Fazil bəŞİr oğlu ləNKƏrani



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix14.07.2018
ölçüsü1,47 Mb.
#55632
1   2   3   4   5   6   7   8   9   ...   27

 
20 
 
 
ЕKSKURS DАVАM ЕDİR. NİYӘ 
«LӘNKӘRАNİ?» 
 
Talış  xanlığı  XVIII  əsrin  ortalarında  Azərbaycanda 
yaranmış  feodal  dövləti  olub  Gilan,  Әrdəbil,  Qaradağ, 
Cavad  xanlıqları  və  Salyan  sultanlığı  ilə  həmsərhəd  idi. 
Mərkəzi  əvvəllər  Astara,  sonralar  isə  Lənkəran  şəhəri 
оlmuşdur.  Talış  xanlığında  əhali  əkinçilik  (xüsusilə 
çəltikçilik)  və  maldarlıqla  məşğul  olurdu.  Balıqçılıq  və 
arıçılıq  da  təsərrüfat  həyatında  mühüm  yer  tuturdu.  Talış 
xanlığında  yüksək  keyfiyyətli  düyü  növləri  (sədri,  akülə, 
yetim  bilgicri,  ənbərbu  və  s.)  yetişdirilirdi.  Lənkəran, 
Astara,  Qızılağac  xanlığın  əsas  ticarət  mərkəzləri  idi. 
Әkinçilik  texnikasının  primitivliyi  və  süni  suvarma 
sisteminin,  demək  olar  ki,  yохluğu  üzündən  Talış 
xanlığında kənd təsərrüfatı zəif inkişaf etmişdi.  
Digər xanlıqlarda olduğu kimi, Talış xanlığında da əhali 
ağır  vəziyyətdə  yaşayırdı.  Burаdа  19  adda  vergi  və 
mükəlləfiyyət  (mal-cəhət,  vücuhat,  ixracat,  ələfə,  qonalqa, 
ulaq,  bigar  və  s.)  mövcud  idi.  Vergi  toplayan  məmurların 
özbaşınalığı  kəndlilərin  feodal  torpaqlarından  qaçmasına 
səbəb olurdu. Talış xanları sülaləsinin banisi Səfəvi nəslinə 
mənsub  olan  Әrdəbilli  Seyyid  Abbas  idi.  İranda  baş  verən 
qarışıqlıqlar  zamanı  Talışa  gələn  Seyyid  Abbas  yerli 
feodallarla  yaxınlıq  etmiş,  1736  ildə  Nadir  şahın 
hakimiyyətini  tanımış  və  sonralar  oğlu  Camalı  (Qara  xan) 
onun  xidmətinə  göndərmişdi.  Nadir  şah  rəsmi  fərmanla 
Seyyid Abbası  Talışın  nəsli  hakimi elan etmişdi. Nadir  şah 
öldürüldükdən  (1747)  sonra  Azərbaycanda  yaranmış 
müstəqil xanlıqlardan biri də Talış xanlığı idi. Seyyid Abbas 


 
21 
öldükdə yerinə Qara xan keçdi. Qara xan Talışın iqtisadi və 
siyasi  qüdrətini  möhkəmlətmək  üçün  bir  sıra  tədbirlər 
həyata  keçirdi,  daimi  qoşun  təşkil  etdi.  Talışda  torpaq 
sahələrinin  əksəriyyəti  xan  nəslindən  olmayan  yerli 
feodalların əlində idi. Qara xan həmin feodalların iqtisadi və 
siyasi  qüdrətini  qırmaq  məqsədilə  mərkəzi  hakimiyyətlə 
hesablaşmayanların  torpaqlarını  müsadirə  etdi,  paytaxtı 
Lənkərana  köçürtdü  və  abadlıq  işləri  apardı.  Bu  tədbirlər 
şəhərin ticarət və mədəniyyət mərkəzinə çevrilməsinə şərait 
yaratdı.  
Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu 
bəzi  İran  hakimlərini,  xüsusilə  də  gilanlı  Hidayət  xanı 
narahat  edirdi.  1768  ildə  Hidayət  xan  12  min  nəfərlik 
qoşunla  Talışa  hücum  etdi.  Şindan  qalasına  çəkilən  Qara 
xan bir müddət müqavimət göstərsə də, Hidayət xana təslim 
olmaq  məcburiyyətində  qaldı.  Hidayət  xan  çoxlu  xərac 
alaraq Qara xanı azad etdi. Qara xan Gilan təcavüzünə qarşı 
yardım  almaq  məqsədilə  qardaşı  Kərbəlayi  Sultanı  kiçik 
silahlı  dəstə  ilə  Qubadа  Fətəli  xanın  xidmətinə  göndərdi. 
Beləliklə,  Talış  xanlığı  Quba  xanlığından  asılı  vəziyyətə 
düşdü.  Fətəli  xanın  vəfatından  sonra  Qara  xan  müstəqil 
siyasət  yürütməyə  başladı.  Qara  xanın  vəfatından  sonra 
yerinə  oğlu  Mir  Mustafa  xan  (1786-1814)  keçdi.  Hərbi 
cəhətdən  nisbətən  zəif  olan  Talış  xanlığı  üçün  İran  ciddi 
təhlükə  törədirdi.  Ağa  Məhəmməd  şah  Qacarın  hücumu 
ərəfəsində  Mir  Mustafa  xan  Rusiyaya  meyl  edən 
Azərbaycan  xanlarına  məktub  yazaraq  İrana  qarşı  birgə 
mübarizə  aparmağa  hazır  olduğunu  bildirdi.  1795  ildə  Ağa 
Məhəmməd şah Qacar Talışa hücum etdi. Mir Mustafa xan 
müqavimət  göstərmək  iqtidarında  olmadığı  üçün  Lənkəran 
əhalisini  Хəzər  dənizindəki  Sarı  adasına  köçürüb  müdafiə 
mövqeyi  tutdu.  İran  qoşunları  getdikdən  sonra  Talışa 
qayıdan  Mir  Mustafa  xan  1795  ilin  sentyabrında  öz 
nümayəndəsi  Zaman  bəyi  Şimali  Qafqaza  rus  generalı 


 
22 
Qudoviçin  yanına,  oktyabr  аyındа  isə  Kərbəlayi  Әsədulla 
bəyi  Peterburqa  göndərdi.  1796  il  martın  12-də  Kərbəlayi 
Әsədulla  bəy  Talış  xanlığının  Rusiyanın  himayəsinə  qəbul 
edilməsi  haqqında  Mir  Mustafa  xanın  məktubunu  II 
Yekaterinaya  təqdim  etdi.  1800-cü  ildə  Talış  xanlığı 
Rusiyanın  himayəsinə  qəbul  olundu.  Mir  Mustafa  xanın 
ölümündən  sonra  hakimiyyətə  Mir  Həsən  xan  (1814-26) 
keçdi. 1826-cı ildə çar hökumətinin fərmanı ilə Talış xanlığı 
ləğv edildi.
7
(1) 
Lənkəranın  ümumi  inkişafı,  əsasən,  XVIII  əsrin  ikinci 
yarısına  təsadüf  edir.  Qara  xanın  hakimiyyəti  dövründə 
(1747-86)  Talış  xanlığının  mərkəzi  Astaradan  köçürüldü. 
Tədqiqatçıların  fikrincə,  bu,  Lənkəranın  iqtisadi,  siyasi, 
mədəni  həyatında  dönüş  yaratmışdır.  Belə  ki  sənətkarlıq, 
mədəniyyət və ticarət inkişaf etmişdir. Bu sahənin insanları 
isə,  məlumdur  ki,  qabaqcıl  və  real  düşüncə  sahibləri  olub, 
cəmiyyətdə aparıcı mövqe tuturlar.  
Qonşu  İran,  Orta  Asiya,  Hindistan,  Rusiya  ilə  fəal 
ticarət  marşrutu  üzərində  qərarlaşdığından  Lənkəran  Xəzər 
dənizinin əsas liman şəhərlərindən biri statusunu alır. Yəqin 
elə  buna  görə  də  bu  liman  şəhərində  müdafiə  qalası 
tikilmişdi.  
XVIII  əsrin  sonlarında  Ağa  Məhəmməd  şah  Qacarın 
qoşunları  Lənkərana  hücum  çəkir.  1812-ci  ildə  müdafiə 
qalası yaxınlığında İran və Rusiya qoşunları arasında döyüş 
olur.  1913-cü  il  yanvar  ayının  1-də  general  P.S. 
Kotlyarevskinin  başçılığı  ilə  rus  qoşunları  qəti  hücumla 
Lənkəranı  tuturlar.  Gülüstan  sülh  müqaviləsinə  əsasən 
(1813)  Lənkəran  Rusiyaya  birləşdirilir  və  qəza  mərkəzinə 
çevrilir. 1897-ci ildə şəhər özünüidarə sistemi yaradılır.  
Әrkivan  qədim  insanların  yaşayış  yeri,  özəl  təbiətli 
şəxslərin  məskəni,  aqrar  təsərrüfat  baxımından  irəlidə  olan 
                                                 
7
 ASE, IV cild, Bakı, 1980-ci il. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə