Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə103/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

Maddə 145. Bələdiyyələrin qərarları 

I.  Bələdiyyənin  iclaslarında  baxılan  məsələlərə  dair 

qərarlar qəbul edilir. 

TI. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə 

səs çoxluğu ilə qəbul edilir. 

III.


 

Yerli  vergilər  və  ödənişlər  ilə  bağlı  qərarlar 

bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. 

Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təmi 

natı 

I.

 



Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə 

müstəqildirlər,  bu  isə  bələdiyyə  ərazisində  yaşayan 

vətəndaşlar  qarşısında  onların  məsuliyyətini  istisna  etmir. 

Bələdiyyə 

üzvlərinin 

seçilməsi, 

səlahiyyətlərinin 

dayandırılması  və  ya  səlahiyyətlərinə  xitam  verilməsi, 

bələdiyyələrin vaxtından əvvəl buraxılması hallan və qaydası 

qanunla müəyyən edilir. 

II.

 

Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata 



keçirməsi  Azərbaycan  dövlətinin  suverenliyinə  xələl  gətirə 

bilməz. 


III.

 

Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. 



IV.

 

Qanunla  müəyyən  edilmiş  hallarda  və  qaydada 



bələdiyyələr  öz  fəaliyyətləri  barəsində 

Azərbaycan 

Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər. 

V.

 



Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, 

dövlət hakimiyyəti orqanlarının qərarları nəticəsində yaranan 

əlavə xərclərinin ödənilməsinə təminat verilir. 

380-  



X fəsil. QANUNVERİCİLİK SİSTEMİ 

Maddə 

147. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının hüquqi qüvvəsi 

I. 


Azərbaycan 

Respublikasının 

Konstitusiyası 

Azərbaycan  Respublikasında  ən  yüksək  hüquqi  qüvvəyə 

malikdir. 

Tl.  Azərbaycan  Respublikasının  Konstitusiyası 

birbaşa hüquqi qüvvəyə malikdir. 

III.


 

Azərbaycan 

Respublikasının 

Konstitusiyası 

Azərbaycan  Respublikasının  qanunvericilik  sisteminin 

əsasıdır. 



Maddə 

148. 

Azərbaycan 

Respublikasının 

qanunvericilik sisteminə daxil olan aktlar 

I.

 



Qanunvericilik  sistemi  aşağıdakı  normativ  hüquqi 

aktlardan ibarətdir

1 )Konstitusiya; 

2)

 



referendumla qəbul edilmiş aktlar; 

3)

 



qanunlar; 

4)

 



fərmanlar; 

5)

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 

6)

 



mərkəzi icra hakimİ

3

^əti orqanlarının normativ aktları. 



II.

 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 



beynəlxalq  müqavilələr  Azərbaycan  Respublikasının  hüquq 

sisteminin ayrılmaz tərkib hissəsidir. 

III.

 

Naxçıvan  Muxtar  Respublikasında  həm  də 



Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, 

381  


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları 

hüquqi qüvvəyə malikdir. 

IV.

 

Naxçıvan  Muxtar  Respublikasının  qanunvericilik 



sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə 

uyğun olmalıdır. 

V.

 

Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti 



orqanları  qanunvericilik  sisteminə  daxil  olan  aktlara  zidd 

gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. 



Maddə 149, Normativ hüquqi aktlar 

I.

 



Normativ  hüquqi  aktlar  hüquqa  və  haqq-ədalətə 

(bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. 

II.

 

Referendumla  qəbul  olunmuş  aktlar  yalnız  dərc 



edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, 

icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr 

üçün məcburidir. 

III.


 

Qanunlar  Konstitusiyaya  zidd  olmamalıdır. 

Yalnız  dərc  edilmiş  qanunların  tətbiqi  və  icrası  bütün 

vətəndaşlar,  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti, 

hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. 

IV.


 

Azərbaycan Respublikası Prezidentinin fərmanları 

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına 

zidd  olmamalıdır.  Yalnız  dərc  edilmiş  fərmanların  tətbiqi  və 

icrası  bütün  vətəndaşlar,  icra  hakimiyyəti  orqanları,  hüquqi 

şəxslər üçün məcburidir. 

V.

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 



qərarları  Azərbaycan  Respublikasının  Konstitusiyasına, 

qanunlarına  və  Azərbaycan  Respublikası  Prezidentinin 

fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası 

-

382

-

 



Nazirlər  Kabinetinin  qərarları  yalnız  dərc  edildikdə  onların 

tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti 

orqanları, hüquqi şəxslər üçün məcburidir. 

VI.


 

Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  aktları 

Azərbaycan  Respublikasının  Konstitusiyasına,  qanunlarına, 

Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarına  və 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd 

olmamalıdır. 

VII.

 

Fiziki  və  hüquqi  şəxslərin  hüquqi  vəziyyətini 



yaxşılaşdıran,  hüquq  məsuliyyətini  aradan  qaldıran  və  ya 

yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil 

edilir.  Başqa  normativ  hüquqi  aktların  qüvvəsi  geriyə  şamil 

edilmir. 

VIII.

 

Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs 



dərc  edilməmiş  normativ  hüquqi  aktın  icrasına  (ona  riayət 

olunmasına)  məcbur  edilə  bilməz  və  belə  aktın  icra 

olunmamasına  (ona  riayət  olunmamasına)  görə  məsuliyyətə 

cəlb  edilə  bilməz.  Normativ  hüquqi  aktların  dərc  edilməsi 

qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. 

Maddə 150. Bələdiyyə aktları 

I.

 



Bələdiyyələrin  qəbul  etdikləri  aktlar  hüquqa  və 

haqq-ədalətə  (bərabər  mənafelərə  bərabər  münasibətə) 

əsaslanmalı,  Azərbaycan  Respublikasının  Konstitusiyasına, 

qanunlarına,  Azərbaycan  Respublikasının  Prezidentinin 

fərmanlarına,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

qərarlarına  (Naxçıvan  Muxtar  Respublikasında  isə  həm  də 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, 

-

383

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə