F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

 
34
xəstələnmiş cavan ingilis əsgərindən A/H1N1/ virusu alınmışdır (Jsaaks və b. 
1962), anaxronizmin başqa halı: H1N1 ştammı 1949-cu ildə, yəni H1N1 dövrünün 
başlanmasından 3 il sonra Alyaskada alınmışdı (Van Rooyen, 1949). Honkonq 
virusunun (H3N2) meydana çıxmasından 2 il sonra H2N2 yarımtipinin üzdə 
olması Amazonka hindularında seroloji yolla göstərilmişdir (Papiorkowski, Black, 
1974). 
İnsan populyasiyasından sıxışdırılmış virusların epidemik aktiv növləri 
biosferdə saxlanılır və müəyyən müddətdən sonra geriyə qayıda bilirlər.     
Sıxışdırılmış  virusların  3  qayıdışı  müəyyən  edilmişdir:  A/Honkonq/68  və 
XIX  əsrdə  sirkulə  edən,  1976-cı  ildə  ABŞ-da  qrip  partlayışını  törədən  antigen 
cəhətdən  donuzların  qripi  virusu  ilə  (A/Нью  Джерси/76/Hsw1N1/  ştammı) oxşar 
olan  virus  1918-1920-ci  illərdə  pandemiya  törətmiş  virusun  Çində  meydana 
çıxması, 1946-1957-ci illərdə sirkulə etmiş virusun 1977-1978-ci illərdə A/H1N1/ 
şəklində ölkələrdə yayılması. Görünür, epidemik virusların arenadan  dövri olaraq 
getməsi  və  onun  yenidən  qayıtması  immunitetin  vəziyyəti  ilə  deyil,  ola  bilər  ki, 
başqa  mexanizmlərlə  aydınlaşdırıla  bilər.  Məsələn,  1976-cı  ildə  meydana  çıxan 
A/Swine/31  ştammı ilə  oxşar  olan  A/NJ/8/76  qripi  virusuna  antroponoz  infeksiya 
tsikillərinin  daxili  qanunauyğunluqlarının  üzə  çıxması  kimi  deyil,  virusun 
heyvanlardan insan populyasiyasına gətirilməsi kimi, virusların təbii biosenozlarda  
qorunub  saxlanması  kimi  baxmaq  olar.  Amma  bunun  nəticəsində,  insan  virusları 
epidemik  yayılmaya  məruz  qalmır  və  digər  zoonozlarda  olduğu  kini  sönür. 
Wallace Gordon D. (1979) donuzların qrip virusunun təbii rezervuarı kimi rolunu 
qeyd  edərək,  donuz  qripi  viruslarının  47  il  ərzində  antigen  dəyişkənliyi  olmadan 


 
35
persistensiyasından  ibarət  təbii  tarixinin  xüsusiyyətlərini  qeyd  edir.  İmmunitet 
sürüdə böhran səviyyəsində aşağı düşəndə epizootiyalar dövri olaraq  baş verir. 
Pandemiyalararası ştammların, eləcə də keçmişdə pandemik olan ştammların 
bütün həssas kontingentləri bitirmədən itməsi (F.Davenport Frensisdən sitat gətirir) 
həssas qatları əvvəlcədən boşaldan yeni, tez yayılan ştammlarla interferensiyası ilə 
izah  edilir.  Virusun  əvəz  olunması  hadisəsində  sahib  rezistentliyinin  müəyyən  rol 
oynadığı güman edilir. 
Beləliklə,  yuxarıda  qeyd  olunan  misallarda  müxtəlif  epidemik  qatlarda 
köhnə  ştammların,  o  cümlədən  həm  də  epidemik  ştammlarla,  yüksək  ekoloji 
plastikliyə malik rekombinant və mutantların üzə çıxması ilə əlaqədar yaranan yeni 
ştammlarla  yanaşı  uzun  müddət  sirkulyasiya  edə  bilməsini  təsdiq  etmək 
mümkündür. 
Əgər  pandemiyalar  arası  dövr  10  il  qəbul  edilərsə,  o  zaman  bu  dövrün 
sonuna  yaxın  bu  və  ya  digər  serotipin  üstünlük  təşkil  etdiyi  müddətdə  subklinik 
infeksiyanın faizinin artmasını və populyasiyada antitel titrinin artması ilə əlaqədar 
virusların ifrazının azalmasını güman etmək olar.  
Seroloji  diaqnostikanın  çətinliyi  antitel  titrinin  yüksək  artma  dərəcəsində 
belə  cüzi  olması  ilə(Hirst  et  al.,  1942;  Kilbourne  et  al.,  1951),  virusların 
ayrılmaması  isə  onların  səviyyəsinin  müasir  metodların  həssaslıq  dərəcəsindən 
aşağı olması ilə izah edilir. 
 
           Məntiqlə bu fakt yeni ştamm formalaşandan sonra onun populyasiyadan bir 
neçə il sonra tamamilə yoxa çıxmasını öncədən xəbər verir.  


 
36
             Hətta 
əgər 
keçmiş 
ştammın 
mikrosirkulyasiyasının 
mövcud 
olması(İvanova  N.А.,  Smorodinsev  А.А.,  1984;  Karpuxin  Q.İ.  və  həmmüəlliflər 
1984)  və  onun  insan  populyasiyasından  tamamilə  yox  olmaması  faktı  ehtimal 
edilsə  belə,  bu  heç  də  şift-ştammın  əmələ  gəlməsini  və  “köhnə”  virusu 
sıxışdırmasını(hansı  ki,  dominant  ştammın  üstünlüyünün  sonuna  yaxın  daha 
təzahür etməyəcəyini) istisna etmir.  
           Bəs insan populyasiyasındakı sirkulıyasiyadan çıxarılmış viruslar harada və 
necə saxlanılır? 
           Bir sıra fərziyyələr mövcuddur: 
            1.  Endryus  qrip  viruslarının  rinoviruslar  kimi  müəyyən  dövr  ərzində  az 
aktivlikli vəziyyətdə xəstələnmə və immunitet törətmədən sirkulyasiyasını ehtimal 
edir. 
           2.  Son  illər  müxtəlif  hüceyrə  kulturalarında  qrip  viruslarının  xroniki 
infeksiya törətməsinin və daşıyıcılığının olması barədə məlumatlar əldə edilmişdir.   
              Bununla  əlaqədar  ola  bilər  ki,  epidemiyalar  arası  dövrdə  insanlar  latent 
şəkildə  virusun  daşıyıcısı  olduqları  üçün  virus  sağ  qalır  (О.İ.  Аnjaparidze,    İ.N. 
Boqomolova,  1974;  Schild  G.C.,  1979;  Klimov  A.İ.,  Gendon  Y.Z.,  1981;  Hope-
Simpson R.E.,1986).  
Ancaq  nəzərə  almaq  lazımdır  ki,  bu  fakt  immunoloji  “pressin”  olmadığı 
şəraitdə  qrip  viruslarının  persistensiyasının  formalaşmasının  prinsipal  cəhətdən 
mümkünlüyünə  dəlalət  edir.  Bundan  başqa,  müəyyən  edilmişdir  ki,  hətta  virusun 
ən mülayim ştammları (məsələn, hüceyrə kulturasında pilək əmələ gətirməyən) son 


 
37
nəticədə  hüceyrənin  degenerasiyasına  səbəb  olan  sitopatogen  effekt  doğurur 
(Palese və b. 1973). 
Postensefalit  parkinsonizmi  ilə  xəstələnmiş  xəstələrin  beynində  virus 
antigeninin persistensiyası ehtimalı böyük maraq doğurur (Camboa və b. 1974). 
      3. V.M. Jdanov qeyd edir ki,  sağlam adamların uzun müddət virusun daşıyıcısı 
olmaqla qriplə xəstələnməsinin  xroniki  formalarına çox  nadir  hallarda  rast  gəlinir 
və  güman  edir  ki,  pandemiyalararası  qripin  epidemik  partlayışları  aşağıdakı 
səbəblərdən:  əvvəlki  pandemiyaya  qoşulmamış  insanların  xəstələnməsindən, 
antigen  strukturunun  qismən    kiçik dəyişiklikləri  ilə  meydana  çıxan variantlardan 
və  ya  əhalinin  qazanılmış  immunitetinin  səviyyəsinin  tədricən  azalmasından  asılı 
ola bilər. 
 
Simptomsuz daşıyıcılıq və virusun orqanizmdən uzun müddət ifraz edilməsi 
siçanlar  üzərində  eksperimentlərdə  (В.А.Зуев,  1979)  ancaq  quşlarda  və  qismən 
donuzlarda təsvir edilmişdir (Arikawa İ. Et al, 1979; Kilbourne K.D.,1981; Pereira 
M.S., 1982). 
     4. Məməlilərin və quşların zərdabında qrip virusuna qarşı antitellərin tapılması 
bir  çox müəlliflər tərəfindən  virusun qeyri-insan populyasiyasında  ehtiyat  halında 
toplanması kimi interpretasiya edilir. 
 
Tayvanda  epidemiya  dövründə  donuzlardan  insan  virusu  A2  (Honkonq)  ilə 
identik olan virusu ayıran Kundin (A.S. Qorbunovanın sitatı, 1973) sonda insanın 
yoluxması ilə nəticələnən insan virusunun donuz populyasiyalarında toplanmasının 
xeyrinə fikir söyləmişdir. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə