Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   11   12   13   14   15   16   17   18   19

S.M.Abramzoo  Cənubi  Qırğızıstanda  quraqlıqla  bağlı 
əhalinin yığılıb dua etməsi  və qurban  kəsməsi adətinin  («kudayı»  ) 
Yer-Su ilə əlaqələndirir.96
Bu  inanc  Naxçıvanda  quraqlıq  zamanı  “müsəllə”yə  çıxıb 
qurbankəsməyə  uyğun  gəlir.  Bu  isə  yerə  suyun  çağırılması, 
onlann birləşdirilməsidir.
Deməli, 
yer-su 
bütövlük 
mənasında 
işlənməklə,
müqəddəsləşdirilmişdir. 
Məlumdur  ki, 
hər 
bir 
qaynaq,
çeşmə,torpğa-yerə  bağlıdır.  Dağlar  isə  çeşmə  və  bulaqlann 
mənbəyi  hesab  olunur.  Ona  görə  də  qədim  türklər  yer  və  su 
hamilərinin  daha çox  hündür dağlann  başında,  müqəddəs sayılan 
məqamlarda yerləşdiyini söyləyirdilər.
Suyun  müqəddəsliyi  insanın  və  bütün  canlılların  həyatında 
böyük  rol  oynaması  ilə  bağlıdır.  Ziyarətgahlardakı  bulaqlar  və  su 
mənbələri daha da müqəddəs sayılırlar.
Öncədən  demişdik  ki,  zayarətgahın  cənub  tərəfində 
yerləşən  mineral  bulaq  möcüzəli  sayılmaqla,  ondan  sağlamlıq 
məqsədi  ilə  istifadə  edirlər.  Qarşılıqlı  müqayisələr göstərir ki,  Sibir 
və  Altay  türklərində  də  mineral  bulaqlara  böyük  inam  vardır. 
Onların  düşüm  tərzinə  görə,  suyun  özünəməxsus  ruhu  vardır. 
Həmin  ruh  incidiləndə  su  insanlara  zərər  verə  bilər.  Xüsusən 
“arjan”  adlanan  mineral  sulara  böyük  inam  var.  Tuvalılar  inanırlar 
ki,  arjan  insanları  xəstəliklərlə  bərabər,  bir  sıra  xoşagəlməz 
hallardan da qoruyur.99
• 
'  
J * 2 
■'  
Л

61
1
r


Naxçıvan  ərazisindən  topladığımız  materiallara  əsasən, 
mineral  sularda  yuyunmağın  ən  əlverişli  vaxtı  yazda  və  yayın 
ortasına  qədərdir.  Xalq  arasında  belə  bir  inam  vardır  ki,  «Quyruq 
doğan»dan  sonra,  yəni  yay yarı  olanda  (  5  avqust)  mineral  sular 
kəsərdən  düşür.  Payızda  ağacların  yarpaqları  saraldıqdan  sonra 
su yenidən öz kəsərini bərpa edir.
Maraqlıdır ki,  eyni  inam Altay türklərində də vardır. “Arjan”a 
getməyin ən gözəl vaxtı: yazda ağacların yarpağı yaşıllışanda 
(kök  b ü r),  həmçinin,  payızda  ağacların  yarpaqları  saralanda  (san 
bür).100
Azərbaycanda  su  ruhları  "su  yiyəsi”  (  əyəsi  )  adlanır. 
Naxçıvan  ərazisindən  toplanmış  mifoloji  materiallarda  hər  şeyin: 
dağın,  bağın,  yolun  yiyəsi  olduğu  göstərir.  “Bu  əyələrin  içində 
hamısından  üstünü  su  yiyəsidir.  Səhər-səhər  ki,  tezdən  gedirsən 
suyun  üstünə,  gərək  su  yiyəsinə  salam  verəsən.  Heç  vaxt  suya 
tüpürmək,  suya  çirkab  atmaq  olmaz.  Yoxsa  su  yiyəsini 
küsdürərsən, sənə zəfər toxuyar.”101
Suda  yiyələrlə  bərabər,  bəd  ruhlar  özündən  yeyləriə  bağlı 
inamlara  görə,  onlar  insana  zərər  verirlər.  Xüsusən  gecələr 
qorxulu olurlar.
Hal  anası  ilə  bağlı  inama  görə,  o,  zahı  qadının  ciyərini 
çıxarıb  yaxındakı  çayda  və  ya  çeşmədə  suya  çəkib  yeyir.  Ona 
görə  də  belə  vəziyyət  olduqda  deyirlər  ki,  tez  yaxınlıqdakı  suyu 
qılıncla  kəsin.  Yəni  çayın  başına gələn  adam  xəncərlə suya vurub 
deyir. “At kafər, aparma. Qaytar ciyəri”. 102
62


Suyun  müqəddəsliyi,  hətta  onunla  təmas  qura  bilmək 
inamı  geniş  yayılmışdır.  Sudan  dilək  diləmə,  pay  alma  ilə  bağlı 
müxtəlif 
rəvayətlər 
mövcuddur. 
Nağıllarda 
suyun 
insanla
danışması,  suyun  yatması  çərşənbə  gecəsində  xüsusi  möcüzəyə
%
malik olması və s. inamı vardır.
Xalq  arasında  olan  inama  görə,  çərşənbə  gecəsi  sular 
dayanır.  "Bir  arvad  çərşənbə  gecəsi  səhərə  çox  qalmış  səhəngi 
götürüb  çaya  su  dalınca  gedir.  Səhəngi  nə  qədər  basır,  səhəng 
suya  batmır.  Sən  demə  su  yatıbmış.  Arvad  qayıdıb  evə  gəlir. 
Sonra  birdə  gedir.  Görür  ki,  su  şırha-şırla  axır.  Səhəngi  doldurub 
qayıdır. ”1Ю
“Kitabi-Dədə  Qorqud”  dastanında  su  ilə  bağlı  inancların 
daha arxaik formasına rast gəlirik.
Qazan  xan  evinin  yağmaJandığını  gördükdə  izi  iiə 
gedərkən  qabağına  su  çıxdı.  Qazan  aydır  "su  həq  didarını 
görmişdir. Bən bu suya xəbərləşim “ -dedi.
Cıqnam-cıqnam qayalardan çıqan s u !
Ağac gəmiləri oynadan s u !
Həsən ilə Hüseynin həsrəti s u !
Bağ və bostanın ziynəti s u !
Ayşə və Fatmanın nigahı s u !
Şahbəz atlar içdigi s u !
Qızıl dəvələr gəlib keçən s u !
Ağ qoyunlar gəlib çevrəsində yatdığı s u !
63


Ordumun xəbərini bilirmisin, degil mana,
Qara başım qurban olsun suyum, sana I101
Mətindən  görünür ki,  Qazan  xan  suya başını  qurban  deyir. 
Dastanda 
oğul-övladı-  olmayan 
ananın 
nəzir-niyaz  verdiyi 
məlumdur.
Qutu-quru çaylara su saldım 
Qaratom dərvişlərə nəzir verdim.
Ac görsəm toyurdum, yaiıncıq görsəm- tonatdım 
Dəpə gibi ətyiqdım, göl gibi qımız sağırdım 
Dilək ilə bir oğul güclə buldum!10b
Mətindən  suyu  kəsilmiş çaya su  buraxılmasının çox böyük 
savab  olduğu  görünməkdədir.  Yəni  suya  tapınma  niyyətin  hasil 
olması  üçün  suya  qurban  vermə  ilə  bağlıdır.  Bir  sıra  türkdilli 
xalqlarda  doğmayan  qadının  qurumuş  çaya,  eləcədə  adicə  suya 
qurban kəsib onatapınması adəti olmuşdur.106
Mifoloji  baxımdan  diqqətimizi  çəkən  məsələlərdən  biri  Dəli 
Domrulun  bir quru  çayın  üzərinə  bir körpü  tikdirməsidir.  Maraqlıdır 
ki,  keçəndən  33  ağça a lır,  keçməyənin  gətirib zorla keçirir.  Döyə- 
döyə  40  ağça  alır.  Yəni  hamı  körpüdən  keçməlidir.  Çayı  isə 
körpüdən su  olanda keçərlər.  Qutu  çayın  harasından  gəldi  keçiıiər. 
Deməli,  Dəli  Domrul  çayı  sulu  götmək  aızusundadır.  Bəlkə  körpü 
də bir qurbandır. Çaya su gətirmək istəyidir.
64


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə