81
İKİNCİLİ ƏLAQƏLƏR
Sənədlər, əlavə məlumati əldə etmək üçün vacib olduğu kimi, əlaqələri
qurmaq üçün də əhəmiyyətli mənbədir. Onlar qəzet məqalələrini, dər-
giləri, biznes və telefon sorğu kitabçalarini ehtiva edirlər.
Dərc edilmiş bəyanatlar və televiziya və ya radio reklaminda fay-
dali məlumat vardir və onlar biznes və iqtisadi mənbələrin zəruri kat-
aloqunu hazirlayarkən Sizin üçün faydali olacaqdir.
Bizim zəmanəmizdə, internet sayəsində, uzaq əlaqələri də qurmaq
mümkündür. Məsələn, Google, Yahoo və ya digər axtariş sistemi va-
sitəsilə beynəlxalq və ya ölkə daxilində mövcud olan məsafəli mən-
bələri axtarib tapmaq mümkündür.
82
IX FƏSİL. BİZNES TARİXÇƏLƏRİNİ YAZARKƏN YEKUN
MƏSLƏHƏTLƏR
• Xəbəri yazmağa başlamazdan öncə, soruşun, o, adi oxucu üçün
hansi səbəbdən əhəmiyyətli və maraqli olmalidir ki, yekun olaraq
elə alinmasin ki, yalniz Sizin mənbə və ekspertləriniz üçün əmək
çəkmisiniz.
• Dəqiqlik sürətdən daha vacibdir. Biznes yenilikləri imkan daxil-
ində tez çatdirilmalidir, lakin, ilk növbədə, rəqəmlərin dəqiqliyi
və uyğunluğuna əmin olmalisiniz.
• Müzakirə ediləcək məsələni dərk etməzdən öncə yazmaqdan çəki-
nin.
• Nə demək istədiyinizi yaxşi dərk edin.
• Yaxşi sitat və geniş cəmiyyət üçün maraqli qəzet oçerkini yuxarida
yerləşdirin.
• Rəqəmlərdən öz məqsədinizə uyğun olaraq istifadə etməyin. On-
lardan yalniz kontekstdə istifadə edilməsinin mənasi vardir. Daha
böyük, geniş şəkli əldə etməyə çalişin.
• Həddindən artiq rəqəmlərdən istifadə edilməsi oxucu və ya izləyici-
ni yorur və şiddətlənirir və o, həmin rəqəmləri başa düşməkdə
çətinlik çəkir. Xəbəri söyləyərkən əsas mənaya malik olmayan
rəqəmlərdən istifadə etməkdən çəkinin.
• İqtisadi məlumat barədə yazdiğimiz zaman elə ilk abzasda rəqəm-
lərdən istifadə etmək mütləq deyildir.
• Yeni xəbərlər dərc olunmasi üçün göndərilməzdən öncə rəqəmlər
iki dəfə yoxlanilmalidir.
83
• Relevant illüstrasiyalari (qrafikləri, şəkilləri) və çixarişlari yuxarida
yerləşdirin. Konkret isimlərdən və obrazli, təsirləndirici fellərdən
istifadə edin.
• Heç bir reportyor sonunadək qərəzsiz ola bilməz. Biznes tarix-
çələri bir çox hallarda jurnalistin şəxsi nöqteyi-nəzərinin təsdiqi ilə
tamamlanirlar. Hadisəni hərtərəfli şəkildə işiqlandirmaq cəhdi bi-
znes tarixçəsində reportyorun qərarsizliğini yox edə bilər. Belə ki,
digər perspektivi, alternativi və hadisənin bütün tərəflərini nəzərə
alin və təqdim edin. Bizə xəbərin yalniz yarisini söyləməyin. Onun
hər hansi tərəfini gizlətməyin. Qərarlari qəbul etməkdən və rəyləri
verməkdən çəkinin. Faktlar danişsinlar. Yekun interpretasiyani ox-
ucuya etibar edin.
• Sizin əlyazmanizda cavabi olmayan suallari irəli sürməkdən çəki-
nin.
• Bizneslə əlaqədar ola bilər, lakin yenə də jurnalistika sahəsinə aid-
dir – belə ki, həqiqi yenilikləri tapin və oxucuya sadə, asan və
maraqli şəkildə təqdim edin. Xarici dünyanin hadisələrindən təcrid
olunmuş şəkildə yazilan biznes tarixçəsindən daha darixdirici bir
şey yoxdur.
• İqtisadi jarqonu ibarəli sözlərdən, çətin dildən və mürəkkəb cüm-
lələrdən deyil, daha adi, sadə sözlərdən istifadə etməklə tərcümə
etməyə çalişin.
• Akronimləri deşifrə edin: qayda olaraq, məsələ təşkilatlar, pro-
qramlar və xalq ilə əlaqədar olduğu təqdirdə, akronim və ya abbre-
viaturalardan istifadə etməkdən çəkinin. Yazinizda ilk dəfə istifadə
edərkən təşkilatin adini tam və ya qismən yazin (məsələn: Central
European Free Trade Agreement – CEFTA).
• Bütün iqtisadi tarixçələrə müvafiq ümumi yeni xəbərləri daxil edin.
• Xəbərlər yerli auditoriyaya yönəldilməlidir.
• Vikipediya və Feysbuk kimi veb-saytlarindan məlumatin əldə
edilməsinə xüsusi ehtiyatliliqla yanaşin. Onlar faydali məlumat
mənbələridir, lakin onun zəmanəti mövcud deyildir ki, onlarin
84
məlumati dəqiqdir, fakt və rəqəmlər saxtalaşdirilmiş deyil, məlumat
həqiqidir və biz ona qorxmadan və şübhə etmədən istinad edə
bilərik.
• Yalniz mətbuatda dərc edilməsi üçün verilən rəsmi bəyanata eti-
bar etməyin. Daha çox çalişin. Jurnalist hakimiyyət və şirkətlərin
rəsmi bəyanatlarini qəzet və televiziyalara çatdiran kuryer deyildir.
Yaxşi jurnalist rəsmi bəyanatdan irəli gələrək məlumati kontekstə
yerləşdirir və oxucuya yeni xəbərin əhəmiyyətini izah edir.
Şirkətlər haqqinda xəbəri yazmaq üçün daha bir neçə məsləhət:
• Xəbəri onun nə dərəcədə dəyərli yeniliyi ehtiva edibetmədi-
yinə uyğun olaraq müzakirə edin. O, maraqli, yeni, həcmli,
gözlənilməzdirmi? Şirkətə icazə verməyin ki, bu barədə Sizin
əvəzinizdən qərar versin.
• Xəbəri genişləndirin. Müzakirə ediləcək məsələni yalniz bir
şirkət çərçivəsində deyil, daha geniş şəkildə tədqiq etmək üçün
yollari tapin. Əgər məsələ bir məhsul ilə bağlidirsa, müəyyən
edin ki, bənzər məhsullari başqa kimlər istehsal edir. Əgər iş
yeni menecment strategiyasina gələrsə, müəyyən edin ki, bu
işə başqa kimlər qoşulmuşdur. Maliyyə nəticələrini hesabla-
yarkən isə eyni sektorda digər şirkətlərin nəticələri ilə də taniş
olun.
• Anlamağınız üçün qayğı göstərin. Rəqəmlər, jarqon dili və
texnoloji terminlər səbəbindən çaşmiş, məsələdə bilməməzliyi
göstərmək istəməyən bir çox reportyor şirkətin versiyasini pay-
laşmağa üstünlük verir. Bu isə şirkətə Sizin, eləcə də oxucular
üzərində üstünlüyü əldə etmək imkanini verir. “Səfeh” suallari
verin. Yoxlayin, əlaqələri axtarin. Nəyin nə demək olduğunu
müəyyən edin.
• Menecmenti şirkət ilə eyniləşdirməyin. Əgər şirkət siyahiya
daxil edilmişdirsə, onun sahibləri həm də onlarin payçilaridir-
lar. Onlarin idarəedici müdiriyyətdən fərqli mülahizələri ola
85
bilər. Fərqli nöqteyi-nəzərləri şirkətin daxilində toplamağa
çalişin və onlar barədə müzakirə aparin. Bir çox hallarda öz
nümayəndlərinə malik olan işəgötürülənlər də nəzərdə tutulur.
İstehlakçilari da unutmayin. Şirkət öz məhsullarini satarkən
alicilardan fikirlərini soruşun.
• Şərhi başda yerləşdirin. Şirkətlər o qədər cəmiyyətlə əlaqələr
və kommunikasiya departamentlərini yaratmişlar ki, bir çox
hallarda onlar olmadan işi yerinə yetirmək çətin olur. Lakin
onlar bəzən, həvəsləndirmək əvəzinə, kommunikasiyani lən-
gidirlər. Bilavasitə olaraq böyük inzibatçidan aldiğiniz ifadə
informasiya direktoru tərəfindən deyilən min sözə bərabərdir.
• Tamaşanın parlaqlığı Sizi məftun etməsin. Şirkət özünü
dünyaya tanitmaq istədiyi zaman, möhtəşəm tamaşani təqdim
edə bilər. Maşin istehsal edən şirkətlər öz son modellərini
göstərmək üçün cəlbedici qadinlari dəvət edirlər. Onlar jur-
nalistləri kokteyl və ən yaxşi məzələrlə (bəzən hədiyyələrlə
də) qəbul edirlər. Rahat olun və fikir söyləməkdən çəkinin.
• Müstəqil münsifdən soruşun. Hər zaman müstəqil insandan
şirkət barədə fikrini soruşun – maliyyə məsələləri ilə əlaqə-
dar olan suallari analitiklərə, məhsullar ilə əlaqədar olan su-
allari isə akademiklərə, tədqiq ediləcək işin təşkilatçilarina və
alicilara verin.
• Konteksti hazırlayın. Bütün digər hallarda olduğu kimi, qisa
müddətlə əyləşin və soruşun: xəbəri daha yaxşi anlamaq üçün
oxucunun nəyi bilməyə ehtiyaci vardir? Şirkət haqqindami?
Bazar haqqindami? Genişləndirilmiş iqtisadiyyat haqqindami?
İşə qoşulmuş şəxsiyyət və ya xalq haqqindami daha çox
məlumata?
• Rəqəmləri toplayın. Siz şirkətin deyil, oxucunun nü-
mayəndəsisiniz. Belə ki, əvvəlcədən müəyyən edirsiniz ki, ehti-
mal olaraq oxucu hansi rəqəmləri bilmək istəyir və ya xəbərin
anlamasini nələr asanlaşdiracaqdir. Şirkətə etibar etməyin – o,
86
Sizə buna nəzər salmağa icazə verməz. Şirkətlərin əksəriyyəti,
onlarin fikrincə, xəbərə uyğun olan rəqəmləri təqdim edəcəkdir.
• Müşahidə edin. Nəşrinizin sonraki nömrəsində şirkətin fəali-
yyətinin daha diqqətlə təhlil edilməsi barədə düşünün. Məsələyə
yalniz şirkətin fəaliyyətindən irəli gələrək deyil, daha geniş
nöqteyi-nəzərindən nəzər salin və sektor barədə oçerk yazin.
Gündəlikdə qeyd edin ki, bir ay və ya alti ay ərzində işin
vəziyyətinin necə olduğunu, və ya gələn il necə olacağini yox-
lamalisiniz.
87
X FƏSİL. SÖZLÜK
Ümumi daxili məhsul (GDP): bu konkret ölkənin bir ildə istehsal etdiyi
və pul ilə ölçülən hər şeyin tam dəyəridir. Ona uzun müddət istehlak
olunan mallar və maddi məhsullar (bunlardir: qida, təbii qaz və ya
avtomobillər) və xidmət (bunlardir: mobil telefon ödənişi və ya daşin-
ma xərcləri) daxildir. İqtisadçilari bu rəqəmin artmasi çox düşündürür,
belə ki, əsas tədbir bir nəfər əhaliyə düşən GDP-nn artimidir ki, bu
da ölkənin sərvətinin faktiki artmasinda ifadə edilir (bu da qiymətlərin
artmasinin nəticəsi deyildir) ki, bu da bütün əhaliyə bölüşdürülür (çün-
ki, artdiğina görə, sərvət də yaradilir və onun daha çox insan istehlak
edir). Artim ardicil olaraq iki rüb ərzində azaldiği zaman (məsələn:
alti ay ilə), resessiya başlayir. Əgər bu illər ərzində davam edərsə, o
zaman depressiya başlayacaqdir.
Fiskal balans – fiskal büdcə, yəni hökumətin vergilərdən və digər
mənbələrdən aldiği və təhsilə, mülki xidmətin maaşlarina, hərbi sahəyə
və ya polisə, mənzillərin tikintisinə, səhiyyəyə və s. xərclədiyi məbləğdə
pul deməkdir. Fiskal balans əldə edilən və xərclənən məbləğ arasinda
fərqdir. Əgər o, xərclədiyindən daha artiq əldə edirsə, o zaman fiskal,
yəni büdcə əskikliyi yaranir. Bunun əksi fiskal, yəni büdcə artiqliğidir.
Əgər məsələ əskiklik ilə əlaqədardirsa, o, pulu borc almali (məsələn:
dövlət istiqrazlari şəklində) və ya çap etməlidir. Yüksək dövlət borcu
o deməkdir ki, gələcəkdə borcu ödəmək üçün vergilər ehtimal olaraq
artirilacaqdir. GDP-nin 3%-dən artiq əskikliyi risk yaradir. Və əgər
hökumət artiq pulu çap edirsə, pulun qiymətdən düşməsi gözlənilir.
88
Qiymətdən düşmə ölkədə ərzaq və xidmətlərin qiymətlərinin ümu-
mi səviyyəsinin uzunmüddətli artmasi kimi müəyyən edilir. O, illik
faiz dəyişikliyi ilə ölçülür. Qiymətdən düşmə şəraitində, zamanla qi-
ymətlər artir. Nadir hallarda qiymətlər uzun müddət ilə aşaği düşür,
lakin, əgər bu baş verərsə, bu daflasiya, yəni mal və xidmətlərin ümu-
mi qiymətlərinin səviyyəsinin aşaği düşməsi deməkdir.
İqtisadi indikatorlar aşağidakilar kimi hadisələri nəzərdə tutur:
GDP-nin artmasi, qiymətdən düşmə, işsizlik dərəcəsi, fiskal balans,
ticarət və cari hesabatin balansi.
Cari hesabat və ticarət balansı – pul sərmayələri cəlb etmək və
bir-biri ilə ticarət etdiyi malin və xidmətlərin qiymətini ödəmək üçün
ölkələrə daxil olur və ölkələrdən çixir. Bu baş verdiyi zaman bir
ölkənin valyutasi digər ölkənin valyutasina çevrilir. Buna xarici valyuta
ilə ticarət adlanir. Buna görə də daxil olan və çixan pul arasinda bal-
ansi qorumaq lazimdir (uzun müddət). Bu ixracdan daxil olan pul ilə
əlaqədar olduğu zaman, idxala xərclənən puldan fərqli olaraq, məsələ
ticarət balansi ilə bağli olur. İşə xidmət haqqi (buna da yükün daşin-
masi, telekom, bank xidməti və s., eləcə də kredit üzrə faiz dərəcəsi və
xarici sərmayəçilərin faydasi) kimi başqa şeyləri daxil etdiyimiz zaman
fərq cari hesabatin balansi və ya, əgər tam adi ilə desək, ödəmələrin
balansi barədə cari hesabat adlandirilacaqdir.
Çoxmillətli korporasiya – birdən artiq ölkədə qeydiyyata alinmiş
və ya birdən artiq ölkədə əməliyyatlari həyata keçirən korporasiya.
Elektron kommersiya – ümumi olaraq, e-commerce kimi taniş olan
sənaye növüdür ki, onun daxilində məhsul və xidmətlərin alqi-satqisi
internetə və digər kompüter şəbəkələrinə bənzər olaraq elektron sistem
ilə həyata keçirilir.
Uoll-Strit – bu Nyu-York-Sitinin maliyyə rayonudur. Bu Nyu-
Yorkun fond birjasinin ocağidir və onun siyahisina daxil edilmiş
şirkətlərin bazar kapitallaşdirilmasi sayəsində ən böyük fond birjasidir.
89
Qloballaşma sərmayə fondlarinin və biznesin, daxili və milli ba-
zarlardan bütün yer kürəsi miqyasinda digər bazarlara keçmək və
bununla müxtəlif bazarlarin qarşiliqli əlaqəsini möhkəmləndirmək ten-
densiyasidir.
Dövlətə məxsus olan müəssisə – hakimiyyət adindan kommersiya
fəaliyyətində iştirak etmək üçün hökumət tərəfindən yaradilmiş hüquqi
şəxs. Dövlətə məxsus olan müəssisə (SOE) bütövlüklə və ya qismən
hökumətin sahibliyindədir və kommersiya fəaliyyətində iştirak etmək
üçün nəzərdə tutulur.
Özəl şirkət – adətən, bir şəxsin (təsisçi) və ya insanlarin kiçik
qrupunun sahibliyində olan şirkət.
İctimai şirkət – payini səhm birjasinda hər kəsin ala biləcəyi səhm-
dar cəmiyyət.
Risk kapitalı – düşünülmüş uzunmüddətli artim potensiali ilə
şirkətlərə və kiçik biznesə başlamaq üçün sərmayəçilər tərəfindən qo-
yulan pul.
Kartel – bazarda qiymətləri sabitləşdirmək üçün geniş şəkildə
istehlak edilən mallarin ehtiyatina nəzarət etmək üçün (daha çox, on-
lari yüksək səviyyədə saxlamaq üçün, bu da, şübhəsiz, onlara fayda
verəcəkdir) toplaşan istehsalçilarin alyansi. Neft İxrac Edən Ölkələr
Təşkilati (OPEC) ən məşhur təşkilatdir, bir çox başqasi da mövcud-
dur. “Azad bazarin” iqtisadçilari deyirlər ki, kartellər istehlakçilardan
istifadə edirlər.
Fond birjasi bazar meydaninda olan yerdir ki, orada təhlükəsizlik,
geniş istehlak edilən mallar, qiymətli kağizlar və digər maliyyə alətləri
ilə ticarət edirlər. Fond birjasi kimi, birjanin əsas funksiyasi ləyaqətli
və dürüst ticarət, eləcə də qiymətlər barədə məlumati həmin birjada
ticarət edən rəsmi şəxslərə səmərəli şəkildə çatdirmaqdir. Mübadilə
şirkətlər, hökumət və digər qruplar üçün dövlət qiymətli kağizlarini
sərmayələri qoyan insanlara satmaq üçün platformu təmin edir. Birja
90
elə bir yer ola bilər ki, orada ticarətçilər elektron platformda biznesi
idarə etmək üçün bir-biri ilə görüşürlər.
Kapital – qeydiyyata alinmiş biznesin səhm kapitali (və ya kapi-
tali) onun sahiblərinin səhm kapitalinin bir hissəsini təşkil edir.
İllik hesabat – illik hesabat şirkətin əvvəlki ilinin fəaliyyəti barədə
ətrafli hesabatdir. İllik hesabatin məqsədi ondan ibarətdir ki, payçilara
və digər maraqli şəxslərə şirkətin fəaliyyəti və maliyyə icraçiliği
barədə məlumati təqdim etsin.
Mergers and Acquisitions (qovuşma və satınalma) – özünün M&A
inisiallari ilə məşhurdur. Şirkətlər daha böyük şirkət olaraq birləşir və
ya biri digəri üçün məsuliyyəti öhdəsinə götürür (onu satin alir). Bu
biznesdə tez-tez baş verir və bazari radikal şəkildə dəyişdirə bilər.
91
İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR
Gunasekara, Mel, EconomicandBusinessReporting, Retrieved 12 Jan
2017. http://www.maldivesinfo.gov.mv/home/upload/downloads/Bu-
siness–EN.pdf
Hayes, Keith, Business Journalism: How to Report on Business and
Economics, Apress, 2014
Roush, Christ, Show Me the Money: Writing Business and Economics
Stories for Mass Communication, 2010
Thompson, Terry, Writing about Business: The New Columbia Knight-
Bagehot Guide to Economics and Business Journalism, Columbia
University Press, 2001
Weber, Joseph
, Teaching Business and Economic Journalism:Fresh Ap-
proaches, Retrieved 12Jan 2017. http://digitalcommons.unl.edu/cgi/
viewcontent.cgi?article=1089&context=journalismfacpub
Who’s Running the Company: A Guide to Reporting on Corporate
Governance, Retrieved 1 Feb 2017. http://www.ifc.org/wps/wcm/
connect/topics–ext–content/ifc–external–corporate–site/ifc+cg/re-
sources/toolkits+and+manuals/media–guide.
Tbilisi, p. CanCibaZis quCa
6
(
214 34 01, 577 33 38 57
stamba.damani@gmail.com
stamba damani
/ Print House Damani
www.idem-institute.org
fnfsc.fnst.org
FNFSC
JURNALİSTİKA ÜZRƏ DƏRSLİK
9 7 8 9 9 4 1 2 7 6 7 8 1
ISBN 978-9941-27-678-1
SAHİBKARLIQ
VƏ İQTİSADİ
JURNALİSTİKANIN
ƏSASLARI
Dostları ilə paylaş: |