Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

 

*** 


 

Müvəqqəti saxlanılma məntəqəsində Nadir adlı çox maraqlı bir məhbus var idi. Hər gün iki 

yüz adama eyni sualı verərdi:  

–  Nə  cür  olacaq?  –  Soruşanda  ki,  nəyə  görə  hər  gün  eyni  sualı  iki  yüz  adama  verirsən, 

deyərdi ki, –  “bu da vaxt öldürməyin bir yoludur”. 

Bəzən Nadirdən təzə gələnlər soruşurdular: – neyləmisən ki, zindana düşmüsən, – cürmün 

nəmənədi? 

Nadir də qaşlarını turşudaraq, çiyinlərini çəkərək deyirdi: 

–  Heç  nə,  böyük  bir  günahım  yoxdu,  təsadüfən  bir  TIR  qaçaq  araq  aparırdım,  tutdular, 

basdılar bura. – Təsadüfən ha... 

 

*** 


 

Bu da bir mənzərədir... 

 Həbsxanada hər gün hərəyə üç fətir verirdilər. Bir də görürsən ki, kiməsə biri əskik çatır, 

vay, vay qırğın başlayır da, bir-birlərini təpik atır və ya söyürlər,  yaxud da hansınasa bir qaşıq 

sup az töküləndə qabını qaytarır geri və yanında oturanın payını göstərib deyir: 

– Mənə də bu qədər tök də, bu nə cür yemək tökməkdi? 

Pendiri  sapla  doğrayırlar,  kiməsə  az-maz  artıq  gedəndə,  yanındakının  payını  nişan  verib 

deyir:  


– Budu ha, buna artıq vermisən, al bundan bir az kəs mənim payımın üstünə qoy, – Pendiri 

az-maz artıq olan dillənir: 

– Mənim payımdan niyə kəsir ki, Həsənin payına bax, korsan, onda məndəkindən çoxdu. 

Həsən  deyir:  Gözün  tökülsün,  nə  tez  görür  e...  Əbəlfəz  haqqı,  bir  qram  da  verən 

döyüləm…  

Qırğın  düşür…  Həsənin  payı  göydə  oynayır...  çaylar  dağılır,  Oğru  Yaşar  təpik-yumruq 

dəyməsin deyə payını götürüb aralanır, küncə çəkilib sürətlə gözünə təpir, arada da altdan-altdan 

adamlara baxır. 

Vəkilbəndsə səsə gəlib deyir: – Kim bacısının şümarəsini – nömrəsini qardaşından zindana 

göndərib, bacısının şümarəsini vermək istəyən kimdi – kimdi dalaşanlar? 

Belə olanda sükut çökür, ancaq yemək marçıltısının səsi eşidilir, günahsızlar sürətlə yeyir, 

dalaşanlarısa çölə aparıb şlanqla döyürlər. Hərdən də çöldən səs eşidilir:  

– Dadaş, sən Əbəlfəz vurma, dadaş, sən Allah insafın olsun.  

– Əy peysərini qovzama, vurum, sonra cəhənnəm ol.. 

 

*** 


 

Mahmudi deyilən bir Şeyx vardı, həbsxanada vəzifə yiyəsi idi. Gələn kimi əli gicişirdi, azı 

3-5 nəfəri şillələyirdi. Mənə təəccüblü  gələn o idi ki, on iki il  əmmamə almaq üçün oxuyan bu 

adam zindaniləri döyəndə ona Məhəmməd Peyğəmbərə, İmam Zaman Ağaya və İmam Əli adına 

and  verirdilər  ki,  vurmasın,  ya  da  heç  olmasa  yavaş  vursun,  amma  o  din  əhli  olmasına 

baxmayaraq, andlara məhəl qoymurdu. Bir adama da rəhmi gəlmirdi. Hərdən də bizə yaxınlaşıb 

fəxrlə deyirdi: 

– Bunları belə eləməsəm, qudurarlar, elə bilərlər zindanda yox, Küveytdədilər. 

 

*** 


 

Bir gün zindanda televizora baxırdıq, valyuta haqda bağlı fraqmentlər göstərirdilər. Bu dəm 

Əta adlı savadsız dolların üstündəki Benjamin Franklinin şəklini görüb dedi:  

 



Bu kişinin bu qədər dolları var, görəsən, başına niyə tük əkdirmir? 


Doyunca güldüm, sonra cavab verdim: – Ə, nə bilim, simicin biridir deyilənə görə. (Yazıq 

hələ Franklini sağ bilirdi). 

 

*** 


 

Bizi  cümə  günü  məscidə  aparanda  ağzından  köpük  axmış  bir  mötədin 

(narkotik  maddə 

istidadəçisi)

  öldüyünü  görmüşdüm.  Deyilənə  görə,  narkotik  ehtiyacını  ödəyə  bilmədiyindən, 

oranın  təbirincə  desək,  “partlayıb  ölmüşdü”.  Cəsədin  yanından  keçəndə  onun  göyə  zillənmiş 

gözlərini gördüm. Meyitin sahibi yiyə durmadığına görə ortalıqda qalmışdı. Əsgərlər hansı tərəfə 

fırlatsalar da, meyit göyə baxırdı. Bu ölünün yiyəsizliyi və kimsəsizliyi, sanki, gözünə çökmüşdü 

və o, ORA – TANRI DƏRGAHINA baxıb mədəd diləyirdi. 

 

*** 



 

Həbsxanada  bir  mahnı  “peyda  olmuşdu”,  sözləri  beləydi:  “Mən  əgər  nəqqaş  olam, 

dünyanı  zindan  çəkərəm”.  Hər  kəs  “həbsxana  himni”  kimi  bilirdi  bu  mahnını.  Bu  mahnını 

oxuyarkən  məhbusların  üzündəki  rahatlıq  ifadəsi  sonralar  mənə  aydın  oldu.  Onlar  bu  mahnıda 

dünyanın  da  zindan  olmağından  rahatlıq  tapırdılar.  Çox  ağrılı  hiss  idi.  Həbsxana  əhli  azadlığı 

zindanla müqayisə edərək zindanın üstünlüyünü az-bir az hiss edəndə bərk sevinirdilər, bir anlıq 

xoşbəxt olurdular. 

 

*** 



 

Dərd  insanları  doğmalaşdırır,  özü  də  möhkəm  doğmalaşdırır.  Deməli,  orda  bir  məqama  da 

fikir  verirdim.  Həbsxananın  qapısından  içəri  girən,  ilk  dəfə  həbs  olunmuş  adam,  bir  az  özünə 

gəlib, az-maz divarlarla doğmalaşandan, yatacağı yeri tanıyandan sonra hansı cinayəti törədibsə, 

həmin,  cinayəti  törətmiş  “ustad”ları  –  həmkarlarını  axtarır.  Qırğı  kimi  gedib  “qonur”  onun 

yanına. Tapan kimi də törətdiyi cinayətin cəzasını, müddətini, şallaq sayını, məhkəmənin uzana 

biləcəyi müddəti öyrənir. “Ustadlar” isə əvvəlcə hadisənin hansı zəmində törədildiyini danışırlar, 

sonra  da  keçirlər  mətləbləri  bir-bir  xırdalamağa.  Bundan  sonra  “yengibinə”  dustaq  papağını 

qoyur  əyri,  cəzasını  təxmin  edir.  Bir  də  görürsən  ki,  “ustadın”  proqnozu  bir  neçə  ay  sonra 

məhkəmənin qərarı ilə üst-üstə düşmür, onda da “xiyar əyri bitir”: mübahisələr başlayır. “Ustad” 

məhkəməni  ədalətsiz  qərar  çıxardığına,  yengibinə  zindani  isə  “ustad”ın  bildiklərinin  bir  zada 

dərman olmadığına görə yamanlayır. 

 

*** 


 

Həbsxanada “tapmaca sistemi” də  maraqlıdır. Təzə varid (yenicə  gətirilən) qapıdan təpilən 

kimi hərə bir söz deyir: dava üstündə tutulub, qətl törədib, silqət (oğurluq) eləyib və s. Sonra təzə 

varidin günahı aydın olur. Kim onun üzünə baxıb düz proqnoz veribsə, qoltuğunun altına qarpız 

sığmır.  Bir  də  gələn  kimi  başları  qırxılan  və  öz  evlərində  arın-arxayın  çimmiş  adamların  daz 

başla qoltuqlarında şampun-sabunla hamam qarşısında gözləməkləri və hamamçının “tez çıx, tez 

çıx” deyə tələskənliyini görüncə bərələn gözləri yaman müəmmalı olurdu.  

 

*** 



 

Həbsxanada  ən  dəhşətli  qisas  adamı  döyməklə,  söyməklə  alınmır.  Kim  kimin  dədəsini 

yandırmaq istəyirsə, “vəzifəsini” əlindən aldırır. Məsələn, aylarla zibil atmış birinə desən ki, bu 

beş  addım  yeri  süpür,  vərdişkar  olmadığına  görə  bu  iş  ona  Sizif  əzabı  qədər  ağır  görünür. 

Məsələn,  telefonla  danışacaq  adamları  əlindəki  dəftər  qələmlə  siyahıya  alan  birini  bir  də 

görürsən  ki,  aşpaz  köməkçisi  verirlər.  Sərin  otaqdan  çıxıb  birdən-birə  mətbəxdə  buğlanmağa 

məcbur olan bu kəs, az qalır damarlarını doğrasın. Çünki 70-80 nəfərin qab-qaşığını soyuq suyla 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə