28
nailiyyətlərinin, onların aktuallığının zaman çərçivəsini nəzərə almaqla, isti-
fadəsi proqramlarını, həmçinin elmi əsaslanmış proqnozları və gələcək inki-
şaf konstruksiyalarını işləyib hazırlamağa;
İnsan kapitalının inkişafı, “biliklər cəmiyyəti” və “iqtisadi biliklər”in
tərəqqisi üçün zəruri olan universal kulturoloji bilikli yüksəkixtisaslı mütə-
xəssislərin və elmi kadrların hazırlığı, yenidən hazırlığı və tərbiyəsini, həm-
çinin əhalinin müxtəlif təbəqələrinin kulturoloji maarifçiliyini həyata keçir-
məyə, gənc nəslin vətənpərvər azərbaycançılıq ideologiyasına uyğun tərbiyə
edilməsinə;
Mədəniyyətlərin və maraqların harmonizasiyası və dövlətin multi-
kulturalizm dövlət siyasətinin reallaşdırılmasına, həmçinin təhlükəsiz inki-
şaf naminə sivilizasiyaların səmərəli dialoquna və beynəlxalq əməkdaşlığa
yardım etməyə - daha yaxşı tərzdə imkan verir.
Metodologiya
Sistemli yanaşmanın əsasında duran, tərəfimizdən seçilən kulturoloji me-
todologiyanın ən mühüm məğzini:
Məntiq;
Tarixilik prinsipi;
Dialektika
təşkil edir.
Bu elmi yanaşmaların məcmusu obyektiv elmi dünyagörüşün formalaş-
masına, dünya mədəniyyəti və sivilizasiyasının tarixi dəyişikliklərinin mən-
zərəsini, məkan və zaman daxilində insanın, cəmiyyətin, dövlətin və dünya
birliyinin texnoloji inkişaf imkanlarını tam şəkildə görməyə yardım edir.
● Məntiq - təfəkkürün forma və qanunları haqqında elm kimi, bəşəriyyə-
tin tərəqqisi naminə mədəniyyətin obyektiv inkişaf proseslərini düzgün dərk
etməyə imkan verir. Burada bir sıra alimlərin nailiyyətləri, xüsusilə, Aristo-
telin deduktiv məntiqi, Frensis Bekonun induktiv məntiqi, Kantın formal,
metafizik məntiqi və Hegelin dialektik məntiqi istifadə olunur. Kulturoloji
tədqiqatlarda ilk dəfə olaraq, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi də
tərəfimizdən metodoloji işlənmişdir.
● Tarixilik prinsipi üç əsas funksiyanı yerinə yetirir: öyrənmə, metodoloji və
dünyagörüşü. Öyrənmə funksiyası təbiətə, cəmiyyətə və özünə qarşı münasi-
bətdə insanın yerini və rolunu müəyyən edir. Metodoloji funksiya mədəni hadi-
sələri və prosesləri keçmişdən gələcəyə doğru hərəkət kimi nəzərdən keçirmə-
yə, zamanın müxtəlif dövrlərində mədəniyyətin məzmununu və struktur dəyi-
29
şikliklərini aşkar və müqayisə etməyə, müxtəlif mədəniyyətlərin komparativ
təhlilini keçirməyə kömək edir. Dünyagörüşü funksiyası obyektiv elmi dünya-
görüşün formalaşmasına, dünyanın bütün milli mədəniyyətləri üçün ümumi
olan, mədəniyyətlərin ümumi məntiqi, insanın norma və prinsipləri ilə şərtlənən
mədəni universallıqların aşkar edilməsinə yardım edir.
● Dialektika, materiya və ruhun inkişaf qanunlarına əsaslanaraq, hadisə-
lərin mahiyyətini, onların hərəkətini, ziddiyyətlərini və əlaqəsini aşkar edir.
Mədəniyyətin əsas tədqiqat metodları və prinsipləri
1.
Genetik-tarixi təhlil mədəniyyətin inkişafını müəyyən zaman
dövründə tədqiq etməyə imkan verir.
2.
Məkan təhlili, sosial mühit, siyasi rejim, iqtisadi, iqlim, eko-
loji və digər şəraitlər daxil olmaqla, müəyyən çoğrafi ərazidə mədə-
niyyətin vəziyyətini və inkişafını öyrənməyə imkan verir.
3.
Müqayisəli təhlil müxtəlif mədəniyyətlərin ümumi xassələri-
ni və səciyyəvi xüsusiyyətlərini müəyyən etməyə yardım edir.
4.
Situasiyalı təhlil insanın həyat fəaliyyətinə (subyekt və ob-
yekt) təsir göstərən konkret situasiyaların yaxud dəyişən şəraitlərin
öyrənilməsi və düzgün dərk edilməsi imkanını verir.
5.
Antropoloji təhlil mədəniyyətin etnoqrafik və etnoloji xüsu-
siyyətlərini, həyat tərzi, ənənələr və adətlər, sosial münasibətlər siste-
mi, mədəniyyətin inkişaf dinamikası və onun nəsillər vasitəsilə ötü-
rülməsi mexanizmini öyrənməyə imkan verir.
6.
Psixoqrafik təhlil sosial-mədəni mühit, mədəni dəyərlər sis-
temi, həyat tərzi, ənənələr, insanların anadangəlmə mədəni keyfiyyət-
ləri ilə şərtlənən motiv və üstünlüklərinin öyrənilməsinə yardım edir.
7.
Demoqrafik təhlil insanların yaşı, cinsi, təhsili, gəlir səviyyə-
si, uzunömürlülüyü və digər parametrləri haqqında informasiya alma-
ğa imkan verir.
“Kulturologiya piramidası” universal metodu
Milli irsin qorunması və cəmiyyətin modernləşməsinə yönəldilmiş, milli
mədəniyyətin inkişafına elmi cəhətdən yardım etdilməsi, sosial-siyasi mədə-
niyyətin təkmilləşdirilməsi və effektiv praktik fəaliyyətin təmin edilməsi
məqsədilə, dünya kulturoloji fikrinin öyrənilməsi əsasında tərəfimizdən ilk
dəfə olaraq, insanın inkişafının və idarəçiliyin mürəkkəb problemlərinin sis-
temli təhlilinə innovativ kulturoloji yanaşma işlənib hazırlanmışdır. Bu - ef-
30
fektiv innovativ idarəetmə modellərinin qurulması üçün “kulturologiya pira-
midası” universal metodudur. O, cəmiyyətin, dövlətin və bəşəriyyətin inkişaf
tempi və keyfiyyətinin yüksəldilməsi üçün yeni imkanlar açan, həmçinin insa-
nın özünün təkmilləşməsinə imkan verən mədəniyyətin dərk edilməsi və də-
yişdirilməsinin üç məntiqi səviyyəsini nəzərdə tutur. Səkkiz pilləni daxil edən
bu iyerarxik qarşılıqlı əlaqəli səviyyələr ardıcıl olaraq - ”öyrənmə”, “dərk et-
mə” və “yaratma” səviyyələrı kimi tərəfimizdən müəyyən edilmişdir.
1.
Birinci səviyyə - “öyrənmə ”, idrakın dörd pilləsinin – mahiy-
yət, xüsusiyyətlər, tarix və nailiyyətlərin təhlili əsasında qurulur.
2.
İkinci səviyyə - “dərk etmə”, insanın, cəmiyyətin, dövlətin və
bütövlükdə bəşəriyyətin həyat fəaliyyətinin müəyyən sahələrinin
konkret və ya universal inkişaf qanunları və texnologiyalarının dərk
edilməsini və mənimsənilməsini nəzərdə tutur.
3.
Üçüncü səviyyə - “yaratma”, aktiv kulturogenez metodların-
dan istifadə etməklə, yeni imkanların aşkar edilməsi, həyat fəaliyyəti-
nin yeni, rəqabət qabiliyyətli texnologiyalarının işlənib hazırlanması-
nı, həmçinin zaman və məkan daxlində mədəniyyətin gələcək inkişa-
fının qurulmasını nəzərdə tutur.
Bizim innovativ modelin praktik dəyəri onun:
Mürəkkəb fərdi, sosial, dövlət və beynəlxalq problemlərin,
həyat fəaliyyətinin inkişaf qanunları və texnologiyalarının düzgün
başa düşülməsi;
İnsanın həyat fəaliyyətinin ən müxtəlif sahələri və problemlə-
rinin, həmçinin bütün səviyyələrdə idarəetmə problemlərinin sistemli
və situasiyalı təhlili;
Milli və beynəlxalq idarəetmədə düzgün siyasi, iqtisadi, hü-
quqi və sosial qərarların qəbul edilməsi;
Müxtəlif ölkələrdə insanın inkişafı, dövlət quruculuğu və
idarəçiliyin müasir modelləri və proqnozlarının işlənib hazırlanması;
Fərdi və beynəlxalq münasibətlər mədəniyyətinin təkmilləş-
dirilməsi, insanın özünü təkmilləşdirməsi, şəxsiyyətin özünüidarəsi
və ailənin idarə edilməsi effektivliyinin yüksəldilməsi -
üçün istifadə edilmə imkanı ilə şərtlənmişdir.
Dostları ilə paylaş: |