F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

 
38
 
Qrip 
virusunun 
heyvan 
orqanizmində 
toplanması 
(sonda 
insan 
populyasiyasına  keçməklə)  imkanı  donuzlarda  qripin  ikitərəfli  keçməsi 
misallarında da üzə çıxarılmışdır. 
 
Beləliklə,  retrospektiv  yolla  1918-1919-cu  illərin  “ispan  pandemiyası”nın 
törədicisinin  donuz  qripi  virusları  ilə  qohumluğu  müəyyən  edilmiş  və  ABŞ-ın 
şimali-qərbi fermalarında donuzların bilavasitə xəstə insanlardan yoluxması imkanı 
güman edilmişdir. 
 
Digər  tərəfdən,  insanların  donuzların  A  qripi  virusu  ilə  yoluxması  halları, 
xüsusən  Port-Diksdə  1976-cı  ildə  leqionerlər  arasında  A/Hsw1N1/  qrip  virusu 
ştammının epidemik yayılması halı məlumdur. 
 
İnfeksiyanın  mənbəyi,  tədqiqatçılar  güman  etdikləri  kimi,  donuzlarla 
kontaktda olan leqioner idi (V.M. Jdanovdan sitat, 1982). 
 
Donuz  virusu  ilə  insanların  xəstələnməsinin  3  əlavə  halı  ABŞ-da  1976-cı 
ildə  qeydə  alınmışdır  (Easterday,  Dowdle,  1976)  və  bir  halda  virusun  xəstədən 
sağlam insana keçməsi müəyyən edilmişdir (Easterday,1976).  
 
Güman edilir ki, virus insandan pandemiya dövründə donuz populyasiyasına 
düşmüş, bu heyvana adaptasiya etmiş və nəticədə sərbəst halda dövr etməyə davam 
etmişdir  (Evans  A.S.,  1977).  Amerika  qitəsində  virusun  donuzlar  arasında 
sirkulyasiyası son illərə qədər davam edir (E Pirtl və b. 1977).   
 
Nakajama  vəb.  (1983)  müxtəlif  dövrlərdə  H2N2  ştammının  oliqonukleotid 
xəritələrinin müqayisəli analizindən belə nəticəyə gəlmişlər ki, H3 hemaqqlütininin 
təkamülü 1950-ci ildən 1968-ci ilə qədər çox güman ki, insan orqanizmində deyil, 
heyvan orqanizmində baş verir. 


 
39
 
Yuxarıda  deyilənləri  nəzərə  alaraq  qeyd  etmək  lazımdır  ki,  virusun 
əhəmiyyətli  dəyişkənlikləri  ehtimalı,  görünür,  qısa  (10-11)  dövrlə  hüdudlanır. 
Virus insan populyasiyasından gedir və ya insanda üzə çıxmır. 
 
Əgər  “köhnə”  virusların  insan  populyasiyasında  yuxarıda  qeyd  edilən 
imkanlara  görə  saxlanmasını  fərz  etsək,  bu  onların  antigen  cəhətdən  dəyişməz 
halda  “arenaya”  çıxmasını  nəzərdə  tutmur.  Bu  isə  son  illərin  virusoloji  və 
biokimyəvi tədqiqatları ilə isbat edilmişdir (D.К. Lvov, 1974). 
 
Məntiqə görə də, müəyyən dövrdə sirkulyasiyadan çıxmış “köhnə” ştammlar 
əhalinin qeyri-immun  qrupunun  artması  dövründə  qayıda bilərlər.  Ancaq  nədənsə 
bu baş vermir. 
 
Virus  genomunun  epidemik  potensiya  qazanmaq  cəhətdən  aktivləşdirilməsi 
üçün əməli faktor lazımdır. 
 
Qeyd olunanla əlaqədar, pandemik ştammların başqa mümkün mənbələrinin 
axtarılması məntiqə uyğundur. 
 
Bu  cəhətdən  heyvanların  qrip  virusunun  yeni  antigeninin  rezervuarı  ola 
bilməsi hipotezi diqqətə layiqdir. 
 
Quş  qripi  viruslarının  müxtəlif  antigen  variantlarının  pandemik  virusların 
genomunun yeniləşməsi mənbəyi kimi qiymətləndirilməsi virusların insan virusları 
ilə  rekombinasion  proseslərdə  (virusun  növlərarası  keçidinin  mümkünlüyü  ilə) 
iştirakını güman edir. 
Virus hissəciyinin morfologiyasının fenotipik modifikasiyası və HA miqdarı 
ilə (qlikoproteidlərin ümumi sayının azalması) HA hüceyrədaxili parçalanması ilə 


 
40
şərtlənən,  sahibdən,  xüsusən  sahib-hüceyrədən  asılı  olan  virusun  növlərarası 
keçidinin mümkünlüyü güman edilir (Lasarowits və b. 1975, Choppin və b. 1975). 
1975-ci 
ildə 
A.A. 
Smorodintsev 
heyvan 
və 
insan 
viruslarının 
rekombinasiyasının  mümkünlüyünə  şübhə  ifadə  edir:  “Belə  rekombinasiyanın 
getməsini mühakimə etmək üçün hələ məlumatlar yoxdur”. 
İnsan  və  heyvan  qripi  viruslarının  eksperimental  yolla  çarpazlaşmasının 
mümkünlüyü  haqda  son  illərin  inandırıcı  faktları  (Webster  R.G.,  Cambell 
C.H.,1974)  pandemiya  törədən  qripp  virusu  ştammlarının  insan  və  heyvan  qripi 
virusları  ştammlarının  çarpazlaşması  nəticəsində  əmələ  gələ  bilməsi  fikri  ilə 
razılaşır. 
İnsan və heyvan mənşəli qrip viruslarının rekombinantlarının əmələ gəlməsi 
xüsusən,  A/Honkonq/68/H3N2/  virusu  ilə  in  vitro  və  in  vivo təcrübələri  dəfələrlə 
həyata keçirilmişdir (Webster R.G.,1973; Соколов М.И. и др., 1974).      
          Antigen  rekombinantlarının  əmələ  gəlməsi  in  vitro  təcrübələrində  toyuq 
taunu  (Hav1Neq1)  və  donuz  qripi  (Hsw1H1)  ilə  yoluxdurulmuş  donuzlarda 
göstərilmişdir.  
 
Antigen  hibridləri  bəzi  quşların  ağ  ciyərlərində  yoluxmadan  bir  gün  sonra 
meydana çıxır. 
 
Rekombinantlar stabildirlər, bioloji aktivliyin geniş  spektrinə malikdirlər və 
bəzi  hallarda  “miniepidemiyanı”  qorumaqla  xəstə  quşlardan  sağlamlara  keçə 
bilirlər(Webster R.G., Laver W.C., 1975). 
 
Naeve  C.W.,  Webster  R.G.,  Hinshaw  V.S.,  1983  tərəfindən  quş  və  insan 
virusları  rekombinantları  alınmışdır.  1984-cü  ildə  müəlliflər  tərəfindən  alınmış 


 
41
hemaqlütininin  reseptor-əlaqələndirici  saytında  mutasiyaları  olan  rekombinantlar 
virusun  bioloji  xüsusiyyətlərini,  əsasən  qrip  virusunun  toxuma  tropizmini 
dəyişdirirlər. 
 
V.M.  Jdanov  hesab  edir  ki:  ”Əgər  bu  proses  təbii  biosenozlarda  belə 
asanlıqla baş verirsə, onda insan populyasiyası və heyvan viruslarının yeni antigen 
dəstinin yaranması ilə gedən genofondunun mübadiləsindən əmələ gələn pandemik 
virusların  meydana  çıxması  tamamilə  qanunauyğundur.”(V.М.  Jdanov,  S.Y. 
Qaydamoviç, 1982). 
 
Baveridge  W.J.  pandemik  ştammların  insan  və  heyvan  ştammlarının 
çarpazlaşdırılması  nəticəsində  əmələ  gələ  bilməsi  ilə  razılaşır  və  qeyd  edir  ki,”bu 
fərziyyəni  təsdiq  edən  dəlilləri  təbiətdə  tapmaq  maraqlıdır.”(Baveridge  W.J., 
1976). 
 
Təbiətdə rekombinant ştammlar əmələ gəlməsinin mümkünlüyü  məsələsinə 
dair  Nishikawa Y., Sudyawa J., (1985) tərəfindən təsvir edilmiş 3 və 5 yaşlı xəstə 
uşaqların (qardaşların) qarışıq (ikiqat) infeksiyası hadisəsi maraq doğurur.  Burun-
udlaq  yaxantılarında  A/H3N2/  qripi  virusları  var  idi,  serodiaqnostika  H3  və  H1 
antigeninə  qarşı  antitellərin  artmasını  göstərdi,  bu  isə  yaxantıların  incəliklərinə 
qədər öyrənilməsini stimullaşdırır. 
 
MDSK  kulturasında  piləklər  metodu  ilə  klonlaşdırma  nəticəsində  H1N2 
rekombinant ştammı ayrılmışdır. Müəlliflər belə nəticə çıxarırlar ki, yəqin ki, insan 
orqanizmində  bu  tip  rekombinant  proseslər  baş  verir  və  güman  edirlər  ki,  bu 
tədqiqat  ikiqat  infeksiya  nəticəsində  alınan  klonlaşdırılmış  virusların  genlərinin 
mənşəyini təsdiq edir. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə