54
qəzetində redaktor müavini işləyib, jurnalistika sahəsində olan zəngin
təcrübəsini həmişə gənclərə öyrədib. İnanırıq ki, gözəl istedad sahibi
olan belə müəllimlərimizin dərs dediyi tələbələr mütləq peşəkar
jurnalistlər olacaq.
Həmid müəllim həm də gözəl insandır. Ona həmişə qiymət
vermək, hörmət etmək borcumuzdur. Sizə daha böyük uğurlar
arzulayırıq, Həmid müəllim!
55
ƏZİM İSMAYILLI
Əzim İsfəndiyar oğlu İsmayıllı 1936-cı ildə
Şirvan torpağında, Azərbaycanın sənətkarlar
yurdu Lahıc kəndində anadan olub. 1960-
cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət
Universitetinin jurnalistika şöbəsini bitirib.
Həmin ildən “Sovet Gürcüstanı” qəzetində
əməkdaşlıq edib.
Ə. İsmayıllı ədəbi yaradıcılığa tələbəlik
illərində başlayıb və ilk hekayəsi “Qocalıqda
yorğalıq” 1957-ci ildə “Gəncliyin səsi” almanaxında dərc olunub. Onun
ilk hekayələr kitabı “Nəfəs” 1966-cı ildə Bakıda Azərnəşr tərəfi ndən
çapdan buraxılıb. Əzim
İsmayıllı öz səsi, öz nəfəsi olan yazıçı olub. Onu yazdığı əsərlərdə ən çox
düşündürən insan, onun mənəvi aləmi, həyata baxışı, düşüncə, arzu və
mübarizliyidir. Ə. İsmayıllı dramaturgiya sahəsində də qələmini sınayıb.
Onun M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında “Sevinc
yaşları” pyesi oynanılıb. Ə. İsmayıllının “Bir cüt bənövşə” pyesi Böyük
Vətən Müharibəsi illərində sovet xalqının göstərdiyi qəhrəmanlıqdan,
xalqlar dostluğunun tükənməz qüvvə və iradəsindən bəhs edir.
Onun haqqında Azərbaycan yazıçılarından Mirzə İbrahimov, Süleyman
Rəhimov, İlyas Əfəndiyev, Mehdi Hüseyn, Əbülhəsən və başqaları
dəyərli sözlər demişlər.
Onun zəhməti sayəsində “Çeşmə”, “Dan Ulduzu” topluları nəşr
olunub.
Əzim İsmayıllı ömrünün son vaxtlarında Cəlil Məmmədquluzadə
ənənələrini davam etdirmək üçün Tifl isdə “Molla Nəsrəddin” məcmuəsini
nəşr etdirib.
O, Hindistan, Türkiyə, Şri-Lanka, Misir və Yunanıstana etdiyi səfərlər
barədə təəssüratlarını qələmə alaraq publisistik yazılarla mətbuatda
çıxışlar edib.
Əzim İsmayıllı Bakıda vəfat edib.
56
ARİF HADIZADƏ
(1940-2013)
Arif Hüseyn oğlu Hadızadə 1940-cı ildə
Marneuli rayonunun Yuxarı Saral kəndində
anadan olub. İlk təhsilini həmin kənddə, 7 illik
təhsilini Aşağı Saral kəndində, orta təhsilini isə
1959-cu ildə Qasımlı kəndində bitirib. Həmin il
hərbi xidmətə yollanıb və xidmət müddətində
bir illik axşam partiya məktəbini bitirib. 1964-cü ildə hərbi xidmətdən
tərxis olunduqdan sonra A. S. Puşkin adına Tifl is Dövlət Pedaqoji İnsti-
tutunun Azərbaycan bölməsinə daxil olub və 1968-ci ildə bu ali məktəbi
bitirərək göndərişlə Gürcüstan paytaxtında nəşr olunan “Sovet Gürcüsta-
nı” qəzetində əmək fəaliyyətinə başlayıb. Arif Hadızadə qəzetdə ilk öncə
korrektor vəzifəsində, sonra baş korrektor, 1984-cü ildə qəzet böyük for-
matla nəşr olunduğuna görə xüsusi müxbir vəzifəsində çalışmağa başla-
yıb.
Arif Hadızadə 1973-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1970-
ci ildən isə Gürcüstan Jurnalistlər İttifaqının üzvü olub. Jurnalistika
sahəsində səmərəli fəaliyyətinə görə onun əməyi yüksək qiymətləndirilib.
Arif Hadızadə 1997-ci il oktyabrın 18-də “Şərəf” medalı ilə təltif olunub.
O, eyni zamanda “Sovet Gürcüstanı” qəzetinin nəşr olunmasının 60 illiyi
münasibəti ilə Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.
“Gürcüstan” qəzetinin Borçalı bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində
işləyib. O, mütəmadi olaraq bu bölgədən xəbərlər, müxtəlif janrlarda
məqalələr yazaraq “Gürcüstan” qəzetinin səhifələrində çap etdirib.
Ailəlidir. Bir oğlu, üç qızı və on nəvəsi və beş nəticəsi var.
2013-cü ilin dekabr ayında vəfat edib.
57
EMİN MAHMUDOV
Emin Abdulla oğlu Mahmudov 1940-cı
il, fevralın 13-də Başkeçid (indiki Dmanisi)
rayonunun Azgəyliyən kəndində ziyalı ailəsində
anadan olub. 1954-cü ildə doğma kəndindəki 8
illik natamam orta məktəbi, 1957-ci ildə Qızıl-
Kilsə orta məktəbini bitirdikdən sonra 1958-ci
ildə A. S. Puşkin adına Tifl is Dövlət Pedaqoji
İnstitutu bitirdikdən sonra müəllim ixtisasına
yiyələnərək, doğma kəndindəki məktəbdə
müəllim işləyib. Sonra o, Tifl isə köçüb burada yaşayaraq, ömrünü
bütünlüklə jurnalistikaya bağlayıb.
O, ilk qələm təcrübələrini orta məktəbdə oxuyarkən rayon qəzetində
dərc etdirib. Gənc müxbir kimi “Sosializ maldarlığı” qəzetində müxtəlif
xəbərlərlə çıxış edib. E. Mahmudov Tifl isə köçdükdən sonra gürcü dilində
çıxan “Kommunisti” qəzetinin redaktoru David Mçedlişvilinin zəmanəti
ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul
olunub və 1968-ci ildə həmin fakültəni bitirdikdən sonra, Gürcüstanda
fəaliyyət göstərən dövlət televiziya və radio verilişləri redaksiyasının
Azərbaycan şöbəsinin rəhbəri vəzifəsinə təyin olunaraq, 2004-cü ilə
qədər (2004-cü ildə həmin redaksiyanın fəaliyyəti dayandırılıb) bu
vəzifədə çalışıb.
Peşəkar jurnalist Emin Mahmudov radioda 40 il çalışıb. O, radioda
çalışmaqla bərabər, bədii və publisist yazılarını Gürcüstan və Azərbaycanda
çıxan qəzet və jurnallarda mütəmadi olaraq dərc etdirib. Onun “Ərməğan”
adlı ilk kitabı 1991-ci ildə “Merani” nəşriyyatı tərəfi ndən nəşr olunub.
2003-cü ildə isə “Yadigar şəkil” adlı hekayə, novella və oçerklər kitabı
işıq üzü görüb.
Emin Elsevər (Mahmudov) gürcü nəsrinin bacarıqlı tərcüməçisi kimi
tanınır. Onun tərcüməsində İ. Çavçavadzenin “Otar öyünün dul qadını”
povesti Azərbaycan və gürcü dillərində nəşr edilib. Sonra gürcü yazıçısı
Cabua Amiracebinin “Data Tutaşxia” romanı Emin Elsevərin tərcüməsində
azərbaycanlı oxuculara təqdim olunub və rəğbətlə qarşılanıb. E. Elsevər
Dostları ilə paylaş: |