Гуранда шаирляр щаггында айя


QARA TELLƏRİNİ TÖKÜB ÇİYNİNƏ



Yüklə 3,16 Mb.
səhifə14/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

QARA TELLƏRİNİ TÖKÜB ÇİYNİNƏ

Qara tellərini töküb çiyninə,

Alıbdı dünyanı əlinə gecə.

Geyinib qara bir atlas əyninə,

Ayı kəmər edib belinə gecə.
Parlaq ulduzları boyunbağıdır,

Qara buludları, sanki dağıdır,

Yellərin sinəmdən qəmi dağıdır,

Bir sərinlik axır elinə, gecə.


Odlu vüsallarla bağrın alışır,

Həsrətlə, hicranla könlün barışır,

Toran mehlərinə sevgi qarışır…

Bir yaraşıq verir telinə, gecə.


Çaylar həzin-həzin laylanı çalır,

Qaranlıq boynuna qolunu salır,

Şadiman bu axşam qadanı alır.

Qat tuti dilimi dilinə, gecə.


25.05.1987

NAZLI GƏLİŞİNƏ MƏN OLUM HEYRAN

Nazlı gəlişinə mən olum heyran,

Dərdini, bəlanı alımmı, bahar?

Bu dağlar gülüstan, bu düzlər seyran,

Qoynunda xəyala dalımmı, bahar?
İzin ver dolanım, çölü-çəməni,

Gah lalə qoxlayım, gah yasəməni,

Yenə təlatümə gətirdin məni,

Ud olum bir «Cəngi» çalımmı, bahar?


Dəli leysanlarla yu üz-gözümü,

Yenidən axtarım tapım özümü,

Təkcə cəmalıma heyran sözümü,

Boynuna çələng tək salımmı, bahar?


Eşqi, səadəti əlində gətir,

İtir bu dünyadan bədxahı, itir,

İnsan ağlında təmizlik bitir…

Bu dəli istəklə dolummu, bahar?


22.03.1987

MƏNƏ PAYIZLARI GƏTİRMƏ, ZAMAN

Saralıb tökülən yarpaqlar kədər,

Hər can qarşısında son qoyub Qədər,

Xəzanlı bağ-bağça bağrımı didər,

Alar könlüm evin yenə sis, duman,

Mənə payızları gətirmə, zaman.


Laləli çəmənlər düzlər solanda,

Yamyaşıl ağaclar donsuz qalanda,

Fələk qara geyib yer-göy dolanda,

Doğar ürəyimdə kədər, ah, aman,

Mənə payızları gətirmə, zaman.
Göyün sinəsində qopanda nalə,

Ölür boynubükük bənövşə, lalə,

O sərxoş buludlar dolu piyalə,

Üzər yarpaqları budaqdan yaman,

Mənə payızları gətirmə, zaman.
Şimşəklər atlı tək çapıb keçəndə,

Xəzan bağça-bağın bağrın biçəndə,

Buludlar səmanın qanın içəndə,

Bənzər bir savaşa əldə ox-kaman,

Mənə payızları gətirmə zaman.
Xəzri zilə qalxar ağlar havalar,

gömgöy Xəzərin burnun ovalar,

Torpağın bağrından qopar dualar,

Göylərə əl açar, diləyər, aman,

Mənə payızları gətirmə, zaman.
Xəzəli yetişib Şadimanın da,

Qışın sazağı var donan qanında,

Dünyanın duyulur xəzan canında…

Udur yalquzaq tək yaxşını yaman,

Mənə payızları gətirmə, zaman.

Mənə payızları gətirmə, zaman.


17-18.09.1998
KİM DEYƏR HANSI YAXŞI?
Göyün min bir ulduzu,

Yerin öz dadı, duzu,

Ayın nuru, sal buzu,

Bu İlahi baxışı,

Kim deyər hansı yaxşı?
Adəmin öz nəsili,

Hər nəsilin əsili,

Ömrə düşən fəsili,

Yaz-yayı, payız-qışı,

Kim deyər hansı yaxşı?
Səmanın neçə rəngi,

Şimşəklərin ahəngi,

Dolanda çalar «Cəngi»,

Buludunun yağışı,

Kim deyər hansı yaxşı?
Torpağa nemət bəşər,

İçində xeyr, ya şər,

Yer altında yerləşər…

Canına bəla başı,

Kim deyər hansı yaxşı?
Göy yeri tarazlayar,

Can cismdə nazlayar,

Əzrayıl da yazlayar,

Gələn-gedən də naşı,

Kim deyər hansı yaxşı?
İblis bəşər içində,

Gecə-gündüz biçində,

Ey Şadiman, hər dində-

Tanrının haqq baxıışı,

Kim deyər hansı yaxşı?
24.03.1998
BİR PAR­ÇA DAM, SƏ­MA,

HEY­VA AĞA­CI


Kö­nü­lü­mü tit­rə­dən il­ha­mım qa­sid,

Dil­siz şər­qi­lə­ri ru­hu­mun ta­cı.

Boy­la­nır pən­cə­rəm önün­də mə­sud,

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


Atı­lır ota­ğa gü­nün işı­ğı,

Tit­rə­yən yar­paq­lar yel­lər aşı­ğı,

Də­ni­zin için­də qəlb ya­ra­şı­ğı,

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


Tu­fan­lar əs­di­rər tax­ta ev­ci­yi

Qə­rib su­lar üs­tə qə­rib in­ci­yi,

Sax­la­yar bəl­kə də qorxmaz div­ci­yi

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


So­yuq ürə­yi­mə bir il­ham ve­rər,

Da­nı­şan yar­paq­lar ru­ha kam ve­rər,

Duy­ğu­lu kön­lü­mə da­dı tam ve­rər,

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


O ağ qa­ğa­yı­lar hey döv­rə vu­rar,

Di­rək­lər üs­tün­də, fə­qət toy qu­rar,

Tan­rı ətə­yin­dən ya­pı­şar du­rar

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


Har­dan­sa sər­çə­lər ça­şıb gə­lər­lər,

Tit­rək yar­paq­la­rı eş­qə bə­lər­lər,

Tor­paq ağ­rı­sıy­la, san­ki ölər­lər...

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


Xə­zə­rim sev­gi­li də­niz­dir mə­nə,

Ür­kək mə­lək­lər ­tək tə­miz­dir mə­nə,

Uca sa­ray­lar­dan əziz­dir mə­nə,

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


Bur­da uzaq­da­yam mən qay­ğı­lar­dan,

Ya­lan­çı, mi­nüz­lü o say­ğı­lar­dan,

Ya­ra­nıb sev­gi­li pak duy­ğu­lar­dan-

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


Pən­cə­rəm önün­də hər yar­paq şa­nə,

Ve­rər di­lək­lə­ri ne­cə ni­şa­nə,

Al­lah, bən­zə­mə­sin heç pə­ri­şa­nə,

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


Ürək sü­ku­nə­tin eş­qi­nə uyar,

O gen asi­man­dan gö­züm­mü do­yar?

Dal­ğa­lar üs­tün­də bu kön­lü­mə yar-

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.


Sıx­ma göz­lə­ri­ni, Şa­di­man, şeh ­tək,

Ox­şa­yar te­li­ni bu də­niz meh­ tək,

Fəth edib qəl­bi­mi elə fa­teh­ tək-

Bir par­ça dam, sə­ma, hey­va ağa­cı.

30.07.2001.
NEY­LƏ­SİN?

Dağ­la­rın ba­şı­nı xə­zan alan­da

Çi­çə­yi, çə­mə­ni, gü­lü ney­lə­sin?

Du­man zir­və­lər­də yal­qız qa­lan­da

Rüz­gar ağ qır­çın­lı tü­lü ney­lə­sin?
Səf-səf qo­şu­nu­nu dü­zən­də bu­lud,

Ha­ra­yı, hə­ni­ri bir ya­nıq­lı ud,

Hön­kür­tü çö­kən­də hər qo­vaq, pa­lıd

Or­ma­nın füs­nü­kar ye­li ney­lə­sin?


Çis­kin bü­rü­yən­də qa­ya qa­şı­nı,

Bu­lud­lar tö­kən­də o göz ya­şı­nı,

Sa­lan­da kol-ko­sa ov­çu ba­şı­nı,

Kək­li­yin, tu­ra­cın di­li ney­lə­sin?


Tor­paq­da sa­lan­da xə­zəl na­xış­lar,

Üzü­lər nis­kil­dən, qəm­dən ba­xış­lar,

Ya­ğan­da aram­sız gur­şad ya­ğış­lar

Dağ­la­rın kük­rə­yən se­li ney­lə­sin?


Sap­sa­rı göy, yer­dən xə­zan da ra­zı,

So­yu­dar qa­nı­nı pa­yı­zın na­zı,

Alan­da çə­mə­ni, dü­zü aya­zı

Üşü­yən çi­çə­yin te­li ney­lə­sin?


Qa­ra­lar hik­kə­dən, do­lar fə­lək­lər,

Yal­ma­na, ya­ma­ca sa­zaq ələk­lər,

Hə­dəy­lə əsən­də so­yuq kü­lək­lər

Dağ­la­rın üşü­yən be­li ney­lə­sin?


Yer­lə­rin bağ­rın­dan açıl­maz bu­zu,

Düz­də ana­sı­na sı­ğı­nar qu­zu,

Ge­cə­lər udan­da bu­lud ul­du­zu...

Tor­paq tir-tir əsən çö­lü ney­lə­sin?


Ya­ğan­da fə­lə­yin ağap­paq qa­rı,

Rüz­gar in­lə­yən­də hey za­rı-za­rı,

Do­nan­da dər­ya­nın su­la­rı, ba­rı,

Ör­dək­lər, so­na­lar gö­lü ney­lə­sin?


Şa­di­man, pa­yı­zın, qı­şın zəh­mi var,

Val­lah hər fəs­lin yax­şı fəh­mi var,

Al­la­hın bən­də­yə, ca­na rəh­mi var,

Bəs mə­zar için­də ölü ney­lə­sin?!...

10.Xll.1999

PA­YIZ­DA GÖ­YƏ­RƏN

OT­LAR NƏ QƏM­Lİ?
Pa­yız­da gö­yə­rən ot­lar nə qəm­li?

Üşü­yər çə­mən­lər, çöl­lər için­də.

Tit­rək ba­xış­la­rı, göz­lə­ri nəm­li,

Du­ma­na bü­rü­nər yel­lər için­də.


Pa­yız­da gö­yə­rən ot­la­rın ha­lı,

Nis­kil­li qəl­bi­mə tö­kər mə­la­lı,

Fə­lə­yin da­va­kar bu qey­lü-qa­lı

Gur­şa­da çev­ri­lər sel­lər için­də.


Yam­ya­şıl ot­la­rın hüs­nü pə­ri­şan,

Alar kön­lüm evin kə­də­ri ni­şan,

O gö­zəl ba­har­dan heç ver­məz ni­şan

Sı­zıl­tı du­yu­lar tel­lər için­də.


Qı­şı hay­la­yan­da qa­sır­ğa, Xəz­ri,

Hər otun şə­ni­nə ve­rər yer nəz­ri,

San­ki göy tor­paq­dan di­lə­yər üz­rü

Pa­yı­zı dan­la­yar il­lər için­də.


Tit­rə­yər sə­ma­nın kök­sün­də şim­şək,

Qı­şın gə­li­şi­nə et­məz şüb­hə-şəkk,

Ot­lar boz düz­lər­də üşü­yən­də tək,

Ağ­la­yar so­na­lar göl­lər için­də.


Pa­yız­da gö­yə­rən hər ot dad edər,

So­yu­ğun əlin­dən hey fər­yad edər,

Üzün gö­yə tu­tar Rəb­bi yad edər

Di­li ha­ray çə­kər dil­lər için­də.


Pa­yız­da gö­yə­rən ot­lar ağ­la­yar,

Ümi­din Al­la­ha, haq­qa bağ­la­yar,

Ti­ka­nın, ko­lun da kök­sün dağ­la­yar,

Bir həm­dəm ara­yar gül­lər için­də.

Şa­di­man, za­ma­nın ge­di­şi be­lə,

Ve­rər hər can­lı­nın öm­rü­nü ye­lə,

Qa­pı­nı dö­yən­də əz­ra­yıl hə­lə

Bir pə­nah tap­maz­san el­lər için­də.

23.Xl.1999.

PA­YIZ Çİ­ÇƏ­Yİ


Əs­di­rir ba­şın­da fə­lək yel­lə­ri,

Ələ­yir üs­tü­nə gur­şad sel­lə­ri,

So­lur vü­cu­du­nun ya­şıl tel­lə­ri,

Sa­ral­dır do­nu­nu, pa­yız çi­çə­yi.

Gə­ti­rir so­nu­nu, pa­yız çi­çə­yi.
Sən ki, or­man­la­rın bir ya­ra­şı­ğı,

Sa­rı ot-ən­cə­rin ol­dun aşı­ğı,

Ey bom­boz çöl­lə­rin hə­yat işı­ğı,

Nə in­cə mə­lək­sən, pa­yız çi­çə­yi.

Tor­pa­ğa ürək­sən, pa­yız çi­çə­yi.
Boy­la­nıb ba­xır­san çə­mən­dən, çöl­dən,

So­na­lar sey­ri­nə gə­lib­di göl­dən,

De, mən ne­cə do­yum yam­ya­şıl tel­dən?

Duy­ğu­mu coş­dur­dun, pa­yız çi­çə­yi.

Sel­lər ­tək daş­dır­dın, pa­yız çi­çə­yi.

Ba­xı­ram göy­lə­rə qap­qa­ra bu­lud,

Hət­ta, xə­zan ça­ğı sa­ra­lır pa­lıd,

Tit­rək yar­paq­la­rın bir ya­nıq­lı ud,

Nə şər­qi oxu­yur, pa­yız çi­çə­yi.

Ət­rin qəm qo­xu­yur, pa­yız çi­çə­yi.


Bağ-bağ­ça öm­rü­nü vu­rub­du ba­şa,

Fə­qət bən­zə­ri var bir can­sız da­şa,

Şe­hin lə­çək­lər­də bən­zər göz ya­şa!

Qəl­bi dağ­la­yır­san, pa­yız çi­çə­yi.

Yox­sa ağ­la­yır­san, pa­yız çi­çə­yi?
Kö­kün­dən qo­par­maq sə­ni çox ağır,

Üs­tü­nə fə­lə­yin ley­sa­nı ya­ğır,

Tu­fan­la­ra düş­sən sən mə­ni ça­ğır -

Bir az sev­gi is­tə, pa­yız çi­çə­yi.

Alım kön­lüm üs­tə, pa­yız çi­çə­yi.
Sən mən­dən ca­nı­mı, ru­hu­mu al­dın,

Tən­ha sə­ma altda kə­mən­də sal­dın,

Ov­cu­mun için­də ət­rin­lə qal­dın,

Bu da bir eş­qi­mi, pa­yız çi­çə­yi?

Könü­lüm­lə məşqmi, pa­yız çi­çə­yi?
Xə­zan­da gö­yə­rən ot­lar mü­kəd­dər,

Sə­nin də üs­tü­nü alıb­dı kə­dər,

Sa­bah qar­lı qı­şı gə­tir­sə qə­dər...

Heç edər pöh­rə­ni, pa­yız çi­çə­yi.

Don­du­rar çöh­rə­ni pa­yız çi­çə­yi.
Nis­kil­li çöl­lə­rin hə­yat se­vin­ci,

Ot­lar ara­sın­da par­la­yan in­ci,

Ağ­rı­yan kön­lü­mün qoy çıx­sın din­ci,

Gəl Şa­di­ma­na yet, pa­yız çi­çə­yi.

Kön­lü­nü yu­va et, pa­yız çi­çə­yi.

23.Xll.1999



Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə