run yeniləşməsi prosesinin zəif getməsi və sair də özünü göstərir.
Fəlsəfə qlobal problemlərin ümumi prinsiplərini və onlara yanaşmağın konkret
üsullarını işləyib hazırlayır. O, sübut edir ki, qlobal problemlər bəşəri inkişafın,
elmi-texniki və sosial tərəqqinin qanunauyğun nəticəsidir. O, eyni zamanda göstərir ki,
bəşəriyyət bu problemləri həll etməyə qadirdir. Bunun uçün onlara yeni şəkildə
yanaşntaq, müxtəlif ölkələrin və xalqların səylərini və fəaliyyətini birləşdirmək,
bəşəriyyətin ümumi vahid strategiyasını işləyib hazırlamaq tələb olunur.
Qlobal problemlərin mahiyyət və əhəmiyyətini müəyyən edərkən elmi, sosial və
humanist səpkilər vəhdətdə götürülməli, onların həllinə həm elmi-nə- zəri, həm də
praktiki siyasi yanaşılmalıdır. Başqa bir tələb qlobal problemlərə sistemli, kompleks
yanaşılması, onların dialektik qarşılıqlı əlaqə və asılılıqda götürülməsidir.
Fəlsəfə gələcəyə elmi və realist yanaşmağın dünyagörüşü və metodoloji əsasını
təşkil edir. Bu nəzəriyyə gələcəyə optimist nəzərlə baxan ideya silahıdır. Fəlsəfənin bu
keyfiyyəti insanlara təkcə mh yüksəldiyi gətirməklə məhdudlaşmır,
0
həm də çətinlik və
təhlükə şəraitində düzgün istiqamət seçməyə, elmi- realist nəticələr çıxarmağa kömək
edir. Onları aradan qaldırmaq üçün səmərəli yollar və vasitələr axtarıb tapmağa sövq edir.
4.
Bəşəriyyətin gələcəyi və real tarixi proses
Fəlsəfə öyrədir ki, tarixi proses ümumi qanunauyğunluqlar üzrə daim irəliyə
doğru yönəlir. Bu mənada bəşəriyyətin keçmişi, bu günü və gələcəyi bir-birilə ayrılmaz
vəhdət təşkil edir. Belə ki, cəmiyyətin bugünkü həyatı onun keçmiş inkişafının nəticəsidir.
Digər tərəfdən gələcəyin bünövrəsi indiki şəraitdə insanların praktiki yaradıcı fəaliyyəti
ilə qoyulur.
Lakin real tarixi prosesin gələcəyini, onun bu gününü, sadəcə olaraq keçmişinin
təkrarı hesab etmək doğru olmazdı. Əslində gələcək özündə müəyyən qədər keçmişin və
indinin bəzi cəhətlərini əhatə etməsinə baxmayaraq, tamamilə yeni keyfiyyətə malik
cəmiyyət olacaq, bəşəriyyətin humanist və demokratik quruluş haqqındakı çoxəsrlik
sosial ideallarını təcəssüm etdirəcəkdir.
Gələcəyin elmi uzaqgörənliyi hər şeydən əvvəl bütün dünya miqyasında sosial
tərəqqinin geridönməzliyi, qarşısıalınmazhğı qanımauyğunluğuna əsaslanır. Bu qanım
sübut edir ki, özünün bütün mürəkkəbliyi, qeyri-bərabərliyi və ziddiyyətliliyi daxilində
tarix irəliyə doğru inkişaf edir. Bəzi dövrlərdə uzun müddət baş verən durğunluq və
tənəzzül hallarına, müxtəlif cəmiyyətlərin kortəbii qüvvələrin təsiri və ya sosial
toqquşmalar nəticəsində uzun illər davam edən geriliyinə baxmayaraq bütövlükdə tarixi
proses yüksələn xətt üzrə irəliləyir.
Müasir dövrdə sosial tərəqqinin digər bir mühüm qanunauyğunluğu, onun
sürətinin artmasında ifadə olunur. Başqa sözlə deyilsə, indiki dövrdə tarixin ritminin
artması hər şeydən əvvəl tarixdə xalq kütlələrinin rolunun, yaradıcı fəallığının artması ilə
izah edilməlidir. Əlbəttə, söhbət təkcə dünya əhalisinin sayının artmasından getmir
(hərçənd bunun özü də mühüm amildir). Sosial tərəqqinin
477
sürətlənməsini şərtləndirən amillər kompleksində aşağıdakılar mühüm yer tutur;
insanların elmi biliklərinin, təhsil və peşə hazırlığının, siyasi şüurluğunun artması,
şəxsiyyətin azadlığının genişlənməsi, getdikcə daha çox xalqların beynəlxalq əlaqələr
sisteminə və ünsİ
5
^ətə cəlb olunması, sosial iqtisadi, siyasi və mədəni proseslərin
beynəlmiləlləşməsi və sair. İndi siyasi və sosial, iqtisadi, texniki texnoloji dəyişikliklərin,
elmi və mədəni nailiyyətlərin beynəlxalq mübadiləsi əvvəlki dövrlər ilə müqayisə
olunmayacaq dərəcədə sürətlə baş verir.
Burada belə bir sual qarşıya çıxır. Sosial tərəqqinin bu cür sürətli inkişafı nə vaxta
qədər davam edəcəkdir? Qərbin bir çox tədqiqatçıları sübut etməyə çalışırlar ki, yaxın
gələcəkdə əhali artımı, iqtisadi yüksəliş, insanların intellektual və psixoloji
qabiliyyətlərinin inkişafı tükənəcəkdir. Onların sosial proqnozlannda göstərilir ki, XXI
əsrin ortalarında bərpa olunmayan təbii ehtiyatlann sonu çatacaq, ətraf mühitin
çirklənməsi ekoloji fəlakət yaradacaq, bütövlükdə bəşəriyyətin iqtisadi inkişafı
dayanacaqdır. Bu baxımdan Roma klubu təşkilatı üzvlərinin işləyib hazırladığı və hazırda
geniş yayılan "yüksəliş hədləri" konsepsiyası səciyyəvidir. Onun tərəfdarları iqtisadi,
elmi-texniki və demoqrafik inkişafın müasir eyllərini olduğu kimi gələcəyə tətbiq edərək
qlobal modellər yaradırlar. Bu ədellər nöqsanlıdır. Çünki onlar nəzərə almırlar ki, indi
fəaliyyət göstərən miyyət dəyişmələri toplanaraq gələcəkdə əsaslı keyfiyyət yenilikləri
yaradacaqdır. "Yüksəliş hədləri" konsepsiyasının nümayəndələri ictimai inkişafda
yaranacaq bu yeni keyfiyyətin əhəmiyyət və mahiyyətini lazımınca qiymətləndirmir, onu
kəmiyyət dəyişmələrinin sadəcə olaraq sürətli artımı, eksponent inkişafı kimi qələmə
verirlər. Beləliklə də cəmiyyətin ekstensiv inkişafı müt- ləqləşdiıilir, intensiv inkişafın
roluna məhəl qoyulmur.
Ümumdünya tarixi sübut edir ki, cəmiyyətdə inkişafın təkamül və inqilab
formalarının nisbəti cansız təbiətdə, fiziki və kimyəvi aləmdə olduğundan prinsipcə
fərqlənir. Belə ki, burada əmək alətlərinin təkmilləşməsi və istehsalın aparılması
metodlarının inkişafı nəticəsində iqtisadi yüksəlişin hüdudları fasiləsiz surətdə genişlənir.
Digər tərəfdən, baş verən texnoloji inqilablar, iqtisadi fəaliyyətin əvvəllərdə məlum
olmayan prinsipcə yeni sahələrini yaradır. EMi və texniki kəşflər sayəsində tam^amilə
yeni təbii ehtiyatlar yaranır və iqtisadi yüksəlişin təbii ehtiyatlarla-təmin edilməsi
məsələsi də yeni şəkildə qoyulur. Buradan aydın olur ki, təbiətdə və cəmiyyətdə eksponent
sistemlər üzrə inkişaf bir- birindən əsaslı surətdə fərqlənir. Əgər təbiətdə bu inkişaf
doğrudan da müəyyən hədlər ilə məhdudlaşırsa, cəmiyyətdə bunun əksinə olaraq
ekstensiv inkişafın hüdudları onun yüksəlişi üçün nəinki maneə yaratmır, əksinə, sözün
müəyyən menasında iqtisadi yüksəlişin obyektiv stimulu rolunu oynayır. Bunu tarixə
müraciət etməklə də yəqin etmək olar. Məsələn, ibtidai cəmiyyətdə ovçuluq və təbiətin
hazır məhsullarının yığılması uzun müddət genişlənmiş və müəyyən həddə çatdıqda zəruri
surətdə yeni keyfiyyətə əkinçiliyə keçidi hazırlamışdır. Yaxud da insanın yaddaşı və fiziki
keyfiyyətləri məhdudluqlara malik olduğuna görə onu əvəz edən yeni keyfiyyət yazı, kitab
çapı və infoımasiya vasitələri meydana gəlmişdir. Spnralar isə saniyədə milyonlarla riyazi
əməliyyat aparmağa qadir olan EHM, kompyuterlər yaranmışdır. Beləliklə, bəşəriyyətin
intellektual
478