111
üçün çox şeymi lazımdır?! Yox, mən inanıram, inanıram ki,
bu axşam özü ilə bizim hamımıza xoşbəxtlik, barışıq, razılıq
gətirəcək! Bu, müqəddəs bir axşam olacaq! Elə deyilmi,
Nataşa? Sənə nə oldu? İlahi! Sənə nə oldu?
Nataşanın rəngi meyit kimi ağarmışdı. Alyoşa
danışdıqca Nataşa diqqətlə ona baxırdı, baxdıqca da gözləri
get-gedə dumanlanır, bir nöqtəyə dikilib qalır, bənizi də get-
gedə ağarırdı. Mənə elə gəlirdi ki, o daha Alyoşaya qulaq
asmırdı, sanki özündən getmişdi. Alyoşanın son sözləri
sanki onu birdən ayıltdı. O, ətrafına baxdı, birdən mənim
üstümə gəldi. Tələsə-tələsə, sanki Alyoşadan gizlədirmiş
kimi, cibindən bir məktub çıxarıb mənə verdi. Məktub onun
ata-anasına çatacaqdı, özü də dünən yazılmışdı. Məktubu
verərkən diqqətlə mənə baxdı, sanki o öz baxışı ilə mənə
zəncirlənmişdi. Onun baxışında dərin bir ümidsizlik vardı,
bu dəhşətli baxışlar heç vaxt yadımdan çıxmayacaq. Məni
də dəhşət aldı, mən gördüm ki, tutduğu işin bütün dəhşətini
o ancaq indi tamamilə hiss etmişdi. O çalışırdı ki, mənə bir
söz desin, hətta deməyə də başladı, lakin birdən özündən
getdi. Mən onu tutdum, yıxılmağa qoymadım. Qorxudan
downloaded from KitabYurdu.org
112
Alyoşanın rəngi qaçdı: o, Nataşanın gicgahlarını ovur,
əllərini, dodaqlarını öpürdü. Bir-iki dəqiqədən sonra Nataşa
ayıldı. Alyoşanın gəldiyi kareta bir az kənarda durmuşdu,
Alyoşa sürücünü çağırdı. Nataşa karetaya minərkən, dəli
kimi əlimi tutdu, barmaqlarımın üstünə bir damcı isti
gözyaşı düşdü, bu gözyaşı od kimi barmağımı yandırdı.
Kareta yola düşdü. Mən xeyli öz yerimdə durub onların
ardınca baxdım. Mənim bütün xoşbəxtliyim də bu anda
məhv oldu, həyatım parçalanıb iki yerə bölündü. Mən bunu
böyük bir ürəkağrısı ilə hiss etdim... Gəldiyim yol ilə ağır-
ağır Nataşanın qoca ata-anasının yanına döndüm. Mən
bilmirdim onlara nə deyəcəyəm, içəri necə girəcəyəm!
Fikrim başımda donur, ayaqlarım tutulurdu...
Bəli, mənim bütün xoşbəxtliyimin tarixi bundan
ibarətdir, mənim sevgim bu cür həll olunub qurtardı. İndi
mən yarımçıq qoyduğum söhbətimi davam etdirəcəyəm.
downloaded from KitabYurdu.org
113
X FƏSİL
Smit öləndən beş gün sonra mən onun otağına köçdüm
və bütün günü son dərəcə qəmgin oldum. Hava pis idi,
soyuq idi, sulu qar yağırdı. Ancaq ikindi vaxtı günəş bir
anlığa göründü, azğın düşmüş bir parça şüa, yəqin ki,
maraqlandığı üçün mənim də otağıma düşdü. Bu otağa
köçdüyümə peşman olmuşdum. Otaq böyük olsa da, çox
alçaq idi, hisli idi, ondan kif iyi gəlirdi, içində bir az mebel
olsa da boş görünürdü, bu boşluq adama pis təsir
bağışlayırdı. Elə onda mən düşünmüşdüm ki, bu otaqda az-
çox qalan səhhətimi də mütləq pozub məhv edəcəyəm. Elə
belə də oldu.
Bütün səhəri öz kağızlarımla məşğul oldum, onları
nizama salırdım. Portfelim olmadığından, onları balışüzündə
gətirmişdim, buna görə də bütün kağızlar əzilmişdi, bir-
birinə qarışmışdı. Sonra oturub yazmağa başladım. Mən
onda öz böyük romanımı yazırdım. Lakin iş yenə də irəli
getmədi, çünki başım ayrı şeylərlə dolu idi...
downloaded from KitabYurdu.org
114
Qələmi stolun üstünə atıb, pəncərənin qabağında
oturdum. Hava qaralırdı, məni daha artıq qəm-qüssə basırdı.
Cürbəcür ağır fikirlər hər tərəfdən məni bürüyürdü. Mənə
elə gəlirdi ki, Peterburqda, nəhayət, məhv olacağam, bu fikir
məndən əl çəkmirdi. Yaz yaxınlaşırdı, düşünürdüm ki, yəqin
mən bu qoz qabığından geniş dünyaya çıxsam, çöllərin,
meşələrin təravətli qoxusunu tənəffüs etsəm, sağalacağam,
çoxdandı bu çölləri, meşələri görmürdüm! Yadımdadır,
ağlıma belə bir şey gəldi, bir sehrlə, yaxud möcüzə ilə son
illərdə bütün olmuş şeyləri, keçirdiyim həyatı tamamilə
unutsaydım, nə yaxşı olardı! Hər şeyi unudaydım, fikrim
təzələnəydi, sonra yenə də yeni qüvvə ilə başlayaydım.
Onda hələ də bu xəyal ilə yaşayırdım, yenidən
dirçələcəyimə ümid edirdim. Nəhayət, bu qərara gəldim:
“Heç olmasa, gedim dəlixanaya girim ki, qoy bütün beynim
alt-üst olsun, başqa cür qurulsun, sonra yenə də sağalım. Axı
məndə yaşamaq ehtirası və buna inam vardı!.. Bu da
yadımdadır ki, elə o saat öz-özümə güldüm: Dəlixanadan
çıxandan sonra nə etməli idim? Yenə də romanmı
yazmaq?..”
downloaded from KitabYurdu.org
115
Bu qayda ilə mən düşünürdüm, kədərlənirdim, amma
vaxt keçirdi. Hava qaralmışdı. Bu axşam Nataşa ilə
görüşəcəkdim, vədələşmişdik, hələ dünən kağız göndərib
məni öz yanına çağırtdırmışdı. Tez yerimdən qalxıb
hazırlaşmağa başladım. Onsuz da istəyirdim ki, bu otaqdan
tez çıxım, hara olsa, lap yağışın altına da olsa, çiskinə də
olsa çıxım.
Hava qaraldıqca otağım sanki genişlənirdi, sanki get-
gedə böyüyürdü. Mənə elə gəlirdi ki, hər axşam hər bucaqda
Smiti görəcəyəm, o oturub, qənnadı dükanında Adam
İvanoviçə baxan kimi, tərpənmədən mənə baxacaq, Azorka
da ayağının altında yatmış olacaq. Bax, elə bu anda başıma
bir hadisə gəldi və bu məni son dərəcə təəccübləndirdi.
Lakin bir şeyi açıqca etiraf etmək lazımdır: bilmirəm
əsəblərimin pozğunluğundanmı, ya da bu yaxında
keçirdiyim malxulyadanmı, hər nədənsə, hər gün hava
qaralmağa başlayanda, mən yavaş-yavaş, ağır-ağır qəribə bir
ruhi vəziyyətə düşürəm. Bu isə indiki xəstəliyimdə axşamlar
tez-tez başıma gəlir, mən buna mistik dəhşət deyirəm. Bu ən
ağır, ən əzabverici bir qorxudur. Mən bu zaman nədənsə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |