1   2   3   4   5   6   7

Dənizdə bir quş... 

 

İstanbul, Boğaziçi... 

Tüğyan edir dalğalar. 

Dayan bir an , gəmiçi, 

Dənizdə bir quş ağlar. 

 

Qırılmışdır qanadı, 



Qalıb suyun üzündə. 

İşlər yaman fənadı, 

Qəm oxunur gözündə. 

 

Güvəndiyi göy sular, 



O quşa qənim oldu. 

Üzüntülü duyğular, 

Ağrılar mənim oldu. 

 

 



Etiraf 

 

Vəfalı həmdəmim, qınama məni, 



Məhəbbətsiz yazmaq könlümə yatmır. 

İcbari şerlə sınama məni, 

Səfərbər etsəm də yüz min kəlməni, 

Həcv demək ruhani qəlbimə çatmır. 

 

Düşündürmək üçün, sevdirmək üçün 



Ürəkdən ağlatmaq, güldürmək üçün 

Hər şair xilqəti sehr yaratmır... 

Şer meydanında mən nəkarəyəm?... 

İlhamı qanadsız bir biçarəyəm, 

Şeşpərim oynamır, kamanım atmır... 

Şerimin ruhundan qopan dalğalar 

Yatmış sahilləri öpüb oyatmır... 

Ancaq sevgilərim çiçək açanda, 

Ay buluddan qaçıb şölə saçanda 

Qəlbimdə yazılır sirli namələr, 

İçimdə səslənir həzin nəğmələr; 

Şerlə qururam hər bir cümləni, 

Şerlə anıram külli‐aləmi. 

Alovlu baxışlar, gizli alqışlar, 

Ecazkar naxışlar, dadlı yağışlar 

Şairin duyğusu, xoş arzusudur, 

Etirafım budur, xas işim budur; 

Vəfalı həmdəmim, xahişim budur: 




Gözümü nəğməylə bağlayın bir gün... 

Məni öz şerimlə ağlayın bir gün... 

 

 

Qızdırma içində 



 

Üşütdüm, titrətdim, deyən, “hazıram”, 

Ağrı üstələyir, yolu azıram, 

Qızdırma  içində şer yazıram, 

Bitəcəkmi bu silsilə, bilmirəm? 

 

Göylərin yerlərə töhməti varmış, 



Hər iki dünyanın vəhdəti varmış, 

Əzrailin  mənlə söhbəti varmış, 

Yetəcəkmi bir hasilə, bilmirəm? 

 

 



Tez  gəlin 

 

Sirr deyil keçənim, ötənim, 



Titrəməz qorxudan bədənim, 

Qəlbimsə titrəyər hər səsdən, 

Xoş xəbər umaram hər kəsdən. 

Nəğmələr dərdimə həyandır, 

Çağlayır görüşə həvəsdən‐ 

Könlümü üzməyin, amandır, 

Tez gəlin, hay salın, ay mənim 

Dünyanı fəth edən ləşkərim: 

Aygünüm, Zeynəbim, Aytənim, 

Evimin bəzəyi Ülkərim. 

 

Saçımda parlayan ağ dənim 



Yox olan günlərimdir mənim. 

Ayrılıq dərdinə düçaram, 

Sizləri röyamda qucaram. 

Qanadlı yel kimi əsərəm, 

Ellərdən ellərə uçaram. 

Tez gəlin, qurbanlar kəsərəm, 

Sevinər, əl çalar vətənim, 

Ey ruhum, ey canım‐cigərim: 

Aygünüm, Zeynəbim, Aytənim, 

Evimin bəzəyi Ülkərim. 

 

 

 




“Xəzər”imin sorağında 

 

İlham pərim nur çilədi 

Göy ümmanın qırağında. 

“Xəzər””imi həkk elədi 

Ömrümün şah varağında. 

 

Pak əmələ vurulmuşam, 



Könül, demə yorulmuşam, 

Damla‐damla durulmuşam 

“Xəzər”imin sorağında. 

 

Təbiət eşqə düçarmış, 



Xəyallar qanad açarmış, 

Ulduzlar şölə saçarmış 

“Xəzər”imin çırağında. 

 

Ayrılığa dözsəm əyər, 



Məftun könlüm qəribsəyər, 

Xumar‐xumar gülümsəyər, 

Nəğmə deyər fərağında. 

 

 



Xəzər Universitəsinə həsr edilmiş bu şerə bəstəkar Ramiz Mustafayev musiqi bəstələmişdir. 

 

 



Xəzər Universitəm 

 

Xəzərimin sahilində, əzəmətli Bakımda 



Dünyamıza şəfəq saçar Xəzər Universitəm. 

Şer, sənət, insaniyyət dərslərindən pay verər, 

Kainatın sirrin açar Xəzər Universitəm. 

 

Həyat dolu qucağıdır, 



Könlümün saf bucağıdır, 

Xoş niyyətlər ocağıdır 

Xəzər Universitəm. 

 

Gəncliyimin qaynar çağı, 



Dəryaları, uca dağı, 

Gül‐çiçəkli sevgi bağı‐ 

Xəzər Universitəm. 

 

Adı elə bəlli oldu, ölkə‐ölkə arandı, 



Qucağında pıçıldandı neçə‐neçə yar andı. 


Məna doldu həyatıma, zirvələrə can atdım, 

İlhamımın gur bulağı “Xəzər”imdən yarandı. 

 

Həyat dolu qucağıdır, 



Könlümün saf bucağıdır, 

Xoş niyyətlər ocağıdır 

Xəzər Universitəm. 

 

Gəncliyimin qaynar çağı, 



Dəryaları, uca dağı, 

Gül‐çiçəkli sevgi bağı‐ 

Xəzər Universitəm. 

 

Xəzər Universitəsinin himni kimi yazılmış bu şerin musiqisi Ramiz Mustafayev və Vasif 



Adıgözəlovundur. 

 

 



Hacı oldun, çox mübarək! 

 

Bismillah, ey əhli‐qələm, əhli‐ürfan[1], xoş gəlmisən, 



Xeyli gəzib, xeyli görüb, qəlbən xeyli incəlmisən. 

Hacı oldun, mübarəkdir, amin, amin, çox mübarək, 

Amma sərrafi‐süxənə[2] imtahandan çıxmaq gərək... 

Getdin beytülmüəzzəmə[3], kitabüllah[4] sağ əlində, 

Fəqət vəhdəti‐vücuddur[5] sözündə, həm əməlində... 

Bir insansan gövhərnisar[6], bəlkə oldun mütəkəllim[7], 

Elmi‐ləduniyyətdə[8] sən natəvansan[9], ya müəllim? 

Ərəfədən[10] bir gün keçmiş niyyətinə sən yetdinmi?

 

Səfa ilə Mərvə boyu çalışdınmı, səy etdinmi?[11] 



Beytülətiq[12] ətrafında sidqilə[13] təvvaf[14] oldunmu? 

Öpüb həcərüləsvədi[15], siyəhtar[16] nurla doldunmu? 

Nə zamanlar, neçə dəfə baş vurursan müsəllaya?[17] 

Təravih[18] nə, ehya[19] nədir, təsadüfdür hansı aya? 

Təkbirləri[20] yerində de, mürği‐dili[21] qafil tutma, 

Məğşuş[22] zaman sıxsa belə, mehrabını[23] heç unutma. 

Bərat günü[24] Xeyrülbəşər[25] nə düşündü, nə söylədi, 

Vəliyullah[26] intizarda, Xeyrünnisa[27] nə eylədi? 

Mağaranı saray etdi sədaqəti yari‐qarın[28]; 

Kovneynə[29] səltənət oldu böyük əzmi çaharyarın[30]. 

 

Zülfiqarın[31] iki ağzı gözlərinə göründümü? 



De, əsayi‐kəlimullah[32] dönüb yerdə süründümü? 

Leylətüləsra[33],göz görməz,meracındadır[34] peyğəmbər, 

Şəkkak[35] bəşər övladına nümayişdir şəqqülqəmər[36]. 

Hacı oldun, çox mübarək, kömək olsun ruzirəsan[37]; 




Yüklə 217,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə