Gerblər və emblemləR



Yüklə 436,95 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix30.12.2017
ölçüsü436,95 Kb.
#18833
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

24 



Dövlət gerbindəki simvolların  

məna və funksiyaları

 

 

Dünya  heraldika  sənətində  dövlət  gerblərinin  qalxan  üzərində  verilməsi  təcrübəsi  geniş  yayılmışdır. 



Qalxandan dünya xalqlarında min illər boyu ,adətən, müdafiə, eləcə də, milli simvolların nümayiş etdirilməsi 

məqsədilə  istifadə  olunmuşdur.  Bu  da  bəllidir  ki,  Şərq  xalqlarında  qalxan  milli  döyüş  alətlərindən  biri  olub, 

qəhrəmanlıq simvoludur. Qərb xalqlarındakından fərqli olaraq şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin 

həmin  qalxan  üzərində  təsvir  edilməsi  Azərbaycanın  Şərq  dövləti  olduğunu,  millətimizin  şərq  sivilizasiyasına 

mənsubluğunu,  xalqımızın  şərqliliyini  bildirməyə  xidmət  edir.  Qalxanın  içərisindəki  dairəvi  mavi,  qırmızı  və 

yaşıl rəng çalarları milli bayrağımızda ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın 

ortasında  yerləşən  səkkizguşəli  ulduz  günəşin  simvoludur.  Günəş  (eləcə  də,  Ay)  dünya  heraldika  sənətində 

«əbədi,  daimi,  sonsuz  həyat»  mənasındadır.  Günəş  simvolunun  ağ  rənglə  verilməsi  isə  «əmin-amanlıq, 

sülhsevərlik, barış» mənaları verir. Günəşin mərkəzində alov təsviri «Odlar Yurdu»nu – Azərbaycanı simvolizə 

edir.  Ümumiyyətlə,  alov  gerbşünaslıqda  tərəqqi,  inkişaf  rəmzi  sayılır.  Bu  simvolda  qədim  azərbaycanlılarda 

mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli («Novruz» bayramında oda münasibət) ənənələr 

də nəzərə alınmışdır. Heç təsadüfi deyildir ki, Azərbaycan çox hallarda bədii ədəbiyyatda obrazlı şəkildə «Odlar 

Yurdu» kimi simvollaşdırılmışdır. 

Bəziləri gerbimizdəki alov təsvirini ərəb kalliqrafiyasında «Allah» deyə «oxuyurlar» ki, bu mübahisəlidir. 

Çünki  gerbin  1919-1920-ci  illərdəki  layihəsində  alov  simvolu  daha  böyük  və  çoxdilli  verilmişdir.  Digər 

tərəfdən,  Azərbaycan  Xalq  Cümhuriyyəti  (eləcə  də  bugünkü  müstəqil  Azərbaycan  Respublikası)  dini  deyil, 

dünyəvi,  hüquqi-demokratik,  sivil  dövlət  modelinə  malikdir.  Bəzi  müəlliflərin  alovun  dillərinin  də  müəyyən 

məna bildirməsi haqda olan fikirləri isə əsassızdır.

 

Gerbimizdəki səkkizguşəli ulduz haqqında müxtəlif izahlar verilir. Ay (qəməri) təqvim islam ölkələrində 



geniş  istifadə  olunurdu.  Ay  təqvimində  tarixdə "Türk  dövrü"  kimi  qalmış  bir təqvim  yaradılıb.  Ay  fazalarının 

təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı 

olan Zülhəccəsinə 30-cu gün əlavə edilirdi.  

Beləliklə,  "Türk  dövrü"  kimi  tanınan  bu  təqvim  dəqiqliyinə  görə  fərqlənirdi.  Sonralar  "Türk  dövrü" 

təqvimini  yenidən  təkmilləşdirərək  hər  126  ildən  bir  səkkizillik  dövrün  axırıncı  dövründəki  7-ci  il  zamanı 

Zülhəccəni  29  sutka  saxlamaqla  dəqiqliyi  1290-cı  ildə  bir  sutkaya  qaldırıb  və  bu  təqvimdən  XVI  əsrdən 

Türkiyədə istifadə edilib.  

Çox  güman  ki,  əsası  Osman  Qazi  tərəfindən  qoyulmuş  türk  imperatorluğunun  bayrağındakı  Ay  hilalı 

yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir.  

Dövlət  gerbimizdəki  səkkiz  guşə  ilə  bağlı  başqa  bir  izahda  isə  bildirilir:

 

səkkiz  guşə  cənnət  sferasının 



rəmzidir, çünki cənnətin səkkizinci pilləsi cənnət ul-Alədir. Təsadüfi deyil ki, riyaziyyatda da 8 sonsuzluq, yəni 

əbədi  inkişafın  göstəricisidir.  Şumer  əsatirində  Tufan  7  gün,  7  gecə  davam  edib  və  8-ci  gün  Günəş  Allahı 

Torpağa istilik göndərib.  

Azərbaycan  gerbinin  struktur  cəhətdən  əsası  sayılan  aşağı  hissəsini  təşkil  edən  palıd  budaqları  və 

sünbüllər  də  maraqlı  məna  və  funksiya  daşıyan  simvollardır.  Palıd  dünya  heraldika  sənətində  hərbi  funksiya 

daşıyır, başqa sözlə, «dəyanət», «möhkəmlik», «əbədilik», «dözümlülük» simvolik mənaları bildirməyə xidmət 

edir. Gerbimizdəki sünbüllər isə «var-dövlət», «rifah», «bolluq» mənalarını ifadə edir. İstər palıd budaqlarının, 

istərsə  də  sünbüllərin  qoşa  verilməsi  (hərəsindən  iki  ədəd)  həyatın  daimiliyi,  davamlılığı,  sonsuzluğu  kimi 

yozula  bilər.  Gerbin  1919-1920-ci  illərdəki  layihəsində  palıd  budaqları  və  sünbüllər  üçrəngli  (mavi,  qırmızı, 

yaşıl) lentlə bir-birinə bağlanmışdı. Müstəqil Azərbaycan Respublikasının Dövlət gerbi qəbul edilərkən həmin 

simvol layihədən çıxarılmışdır. 

Qalxandakı 8 düymə isə günəşin səkkiz şüasına müvafiq olaraq verilmişdir və xüsusi funksiya daşımır. 

Beləliklə,  araşdırmalar  göstərir  ki,  Azərbaycan  Respublikasının  Dövlət  gerbində  qalxan  

azərbaycanlıların  şərq  xalqlarından  biri,  Azərbaycanın  isə  Şərq  dövləti  kimi  özünü  müdafiə  qüdrətinə  malik 

olduğunu, qalxanın üzərindəki dairəvi üçrəng —milli bayrağımızdakı simvolları (türklük, müasirlik, islamlıq), 

səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, alov - «Odlar Yurdu»nu - Azərbaycanı, palıd budaqları - milli 

hərbi qüdrətimizi, sünbül - Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan müqəddəs münasibətinigünəşin 



ağ  rəngdə  verilməsi  isə  Azərbaycan  dövlətinin  sülhsevərliyini,  xalqımızın  sülh,  barış,  əmin-amanlıq  tərəfdarı 

olduğunu bildirməyə xidmət edir. 

Göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət gerbində Azərbaycan milli dövlətçiliyinə, eləcə də 

milli  ənənələrinə  və  ümumbəşəri  dəyərlərə  əsaslanan  simvolikadan  geniş  istifadə  olunmuşdur,  o,  milli  və 

ümumbəşəri heraldika standartlarına, qanunauyğunluqlarına cavab verir. 



Yüklə 436,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə