Fənn : Maliyyə və Kredit Mövzu 14: Maliyyə bazarı p L a n maliyyə bazarının mahiyyəti və rolu


- pul vəsaitlərini bir mülkiyyətçidən (kreditordan) digərinə (borclarına), yəni pula ehtiyacı olanlara hərəkətini təmin etmək



Yüklə 137,5 Kb.
səhifə2/15
tarix21.04.2022
ölçüsü137,5 Kb.
#85835
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu 14. maliyye bazari (1) (1)

- pul vəsaitlərini bir mülkiyyətçidən (kreditordan) digərinə (borclarına), yəni pula ehtiyacı olanlara hərəkətini təmin etmək; təcrübədə o, özünü müvəqqəti sərbəst pul vəsaitlərinin və qiymətli kağızların alqı - satqısı, maliyyə ehtiyatlarının bölgüsü ilə əlaqədar iqtisadi münasibətləri ifadə edir. Hazırda dünya miqyasında maliyyə vəsaitlərinin böyük hissəsi maliyyə bazarı vasitəsilə bölüşdürülür;

- bazarda alıcı ilə satıcının birbaşa görüşməsi zamanı satışa çıxarılan aktivlərin real bazar qiymətləri müəyyən olunur. Burada həmçinin aktivlərin geri ödənməsi səviyyəsi, onun müddətləri müəyyənləşdirilir;

- maliyyə bazarı investorlar üçün pulların ən səmərəli istiqamətlərə yerləşdirmək üçün yer, imkan və şərait yaradır. Bu vaxt nəinki ölkə, hətta bütün dünya üzrə seçmə imkanı yaranır. Bu isə firmalar üçün ən sərfəli qiymətlə maliyyə mənbəyi tapmağa imkan verir;

- maliyyə bazarının başlıca funksiyalarından biri də maliyyə ehtiyatlarının köçürmə xərclərinin (araşdırma və informasiya xərcləri) minimuma endirilməsindən ibarətdir.

Maliyyə resurslarının ilkin satıcıları və həm də son istehsalçıları üç qrupa bölünür: təsərrüfatçı subyektlər (müəssisələr və təşkilatlar), fiziki şəxslər və dövlət. Maliyyə resurslarının alqı-satqısı iki yolla: birincisi, maliyyə vasitəçilərinin köməyi olmadan bilavasitə satıcıdan onun istehlakçılarına çatdırmaq, ikincisi, bir və ya bir neçə vasitəçilərin köməyi ilə həyata keçirilir.

Maliyyə vasitəçiləri kimi pul vəsaitlərinin idarə edilməsini həyata keçirən kredit təşkilatları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, qeyri-dövlət pensiya fondları, investisiya fondları, sığorta kompaniyaları çıxış edir.

Vəsaitlərin cəlb edilməsi əlamətlərinə görə maliyyə bazarları strukturlarına daxildir: borc və kredit bazarları, qiymətli kağızlar bazarları və deriativlər bazarı, lizinq və faktorink xidməti bazarları, etimadlılıq əməliyyatı bazarı (öz pul komponentləri hissəsində) və sığorta bazarı.

Vəsait mənbələrinin olduğu yerə görə maliyyə bazarı iki qrupa bölünür:

- daxili və ya milli maliyyə bazarları. Bu bazarların resursları ölkənin daxili mənbələrinə əsaslanır. Bu halda digər ölkələrin resursları cəlb edilsə də, onların xüsusi çəkisi cüzi olur;

- dünya maliyyə bazarları. Onların resursları müxtəlif dövlətlərin rezidentlərinin vəsaitləri hesabına əmələ gəlir.

İnkişaf səviyyəsinə görə maliyyə bazarları inkişaf etmiş bazarlara və inkişaf etməkdə olan bazarlara bölünür (çox hallarda yaradılmaqda olan və ya formalaşmaqda olan bazarlar inkişaf etməkdə olan bazar adlanır).

Maliyyə bazarının iştirakçıları və ya subyektləri aşağıdakılardır:

- investorlar – tələbatından artıq maliyyə ehtiyatlarına malik olan və investisiya kimi istifadə edən müəssisə və təşkilatlar;

- əmanətçilər – şəxsi istehlakı azaltmaqla müəyyən məqsədlər üçün müxtəlif yığımlar həyata keçirən fiziki şəxslər;

- borc alanlar – kifayət qədər maliyyə ehtiyatlarına malik olmayan və ya maliyyə ehtiyatlarının çatışmamazlığını “hiss” edən müəssisə və təşkilatlar, həmçinin dövlət hakimiyyəti orqanları.

Bu deyilənlərlə yanaşı, maliyyə bazarının subyekti kimi fəaliyyət göstərən müxtəlif vasitəçilər, ixtisaslaşdırılmış maliyyə-kredit institutları da mövcuddur. Subyekt kimi fəaliyyət göstərən vasitəçilər aşağıdakılardır:

1.Maklerlər. Onlar həqiqi vasitəçi kimi çıxış etməklə investorların və ya borc alanların tapşırığı əsasında fəaliyyət göstərərək komission şəklində gəlir əldə edirlər. Maklerlər hüquqi və fiziki şəxslərdən ibarət ola bilər.

2. Dilerlər. Onlar sərbəst surətdə fəaliyyət göstərməklə, bəzi hallarda digər vasitəçilərlə, hətta investor və borc alanlarla da birbaşa sövdələşməyə girirlər.

3. İxtisaslaşdırılmış maliyyə-kredit institutları. Bura investisiya bankları, maliyyə şirkətləri, sığorta şirkətləri və s. daxildir. Onlar həm investor, həm borc alan, həmçinin də vasitəçi kimi çıxış edirlər.



Yüklə 137,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə