Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə80/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   76   77   78   79   80   81   82   83   ...   90

206 saylı işdə onun həyatının xüsusilə sovetləşmədən sonrakı dövrü 
ilə  bağlı  kifayət  qədər  məlumat  toplandığını  nəzərə  alıb,  yeri 
gəldikcə onlardan sitatlar verəcəyik. 
Ancaq  bu  qeydlərə  keçməzdən  əvvəl  görkəmli  dövlət 
xadiminin milli hökumətdəki fəaliyyəti barədə müəyyən məlumatlar 
çatdırmağı zəruri hesab edirik. M.Hacınski F.Xoyskinin təşkil etdiyi 
birinci  hökumətdə  xarici  işlər,  ikinci  hökumət  kabinetində  isə 
maliyyə  naziri  vəzifəsini  icra  etmiş  və  1918-ci  il  dekabrın  7-də 
Bakıda  açılan  Azərbaycan  Parlamentinə  üzv  seçilmişdir.  O,  nazir 
postunun  bir  də  N.Yusifbəylinin  təşkil  etdiyi  ikinci  kabinədə 
tutmuşdur. Bu tərkibdə M.Hacınski əvvəlcə daxili işlər naziri olmuş, 
ancaq  18  fevral  1920-ci  ildə  bu  vəzifənin  icrası  Mustafabəy 
Vəkilova  həvalə  olunduğundan  o,  ticarət,  sənaye  və  ərzaq  naziri 
təyin edilmişdir. Mart ayının 30-da Nəsib bəy Yusifbəylinin sədrlik 
etdiyi hökumət istefa verdikdən bir gün sonra, aprel ayının 1-də yeni 
kabinənin təşkili M.HacmskiyƏ' tapşırılmışdır. 
M.Hacınski  ikinci  hökumətdə  tutduğu  nazir  postunu  tərk 
etdikdən sonra bir müddət Azərbaycandan kənarda yaşamış, əsasən 
diplomatik  fəaliyyətlə  məşğul  olmuşdur.  Belə  ki,  bu  müddətdə  o, 
gənc  respublikanı  müxtəlif  sülh  konfranslarında,  o  cümlədən 
danışıqlarda təmsil etmiş, hətta bəzi nümayəndə heyətlərinin başçısı 
olmuşdur.  Əlbəttə,  bütün  bunlar  təsadüfi  etibaretmələr  deyildi,  bu 
hər şeydən əvvəl onun }diksək elmi, mədəni, diplomatik səviyyəsi 
və geniş dünyagörüşü ilə bağlı idi. 
“Azərbaycan”  qəzetinin  9  noyabr  1919-cu  il  sayında  dərc 
edilmiş məlumatda bildirilirdi; “Bu günlərdə Parisdən Azərbaycan 
sülh  nümayəndə  heyətinin  üzvü  M.H.Hacınski  görkəmli  siyasi 
xadlimlərin  iştirakı  ilə  Parisdə  nümayəndə  heyətinin  işi  və  Qərbi 
Avropanın siyasi vəziyyəti barədə məruzə edib”. 
Yaxud  başqa  bir  tarixi  fakt.  1920-ci  ilin  əvvəllərində 
M.Cəfərov  məlumat  verirdi:  “Yanvarın  4-də  aşağıdakı  tərkibdə 
Azərbaycan Cümhuriyyətinin  sülh  nümayəndə heyəti axşam  qatan 
ilə  Avropaya  yola  düşür:  M.H.Hacınski  nümayəndə  heyətinin 
müvəqqəti  sədri,  üzvlər:  Ağayev,  Şeyxülislamov,  Mehdiyev, 
Hacıbəyov və Məhərrəmov” (ARDA, f.970, s.l, iş 226, v.24). 
255 


Belə bir tərkibə orta səviyyəli, yaxud təsadüfi şəxsin başçılıq 
etməsi mümkün idimi? 
Hacınskinin  öz  çiyindaşları  arasında  həqiqi  nüfuz  sahibi 
olduğunu həm 1 aprel 1920-ci ildə yeni hökumət kabinəsini təşkil 
etməyin  ona  həvalə  edilməsi,  həm  də  X.Məlikaslanovun  30  mart 
1931-ci  ildə  verdiyi  ifadə  bir  daha  təsdiq  edir.  “AMM-in  gələcək 
hökumətin tərkibi barədə müəyyən dəqiqləşdirmələr tələb olunduğu 
üçün son qərar qəbul edilməmişdi. Ancaq bilirəm ki, bu sahədə iki 
variant vardı. 1-ci varianta görə M.Hacınski baş nazir və xarici işlər, 
yaxud  daxili  işlər  naziri,  Ə.Topçubaşov  xarici  işlər,  Naxçıvanski, 
yaxud Ç.İldırım hərbi, mən yollar, Ə.Pepinov xalq təhsili, Şabanov 
torpaq,  Şəfıbəy  Rüstəmbəyov  ədliyyə,  Z.Tağıyev  maliyyə, 
Ordubadski  ticarət  və  sənaye,  X.Sultanov  dövlət  nəzarəti  naziri 
olmalı idilər”. 
M.H.Hacınski  Azərbaycan  parlamentinin  nüfuzlu  və  fəal 
deputatlarından  biri  idi.  O,  parlamentin  21  avqust  1919-cu  il 
iclasında Dövlət Universitetinin açılması haqqında qanun layihəsini 
parlamentə  məruzə  etməsi  ilə  də  tarixi  bir  missiyanı  yerinə 
yetirmişdir. 
Mühüm  dövlət  vəzifələrində  özünü  əsl  peşəkar  kimi 
göstərməyə qadir olan Məmmədhəsən Hacınski siyasi məsələlərdə 
sonadək sabitqədəm olmamışdır. Bir çox məqəmlarda bunu özü də 
etiraf  etmiş  və  həyatının  müəyyən  dövrlərində  siyasi  mövqeyinə 
görə  əzab-əziyyətlər  də  çəkmişdir.  Təsadüfi  deyildi  ki,  tədqiqatçı 
M.Əliyev “Odlar yurdu” qəzetinin 1989-cu ilin may ayında çapdan 
çıxmış 10-cu sayında onun barəsində yazırdı: “Ziddiyətli həyat yolu 
keçmiş  Məmməd  Həsən  Hacınski  1931-ci  il  martın  8-də  Tiflis 
həbsxanasında həlak olmuşdur”. Doğrudan da, bu belə olmuşdur. 
Məmmədhəsən  Hacınski  21  dekabr  1930-cu  ildə  istintaqa 
verdiyi ifadəsində deyirdi: 
“Hələ  sovetləşmədən  əvvəl,  1917-ci  ildə  və  sonralar  mən 
Rəsulzadə  ilə  fikir  ayrılığına  malik  idim.  O  belə  hesab  edirdi  ki, 
fasiləsiz üsyan xalqı bərkidir... mənsə bu fikirdə idim ki, bunu ancaq 
böyük  xalqlar,  rus  qrupları  edə  bilərlər,  ancaq  Azərbaycan  kimi 
kiçik xalqlar belə üsyanlarla özünü məhvə aparar. Mən 
256 


deyirdim ki, müstəqil Azərbaycan müsavatın gücü ilə deyil, dünya 
hadisələrinin  inkişafının  nəticəsi  kimi  meydana  çıxıb... 
Azərbaycanın  taleyi  bu  ağır  itkilərlə  deyil,  dünya  hadisələrinin 
nəticəsində həll olunacaq... Sonra mən daim öz fikrimi deyir və buna 
qəti  inanırdım  ki,  milliləşdirilmiş  Zaqafqaziyada  federasiya  ola 
bilməz. Bu daim balıq, xərcənk, duma olacaq. Gürcüstan Avropaya 
meyl  edir,  Ermənistan  Rusiyaya  meyl  etməklə  Türkiyə  ilə 
düşmənçilik  edəcək,  Azərbaycan  isə  əksinə  Türkiyə  ilə 
yaxınlaşmaqla Rusiya ilə ziddiyətdə olacaq... Mən daim deyirdim ki, 
sovet  qumluşu  keçmiş  Rusiyanın  hüdudlarından  kənara  çıxsa, 
SSRİ-yə heç olmasa bir nəhəng Avropa dövləti (Almaniya) birləşsə, 
Azərbaycan Zaqfederasiya ilə yubanmadan Komintemə daxil olar və 
velikorus  cəhdinə  son  qoyular.  1920-ci  ildə  Şahtaxtmskinin 
nümayəndə  heyətinin  tərkibində  Moskvaya  gedəndə  belə 
düşünürdük ki, Komintemə gedirik (Nərimanovun göstərişi belə idi), 
ancaq  Şahtaxtinski  sonra  mənə  dedi  ki,  bu  baş  tutmur,  hələlik 
Azərbaycan  RKP-yə  daxil  olur...  Mən  daim  faciənin  həyacanmı 
keçiridim. Görürdüm, yüz dəfə demişdim ki, əgər bu gün SSRİ məhv 
olsa,  onunla  birlikdə  Türkiyənin  və  İranm  müstəqilliyi  də  itəcək. 
Mən  daim  tərəddüd  edirdim...  Sovet  hakimiyyətinə  milli  zəmində 
düşmən  olmaqla  mən  elə  bir  il,  ay  olmayıb  ki,  özümlə  mübarizə 
apannayım”. 
Daim tərəddüdlər içərisində olan bir adamın ziddiyətli həyat 
yaşaması əslində qanunauyğun bir hal idi. Məhz buna görə idi ki, o, 
ölüm  ayağında  da  tərəddüd  edirdi.  S.Orconikidze  və  Ş.Eliavaya 
ünvanladığı məktubunda bu daha açıq-aydın görünürdü; 
“Ölərkən mən sizə bütün həqiqəti deyəcəyəm. Mən daim sizin 
həmişə  tərəddüd  edən  düşməniniz  olmuşam.  Ancaq  mən  dildə 
düşmən  olmuşam,  düşməncəsinə  nitqlər  demiş,  ancaq  heç  bir 
hərəkətimlə sovet hökumətinə zərər yetirməmişəm. Burada mən öz 
üzərimə  günah  üstündən  günah  götürmüşəm,  ancaq  mənə  belə 
ifadələr  göstərəndə  ki,  guya  mən  xariclə  əlaqəliyəm,  Moskva 
ziyankarlar mərkəzi ilə, Axərbaycanm siyasi mərkəzi ilə, mən üsyan 
hazırlamışam,  mən  Zaqafqaziya  plan  komitəsində  təşkilata  malik 
olmuşam, başa düşdüm ki, onları rüsvay edə bilmərəm və həyatımın 
qalan hissəsini rüsvay olmalı və əzab çəkməliyəm. Mən 
257 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə