Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3



Yüklə 1,6 Mb.
səhifə43/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   40   41   42   43   44   45   46   47   48
Diaqnostika

Buffered/Registered DRAM:
Anakartlarda adətən 4 ədəd RAM slotu (yuvası) olur. 4 slotdan artığı bəzi ciddi elektrik qaynaqlı xətalara səbəb olur. Çox miqdarda RAM istifadə edən anakart modelləri də vardır. Ancaq bunlar adətən serverlərdə və workstation-larda istifadə olunur. Bu elektrik qaynaqlı xətaları aradan qaldırmaq üçün RAM ilə CPU (və ya MCC) arasında əlaqələndirici rolunu oynayan “buffer” çipi yerləşdirilir. Bu çipə sahib RAM-lar “Registered” və ya “Buffered” RAM-lar olaraq adlandırılır.
RAM ehtiyacı:
Adətən daha çox RAM daha çox performans deməkdir. Daha çox RAM-a ehtiyacınız olduğunu göstərən əsas iki amil vardır: 1.Xüsusən birdən çox proqram açıq ikən sistemin yavaşlamağı, 2. Həddindən artıq sabit disk istifadəsi və ya “Disk thrashing” (Disk thrashing-PageFile istifadəsinin həddindən çox olması, xüsusən də proqram keçidlərində yavaşlama və həddindən artıq sabit disk istifadəsidir).
Hər əməliyyat sisteminin də minimum RAM tələbi vardır. Microsoft firmasının istehsalı olan Windows əməliyyat sistemlərinin minimum RAM ehtiyacı aşağıdakı cədvəldə verilmişdir:

Əməliyyat sistemi

Firma təklifi

Normal performans

Yüksək performans

Windows 2000

128 MB

256 MB

512 MB

Windows XP Home

128 MB

512 MB

1 GB

XP Professional

256 MB

512 MB

1 GB

Vista Home Basic

512 MB

1 GB

2 GB

Vista (digər)

1 GB

2 GB

>3 GB

Windows 7

1 GB

2 GB

>3 GB

Microsoft firmasının rəsmi internet sehifesine daxil olub əməliyyat sistemlərinin digər sistem ehtiyaclarını da öyrənə bilərsiniz!http://windows.microsoft.com/systemrequirements
Hazırda istifadə etdiyiniz RAM miqdarının öyrənilməsinin bir neçə üsulu vardır: “Komputerim” ikonu üzərində mausun sağ düyməsini sıxmaqla “Xüsusiyyətlər“i seçib RAM miqdarınınzı öyrənə bilərsiniz.
Bundan başqa “Alt”+”Ctrl”+”Delete”, və ya “Ctrl”+”Shift”+”Esc” klaviş kombinasıyalarından istifadə edərək “Task Manager”-i açıb “Performans” hissəsindən ümumi RAM miqdarınızı və hal-hazırda istifadə olunan RAM miqdarını görə bilərsiniz!

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə