Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə9/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   5   6   7   8   9   10   11   12   ...   402

 

20 


Demokratizm  mütləq  əxlaqa  deyil,  reallıqda  mövcud  olan 

insanlar 

çoxluğunun 

təsəvvürlərinə 

əsaslandığından 

Sokrat 


demokratizmlə də barışmaz mövqedə dururdu. 

Sokrat etikada absolyutizmin tərəfdarı olduğu halda, estetikada 

relyativizmin  tərəfdarı  idi:  yüyürməkdə  gözəl  olan    güləşdə  gözəl 

olana  oxşamır.  Hansı  nöqteyi-nəzərdən  baxılmasından  asılı  olaraq 

eyni predmetlər gözəl də ola bilər, eybəcər də. Sokrat belə düşünürdü 

və  belə  deyirdi.  Yeri  gəlmişkən,  qeyd  edək  ki,  gözəllik  Sokrat  üçün 

elə bir müstəqil əhəmiyyətə də malik deyildi. 

Sokrat  estetik  problematikada  belə  utilitarizm  mövqeyində 

dururdu:  şeylər  o  kəs  üçün  yaxşı  və  gözəldir  ki,  o,  bu  şeylərə  daha 

yaxşı  uyğunlaşmışdır.  O  düşünürdü  ki,  nə  dünyada,  həyatda,  nə  də 

bədii  fəaliyyət  sahələrində  gözəlliyi  mütləq  bir  şey  kimi  götürmək 

düzgün  deyildir.  Hər  bir  şeyin,  hadisənin  və  yaradıcılıq  məhsulunun 

qəşəngliyi  və  ya  gözəlliyi  onun  məqsədə  nə  dərəçədə  müvafiq  olub-

olmaması  ilə      ölçülməlidir.  Hər  bir  şeyin,  hər  bir  əməlin  qəşəng 

olması  və  ya  olmaması,  həmçinin  də,  fəzilətli  və  ya  qeyri-fəzilətli 

olması onun məqsədə nə dərəcədə müvafiq olmasındadır. Bununla da, 

Sokrat  artıq,  hətta  etikada  da  utilitarizm  mövqeyində  duraraq 

relyativizmin xeyrinə bir addım atır. 

Utilitarizm  Sokratın  siyasi  baxışları  üçün  də  səciyyəvi  idi. 

Çünki  Sokrat  özünün  siyasi  baxışlarında  demokratik  mövqedə 

durmasa  da,  hər  halda  rəiyyət  mövqeyində  dururdu.  Bu  mövqe  isə 

aristokratik  mövqe  ilə  daban-dabana  ziddir.  Sokrat  əslində  icmaçı 

siyasi doktrinanın, kommunistik siyasi doktrinanın tərəfdarı idi. 

Lakin  Sokrat  kommunist  siyasi  doktrinasının,  əlbəttə  ki,  ilk 

müəllifi  deyildi.  İcma  mədəniyyətinin  başlıca  əxlaqi  dəyərləri  - 

xeyirxahlıq,  mərhəmətlilik,  mehriban  qonşuluq,  həmrəylik,  insan 

münasibətlərində  qərəzsizlik,  səmimilik  və  təmənnasızlıq,  doğruluq, 

insanlar  arasında  qardaş  münasibətləri,  insanların  mütləq  və  real 

bərabərliyi  -  həsrətlə  anıldığı  hər  bir  cəmiyyətdə  kommunist  təbiətli 

təlimlər təşəkkül tapır və inkişaf edir. 

Həmin  həsrətin  ən  ilkin  ifadə  formalarından  biri  kimi  Edem 

bağı  haqqında  Siyasətçidə  təqdim  olunan  Kron  dövrü  ilə  bağlı 

hekayətə oxşar olan dini əfsanə göstərilə bilər. 

Lakin  ictimai  fikrin  sonrakı  inkişaf  prosesində  kommunizm 

həsrəti  təkcə  dini  əfsanələrin  deyil,  həm  da  siyasi  doktrinaların 

məzmununu formalaşdırdı. 

İcma prinsipləri üzərində qurulmuş keçmişin həsrətlə anılması 

ilə Qədim Yunanıstanın digər insanlarında da rastlaşmaq mümkündür. 



Evgemerin  və  Yambulun  şəxsində  biz  əslində  kommunizm  təbiətli 

keçmişin ideallaşdırılmasını müşahidə edirik. 




 

21 


Sokrat 

icmaçı  siyasi  doktrinanın 

tərəfdarı 

olmaqla 


demokratiyanın  nüfuzlu  opponenti  idi.  Demokratiyaya  qarşı  onun 

tərəfindən 

irəli 

sürülən  arqumentləri  təkzib  etmək  üçün 



demokratiyanın  da  belə  bir  nüfuzlu  müdafiəçisi  olmalı  idi. 

Demokratiya  özünün  belə  bir  nüfuzlu  müdafiəçisini  Demokritin 

şəxsində  tapdı.  Demokrit  Sokratın  tam  əksinə  olaraq  «demokratiya 

şəraitində yoxsul olmaq, zülm şəraitində xoş həyatdan daha yaxşıdır», 

- deyirdi. 

Demokratiyanı  əslində  azad  cəmiyyətin  özünütəşkil  prinsipi 

kimi  görən  Demokrit  Qorgidən  fərqli  olaraq  azad  cəmiyyəti  yalnız 

qanun  qarşısında  bərabərlik  prinsipi  üzərində  mümkün  hesab  edirdi: 

adamlar  o halda  azad  ola  bilirlər  ki,  bütün  qanun  və  qaydalara dəqiq 

riayət  edilir,  bütün  vətəndaşların  bərabərliyi  və  yekdilliyi  üçün  şərait 

yaradılır. 

Bununla  belə,  Demokrit  insanlar  arasında  təbii  bərabərsizliyin 

də mövcud olduğunu etiraf edir. Lakin Demokrit təbii bərabərsizliyin 

əsasını  mənşənin  nəcabətli  olub-olmamasında  deyil,  bilik  və 

bacarıqların az və ya çox olmasında görür. Demokrit elə bu səbəbdən 

də belə hesab edir ki, dövlət orqanlarında nadanlar, kütbeyinlər deyil, 

mənşəyindən asılı olmayaraq, başqalarından zehni qabiliyyətləri, bilik 

və  bacarıqları  ilə  seçilənlər  yerləşdirilməlidirlər.  Demokritə  görə, 

dövlət zadəganlara ilahidən verilən bir pay deyildir. 

Demokritin  fikrincə,  dövlət,  ümumiyyətlə,  ilahi  mənşəli 

olmayıb, insani mənşəlidir: Dövlət vətəndaşların ümumi mənafeyinin 

təcəssümü  olmaqla  heç  bir  kənar  qüvvə  tərəfindən  deyil,  insanların 

özləri  tərəfindən  yaradılmışdır.  Siyasət  yalnız  adamların  uzun  sürən 

mübarizəsinin  məhsuludur  və  yalnız  insan  səylərinin  nəticəsidir. 

Siyasət sənətdir. Böyük sənət olsa da, yalnız sənətdir. 

Demokritin  siyasi  baxışları  elə  öz  sözlərindən  də  göründüyü 

kimi  demokrat  xarakterli  idi.  Lakin  Demokrit  demokratik  siyasi 

doktrinanın  təkcə  tərənnümçüsü  deyildi.  O,  demokratiyanın  fəlsəfi 

prinsiplərinin  və  ontoloji  əsaslarının  da  yaradıcısı  idi.  Demokrit 

atomistikası, həm də demokratiyanın belə bir ontoloji əsası oldu. 

Lakin atomistika təkcə demokratizmin deyil, həm də və ondan 

da daha öncə determinizmin və materializmin fəlsəfi əsası oldu. 

Başlıca  ideyaları  Demokrit  tərəfindən  verilən  atomistika 

Anaksimandrın  arxe  haqqında,  pifaqorçuların  hədsiz  və  hədli  varlıq 

haqqında təsəvvürlərinə, həmçinin də, çox yəqin ki, qədim hindlilərin 

nyaya  təliminə  söykənir.  Onu  da  qeyd  edək  ki,  tarixi  mənbələrdən 

ümumən  məlum  olduğu  kimi  atomistika  təliminin  yaradılmasında 

Demokritlə  yanaşı  onun  müəllimi  Levkippin  də  müəyyən  əməyi 

olmuşdur. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə