Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə4/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   2   3   4   5   6   7   8   9   ...   59


 
Qazıntı  sahəsinin  Ģərq  kənarında  1  metr  dərinlikdə  4  saylı  torpaq  qəbir 
aĢkar  edilmiĢdir.  Həmin  dərinlikdə  xam  torpağın  üstü  daha  doğrusu  basdırılmıĢ 
Ģəxsin qarĢısında od yandırıldığı torpaq üzərində yanğın izinin qalmasından məlum 
olmuĢdur.  Bu  4  saylı  torpaq  qəbirdə  maddi-mədəniyyət  qalıqları  tam  kompleks 
Ģəkildə  əldə  edilmiĢdir.  Hərçənd  plantaj  Ģumu  zamanı  materialların  sınması  halı 
olmuĢsa da, onlar öz əvvəlki yerlərindən tərpədilməmiĢdir. 
4 saylı torpaq qəbiri xam torpaqda qazılmıĢdır. Bu qəbir 1,3 metr dərinlikdə 
yerləĢir.  Qəbirdə  ölü  Ģərq-qərb  istiqamətində  olmaqla  baĢı  Ģərqə  doğru  sağ  böyrü 
üstdə  bükülü  Ģəkildə  qoyulmuĢdur.  Buradakı  maraqlı  cəhətlərdən  biri  ondan 
ibarətdir  ki,  insan  skeleti  ilə  üz-üzə  bir  qoyun  skeleti  də  aĢkar  edilmiĢdir.  Axirət 
dünyaya  inancla  əlaqədar  olaraq  qurban  verilmiĢ  qoyun  da  ölü  ilə  qəbirdə,  onun 
önündə dəfn edilmiĢdir. Bundan baĢqa  mərhumu çoxlu müxtəlif gil qablar, dəmir 
nizələr və habelə mis bəzək Ģeyləri müĢaiyət etmiĢdir. 30-a yaxın gil qab içərisində 
əl ilə hazırlanmıĢ iri küplərdən kiçik tayqulp dopu, süddan formalı gil qablar kimi 
müxtəlif  saxsı  məlumatı  əsasən  baĢı  yanında  düzülərək,  üç  ədəd  qab  isə  iri  küp, 
ağzı  bir  növ  lülək  formada  olan  novçalı  qab  və  iki  qulplu  matra  ayaqları 
istiqamətində qoyulmuĢdur. Ölünün baĢı yanında qoyulmuĢ gil qabların içərisində 
heyvan  (əsasən  xırda  buynuzlu  heyvan  sümükləri)  var  idi.  Bundan  baĢqa  həmin 
qabların  arasında  həm  iri  buynuzlu,  həm  də  xırda  buynuzlu  heyvanların  ayaq 
sümükləri aĢkar edilmiĢdir. 
Skeletin  qarĢısında  (baĢ  hissədə)  bir  dəmir  oraq,  mis  halqa  və  qoyunun 
boğazına doğru tuĢlanmıĢ nizə ucluğu qoyulmuĢdur. Sol əlinin orta barmaqlarında 
bir mis üzük də var idi. Bütün bu vəziyyətlərə görə belə bir təsəvvür əmələ gəlir ki, 
həmin qəbirdə basdırılmıĢ adam (bunu eyni zamanda həmin ərazinin ümumi əhalisi 
Ģəxsində də götürmək lazımdır) maldarlıqla, əkinçiliklə və hərbi iĢlərlə də məĢğul 
olmuĢdur.  
I  yoxlama  qazıntı  sahəsi  adlandırdığımız  yerdə  dörd  ədəd  torpaq  qəbiri 
aĢkar  edilib  öyrənildikdən  sonra  “Nüydi  düzü”nün  bilavasitə  yaĢayıĢ  üçün 
xarakterik  yerinin,  tikililərinin  aĢkar  edilməsi  ilə  əlaqədar  burada  qazıntı 
dayandırıldı  və  bir  qədər  Ģərqə  doğru,  təqribən  70  m-lik  bir  məsafədə  II  qazıntı 
nöqtəsi  qeyd  edilmiĢdir.  Bura  məhz  ona  görə  seçilmiĢdir  ki,  yerin  üstündə  çoxlu 
dən daĢları, daĢ qablar, bünövrə daĢları (yonulmamıĢ), iri küp sınıqları, yanıq izləri 
və  habelə  suvaq  parçaları  müĢahidə  olunmuĢdur.  Burada  da  əvvəlki  qazıntı 
sahəsində olduğu kimi 6x6  m-lik bir qazıntı  sahəsi  götürüldü. Bu sahənin  yaĢayıĢ 
yeri üçün seçilməsində Xınıslı arxeoloji ekspedisiyasının rəisi Cabbar Xəlilovun da 
göstəriĢi olmuĢdur.
6
 
                                                 
6
 Eyni  zamanda  ġamaxıda  arxeoloji  qazıntı  iĢləri  aparılan  zaman  Cabbar  Xəlilov,  Ġlyas  Babayev, 
Abdulla Orucov, Adil Vahidov və s. yoldaĢlar abidələrlə tanıĢ olmaq üçün qazıntıda bir gün olmuĢlar. Bundan 
baĢqa Rəhim Vahidov da bu abidələrlə yerində tanıĢ olmuĢdur. 
 


10 
 
Ümumiyyətlə, “Nüydi düzü” yaĢayıĢ yerində mədəni təbəqə demək olar ki, 
lap yer səthindən baĢlayır. Bu, ilk baxıĢda bir qədər qəribə görünsə də bizim qədim 
insan  fəaliyyəti  olan  torpaq  qatına  lap  yer  səthinin  üstündə  götürmək  üçün 
müəyyən  əsaslarımız  vardır.  “Nüydi  düzü”  yaĢayıĢ  yeri  dağətəyində  (bura  dağlıq 
da  demək  olar)  yerləĢməsinə  baxmayaraq  yüksək  yerdə  olub,  külək  sovruğu  və 
yağıĢ sularının asanlıqla aĢılaya biləcəyi bir yerdədir. Ehtimal ki, burada yer səthi 
üzərində  təbii  təbəqələĢmə  çox  zəif  getmiĢdir.  Yerlilərin  söylədiyinə  əsasən  qıĢ 
zamanı qar yağdıqda külək onu dərhal sovurub ətraf dərələrə doldurur. 
II  qazıntı  sahəsində  (üstdən)  0,3  metr  dərinliyə  qədər  qara  torpaq,  onun 
altında  0,1  metr  qalınlıqda  yanğından  qızarmıĢ  qırmızı  torpaq,  sonra  20-35  sm 
içərisində  kömür  qırıntıları  olan  qara  torpaq  davam  edir.  Bundan  sonra  baĢlayan 
sarı  torpaq  qatının  bəzi  yerlərində  kömür  qarıĢıqlı  torpaq  qatı  müĢahidə 
olunmuĢdur ki, bu da quyu, yaxud küp basdırılmıĢ yerlərdir. 
Qazıntının  Ģərq  kənarında  0,6-0,7  dərinlikdə  çox  da  iri  olmayan  çay 
daĢlarından  hörülmüĢ  binanın  bünövrə  hissəsi  aĢkar  edilmiĢdir.  ġimal-cənub 
istiqamətində  5  metr  uzunluqda  aĢkar  edilmiĢ  hörgünün  eni  60  sm-dir.  Bu  daĢ 
hörgünün  cənuba  doğru  uzanan  4  metrlik  məsafədən  Ģərqə  doğru  həmin  divara 
perpendikulyar  olmaqla  digər  bir  daĢ  divarın  hörgüsü  də  aĢkar  edilmiĢdir.  Həmin 
daĢ  hörgü  1  m-ə  qədər  davam  edərək  ondan  sonra  pozulmuĢdur.  Bu  divar 
qalınlığına görə onun dördkünc binaya məxsus olduğunu göstərir. Arakəsmə divar 
hörgüsü isə çoxotaqlı mənzillərin də varlığı haqqında təsəvvür yaradır. Bünövrədə 
iĢlədilmiĢ  daĢlar  təqribən  eyni  ölçüdə  olub  yonulmadan  istifadə  edilmiĢdir. 
Onlardan  bəzisinin  kəllələrindən  qopardılma,  çapılma  izləri  də  müĢahidə 
edilmiĢdir. 
DaĢ  hörgü  aĢkar  edilən  yerdə  saxsı  məmulatı  və  baĢqa  maddi-mədəniyyət 
qalıqları  çox  seyrək  olub,  yalnız  izləri  üstünlük  təĢkil  edir.  Bununla  belə  qeyd 
edilməlidir ki, həmin sahədə qazılmamıĢ müxtəlif cinsli daĢlardan düzəldilmiĢ dən 
daĢları  daĢ  qablar,  saxsı  qırıqları  müĢahidə  olunmuĢdur.  Divarın  qərb  kənarından 
çoxlu miqdarda çubuq hörgüyə suvanmıĢ suvaq parçaları əldə edilmiĢdir. Buradan 
belə bir fikir yaranır ki, həmin mənzilin bünövrəsi və çox güman ki, üst divarları da 
çay  daĢlarından  hörülmüĢ,  bəzən  divarları  çubuq  hörgü  və  suvaqla 
hamarlandırılmıĢ  arakəsmələrdən  ibarət  olmuĢdur.  Divarın  qərb  kənarında  aĢkar 
edilmiĢ iri təsərrüfat küpünün içərisindən yoğun palıd ağacı kömürünün tapılması 
və ərazinin bilavasitə meĢələr arasında yerləĢməsi onun damı və baĢqa hissələrinin 
tikilməsində ağac materialından geniĢ surətdə istifadə edildiyinə Ģübhə doğurmur. 
Təsəvvür  etdiyimiz  divarların  qərb  tərəfinin  Ģimal  küncündə  nazik  lövhə 
Ģəklində  daĢlar  odun  təsirindən  yanıb  qaralmıĢdır.  Burada  baĢqa  yanıq  izləri,  gil 
qatı da çoxdur. Əvvəldə qeyd etdiyimiz kimi mədəni təbəqənin dayazda olması və 
üzüm  bağı  üçün  dərin  Ģum  sürüldüyündən  nəinki  ocaq  yerləri,  eləcə  də  baĢqa 
qırıqlar  və  ilkin  formasını  itirmiĢdir.  Odur  ki,  burada  kiçik  qazıntı  vasitəsilə 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə