64
Naxçıvanda hakimiyyətə qayıtdıqdan sonra xanlığın quruculuq işləri ilə məşğul
olmuşdur. O, dünya işığından məhrum olsa da, yaxşı bilirdi ki, birinci Rusiya—İran
müharibəsi dövründə nəinki onun şəhəri, habelə bütün doğma diyarı dağıdılmışdı. A. P.
Yermolovla söhbət zamanı Kəlbəli xan nəinki təkcə öz acı taleyindən, habelə bütün
Naxçıvan xanlığının vəziyyətindən şikayətlənirdi. A. P. Yermolov yazır ki, Kəlbəli xan
pəncərə qarşısında oturarkən deyirdi: «... vaxtilə Araz çayı vadisinin gözəlliyi və
zənginliyinə heyrətlə baxırdım, gözəl bağları və meşəlikləri olan vadini çoxsaylı əhali
canlandırırdı; İndi mənə deyirlər ki, vadi boş səhralığa çevrilib, keçmiş zənginliyindən
əsər belə qalmayıb. Yaxşı ki, tale mənim gözlərimi bağladı, vadinin belə bədbəxt
gününü və tar-mar olmasını görmürəm. Bu vadini üç əsr mənim nəslim idarə etmişdir.
Ara müharibələri və şahın ordusu bu bədbəxt torpağı boşluğa çevirdi, işğalçıların hər bir
addımı xalqın bədbəxtliyinə səbəb oldu. Lakin bu yaxınlarda burada rus ordusu da olub.
Lakin onlar burada göz yaşı tökdürməyiblər. Ona görə də mənim həmvətənlərim onları
nifrətlə yad etmirlər»
5
.
Kəlbəli xanın danışığından aydın olur ki, Naxçıvan xanlığında İran ağalığı formal
xarakter daşıyırmış. Nəinki xalq kütlələri, habelə şah tərəfindən Naxçıvana göndərilən
və şahın adamı kimi Kəlbəli xanın özü də İran işğalçılarına nifrət bəsləyir.
Bir dövlət xadimi kimi Kəlbəli xan uzaqgörənliklə İranla Rusiya arasında yeni
müharibə təhlükəsini sanki hiss edirdi. O, A. P Yermolova demişdi: «İranlıları
tanıdığım üçün məndə belə fikir oyanmışdır ki, sizin yaratdığınız dostluq uzun müddət
davam etməyəcək. İnanıram ki, ya onlar xəyanət edib bu dostluğu pozacaq və yaxud da
sizi bu dostluğu pozmağa məcbur edəcəklər»
6
. Kəlbəli xanın bu fikrinin həqiqət
olduğunu uzun müddət gözləmək lazım gəlmədi. Məlum olduğu kimi, 1826-cı ildə İran
hökuməti Rusiyaya qarşı yeni müharibəyə başladı.
Açıq söhbətdən sonra A. P. Yermolov bir daha Kəlbəli xana təşəkkür edərək
onunla xudahafizləşdi və öz iqamətgahına qayıtdı. Rus səfirini daha vacib işlər
gözlədiyindən o, Naxçıvanda uzun müddət qala bilmədi. Ertəsi gün səfir yola hazırlaşdı.
Bundan xəbər tutan Kəlbəli xan A. P. Yermolovun yanına gəldi və onu Araza qədər
müşayiət etmək arzusunda olduğunu bildirdi. Lakin general A. P. Yermolov yaşını və
fiziki imkanlarını nəzərə alaraq xandan xahiş etdi ki, narahat olmasın və evinə qayıtsın.
Ancaq səfir razılıq verdi ki, Kəlbəli xanın iki qardaşı onu Araza qədər öz atlıları
ilə müşayiət etsin. Beləliklə, A. P. Yermolov Naxçıvandakı görüşdən sonra öz heyəti ilə
birlikdə İrana getdi.
Rus dövlətinin səfiri İrandan geri qayıdarkən Araz sahilində onu Kəlbəli xanın
oğlanlarından biri qarşıladı və Naxçıvan şəhərinə qədər müşayiət etdi. Lakin səfirin
Naxçıvanda qalmağa vaxtı olmadı. O, Peterburqa qayıdıb İngiltərənin köməyi ilə İranın
Rusiyaya qarşı hərbi əməliyyata hazırlaşdığını xəbər verməyə tələsirdi. Ona görə də
Naxçıvanda qısa müddətli istirahətdən sonra öz yoluna davam etdi. Yola düşməzdən
əvvəl A. P. Yermolov Kəlbəli xanla qısa görüş keçirdi.
[91-92]
1817-ci il sentyabrın 26-da
A. P. Yermolov Naxçıvanı tərk etdi.
General A. P. Yermolov İrandan getdikdən sonra İngiltərənin təzyiqi ilə İran şahı
Rusiyaya qarşı müharibəyə ciddi hazırlaşmağa başladı. Bu münasibətlə, hər şeydən
5
Yermolovun jurnalı, s. 180.—181
6
Yenə orada
65
əvvəl, ordunun yenidən təşkil edilməsinə başladı. Bu sahədə İngiltərədən gəlmiş
təlimatçılar xüsusilə fəallıq göstərirdilər. Yeni təlimatçılar birinci Rusiya—İran
müharibəsi ərəfəsində fransızlar tərəfindən təşkil edilmiş qaydaları ləğv etdirirdilər.
Əvvəlki vəziyyətin əksinə olaraq, İran ordusunda İngiltərə tərəfindən yeni qaydalar
tətbiq edildi. Beləliklə, ingilis zabitlərinin rəhbərliyi altında İran ordusu yeni döyüşlərə
hazırlaşdı.
İran komandanlığı köhnə qalaların gücləndirilməsinə və yeni dayaq
məntəqələrinin yaradılmasına diqqəti artırırdı. Belə qalalardan biri Abbas Mirzənin
«şərəfinə» Naxçıvan yaxınlığında tikilmiş Abbasabad qalası idi. Bu qala fransızlar
tərəfindən tamamilə yeni üsulda inşa edilmişdi. Mənbədə Abbasabad qalası haqqında
deyilir: «... qala Abbas Mirzənin zövqünə uyğun avropasayağı tikilmişdir»
7
. Bu qala
Rusiya sərhəddində İranın dayaq məntəqəsi hesab olunurdu. Qalanın
xarici görünüşü
düzgün tikilmiş beş bucaqdan ibarət idi. Qala tikilənə qədər həmin yerdə Astabad
adında böyük kənd yerləşirdi. O, Yevetski Abbasabad qalası haqqında yazırdı:
«Abbasabad qalası fransız və ingilis zabitləri tərəfindən möhkəmləndirilmiş beşbucaqlı
qala idi»
8
. Ehtimal ki, Abbasabad qalası birinci Rusiya— İran müharibəsi dövründə
tikilmişdir. Çünki 1834— 1835-ci illərdə Naxçıvanda olmuş F. Korf yazmışdı: «Bu
ölkədə 25 il əvvəl Abbas Mirzə tərəfindən tikilmiş qala kördüm. Bu qala Abbas
Mirzənin xidmətində olmuş fransız mühəndisinin planı əsasında tikilmişdir»
9
.
Abbasabad qalasının dəqiq təsvirini rus tarixçisi N. Nefedyev verir. O,
özünün
1839-cu ildə nəşr etdirdiyi yol qeydlərində yazır: «... Abbasabad qalası Naxçıvana
gedən yolun qarşısında dayanmışdı. Mən bu qalaya getməyi özümə borc bildim. Fransız
mühəndisinin bu əsərinə baxmaq və ehtiram etmək mənim borcum idi. Bu qalanı
tikintisi 30 il əvvəl həyata keçirilmişdir. Dərin xəndəklər su ilə doldurulmuşdur. İki
cərgəli divarlarda atəş açmaq üçün yerlər qoyulmuşdur. Sığınacaqlar və digər müdafiə
mövqeləri xeyli gücləndirilmişdir. Bu cür müdafiə mövqeləri göstərir ki, bu qala İranın
dostları tərəfindən tikilmişdir. Onlar çox uzaqgörənliklə qalanı tikərkən nəzərə
almışdılar ki, qalanın qarnizonu Arazın üstündəki körpünü görə bilsin və lazım
gəldikdə» geri çəkilərkən öz təhlükəsizliyini təmin edə bilsin.
Belə qənaətə gəlmək olar ki, Abbasabad qalası əvvəlcə fransızlar tərəfindən
tikilmiş, Gülüstan müqaviləsindən sonra isə ingilislər tərəfindən daha da
möhkəmləndirilmişdi. Hər halda Abbasabad qalası İran ordusunun Cənubi Qafqazdakı
dayaq məntəqələrindən biri olmaqla bərabər Cənubi Azərbaycanın bir növ qapısı idi.
Bununla belə Kəlbəli xan İran dövlətinin bu cür tədbirlərinə baxmayaraq, öz
oğlanlarının köməyi ilə xanlıqda daxili işləri qaydaya salmağa çalışırdı. Onun İran şahı
qarşısında əsas vəzifəsi vaxtlı-vaxtında topladığı vergilərin müəyyən hissəsini xəzinəyə
göndərməkdən ibarət idi.
20-ci ilin əvvəllərində qocalmış Kəlbəli xan Məkkəyə getməyi qərara aldığından,
xanlığın idarəsini oğlanlarından birinə — Ehsan xana həvalə etdi. Ziyarətdən Təbriz
vasitəsilə geri qayıdan ixtiyar yaşlı Kəlbəli xan 1820-ci ildə doğma vətəndən kənarda
vəfat etdi.
7
П. Зубов. Краткая последней войны Россия с Первой, СПб., 1837г., с.131.
8
О.Евецкий. Статическое описание Закавказского края в исходе XVIII в.и сравнение оного с ненешным. СПб.,1835,с. 200.
9
Ф.Корф. Воспоминание о Персии. 1834-1835, СПб.,1838,с.77