65
Əbu Müslim Dərbənd işlərini nizama saldıqdan sonra, Qumuq
tərəfinə səfər bayrağını açdı. Oranın əmirləri
və əhalisi, bir çox
müharibədən sonra, aman istəyib müsəlman oldular. O, Qaziqu-
muq şəhərinin ortasında böyük bir came məscidi və bir neçə başqa
bina tikdirdi. Onlar indi də durur. Şahbal və ya Şahi-Bəəl ibni-
Əbdüllah ibni-Qasım ibni-Əbdüllah ibni-Abbas ibni-Əbdülmüttə-
libi onlara hakim təyin etdi, islam dininin şərtlərini əhaliyə təlim
etmək üçün də onun yanında bir qazi qoydu. Oradan Qaytağa
gəldi, buranın əhalisi şiddətli vuruşma və çoxlu tələfatdan sonra,
islam dinini qəbul etdi. Qaytaq əhalisi islam dinini qəbul etdikdən
sonra, Əbu Müslim öz qohumlarından Əmir Həmzə adlı bir nəfəri
buraya hakim təyin etdi.
Bundan sonra, əhalisinin çoxu yəhudi və
dinsiz olan Təbərsəran üzərinə yürüdü. Bunlar da əvvəlcə müdafiə-
yə başladılar. Lakin, hakimlərinin öldürüldüyünü və bir çoxlarının
tələf və əsir edildiyini görüncə, müsəlman oldular... Məhəmməd
Məsum adlı bir nəfəri burada hakim qoydu. Şəriət əhkamını təlim
etmək üçün də iki qazi təyin etdi. Əmr verdi ki, Təbərsəran əhalisi
Məsum və qazilərin hökmünə əməl etsinlər. Bu nahiyələrin mühüm
işlərini yoluna qoyduqdan sonra, Tav (yəni dağ) və Avar əhalisi
üzərinə hərəkət edib, onları qılınc gücü ilə müsəlman etdi. Onlar
üçün məscidlər tikdirib, qazilər təyin etdi. İndiki
halda Aqquşa kən-
di Tavın, Xumzaq şəhəri isə Avarın mühüm yerlərindədir. Gürcüs-
tan hüdudundan başlayıb, Qıpçaq çölünə qədər, Dağıstanın bütün
hakimlərinə və qazilərinə Şahbala tabe olmağı əmr etdi. Buyurdu
ki, əgər Xəzər tayfası Dərbəndin üstünə gəlsə, onlar ona qarşı
dursunlar. Xəzər tacirlərini şəhərin bir ağaclığında saxlayıb alver
etdikdən sonra, geri qaytarsınlar. Dərbəndlilərdən ticarət qəsdilə
Xəzər vilayətinə gedən olsa, onun malının üşrünü (onda birini)
alsınlar. Elçi gələrsə, onu gözü bağlı şəhərə gətirsinlər, qayıtdığı
zaman da bu cür yola salsınlar. Ta ki, onlar Dərbəndin vəziyyətin-
dən xəbərdar olmasınlar. Bütün Dağıstan əhalisi üzərinə vergi təyin
edib buyurdu ki, Təbərsəran, Köbəçi
və Qaytaq əhalisi hər il onu
gətirib Dərbənd hakiminə versinlər. O da özünə və Əmir Həmzəyə
66
düşən hissəni götürüb, qalanını Dərbəndin mühafizlərinə və füqə-
rasına sərf etmək üçün anbarda saxlasın. Əgər hakim özü üçün
müəyyən miqdardan artıq götürüb ədalətsizlik etmiş olsa, o zaman
qoşun rəisləri onu vəzifədən xaric etsinlər. Həmri, Kürə, Quba, Qül-
han, Qürah, Axtı, Xnav, Rütul, Zaxur, bütün Qumuq, Avar, Qərax,
Hidat, Tarxu, Əhran və İndiri əhalisi öz xəraclarını Şahbala versinlər.
Əgər Şahbalın üzərinə düşmən hücum etsə, yaxud o kafirlərlə mü-
haribəyə getsə, Qaytaq, Təbərsəran hakimləri öz qoşunları ilə onun
köməyinə gəlsinlər. Dərbənd hakimi həmişə şəhəri mühafizə edib,
heç bir yana getməməlidir, cümə günləri
məscidi-camedə imam
olaraq namaz qılmalıdır.
Katib Çələbi «Cahannüma» adlı əsərində Əbu Hamiddən belə
nəql edir: «Dərbənd işləri nizama salındıqdan sonra, Hişam özü bu
şəhərə gəlmişdi. Əhalinin xahişinə görə, öz qılıncını yadigar olaraq,
Dərbəndin yaxınlığında bir yerdə qoydu. Bu yer indi də o ölkə əha-
lisinin ziyarətgahıdır».
Müəllif deyir: Əhalidən mötəbər kimsələrin dediyinə görə,
Xəraq mahalında, Yuxarı Təbərsəranda, Curdaf kəndi yanında ma-
ğara içərisində bir xəncər vardır. 0 ətrafın xalqı qurban və sədəqələr
aparıb onu ziyarət edir və bu yerin ətrafını müqəddəs hesab edir.
Buna görə burada, oğruya çal-çap etdiyi mal üçün cəza verilməz
və qatildən də qisas alınmaz. Hətta bir adam cəsarət edib oranın
meşələrindən bir ağac budağı belə kəsə bilməz. Demək olar ki,
həmin xəncər Hişamın qılıncıdır. Lakin aradan uzun bir zamanın
keçməsi və yerin uzaqlığı ilə əlaqədar olaraq, xəncər qılınc deyə
məşhur olmuşdur.
Hicri 120-ci (=739) ildə Mərvan ibni-Məhəmməd, Hişam tərə-
findən Dərbəndə hakim göndərildi. O, Əbu
Müslimin qoyduğu qə-
rarlar üzrə rəftar edirdi. Təbərsəran əhalisi hər il növbə ilə Dərbən-
din küçə və məhəllələrini təmizləyirdi.
67
Hicri 132-ci (=751) ildə xilafət əməvilərdən abbasilərə keçdi,
Əbdül-Abbas Səffah
1
Dərbəndin vəziyyətini yaxşılaşdırmaq və
hüdudunu mühafizə etmək barəsində son dərəcə səy edirdi. Hicri
136-cı (=755) ildə, Əbu Cəfər Mənsur
2
xilafətə oturunca, Yəzid
ibni-Əsədi Dərbəndə hakim göndərdi. Bunun zamanında xəzərlər
külli qoşunla gəlib Dərbəndi mühasirəyə aldılar. Onlar bir gecə
hasarın dibinə xeyli ağac yığıb, bu vasitə ilə hasarın üzərinə çıxmaq
istədilər, qaladakılar xəbərdar olub ağacların üzərinə neft tökərək
yandırdılar. Xəzərlər məqsədlərinə nail olmadan geri qayıtdılar.
Əbu Cəfər Mənsur, Yəzid ibni-Əsədi hüzuruna çağırıb soruşdu: -
Dərbənd üzərindən xəzərlərin şərrini hansı tədbir ilə dəf etmək
mümkündür? Yəzid ərz etdi: - Dərbəndin ətrafında xarab olmuş
çoxlu qala vardır, əgər bunlar təmir edilib,
hər birinə qarovulçular
təyin edilərsə, o zaman Dərbəndin mühafizəsi asanlaşmış olar. Xə-
lifənin əmrilə Yəzid gəlib qalaların və yaşayış məntəqələrinin təmi-
rilə məşğul oldu. O cümlədən, Süvar, Müta, Kemax və indi Çerkəni
adlanan Süfnan qalalarını təmir etdi. Bundan başqa Dərvaq, Ersi və
Hümeydi kəndlərini abad etdirib Şam, Cəzirə və Mosuldan 7000
ailə gətirib buralarda yerləşdirdi. Yəzidiyyə və Sirməkiyyə adlı iki
qala da bina etdirdi. Öz qəbiləsindən bir dəstə adam köçürüb
buralarda yerləşdirdi. Məqatir və Mehraqəni abad edib hər yerdə
qoşun qoydu. Bu qayda ilə Dərbəndi asayiş və rahatlıq içində
mühafizə edirdi, xəzərlər Qoysu çayından keçə bilmirdilər.
Hicri 170-ci (=787) ildə, Harunərrəşid
3
Cəyun ibni-Nəcəmi
Dərbəndə hakim göndərdi və ona tapşırdı ki, bu yerin intizamını
keçmişdə olduğu kimi saxlasın. Cəyun, qala və hasarın
möhkəm-
liyinə arxalanıb zülm və əxlaqsızlığa başladı, ölkənin idarə işlərinə
göz yumdu. Dərbənd əhalisinin çoxu qaçıb-dağılmağa üz qoydu.
Bu xəbər Haruna yetişdi. O, Rəbiətülbahilini Dərbəndə hakim təyin
1
Əbül-Abbas Səffah - abbasilərdən birinci xəlifədir (132-136= 750-754).
2
Əbu Çəfər Mənsur- abbasilərdən ikinci xəlifədir (136-158=754-775).
3
Harunərrəşid - abbasilərdən beşinci xəlifədir (170-193= 786-809).
68
etdi. Rəbiə, Cəyunu həbsə alıb, Bağdada göndərdi. Hicri 173-cü
(=790) ildə Xüzeymə ibni-Cazim Harunərrəşid tərəfindən 12000
qoşunla Dərbənd əyalətinə gəlib, hasar və burcların xaraba yerlərini
təmir etdi. Bir neçə müddətdən sonra, Harunərrəşid özü Dərbəndə
gəlib oranın vəziyyətini yoxladı. Rubas çayından bir bənd çəkdirib
şəhərin kənarına su gətirdi. Burada bağlar, bostanlar saldırdı və
dəyirmanlar tikdirdi. Bunların mədaxilini Dərbənd yoxsullarına vəqf
etdi. Həfəs ibni-Öməri Dərbəndə hakim təyin edərək, ona lazımi
göstərişlər və nəsihətlər verib Bağdada qayıtdı.
Deyirlər ki, Dərbən-
din şimal tərəfində, Qırxlar dərvazası qarşısında bir daş günbəz
vardır. Harunərrəşidin oğlu burada basdırılmışdır. Məşhur olduğu
üzrə, Harunərrəşidin arvadı Zübeydə xatun bint-Əbucəfər Mənsur,
uzun sürən bir qızdırma xəstəliyinə mübtəla idi. O, ab-havasının
lətafətilə məşhur... olan Təbrizdə bundan səhhət tapdı. Buna görə
hicri 175-ci (=792) ildə, bu şəhəri yenidən bina etdirib adını da
Təbriz qoydu. Bu əhvalatdan və Harunərrəşidin oğlunun Dərbənd-
də vəfat etməsindən anlaşılır ki, Zübeydə xatun da öz ərilə bu öl-
kəyə gəlibmiş.
Hicri 180-ci (=797) ildə, xəzərlər hücum edib bütün Dağıstanı,
Dərbəndi və Şirvanı istila etdilər. Katib Çələbinin yazdığına görə,
bu müharibədə 140000 nəfər müsəlman tələf oldu. Hələ bu vaxta
qədər islam aləmində belə bir hadisə görünməmişdi. Əbu Müsli-
min əmirliyə təyin etdiyi Məsum, Şahbal və Əmir Həmzə övladının
başına bu hadisələr zamanı nələr gəldiyi məlum deyildir. İslam di-
nini qəbul edən Dağıstan tayfaları da xəzərlərin istilası və müsəl-
manların məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar.
Hər guşədə bir əmir və hər nöqtədə bir şərir meydana gələrək, fit-
nə-fəsad törətməyə başladılar. Bu zaman Şirvan
vilayətində Fərrux-
zad Əxşican oğlu
1
hökmran idi. Bakıda Bibiheybət kəndində onun
ləqəbi: «
- əmirülmömininin yardımçısı böyük
1
Mətndə yanlışlıq var, Fərruxzad Əxsitan oğlu olmalıdır. Kəsrani şirvanşahlar
sülaləsinə mənsubdur.