15
Fatihə surəsinin şərhi.
Amin deyildiyi zaman.
Təməl hədis qaynaqlarında Əbu Hureyredən (r.a) gələn rəvayətə görə, Allahın Elçisi (Allahın
xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İmam amin dediyi zaman siz də
amin deyin. Çünki hər kimin amin deməsi mələklərin amin deməsi ilə üst-üstü düşərsə keçmiş
günahları bağışlanar." ( Buxari, Azan 111, 113, Təfsir 1. surə 2; Müslim, Salat 72; Əbu Davud,
Salat 168; İbn Macə, İqamə 14; Muvatta, nida 44-47). Beləliklə Elm adamları (Allahın rəhməti
onların üzərilərinə olsun) deyirlər ki: “Keçmiş günahların bağışlanması, bu hədisin şərhi dörd
şeyin haqqında bağlıdır”
1) İmamın amin deməsi.
2) İmamın arxasında namaz qılanların amin deməsi.
3) Mələklərin amin deməsi
4) Camaatın amin deməsinin mələklərin amin deməsinə eyni zaman düşməsi.
Eləcə də, eyni düşmə ilə əlaqədar; duanın qəbul edilməsi haqqındadır, deyildiyi kimi, zaman
haqqındadır, duanın xüsusiyyət baxımından təmiz və səmimi qəlbən edilməsi hankında
deyilmişdir. Çünki Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə
buyurmuşdur: "Duanızın qəbul ediləcəyini bilərək Allaha dua edin və bilin ki Allah qafil və
başqa şeylərlə əylənən bir ürəyin duasını qəbul etməz." (Tirmizi, Deavat 65)
Amin sözünü fəziləti.
Amin kəlməsinin fəziləti ilə əlaqədar Əbu Züheyr (r.a) rəvayət edir ki, “Bir gecə Allahın Elçisi
(Allahın xeyir-duası və salamı onun üzərinə olsun) ilə birlikdə çıxmışdım. Təmiz qəlblə dua edən
birinin yanından keçdik. Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) onun
duasını eşidərək bir anda dayandı. Ondan sonra Peyğəmbər r : "Əgər möhürləsə duası qəbul
olunar" dedi. Orada olanlardan biri: "Nə ilə möhürləyəcək ey Allahın Elçisi?" deyə soruşdu.
Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) : "Amin ilə" dedi. "Çünki o amin
ilə duasını bitirsə (qəbulunu) tələb etmiş olur" Peyğəmbərə (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) bu sualı soruşan adam dua edən adamın yanına getdi və ona: "Ey filankəs, duanı
möhürlə (amin deyərək bitir) və (qəbul olunacağına dair) müjdə olsun" dedi.” (Əbu Davud,
Salat 167-168.) Amin sözünün mənası elm əhlinin çoxuna görə "amin" sözü, dua mənasında
istifadə edilən bir söz olaraq "Allahım bizim duamızı qəbul et!" deməkdir. Bəziləri isə: "Amin"
Uca Allahın adlarından biridir, demişdir. Eyni zamanda Cəfər b. Məhəmməd Mücahid və Hilal
b. Yisaf və İbn Abbas (r.a) bunu Peyğəmbərdən (Allahın xeyir-duası və salamı onun üzərinə
olsun) rəvayət etmişdir. Amma bu səhih bir rəvayət deyil. Çünki bunu İb-nu'1-Arabi zikir
etmişdir. Tirmizi deyir ki: Amin sözünü mənası budur ki, "Allahım sən bizim ümidlərimizi boşa
çıxarma!" deməkdir.
İmamın "Amin" Deməsi.
İmam amin deyərmi? və yaxud açıqdan deyərmi? mövzusunda elm adamları arasında fikir
ayrılığı vardır. Şafi və Mədinəlilərin rəvayətinə görə, Malik Kufəlilər və Mədinə əhli: “İmam
amin kəlməsini açıqdan deməz” demişlər. Təbəri ilə İbn Həbibin fikri də budur. İb-nu'1-Kasım
rəvayət edir ki, İmam Malik belə demişdir: “İmam amin deməz. Onun arxasındakılar yəni ona
qoşulan camaat amin, deyər” Eyni zamanda İmam Malikin məzhəbinə aid olanlar və
Misirlilərində fikri budur. Bunların dəlilləri isə Əbu Musa əl-Əş'ari'nin (r.a) rəvayət etdiyi bu
hədisdir: “Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bizə xütbə irad etdi.
Bizə sünnətlərimizi açıqladı, necə namaz qılacağımızı öyrətdi və belə dedi: "Namaz qıldığınız
16
Fatihə surəsinin şərhi.
vaxt səflərinizi düz edin. Ondan sonra sizdən hər hansı bir kimsə imam olsun. İmam: “Allahu
Akbər “dediyi vaxt siz də təkbir gətirin. "qəzəbə uğramışların və azmışların yoluna deyil" dediyi
zaman siz də "amin" deyin. Allah sizin duanızı qəbul edər” (Müslim, Salat 62). Lakin səhih rəy
budur ki, İmam "amin" sözünü açıqdan deyə bilər, çünki Vail b. Hucrunun (r.a) rəvayət etdiyi
bu hədisdir: “Allahın Elçisi r "və ləddallin"i oxuduqdan sonra: Amin deyər və səsini
yüksəldərdi.” (Əbu Davud, Salat 167-168; Tirmizi, Salat 70) Eyni zamanda "Buxarı də:
“İmamın amin kəlməsini açıqdan deməsi” deyə bir başlıq açmışdır.( Buxari, Azan 111) Ata
deyir ki: "Amin" bir duadır. İbn əz-Zübeyr və onun arxasından namaz qılanlar elə bir amin
dedilər ki məsciddə bir səs kütləsi eşidildi. Tirmizi deyir ki: “Peyğəmbərin (Allahın xeyir-duası və
salamı onun üzərinə olsun) əshabələrindən və onlardan sonrakılardan elm əhlindən bir çoxu bu
fikirdədir. Bunlar adamın amin kəlməsini yüksək səslə deməsini və asta səslə deməməyini qəbul
edirlər. Şafi, İmam Əhməd və İshak da bu fikirdədir. Muvattada və Buxarı ilə Müslimdə İbn
Şihabın (r.a) belə dediyini rəvayət olunur: “Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) "amin" deyərdi.” (Muvatta, Salat 44; Buxari, Azan 111; Müslim, Salat 72)
İbn Macənin Sünnə əsərində Əbu Hureyre (r.a) rəvayət edir ki: “İnsanlar "amin" deməyi tərk
etdilər. (Amma) Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) isə "qəzəbə
uğramışların və azmışların yoluna deyil" dediyində "amin" deyərdi. Onun amin deməsi birinci
səfdə olanlar eşidər və bu səs ilə məscid dollar idi.” (İbn Macə, İqamə 14) Beləliklə imam ilə
camaatın amin deməsi birlikdə olar və camaat İmamdan əvvəl amin deməsini olmaz, çünki
Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) "İmam amin dediyi zaman siz
də dərhal ondan sonra amin deyin" deyə buyurmuşdur. (Buxari, Azan 111, 113; Dəavat 4;
Müslim, Salat 72)
Əbu Hənifənin məzhəbində olanlar deyirlər ki: Amin kəlməsini səssiz olaraq içdən demək
açıqdan deməkdən daha yaxşıdır. Çünki amin bir duadır. Uca Allah da belə buyurmuşdur:
"Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin." (Əraf, 55) Buna dəlil isə, Uca Allahın:
"Hər ikinizin duasını qəbul etdim." (Yunus, 89) buyruğunun şərhi ilə əlaqədar olaraq gələn
rəvayətdir. Burada deyildiyinə görə Hz. Musa dua edir, Hz. Harun da amin deyirdi. O
baxımdan Uca Allah hər ikisinin də duasını qəbul etmişdir. Buna cavab olaraq deyirəm :
Ümumi olaraq duanı gizli olaraq daxildə deməsi daha fəzilətlidir. Lakin camaat namazı gəlincə,
Fatihənin sonunda İmam yüksək səslə amin deməsini zikir olunmuşdur. Eyni zamanda icma ilə
qəbul olunmuşdur ki, Fatihə özü bir duadır və İmam tərəfindən camaat namazlarında yüksək
səslə oxunur. Buna görə duanın açıqdan edilməsi sünnətdir. Sünnət olan dualardan isə amin
demək onun kimidir.
Bizdən Əvvəlkilər "Amin" deməsi.
"Amin" sözü bizdən əvvəl yalnız Musa ilə Haruna (ikisinə də salam olsun) verilmiş və
öyrədilmişdir. Tirmizi əl-Hakim "Nəvadiru'l-Usul" adlı əsərində bunu zikr etmişdir. Ənəs b.
Malik rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə
buyurdu: "Uca Allah mənim ümmətimə özlərindən əvvəl kimsəyə verilməmiş üç şeyi verdi.
Salam. Bu cənnət əhlinin öz aralarındakı salamlaşmalarıdır. Mələklərin saf-saf düzülməsi (kimi
namazda düzülmək) və amin demək. Musa ilə Harunun dediklərindən başqa” ("amin"
əvvəlkilərdən kimsəyə verilməmişdir.) Əbu Abdullah deyir ki: “Bunun mənası budur ki, Musa
Firona qarğış etmiş Harun da amin demişdir. Uca Rəbbimiz də Quran-Kərimində Hz. Musanın
duasını qəbul olunmağını bizə belə zikr edir:
"Hər ikinizin duasını qəbul etdim." (Yunus, 89)
Belə də qeyd olunur ki, amin sözü bu ümmətə xasdır. Çünki Peyğəmbər (Allahın xeyir-duası və
salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Yəhudilərin salam və amin deməkdən ötəri sizə
paxıllıq etdikləri qədər heç bir şeydən ötəri paxılıq etməmişlər" Eləcə də, İbn Macənin əsərində
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)
belə buyurdu: "Yəhudilər sizləri amin dediyiniz üçün paxıllıq etdikləri qədər heç bir şeydən ötəri
paxıllıq etməmişlər. Ona görə də çoxlu amin dəyin." (İbn Macə, İqamə 14) Elm adamları
17
Fatihə surəsinin şərhi.
(Allahın rəhməti onların üzərilərinə olsun) deyirlər ki: “Kitab-əhlinin bizlərə (müsəlmanlara)
paxıllıq etmələrinin səbəbləri budur ki, Fatihə surəsinin əvvəlində Allaha həmd edirik, Eyni ilə
Onun şəninə tərif edirik. Ondan sonra Ona itaət etmək, Onun yoluna yönəlməyini istəyirik və
bizi dümdüz yola çatdırması üçün bir dua edirik. Daha Sonra da birlikdə amin demək ilə Kitab-
əhlinə qarşı qarğış edirik və bu səbəbdəndir ki, onlar bizlərə (Müsəlmanlara) paxıllıq edirlər”
Namazda Fatihə surəsinin oxumağın qanunları.
Maliki məzhəbində məşhur olan rəyə görə. Əgər İmam bərkdən camaat namazında Quran
oxuyarsa, bu vəziyyətdə imama qoşulan şəxslər Fatihə və başqa bir surəni də, oxumaz. Çünki
Uca Allah belə buyurmuşdur:
"Quran oxunan zaman onu dinləyin və susun...." (Əraf, 7/204)
Bununla belə, İmam haqqında Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)
də, belə buyurmuşdur: "Quran oxuduğu vaxt siz də susub dinləyin" (Müslim, Salət 63) "Hər
kimin bir imamı var isə imamın oxumağı onun üçün də, oxumaq sayılır" (Müsnəd, 3, 339;)
İmam Əlıməd b. Hənbəli İmam Şafidən belə rəvayət edir ki: “İstər imam olsun istər camaat,
imam istər açıqdan oxusun istər gizli oxusun hər rükətdə Fatihə surəsini oxumadıqca heç bir
kimsənin namazı sayılmaz.” İmam Şafi İraqda olduğu zaman camaat namazında imama
qoşulan şəxs haqqında belə deyərdi: (İmam) gizli oxuduğu təqdirdə Fatihə surəsini (imama
uyan şəxs) içindən oxumalı. Lakin İmam açıqdan oxuduğu təqdirdə (imama uyan şəxs də)
Fatihə surəsini oxumamalıdır.” Maliki məzhəbində məşhur rəy olduğu kimi. Eyni zamanda
İmam Əhməd b. Hənbəlidə bu fikirdədir. Amma İmam Şafi Misirə gəldikdən sonra bu şəkildə
fikrini dəyişərək: “Camaat namazında İmam istər açıqdan oxusun istər gizli oxusun Fatihəni
oxumadan heç bir şəxsin namazı səhih olmaz” qeyd etmişdir.
Eləcə də, İbnü'l-Münzir nəql edir ki, Kufəlilər deyirlər ki: “İmama uyan şəxs heç bir şey
oxumaz. İmam istər açıqdan oxusun, istər gizlidən. Çünki Peyğəmbər r dedi: "İmamın oxuması
onun üçün (imama uyan şəxs üçün) də oxumağı hesab olunar" hədisi dəlil gətirirlər. Sad b. Əbi
Vakkas ilə Ömər ibn Xəttab: «İmamın arxasında oxuyanın ağzına daş doldurulmasını
diləyirəm» demişlər, İbn Məsud (r.a) də; «Ağzıma torpaq dolsun» dediyi rəvayət edilmişdir.
Əbu Hənifə və onun məzhəbində olanlar deyirlər ki: “Camaat namazında İmamın arxasında
İmam istər bərkdən istər gizli oxusun İmama qoşulan şəxs üçün nə Fatihə surəsi, nə də başqa bir
surə, nə gizli olaraq, nə də açıqdan oxumağı şərt deyil. İmam Qurandan nə oxusa kifayətdir. Bu
fikirlərinə dəlil olaraq bu ayəni göstərərlər:
«(Namaz qılarkən) Qurandan (sizə ) asan gələni
oxuyun!» (Muzzəmmil, 20) Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) dedi:
"İmamın oxuması onun üçün (imama uyan şəxs üçün) də oxumağı hesab olunar" İmam Əhməd
İbn Hənbəl Müsnədində, bu hədis qeyd olunur. Amma bu hədisin mənbəyi zəifdir. Çünki
Malik, Vəhb İbn Kəysandan O, da Cabirdən bu hədisi rəvayət etmişdir. Bu hədis başqa yollarla
da rəvayət edilmişdir ki, lakin bunlardan heç birisinin Allahın Elçisinə (Allahın xeyir-duası və
salamı onun üzərinə olsun) gedib çatmır və mənbəyi də səhih deyil. Ən doğrusunu Allah bilir.
Beləliklə bu mövzuda camaat namazında İmama qoşulan şəxs üçün Fatihə surəsini oxumasının
vacib olub olmamağı haqında alimlərin üç fikri vardır:
A) İmama vacib olduğu kimi imama qoşulan şəxsə də Fatihəni oxumaq vacibdir. Çünki Allahın
Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) ümumi olaraq bu haqda belə
buyurmuşdur: "Fətihatu'l-Kitabı (Fatihə surəsini) oxumayan kimsənin namazı olmaz."
(Müslim, Salət 38). Bu rəy İmam Şafinin ən axrıncı rəyidir.
B) İmama qoşulan şəxsə, nə Fatihə, nə də başqa bir ayə oxumaq vacib deyil. İstər bərkdən istər
gizli oxunan namazda olsun heç bir şey oxumaq lazım deyil. Dəliləri isə bu ayədir:
«(Namaz
qılarkən) Qurandan (sizə ) asan gələni oxuyun!» (Muzzəmmil, 20) Əbu Hənifə və onun
məzhəbində olanların fikridir.
18
Fatihə surəsinin şərhi.
C) Camaat namazında İmamın gizli oxuduğu zaman imama qoşulan şəxs üçün Fatihə surəsini
oxumaq vacibdir, amma İmamın bərkdən oxuduğu zaman isə imama qoşulan şəxs üçün Fatihə
surəsini vacib deyil. Necə ki, Səhih Müslimində Əbu Musa əl-Əş'ari'dən rəvayət edir ki, Allahın
Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İmam yalnız özünə
qoşulan şəxs üçündür. Buna görə də İmam təkbir götürdüyü zaman siz də təkbir alın, oxuduğu
zaman isə susun" (Müslim, Salat 63)
Əbu Davud, Tirmizi, Nəsəi, İbn Macə kimi hədis alimləri bu haqda Allahın Elçisindən (Allahın
xeyir-duası və salamı onun üzərinə olsun) : «Quran oxunduğu zaman susun» nəql etmişlər. Eyni
zamanda Müslim İbn Haccac da eyni şəkildə bunu doğru və möhkəm saymışdır. Bu mövzu
Qurana daha yaxındır və bunu Quran ilə əməl etməmiz vacibdir. "Quran oxunan zaman onu
dinləyin və susun...." (Əraf, 7/204). İmam Əhməd İbn Hənbəl və İmam Malik də bu fikirdədir.
Beləliklə doğru və səhih rəy 3-cü fikirdir. Ən doğrusunu ancaq Allah bilər.
Əbu Hənifənin xaricində qalan digər imamlardan sayılan Şafinin, Əhmədin, Malikin və icma ilə
alimlərin səhih və doğru fikirlərdən biridə budur ki, hər bir namazda Fatihənin oxunması hər
bir şəxs üçün vacibdir. Yəni ümumi olaraq hər bir kəs üçün hər bir rükətdə Fatihə surəsini
oxunması vacibdir. Çünki Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə
buyurmuşdur: "Fətihatu'l-Kitabı (Fatihə surəsini) oxumayan kimsənin namazı olmaz."
(Müslim, Salət 38).
Fatihə surəsi haqqında.
Bununla belə, Fatihə surəsində zikr olmasında, Allaha həmd etmək, Onu ucaltmaq və Onu
qulları tərəfindən tərifləməkdir. Allahın böyüklüyü, hökmranlığı. Qüdrət və mülkünün əzəməti
barəsində bilmək üçündür ki, Qullar, nemətləri qarşısında Rəblərini xatırlasınlar, Ona həmd
etsinlər və beləcə Onun daha çox verdiyi nemətlərinə layiq olsun və eyni zamanda bolca
mükafatlarını layiq olsunlar. Uca Allahın, Fatihə surəsində özünü tanıma nemətini lütf etdiyi
şəxsləri və özünə itaət etməyə müvəffəq etdiyi şəxsləri zikr etməsi, qullarının, dinləri və
dünyaları barəsində əllərində olan nemətlərin hamısının Allah tərəfindən olduğunu onlara
bildirməsi üçündür. Beləcə bütün istəklərini yalnız Allaha yönəltsinlər, ehtiyaclarını yalnız
ondan istəsinlər. Uca Allahdan başqa büt, qəbir sahibləri və bənzəri şeylərdən istəməsinlər. Uca
Allahın, Fatihə surəsində, özünə üsyan edənlərdən intiqam alındığım və əmrlərinə qarşı
gələnlərin cəzalandırıldığını zikr etməsi, qullarını özlərinə qarsı gəlməkdən çəkindirməsi və
özlərini Allahın qəzəbinə gələcək şeylərə düşməkdən uzaqlaşdırması üçündür. Əks halda Uca
Allah da onları, digər ümmətlərin uğradıqları cəzalara çarpdırar və onları da həlak edər. Ona
görə də "Ummul Qur'an" olan Fatihə surəsi ən böyük bir hikmət və ən mükəmməl bir hüccət
(sübut və dəlil) olduğunu şübhəsizdir. Hər halda bu kitabda mexaniki və yaxud fiqhi barəsində
müəllifin xətası olubsa, bizim ilə mütləq əlaqə saxlayın. abdulaziz1@box.az
.
Dostları ilə paylaş: |