Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə11/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   7   8   9   10   11   12   13   14   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

b) Vayşeşika. Vayşeşika fəlsəfi sistemi müdrik Kanada (əsl adı Ulukadır) tərəfindən, təq. m.ö. V əsrdə yaradılıb (vayşeşika hərfən xarakterik olan, xas olan, xüsusi olan mənasını verir). O Kanada ləqəbini asketik (zahidlik) həyat tərzi keçirdiyi və adətən biçilmiş, əkin sahəsində topladığı qarğıdalı toxumları ilə qidalandığı üçün alıb.
Vayşeşika təlimi nyaya sisteminə yaxın olub, onun da son məqsədi fərdi mənin azad olmasıdır. Bu təlim idrakın bütün obyektlərini, bütün dünyanı yeddi kateqoriyaya bölür: substansiya, keyfiyyət, fəaliyyət, ümumilik, xüsusilik, xasolma və heçlik.
Substansiya keyfiyyət və fəaliyyətin substratıolub onların hər ikisindən fərqlənir. Substansiyanın doqquz növü var; torpaq, su, od, hava, efir, zaman, məkan, can və ağıl.
Keyfiyyət substansiyada mövcud olub, öz-özlüyündə nə məxsusi keyfiyyətə, nə də aktivliyə malikdir. Əgər substansiya öz-özlüyündə mövcud ola bilərsə, keyfiyyət substansiyadan kənarda mövcud ola bilməz. Keyfiyyətin iyirmi dörd növü mövcuddur: rəng, dad, qoxu, səs, həzz, iztirab və s.
Fəaliyyət hərəkətdir, keyfiyyət kimi o da yalnız substansiyalara xasdır. Hərəkətin beş növü mövcuddur: qalxma, enmə, sıxılma, genişlənmə və gəzişmə.
Ümumilik. Bütün atlar hansısa ümumi təbiətə malikdirlər və onlar bir sinifdə qruplaşdırılırlar. Bu “atlılıq”adlandırılır və ümumiliyi bildirir. “Atlılıq” nə hansısa atın doğuluşu ilə yaranır, nə də ki, hansısa birinin ölməsi ilə məhv olur, o əbədidir. Beləliklə ümumilik verilmiş sinfə daxil olan fərdlərin hamısı üçün ümumi olan əbədi mahiyyətdir.
Xüsusi şeylərin ilkin fərqinin əsasıdır. O eyni zamanda dünyada mövcud olan əbədi mahiyyətlərin fərdiliyini, bənzərliyini bildirir. Bu kateqoriya (vişeşa) müstəsna əhəmiyyət daşıyır, təlimin adı da ondan götürülüb.
Xasolma tamı hissəsi ilə; keyfiyyət və yaxud fəaliyyəti substansiya ilə; ümumini xüsusi ilə əlaqələndirən daimi, əbədi əlaqədir. Məsələn parça vahid kimi həmişə saplarda mövcuddur; “yaşıl”, “şirin” kimi keyfiyyətlər və müxtəlif növ hərəkətlər substansiyada mövcud olur.
Heçlik bütün inkari faktları bildirir. Məsələn, “Burada pişik yoxdur”, “Bu çiçək qırmızı deyil” - bu cümlələr pişiyin, qırmızılığın yoxluğundan xəbər verir.
Vayşeşika təlimində Tanrı və fərdi canın azadolması haqqında müddəalar mahiyyətcə nyaya sistemində olduğu kimidir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə