F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

 
85
bazalarının  işinə  müvəqqəti  metodik  göstərişlər”  rəhbər  tutulmuşdur.  Leninqrad, 
1979.  
İntensiv  göstəricinin  və  qrip  və  KRX  xəstələnmənin  artım  tempinin 
hesablanmasında  statistik  göstəricilərdən  istifadə  edilmişdir  (10000  əhalinin  ayrı-
ayrı  aylar  və  həftələr  üzrə xəstələnməsinin  hesablanması  ilə).  Bu  zaman  “Qrip  və 
KRX  üzrə  epidsituasiyanın  operativ  analizinə  metodiki  göstərişlər”,  Lenin.,  1975 
əsas götürülmüşdür. 
Tədqiqatda  Leninqrad  ET.  Vaksin  və  zərdablar  İnstitutunun  istehsalı  olan 
insan  qripi  virusunun  standart  antigenləri  və  özündə  hazırda  məlum  olan  bütün 
hemaqqlütinin  (H1-H10)  və  neyraminidazanı  (N1-N9)  cəmləndirən  qrip  virusu 
ştammlarına qarşı referens-zərdabların tam dəsti istifadə edilmişdir. 
Qrip və başqa respirator virus infeksiyalarının flüoressə edən antitel metodu 
ilə  (Kunsun  metodu)  ekspress  diaqnostikasında  flüoressə  edən  diaqnostik 
immunoqlobulinlərdən  istifadə  edilmişdir.  Bunlar  A(H3N2),  (H1N1),  B  qrip 
viruslarına,  1,  2,  3-cü  tipli  paraqripə,  RS-viruslara,  adenoviruslara  qarşı  flüoressə 
edən antizərdabların konyuqatlarıdır.  
Ekoloji  tədqiqatlarda  “Yuva  koloniyalarında  virusoloji  müayinə  üçün 
materialların  götürülməsi  metodları”  Москва,  1979-cu  il  vəsaitindən  və  “Qripin 
ekologiyasının  tədqiqi  üçün  çöl  materiallarının  yığılma  və  işlənməsi”  metodik 
tövsiyyələrindən  (Хabarobsk,  1975)  istifadə  edilmişdir.  Bunlar  ÜST-ün  qriplə 
mübarizə  proqramında  ümumi  qəbul  edilmiş  və  tövsiyyə  olunan  tədqiqat 
metodlarına  əsaslanır:  HATR,  МFА  və  toyuq  embrionlarının  yoluxdurulması  ilə 
qrip virusunun alınması. 


 
86
Heyvan qripi viruslarının antigenləri və onlara qarşı tip spesifikliyinə malik 
zərdablar  D.İ.  İvanovski  adına  Virusologiya  İnstitutunun  virusların  ekologiyası 
şöbəsindən alınırdı. 
 
 
 
Qrip  infeksiyası  və  digər  KRX  üzərində  1977-1984-cü  illərdə  aparılan 
epidnəzarət zamanı: 
1.
 
HATR-da  seroloji  yolla  KRX  xəstələnmiş  insanlardan  –  5328  cüt 
zərdabların sınağı; 
2.
 
HATR-da seroloji yolla donorlardan – 3717 zərdab sınağı; 
3.
 
Virusoloji  yolla  (toyuq  embrionlarının  yoluxdurulması).  KRX-xəstə 
insanların burun–udlaq yaxantısından 7000 sınaq tədqiq olunmuşdur. 
1977-1983-cü illərdə ekoloji tədqiqatlar zamanı: 
1.
 
581 vəhşi quş fərdinin zərdabı  
2.
 
Ev heyvanlarının zərdabı (inəklər, donuzlar, danalar, camışlar) – 564 
sınaq; 
3.
 
ev quşlarının (toyuqlar) zərdabı – 345 sınaq tədqiq olunmuşdur. 
 
 
Seroloji tədqiqatların metodları. 
Seroloji tədqiqatlar HATR və РПHА reaksiyalarında ÜST-ün tövsiyyə etdiyi 
metodlara əsasən aparılmşdır. 


 
87
Zərdablar  RDE  tətbiq  olunmaqla  56ºC  qızdırılırdı.  Qrip  viruslarının 
neyraminidazasının aktivliyi РПГА -da Aminoff D. metodu ilə təyin edilmişdir. 
Insanlarda  qripin  və  digər  KRX-in  ekspress-diaqnostikası  flüoressə  edən 
antitellər (МFА) (Kunsun birbaşa metodu) metodu ilə aparılmışdır. 
Ekoloji  tədqiqatlarda  qan  quşları  güllələdikdən  sonra  ürəklərindən,  quş 
balalarında  isə  -  pəncələrinə  Mojaysk  istehsalı  olan  “barmaq  deşmək  üçün 
skarifikator”  batırmaqla  alınmışdır. Sonra  filtr  kağızından  kəsilmiş kvadratlar  qan 
damlaları ilə isladılmışdır (bax 2.1.1.). 
 
Radial hemoliz və digər metodların təkmilləşdirilməsi. 
Yuxarıda qeyd edilən metodlarla yanaşı tədqiqatın gedişində radial hemoliz 
(RHM)  və  dolayı  hemaqqlütinasiya  (DHAR)  metodları  yenilik  elementləri  daxil 
edilməklə  işlənib  hazırlanmış  və  tətbiq  edilmişdir  (Metodik  tövsiyyələr 
F.Ə.Sadıxova “Səhra şəraitində qripin və paraqripin radial hemoliz metodu(RHM) 
və dolayı hemaqqlütinasiya reaksiyası(DHAR) ilə serodiaqnostikasına dair”, Bakı, 
1984 il.). 
       Radial hemoliz metodu ilə qrip və paraqripin serodiaqnostikası. 
Hazırda radial hemoliz metodu (RH) müxtəlif qrip viruslarına qarşı (Schild, 
Pereira  M.S.),   məxmərəyə qarşı  (Clarke  M.e.a.), parotitə qarşı (Waanen),  korona 
və  rotaviruslara  qarşı  (Clarke  M.)  antitellərin  üzə  çıxarılmasında  geniş  istifadə 
edilməyə başlamışdır. 
Metod  həssaslıqda  DHAR-dan  geri  qalmır,  sadədir,  virusların  yüksək 
dərəcədə  təmizlənmiş  və  qatılaşdırılmış  olmasını  tələb  etmir,  tədqiq  olunan 
zərdabların inaktivasiyasını istisna edir. 


 
88
Qeyd edilənləri və bu metodun B qripi virusuna tətbiqi haqda məlumatların 
azlığı  və  birmənalı  olmadığını,  həmin  metodla  insanlarda  paraqrip  infeksiyasının 
və  quşlarda  A  qripi  virusunun  diaqnostikasının  mümkünlüyü  haqda  məlumatların 
olmadığını nəzərə alaraq həmin infeksiyaların serodiaqnostikasında radial hemoliz 
reaksiyası  (RHR)  üçün  optimal  şəraitin  işlənib  hazırlanmasının  vacib  olduğu 
müəyyən edildi. 
Qeyd  olunanla  əlaqədar  olaraq  müvafiq  istiqamətdə  axtarış  aparılmış  və 
yuxarıda  qeyd  edilən  infeksiyaların  radial  hemoliz   reaksiyasının  qoyulması  üçün 
optimal şərait müəyyən edilmişdir. 
Bundan  başqa,  insanın  A  qripinin  serodiaqnostikasında  RHM-nun  tətbiq 
edilməsinin mümkünlüyü təsdiq edildi. 
Bu reaksiyanın tətbiqinin imkanları, xüsusən hazır antigenin laboratoriya və 
çöl  şəratində  uzun  müddət  saxlanmasını  təmin  etmək  məqsədilə  eritrositar 
diaqnostikumun  xromlaşdırılması  metodu işlənib  hazırlandı.  Bu  metod  A,  B qripi 
və insanın paraqripinin diaqnostikasında istifadə edilir. 
B  qripi  və  paraqripinin  serodiaqnostikası  üçün  RHR-nın  işlənilmiş 
modifikasiyası aşağıdakılardan ibarətdir: 
1.  Müxtəlif  mənbələrdən  alınmış  komponentlərin  müəyyən  birləşmişlərinin                
seçilməsindən: dəniz donuzunun zərdabı, at və öküz zərdabı. 
2.  Toyuq  eritrositləri  ilə  yanaşı  insanın  0-qrupu  eritrositlərinin  də  B  qripi 
virusları  üçün,  dəniz  donuzlarının  eritrositlərinin  paraqrip  virusları  üçün  istifadə 
edilməsindən. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə