GƏNCƏ ŞƏHƏR MƏDƏNİYYƏT VƏ TURİZM İDARƏSİ
GƏNCƏ ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ
QƏHRƏMANLIQ UNUDULMUR
Həzi Aslanov‐100
( Biblioqrafik yaddaş )
Gəncə‐2010
O, el üçün keçdi candan,
O yaşadı insan kimi,
Demə öldü o qəhrəman,
O müqəddəs diləklərdə,
Bir də təmiz ürəklərdə
Yaşayacaq dastan kimi.
Səməd Vurğun.
Azərbaycanın qəhraman oğlu Həzi Əhəd oğlu Aslanov 1910‐cu il
yanvarın 22‐də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini şəhər 1
saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic
zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra o komsomol putyovkası
ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924‐30‐cu illərdə
Bakı və Leninqrad hərbi məktəblərində oxumuşdur. 1929–cu ildə oranı
bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub.Iki illik
təhsildən sonra o Kotovski adına III Bessarabiya süvari diviziyasında
vzvod komandiri kimi fəaliyyətə başlayıb. Hərb sənətinə möhkəm
bağlanan Həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrənir
həm də öyrədirdi.
Ikinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi.
1941 ci il iyunun 23‐nə keçən gecə alman zirehli qoşunları ilə qeyri
bərabər döyüşdə Həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. O öz
döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş
ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941 ci ilin dekabrında Moskva
ətrafında vuruşmalarda qəhrəmənlığına görə Qırmızı Ulduz ordeninə
layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin
başçılığı ilə 55‐ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr
endirdilər. Aslanovun tankçıları vuruşa – vuruşa 40 km‐dən artıq yol
gedib Stalin‐qrad‐Salsk dəmir yolunu tutub almanları Stalinqrad
qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin
xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar.
Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlər‐
də böyük şücaət göstərdilər. Düşmənin 30 əks‐hücumunu dəf etdilər, bir
batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu
döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942–ci il 22
dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi
biliyini artırmağa səy göstərirdi. 1943 cü il dekabrın 17‐dən 1944‐cü il
aprelin 6‐na kimi Həzi Zirehli Tank Qoşunları Akademiyasının birillik
təhsil proqramını 3 aya mənimsədi. Sonra yenidən doğma 35‐ci
qvardiya tank briqadasına qayıtdı. 1944–cü il 13 martda ona tank
qoşunları general‐mayoru adı verildi. 1944‐cü il iyunun axırlarında
Belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Be‐
lorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən
sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər.
Aslanovun briqadası iyunun 24‐dən iyulun 13‐dək düşmənə ağür
zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35‐ci qvardiya tank
briqadası Qımızı bayraq ordeninə , general özü isə ikinci dərəcəli
Suvorov ordeninə layiq görüldü. Böyük Vətən müharibəsinin ilk
günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva
ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə görə və
komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı
Ulduz ordeni ilə təltif edilmişdir. Aslanovun 55‐ci əlahiddə tank polku
feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi
məharət göstərmişdir. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı
vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında
yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığının nümunəvi
surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə,
ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə
görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilsin.
Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku
Rostov,
Taqanroq
şəhərlərinin
azad
olunmasında
və
Kursk
vuruşmasında fəal iştirak etmişdir. 1944 ildə Aslanovun 35‐ci qvardiya
tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək
uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik
sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri
yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur. Həzi
Aslanov, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik
və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2‐ci dərəcəli Suvorov
ordeni, Aleksandr Nevski ordeni, 1‐ci dərəcəli Vətən müharibəsi ordeni,
2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.
1944‐cü il avqustun 1‐də Aslanovun briqadası başqa ordu hissələri
ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan baş‐
lamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri
istedad sahibi kimi göstərmişdi. Təkcə 1944‐cü ilin hücum döyüşləri
dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Iki
dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci
dərəcəli Suvorov Ordeni, 1–ci dərəcəli Vətən Müharbəsi Ordeni və
sız medallarla təltif edilmişdir.
say
1945–ci il yanvarın 24‐də Mitava (indiki Yelqava) şəhəri yaxın‐
lığında Həzi Aslanov ağır yaralı elan olunur: guya onun yanında top
mərmisi partlamışdır. Müharibə iştirakçıları bilirlər ki, insanın yanında
top mərmisi partlayanda partlayış dalğası və yüzlərlə qəlpə onun
bədənini tanımaz hala salır. Yaralanan anda Aslanovun əynində olmuş
gödəkçə Azərbaycan Tarixi Muzeyində qorunur və həmin gödəkçənin
yalnız ürək nahiyyəsində cəmi bir dəlik vardır. Aslanovun müəmmalı
şəkildə yaralanmasının səbəbləri indiyədək araşdırılmayıb.
Tibbi sənədlərdən aydın olur ki, Aslanovun yarası ölümcül deyilmiş
və ona vaxtında yardım göstərilsəydi, həyatını xilas etmək olarmış.
Lakin Aslanova adicə sarğı qoyulur, cərrahi əməliyyat isə qeyri –
müəyyən, daha doğrusu, gülünc səbəblərdən ləngidilir. Nəticədə Həzi
Aslanov qan itkisindən keçinir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı
Qəhrəmanı adının verilməsi haqqında təqdimat sənədləri isə naməlum
səbəbdən itirilir. Yalnız 1991‐ci ildə, ölümündən 46 il sonra xalqımızın
igid oğluna ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Həzi Aslanovun qəbri Bakıda Şəhidlər xiyabanındadır. Burada
qəhrəmanın abidəsi ucaldılmış, 1969–cu ildə Həzinin vətəni Lənkəranda
onun ev‐muzeyi açılmışdır. 1983–cü il 8 mayda Lənkəran şəhərinin
mərkəzində onun boyük heykəli ucaldılmışdır.
Faşizm üzərində Böyük Qələbənin 65‐ci ildönümü günü yaxınlaşır.
Sevinc günü, kədər günü…Bu Qələbə üçün 10 minlərlə həmvətənimiz
həyatını qurban verdi. Onlar Vətəndən uzaqlarda, həm də doğma
Azərbaycan torpağını qoruyaraq, mərdliklə, fədakarcasına döyüşdülər,
heç də hamısı evlərinə dönə bilmədi. Lakin onlar qədirbilən xalqımızın
xatirəsində yaşayır və əbədi olaraq yaşayacaqlar. Çünki qəhrəmanlıq
insanın ən ali keyfiyyətidir və heç vaxt unudulmur. Sonrakı nəsillər
Vətən uğrunda qəhrəmanlıq göstərənləri daim rəhmətlə anır və qəh‐
rəmanlıq dərsini onlardan öyrənirlər. Xalqımız Həzi Aslanov kimi
oğulları ilə fəxr edir.
Həzi Aslanov haqqında kitablar:
1. Aslanov.H. Azərbaycan Sovet esklopediyası.1‐ci cild. ‐Bakı: Azərbay‐
can Sovet ensiklopediyasının baş redaksiyası, 1976.‐ 437. S.
2. Azərbaycanın sovet ittifaqı Qəhrəmanları.‐Bakı: 1963.‐ S. 5‐11.
3. Əbdülhüseyn Ə. Aslanov Həzi Əhəd oğlu / Ə. Əbdülhüseyn. 20‐ci Əs‐
rin Yüz görkəmli Azərbaycanlısı.‐Bakı: “Sumqayıt” nəşriyyatı, 2002.‐
S.18‐19.
4. Əhmədov. S. Azərbaycan tarixindən yüz şəxsiyyət / Səbuhi Əhmədov;
red. İ. Qasımzadə.‐ B.: Ayna Mətbu Evi, 2006.‐ S. 200 – 202.
5. Həzi Aslanov / Azərbaycanın Qızıl Ulduzları.‐ Bakı: İşıq, 1975.‐ S.16‐
17
6. Həzi Aslanov / Əlamətdar və tarixi günlər təqvimi.‐ Bakı: 2009.‐ S. 30‐
32
7. Salam, general. Bakı: Azərnəşr, 1983.‐ 226 S.
8. Sovet İttifaqı Qəhrəmanı, Xalq qoşunları ‐ mayoru Həzi Aslanov: Bib‐
lioqrafik göstərici.‐Bakı: Azərnəşr, 1985.‐ 88.S.
Rus dilində :
9. Багиров.М / Путь Генерала : Историков – Биограф. Очерк о гене‐
рале Ази Асланове .‐ Баку : Язычы.‐1988.‐179.С.
10. Письмо Героя Советского Союза Азии Асланова / Письма славы
и бессмертия.‐ Баку: Элм,1987,‐ Стр,119‐121.
11. Письма славы и бессмертия.‐ Баку: Элм, 1987.‐ 220с.
Dövrü mətbuatda :
1. Nəsillərə nümunə. Unudulmaz Qəhrəman: [ Həzi Aslanov haqqında]
//Azərbaycan.‐2005.‐23 oktyabr.
2. Nəsillərə nümunə. Qəhrəmanlıq salnaməsi // Azərbaycan ordusu.‐
2006.‐ 15 fevral 21,28 fevral.‐S.4
3. Əliyeva Elmira. İki dəfə Sovet İttifaqı qəhrəmanının layiq görüldüyü
ikinci “Qızıl ulduz” dan xəbəri olmadı // İki sahil.‐ 2009.‐7 may.‐ № 84.‐
s.8.
4. Ağayeva Natiqə. Cəsur sərkərdənin ruhuna ehtiram: İki dəfə Sovet
İttifaqı qəhrəmanı General Həzi Aslanovun Lənkərandakı evmuzeyilə
bağlı təəsuratlar // 525‐ci qəzet.‐2009.‐ 4 iyun.‐S.7.
5. Belarusda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəli
ucalıb // Azərbaycan.‐2009.‐11 iyul.‐ S.3.
6. “ İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov” kitab – albomun
təqdimatı olmuşdur // Azərbaycan.‐ 2009.‐ 4 dekabr.‐ S.5.
7. Məmmədova Nara. Həzi Aslanovun qəhrəmanlıq biblioqrafiyası
// Respublika.‐ 2010.‐ 23 yanvar.‐ №16.‐S.5.
8. Nəcəfxanlı Əli. Qəhrəmanın yubiley tədbiri // Xalq qəzeti.‐ 2010.‐ 23
yanvar.‐ №17.‐S.6.
9. O ki, sizləri dünyalar qədər sevirdi və həyatını qurban verdi // Əda‐
lət.‐ 2010.‐23 yanvar.‐ №13.‐S.17.
Həzi Aslanovun surəti bədii ədəbiyyatda:
1. Abbaszadə Hüseyn. General: Roman.‐Bakı: Gənclik, 1981.‐354 S.
2. Vurğun S. Qəhrəmanın ölümü. Əsərləri.‐Bakı:Elm,1985.‐S.127‐128.
Tərtib edən : Məlumat biblioqrafiya
şöbəsinin müdiri Məmmədova Tamella
Kompüter dizayneri: Məlumat biblioqrafiya
şöbəsinin biblioqrafı Abbasova Leyla
Dostları ilə paylaş: |