Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Su əsaslı sement suspenziyaları (SƏSS)



Yüklə 6,76 Mb.
səhifə54/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   50   51   52   53   54   55   56   57   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Su əsaslı sement suspenziyaları (SƏSS) hazırlanarkən istifadə olunan su və sementin çəki ilə nisbəti su-sement amili adlanır. Su-sement amili 0.5-ə bərabər olduqda, yaranan sement suspenziyası normal hesab olunur və suspenziya aşağıdakı göstəricilərə malik olur: sıxlıq – 1800÷1850 kq/m3, 30 dəqiqə ərzində stabillik – 0.00 sm3, AzNİİ konusu üzrə yayılması – 16÷21 sm.
Su-sement amili 0.5-ə bərabər olan sement suspenziyasının daşa çevrilməsi pro-sesini 75° C temperaturda Vik cihazı vasitəsilə təyin edirlər (şəkil ). Yoxlama zamanı cihazdakı iynənin ucu 1.5÷2.0 mm dib səthindən yuxarıda dayandığı an tutuşmanın başlanğıcı, yuxarı səthdən göstərilən qədər aşağıda dayandığı an isə tutuşmanın sonu hesab olunur. Göstərilən şəraitdə normal sement suspenziyasının tutuşma başlanğıcı 1 saat 45 dəqiqədən çox, tutuşmanın sonu isə 2 saat 45 dəqiqədən az olmamalıdır.
Mövcud standarta görə sement daşından hazırlanan çubuqların 2 gündən sonra əyilməyə qarşı müqaviməti aşağıdakı tələblərə cavab verməlidir: içməli sudan istifadə edildikdə 2106∙104 N/m2, dəniz suyundan istifadə edildikdə isə 2496∙104 N/m2.
Elmi-texniki ədəbiyyatdan məlumdur ki, su əsaslı sement suspenziyası hazırlanarkən müxtəlif tərkibli kimyəvi reagentlərdən istifadə etməklə onun fiziki-kimyəvi parametrlərinin (sıxlığını, tutuşmanın başlanğıcı və sonunu, yayılmasını və s.) qiymətini istənilən istiqamətdə dəyişmək mümkündür. Belə reagentlərə misal olaraq aşağıdakıları göstərmək olar: sintan, karbooksilmetilselloiz (KMS), sulfid-spirt bardası (SSB), kalsium-xlorid (CaCl2) və s.za tərkibinə
Baza tərkibinə əsasən istehsalçılar xüsusi formullu geniş nomenklatura tompanaj sementləri təklif edirlər:
-Uzun müddət saxlanılması üçün hidroskopikliyi aşağı olan sement
-Yüksək temperaturlu quyuların qorunması üçün belitokremnezemisti
-Çoxlu miqdarda duz və hidrogen sulfid ilə zəngin minerallaşmış lay sulu ərazilərdə iş aparmaq üşün duza davamlı
-Narın üyüdülmüş klinker, kvars qumu və gipsdən alınmış qumlu isti və soyuq quyuların tamponlaşdırılması
-Ağırlaşdırılmış yüksək sərtlik və yüksək təzyiq altında istifadə oluna bilən
Bu sementlər lifli quyuların təmiri zamanı qazma məhlulunun yerdəyişməsi trayektoriyasını doldura bilir və drenləşmiş plastlar tərəfindən sementin udulmasının qarşısını alır. “İsti” (tempereturu 40-90 0 C-yə qədər оlur, dərinliyi 2500 m- dən çox) və “soyuq” (temperаtur 40 0C , dərinliyi 2500 m- ə qədər) quyular üçün də tompanaj sementlərinin bərkimə müddətləri fərqli olur.İsti quyularda Sementin tutmа bаşlаnğıcı tezi 1 sааt 45 dəqiqə, geci isə 2 sааt 45 dəqiqə оlmаlıdır. Tutmа bаşlаnğıcı və sоnu аrаsındаkı vаxt 1 sааt 30 dəqiqədən çоx оlmаmаlıdır. Soyuq quyularda isə sementin tutmа bаşlаnğıcı 3 sааtdаn tez və sоnu isə 7 sааt 30 dəqiqədən gec, tutmа bаşlаnğıcı ilə sоnu аrаsındаkı vаxt isə 3 sааtdаn çоx оlmаmаlıdır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə