HAMİLƏLİYİN BİRİNCİ TRİMESTR AĞIRLAŞMALARI
GİRİŞ
Hamil
əliyin birinci trimestrində ağırlaşmalar geniş yayılmışdır. Hamiləliklərin yarısı 12-ci
h
əftəyə qədər, bir çoxları isə klinik cəhətdən müəyyən edilənədək düşüklə nəticələnir. Təsdiq
edilmiş hamiləliklərin 15-20%-də spontan abort baş verir ki, bunların da 80%-i
hamiləliyin
birinci trimestrin
ə təsadüf edir. Spontan abortdan əlavə, birinci trimestrdə baş verən qanaxmalar
ektopik hamil
əlikdən, trofoblastik xəstəlikdən, polip səbəbindən inkişaf edən uşaqlıq boynundan
qanaxma, uşaqlıq boynu toxumasının kövrək olması, travma və ya uşaqlıq boynu xərçəngi də
daxil olmaqla, mamalıqla bağlı olmayan hallardan xəbər verə bilər. Bu fəsildə klinik, laborator
v
ə ultrasəs müayinələrinin nəticələrinə əsasən hamiləliyin birinci trimestrinin normal gedişatı
n
əzərdən keçirilir və daha sonra spontan abort, ektopik hamiləlik və trofoblastik xəstəliyin
diaqnostikası, müayinə və müalicəsi izah edilir.
Normal Hamil
əliyin Birinci Trimestrində Laborator Parametrləri
β-HCG-nin kəmiyyət səviyyəsi hamiləliyin müddətinə və ilkin hamiləlik dövrünün ultrasəs
müayin
əsinin nəticələrinə uyğundur. İki-üç gündən bir ən azı iki dəfə β-HCG-nin səviyyəsinin
t
əyin edilməsi hamiləliyin gedişatının normal olub-olmamasını müəyyən etməyə kömək edə
bil
ər. Erkən dövrü normal inkişaf edən hamiləliyin dördüncü həftəsindən səkkizinci həftəsinədək
β-HCG-nin səviyyəsi hər iki-üç gündən bir-iki dəfə artmalıdır. β-HCG-nin səviyyəsinin azalması
v
ə ya dəyişməməsi (plato) hamiləliklə bağlı nəticələrin pisləşmə ehtimalının mühüm göstəricisi
olsa da, lakin spontan abort v
ə ya ektopik hamiləlik arasında diferensiasiya aparmağa imkan
vermir (C kateqoriyası). β-HCG-nin ultrasəs müayinəsi ilə korrelyasiyası hamiləliyin vəziyyəti
haqqında daha dolğun məlumat verir. β-HCG-nin səviyyəsi təxminən 1800 mBV/ml
1
çatanda
transvaginal US müayin
əsi rüşeym kisəsini göstərməlidir. β-HCG-nin səviyyəsi 1800-3500
mBV/ml olduqda is
ə US avadanlığının həssaslığından və həkimin təcrübəsindən asılı olaraq,
transabdominal ultras
əs müayinəsi də rüşeym kisəsini aşkar etməlidir (B kateqoriyası).
Cədvəl 1.
Ultrasəs müayinəsi və qan zərdabında
β-HCG
-nin
səviyyəsinə görə
hamiləliyin hestasiya yaşı
Son
menustruasiyanın
tarixin
ə görə hestasiya
yaşı
Transabdominal US
göst
əriciləri
Transvaginal US
göst
əriciləri
Z
ərdabda β-HCG
-
nin s
əviyyəsi,
mBV/ml
Beş həftədən az
Heç n
ə
Guman edil
ən rüşeym
kis
əsi
1800
Beş-altı həftə arası
Rüşeym kisəsi
Rüşeym kisəsi,
yumurta
sarısı kisəsi
1800-3500
Yeddi h
əftə
5-l0 mm-lik
rüşeym
(embrion)
Transabdonimal
USM-d
ə olduğu kimi
+ ür
ək fəaliyyəti
> 20,000
1
mBV/ml – 1 millilitrdə milli beynəlxalq vahid
Progesteronun da s
əviyyəsi hestasiyanın ilk səkkiz həftəsi ərzində hamiləliyin nəticələsini
proqnozlaşdırmağa kömək edə bilər. Normal hamiləlikdə artan β-HCG-nin səviyyəsindən fərqli
olaraq, hamil
əliyin ilk 9-10 həftəsi ərzində qan zərdabında progesteronun səviyyəsi dəyişmir. β-
HCG-d
ən fərqli olaraq, hamiləliyin ilkin mərhələsində bir dəfə təyin edilmiş progesteron
s
əviyyəsi hamiləliyin nəticəsini müəyyən etməyə yardım edə bilər. Progesteronun səviyyəsinin 5
nq/ml-d
ən (nanogram/millilitr) aşağı olması hamiləliyin nəticəsinin pis olması ilə bağlıdır
(spontan abort v
ə ya ektopik hamiləlik). Progesteronun səviyyəsinin 25 nq/ml-dən yüksək
olması isə uşaqlıq daxilində (intrauterine) inkişaf edən hamiləliyə dəlalət edir (B kateqoriyası).
Ultras
əs müayinəsinin əlçatan olmadığı və β-HCG-nin səviyyəsinin təyin edilməsi çox
vaxt tələb
etdiyi
ərazilərdə qan zərdabında progesteronun səviyyəsinin təyini hamiləliyin normal gedişatını
t
əsdiq edə bilər.
HAMİLƏLİYİN İLKİN MƏRHƏLƏSİNDƏ ULTRASƏS MÜAYİNƏSİ
Hamil
əliyin birinci trimestrində yaranan problemlərin araşdırılmasında ultrasəs müayinəsi çox
faydalı diaqnostik vasitədir. Hamiləlik dövründə ultrasəs müayinəsinin aparılmasına əsas
göst
ərişlər ABŞ-ın Milli Səhiyyə İnstitutu (MSİ) tərəfindən 1984-cü ildə təqdim edilmişdir və bu
gün
ədək qüvvədə qalır. ABŞ-ın MSİ-nin təklif etdiyi 28 göstərişdən təxminən yarısı birinci
trimestrd
ə baş verir və aşağıda verilmiş Cədvəl 2-də öz əksini tapır.
Cədvəl 2.
Hamiləliyin birinci trimestrində baş verən və ultrasəs müayinəsinin
aparılmasını şərtləndirən göstərişlər
2
1.
Spontan abortun
baş verməsi və ya dölün ölümünə şübhə
2.
Vaginal qanaxma
3.
Hamil
əliyin hestasiya yaşı qeyri-müəyyən olduqda, hestasiya yaşının müəyyən edilməsi
4.
Müxt
əlif xüsusi prosedurlarda, məsələn, xorion hovlarının biopsiyasında yanaşı istifadə
5.
Çoxdöllü hamil
əlik
6.
Beç
əxorla və ya trofoblastik xəstəlik ehtimalı
7.
Ektopik hamil
əlik ehtimalı
8.
Uşaqlıq daxilinə qoyulmuş kontraseptiv vasitənin (uşaqlıqdaxili vasitə) USM ilə
lokalizasiyasının təyin edilməsi
9.
Uşaqlığın anomaliyası
10.
Dölün ölçül
əri ilə hestasiya tarixi arasında uyğunsuzluq
11.
Klinik müayin
ədə müəyyən edilmiş çanaq boşluğu orqanlarının törəməsinin müayinəsi
Birinci trimestrd
ə aparılan ultrasonoqrafiyanın, habelə diaqnostikanın dəqiqliyinə təsir edən
müayin
ə üsullarının diaqnostik imkanlarını və məhdudiyyətlərini bilmək vacibdir. Ultrasəs
müayin
əsi düzgün tətbiq edildikdə məqalənin müxtəlif fəsillərində təsvir edilmiş müxtəlif
halların sürətli və dəqiq diaqnostikasını apara bilər. Hamiləliyin ilkin dövründə rutin ultrasəs
müayin
əsinin aparılması həm hestasiya yaşının daha dəqiq müəyyən edilməsini və çoxdöllü
hamil
əliyin vaxtında aşkar edilməsini, həm də klinik baxımdan müəyyən olunmayan döl
anomaliyalarının erkən diaqnostikasını təmin edə bilər. Döl anomaliyalarının erkən aşkar
2
ABŞ-ın MSİ-nin məlumatından adaptasiya olunmuşdur, 1984