SƏKKİZİNCİ KƏRAMƏT «HƏDƏ-QORXU GƏLİRLƏR, FAYDA VERMİR!»
Manu məntəqəsinin Əlinəzər adlı kəndində bir nəfər əkinçi özünün əkin sahəsinin bir qismətini kəndçilərindən birinə verir ki, əkib-becərdikdən sonra məhsulunu götürsün və sonra torpağı qaytarsın. Bir müddət sonra yer ölçən dövlət işçiləri torpaqları yoxlamağa gəlirlər. Hər kəsin torpağını öz adı ilə yazmağa başlayırlar. O bədbəxt torpağı borc götürən iddia edir ki, bu torpaq əvvəldən mənim özümün idi və indi də mənimdir. Hər nə qədər ona öyüd-nəsihət edirlər və qorxudurlar ki, bu yanlış iddiadan əl çəksin. Amma faydası olmur. Nəhayət, iş and içməyə gəlib çıxır. Ona deyirlər ki, yanında durmuş 12 yaşlı uşağının başına əlini qoy de ki, əgər bu torpaq mənim özümün deyilsə, necə ki, onu indi diri görürəm, ölüsünə baxım.
O bədbəxt öz oğlunun üzünə baxıb deyir: Həzrət Əbul Fəzl Abbasa (əleyhissalam)-a and içirəm ki, bu torpaq əvvəldən mənim olub.
Ondan bu andı qəbul edirlər. O and içir, amma həmin günün axşamına kimi uşaq ölür.
DOQQUZUNCU KƏRAMƏT «MAŞININ QAPISI ÖZ-ÖZÜNƏ AÇILDI»
Cənab hacı Məhdi Uxrəvi, Xoy şəhərinin möhtərəm bazar tacirlərindən biridir. Əlhəmdulillah indi də həyatdadır.Nəql edir:
Təzə yol çəkilməmişdən əvvəl günlərin birində şəhərdən Urmiyyəyə gəlirdim. Quşçu döngəsində bir dəstə öz həmyerlilərimə rast gəldim. Çox heyrətlənmiş halda idilər.
Onların arasında bir nəfər möhtərəm şəxs var idi. Məni görən kimi yaxına gəldi, əlimi tutub dedi:
Cənab Uxrəvi! Gəl həzrət Əbül Fəzl Abbasın( əleyhissalam)-ın kəramətini sənə nişan verəcəm. Buyurdu: Bizim avtobusumuz bu döngənin başından beş yüz metr məsafəsi olan dərəyə tərəf sola qədər baş-ayaq olmuşdu. Bütün sərnişinlər bir ağızdan dedilər:
Ya Əbül Fəzl Abbas! Bu zaman maşının qapısı öz-özünə açıldı və möhkəm sütun kimi yerə yapışdı. Həmin iş avtobusu saxladı və biz də salamatçılıqla yerə endik!
ONUNCU KƏRAMƏT HƏZRƏT ƏBUL-FƏZL ABBASIN ADINA QƏLƏMƏ AĞACI!
«Harun ulya» Xoy şəhərinin kəndlərindən biridir. Bu kənddə qədimi bir ağac var. Bu köklü və qədimi ağaca Həzrət Abbas qələməsi ləqəbi verilmişdi. Yüz illər ömrü var idi. Qələmə ağacları çox da ömür etməzlər. Amma, bu ağacın o qədər inkişafı və eni var idi ki, «Cip» maşını onun arxasında duranda görünməz.
ON BİRİNCİ KƏRAMƏT «NƏHAYƏT, BÜTÜN HƏKİMLƏR ONUN ƏLACINDAN ACİZLİK İZHAR ETDİLƏR»
Məktubu göndərən: Cənab höccətül-islam Seyyid Mustafa yazır:
Tehran şəhərinin sakini olan Nöbəhari nəql edir ki, günlərin birində Tehranda gəzinti ilə məşğul idim. Gördüm ki, iki nəfər cavan bir-biri ilə mübahisə edirlər. Aralaşdırmaq niyyəti ilə onlara yaxınlaşdım. İstədim onları sakitləşdirəm. Onlardan biri namərdcəsinə əlində bıçaq üstümə həmlə etdi. Qoluma yara vurub bir miqdar kəsdi və qan çıxdı.
Dərman qoyduqdan sonra aydın oldu ki, əlimdən bir miqdar kəsilmişdir. O həddə ki, əlimin iki kiçik barmağı işdən düşmüşdü. Təxminən, altı ay müalicə etdim. Nəhayət, bütün həkimlər əlacından acizlik izhar etdilər. Məhərrəm ayı yaxınlaşmışdı. Anam ələmin başına bağlanan bir «bürünc pəncə» nəzr etdi. Nəziri alıb «Bəni Haşim cavanlarına arxalanan və həzrət Əbül Fəzl Abbasa (əleyhissalam)-a təvəssül edənlər» dəstəsi adlı yerə apardı və həzrət Əbül Fəzl Abbasın( əleyhissalam) ələminə bağladı.
Məhərrəm ayının səkkiz yaxud doqquzuncu gecəsi idi. Həzrət Əbül Fəzl Abbası (əleyhissalam) köməyə çağırdım. Bir nəfər dedi: Həsənağa, Əbül Fəzl Abbas (əleyhissalam) sənə şəfa verdi. Bir bax «bürünc pəncədən» qan damır! Əhali ələmin ətrafına cəm oldu. Dəstənin başçısı möhtərəm cənab Məhmud Əjdəri qarşıya çıxdı, əlini vurub dedi: Qandır! Onun özü də on iki barmaq bağırsaq xəstəliyinə mübtəla idi, bu qandan azca dadmaqla şəfa tapır.
Xülasə, o gecə mənim də əlimin ağrısı kəsildi. Lakin hələ də barmağımı hərəkət etdirə bilmirdim. O vaxta qədər ki, məhərrəmin on birinci gecəsi oldu. «Şami qəriban» gecəsi. Gecə yuxuda gördüm ki, iki nəfər qadın gəlib əlimə həna qoydular. Sübh yuxudan ayılanda yuxumu yaddan çıxartmışdım. Amma, dəstəmaz alanda gördüm ki, əlim yapışqandır. Gördüm ki, həna hələ də əlimdədir. Bir neçə vaxt hənanın rəngi əlimdə qaldı. Ondan sonra əlim bir dəfəlik yaxşı oldu. O vaxtdan təxminən iki il keçir. Əlimdə heç bir ağrı-acı hiss etmirəm. Maraqlıdır ki, dediyimiz «Bürünc pəncəni» ələmin üstündə hansı tərəfə qoyurlarsa üzünü qibləyə tərəf tutur. Evin ailə üzvləri də bu işi imtahandan keçirib təsdiq edirlər.
O gün Ali Əbayə edib çün nəzər Əbbas
O gün Ali Əbayə edib çün nəzər Əbbas
Düşüb şövqi qitalə o miri hünər Əbbas
* * * * * * * * * *
Hüzuru şahi dinə, yetişdi çun Ələmdar
Edib busə əyağin dedi: Ey şəhi Əbrar!
Mənə izni ver axir, əya aləmə Sərdar!
Gətirdi məni təngə, bu gün firqeyi əşrar
Fəda qəddinə Əbbas, əya şahi kərəm kar!
Rəvadür mənə teşnə, qıla qövmi dil azar
Uzun qollarım aya, görürsən nə zaman kar!
Gərək gəlsün əlimdən, bu gün təngə bu kuffar
Edib nalə Səkinə, deyir su əmi zinhar!
Bu dəm ver mənə rüsxət, amandür məni qurtar!
Edə indi qitalə, gərəkdür səfər Əbbas!
* * * * * * * * * *
Hüseyn baxdı bu halə, olub gözləri giryan
Dedi: Nazlı bəradər, olum qəddinə qurban
Necə rüsxəti də`va, verim mən sənə əl an
Qalıb teşnə əyalım, bu gün bi kəsi heyran
Tökür əşqi gözündən, olur cümlə pərişan
Eşitdi bu kəlamı, çu ibni şahi mərdan.
* * * * * * * * * *
Gəlib qeyzi qəvavə, olub qeyrəti ğəlyan
Atıb açdı belindən, yerə xəncəri bir an
Ələmdən götürüb əl, o sərdari ləb ətşan
Nəcəf sari tutub üz, dedi ey məhi dövran
Əcəb şah qapısında, olub bəxtəvər Əbbas.
* * * * * * * * * *
Çu Əbbasi dilavər, Əlamdari İmamət
Tutub rahi biyaban, o şahbazi şərafət
Nəcəf şahinə etsin, gedib taki şikayət
Hüseyn gördü bu halı, gedib mə`dəni qeyrət
Edib Zeynəbə izhar, ki ey gülşəni İsmət!
Amandır bacı qoyma, gedə miri şücaət
Hüseyndən əl üzübdür, ələmdari vilayət
Səda eylədi Zeynəb, ki ey mayeyi Rəhmət
Hüseyn qalmağa yalquz, degil bəsdi mürüvvət
Edə xeyməni qarət, bu gün əhli şərafət
Yavaş get sənə qurban, məni didətər Əbbas!
* * * * * * * * * *
Qayıtdı ginə Əbbas, hüzuru şahi dinə
Dedi izni ver axir, edib ərzi Hüseynə
Yanır nari cəfayə, bu gün teşnə Səkinə
Gəlir camu əlində, susuzdur o həzinə
Gedim su gətirim mən, bu əhli hərəminə
Qərəz etdi mürəxxəs, o sərdari Mədinə
Minib atına tutdu, üzün ərseyi kinə
Düşüb lərzə görəndə, Əduvvun bədəninə
Gəlir şiri qəzəbnak, alıb nizə əlinə
Ola yüz belə leşkər, edər dərbədər Əbbas!
* * * * * * * * * *
Edib ərsədə cövlan, o gülzari vəcahət
Dedi qövmi cəfayə, mənəm sahibi qüdrət
Atamdır şahi mərdan, bil ey qövi şərarət
Hüseynə məni nökər, verib ol şahi izzət
Ağamdür mənim Əbbas, əya əhli şərafət
Mənəm naibi Heydər, mənəm miri şücaət
Mənəm sədd çəkən oğlu, mənəm babi kəramət
Atam fatehi Xeybər, özüm mayeyi qüdərt
Ələmdari Hüseynəm, mənəm kani səxavət
Qərəz kimdür ki, gəlsün, edib ərşinə cür`ət
Onu göndərə ol dəm, be suyi səqir Əbbas!
* * * * * * * * * *
Çu Əbbasi dilavər, edib ərsədə cövlan
Görüb qövmi sitəmgər, olub xeyli hərasan
Qədəm qoymadı bi kəs, qalıb cümləsi heyran
O dəm Maridi bi din, olub azimi meydan
Vurub lafi kəzafi, o bi ari bəd ərkan
Yolun tutdu o dəmdə, çu ibni şahi Mərdan
Yetim Marid əlində, gəlib xəncəri bürran
O şahabzi rəşadət, çəkib başına qalxan
Dübarə əmi oğul, cesan zey qəmü yezdan
Vurub tiği şərür bar, edib xakilə yeksan
İki parə yer üzrə, salıb şiri nər Əbbas!
* * * * * * * * * *
Sürüb suyi Fəratə, o dəm atın Ələmdar
Qaçıb muri mələk tək, hami qövimdi azar
Düşüb xofi hərasə, təmam leşkəri kuffar
Özün vurdu fəratə, çəkib tüqü şərürbaz
Görüb zərbəti tiqin, fərar etdi nə kin var
Yetib ta ki, Fəratə, o sərdari kərəmkar
Suya saldı çu atın, edib məşqini ubrar
Gətirdi bir içim su, o səqqayi vəfədar
Düşüb yadə Səkinə, olub didəsi xun bar
Suyu tökdü əlindən, o dəmdə yerə naçar
Dedi teşnə Səkinə, necə su içər Əbbas!
* * * * * * * * * *
Salıb çiyninə məşqin, o sərdari dilavər
Sudan çıxdı kənarə, o səqqayi hünərvər
Vurub atına məhmiz, alıb dəstinə xəncər
Xəbər aldı bu halə, o dəm Sə`di bədəxtər
Dedi durmun amandır, əya firqeyi kafər
Əyər ki, bir içim su içə ali peyənbər!
Bərabər ola bilməz, ola yüz belə leşkər
Yolun tutdu o şahi, təmamam firqeyi əbtər
Hücum etdi sərasər, olan qövmi sitəmgər
Vurub tiqini guya, gəlib heydəri Səftər
Töküb başları xakə, cesan bərxitar Əbbas!
* * * * * * * * * *
Dəvam etmədi leşkər, qaçıb qövmi şərarət
Çəkib düşməni tiqə, o vecami şücaət
Dəxi kimsə bərabər dura olmadı cür`ət
O dəm Nofili bi din, özün eylədi xəlvət
Vurub qafil o məl`un, Əli oğluna zərbət
Düşüb sağ qoli təndən, ginə etdi cəsarət
Alıb sol ələ tiqin, o dəm mə`dəni qeyrət
Gəlib hər nə ki vardır, qoşun durdu hərarət
Necə ərz edim Allah, yetib sol qola növbət
O dəm xarici millət, cesan Cə`fəri Təyyar
Açub balu pər Əbbas.
* * * * * * * * * *
Hüseyn söylədi Əbbas, ki ey xakilə yeksan
Düşən qollari təndən, olan peykəri şan-şan
Mənidə salacağdur, bu gün torpağa üdvan
Qalıb teşnə ayalım, susuz didəm giryan
Edib canini Əbbas, o dəm ünbətə qurban
Düşüb xakə yaralı, qum üstündə verib can
Tuta tə`ziyə hər kəs, edə ol şaha ehsan
İlahi Sən Özün ver, ona əcri firavan!
Bağışla bizi Allah, bi həqqi şahi Mərdan!
Düşüb xofə Məhəmməd, dəxi olma hərasan!
Sənə ruzi cəzadə, şəfaət edər Əbbas!
Dostları ilə paylaş: |