F. Köçərli adına Respublika



Yüklə 220,64 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix22.03.2018
ölçüsü220,64 Kb.
#33178
1   2   3   4   5   6   7

18 

 

faktorlardır.  Əlil  uşağa  sahib  olan  ailələrin  istər  uşağı 



qəbuletməsi  müddətində,  istərsə  də  uşağın  təhsil  müddətində 

ortaya  çıxa  biləcək  problemlər  qarşısında  bir  dəstəyə  və 

professional bir köməyə ehtiyac duyurlar. 

Əlil bir uşağın təhsilində ana və 

atanın iştirakının təmin edilməsi 

əsasdır.  Çünki  uşaq  üçün 

müəyyən olunan qısa dövrlü və 

uzun dövrlü məqsədlərin həyata 

keçməsində,  ana  və  ata  uşağın 

təhsilində  iştirak  etdiyi  təqdirdə  məqsədlərə  çatmaq  daha  qısa 

müddət  alır.  Əlil  bir  uşağın  təhsilindən  yalnızca  uşağın 

öyrədicisi  məsuliyyətli  deyildir.  Unutmayaq  ki,  heç  bir 

pedaqoqun əlində sehirli çubuq yoxdur. Ancaq uşaqda irəliləyiş 

ana və atanın təhsil müddətində iştirakı ilə mümkündür. Əvvəlcə 

bu  qrupa  dair  cəmiyyətin  təhsili  vacibdir.  Əlil  uşağa  sahib 

anaların  təhsil  səviyyələri  aşağı  olması  səbəbi  ilə  uşaqların 

qüsuru  haqqında  lazımi  və  doğru  biliyə  sahib  deyillər.  Bu 

səbəblə  uşağın  qüsuru  haqqında  səhv  başa  düşülməsi  və 

qiymətləndirmələr nəticəsində uşaqların qüsuru haqqında səhv 

etmə riski daşıyırlar. Əlil uşaq gündəlik həyata, şəhər həyatına 

və cəmiyyət həyatına çox məhdud ölçüdə qarışırlar. Təhsildən  

sağlamlığa, iş və sənət bərpasından mədəniyyət və incəsənətə, 

idman və şəhər standartlarının yaxşılaşdırılmasına, nəqliyyatdan 

psixoloji  və  ictimai  dəstəyə,  fərdi  və  ailə  məsləhətçiliyi 

xidmətlərindən lazım olduqda daima baxıma qədər çox ciddi və 

həllini gözləyən problemləri aradan qaldırmaqla xüsusi qayğıya 

möhtac  uşaqlarımız  üçün  nəsə  edə  bilərik.  Ailələrin  bütün 

gözləyişlərinin; əlil olmağın bir xəstəlik olmadığı, əsl məqsədin 

qüsurlu uşağın mümkün olduğu qədər müstəqil olması üçün öz-



19 

 

özünə  kafi  vəziyyətə  gəlməsi  olduğu,  tərzində  bir  məntiqlə 



qarşılanmasına əhəmiyyət verilməli, bu məqsədə uyğun olaraq 

ailə psixolojik və sosialojik olaraq hazırlanmalıdır. 



Əlil uşaq ailəsinə verilə biləcək köməklərin əsas məqsədi: 

a)   Ana-atanın  uşaqla  aparılan  təhsildə  iştirak  etməsini 

təşkil etmək 

b)     Emosional olaraq dəstəkləmək 

c)     Məlumat alış-verişində olmaq 

d)  Ana-ata-uşaq əlaqəsini artırmaq, olmalıdır. 



Əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün  nə edə 

bilərik? 

-

 



Əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqların da bizimlə eyni 

hüquqlu  və  bərabər  vətəndaşlar  olduqları  ilə  bağlı 

yaşıdlarımız və böyüklər arasında iş apara bilərik

-

 



Xüsusi  qruplar  yaradaraq tez-tez əlil  və şikəst  uşaqlara baş 

çəkə,  onların  özlərini  cəmiyyətin  yararlı  üzvləri  hesab 

etmələrinə yardım göstərə bilərik; 

-

 



Onların əlilliyinin cəmiyyətə inteqrasiya olunmaları üçün heç 

bir maneə olmadığı barədə onlarla söhbətlər apara bilərik

-

 

Əlil uşaqlarla və əlil uşaqlar üçün televerilişlər təşkil etməklə 



cəmiyyətin  onlara  və  onların  cəmiyyətə  münasibətlərinin 

dəyişməsinə təsir göstərə bilərik; 




20 

 

-



 

Əlil uşaqlar arasında və əlil uşaqlarla sağlam uşaqlar arasında 

müxtəliftipli  yarışlar  (şahmat  yarışları,  dama  yarışları, 

müxtəlif bədii və təsviri sənət nümunələri üzrə müsabiqələr) 

təşkil edə bilərik

-

 



Əlil uşaqların digərləri ilə birlikdə iştirak etdikləri forumlar 

təşkil 


etməklə 

onların 


başqalarından 

heç 


də 

fərqlənmədiklərini  cəmiyyətin  və  əlil  uşaqların  özlərinin 

diqqətinə çatdıra bilərik; 

 

Gələcəkdə görülməsi vacib olan işlər  

-

 

Əlil  və  xüsusi  qayğıya  ehtiyacı  olan 



uşaqlar üçün yollarda, səkilərdə, metro 

stansiyalarında  xüsusi  keçidlər,  əlil 

arabalarının  hərəkətini  asanlaşdırmaq 

üçün xüsusi cığırlar salınması; 

-

 

Əlil uşaqların da təhsil almaları üçün xüsusi məktəblər və əlil 



uşaqların  cəmiyyətə  inteqrasiya  etmələri  üçün  adi 

məktəblərdə (əlillik dərəcəsindən və hansı kateqoriyaya aid 

əlil olmasından asılı olaraq) təhsil almalarına şərait yaratmaq; 

-

 



Əlil uşaqların həvəslənmələri və öz günlərini qeyd etmələri 

üçün ilin bir gününü “Əlil uşaqların milli günü” nün olması. 

 

 

 



 


21 

 

Əlil bir uşağın istənilən formada təhsil ehtiyaclarının 



qarşılana bilməsi üçün əhəmiyyətli olan: 

a) Ailənin uşağını yaxşı müşahidə etməsi, nələr edə bilib, nələr 

edə  bilməyəcəyini  doğru  bir  şəkildə  pedaqoqlara  və  çevrəsinə 

bildirməsi, 

b) Uşağın olduğu səviyyəni qəbul etməsi

c) Uşağın təhsilində iştirak etməsi və bu haqda məlumat sahibi 

olmaq istəyişi, 

 d) Uşağın potensialına inanması vacibdir. 

 

 

                 



Təhsil almaq hər birimizin haqqıdır

 

 

Rəsmi  statistikaya  görə,  Azərbaycanda  60  minə  yaxın 

əlilliyi  olan  uşaq  var.  Xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlar 

dedikdə: əqli problemli uşaqlar, fiziki qüsurlu uşaqlar, irsi faktor 

daşıyan  uşaqlar  və  psixoloji  qüsurlu  uşaqlar  nəzərdə  tutulur. 

Əqli  qüsurlu  uşaqlar  kəkələyən  uşaqlar,  alaliyalı  uşaqlar 

daxildir.  İrsi  faktor  daşıyan  uşaqlara  daun  sindromu, 

mikrosfaliya,  hidrosfaliya  və  s,  fiziki  qüsurlu  uşaqlara  isə 

serbrafedici  uşaqlar  daxildir.  Əlil  övladı  olan  hər  bir  ailə 

bilməlidir ki, uşaqların kiçik yaşlarından təhsil almaları olduqca 

vacib  məsələlərdəndir.  Çünki  uşaq  təhsil  ala  bilməyərək 

cəmiyyətdən  kənarda  qalır  və  gələcəkdə  ailənin  üzərinə  yük 

olur, özünü cəmiyyətə yararsız insan kimi hiss edir. Ailənin gəlir 

gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini saxlayıb uşağa 

baxsın.  Bundan  əlavə,  əlillərin  əmək  fəaliyyəti  ilə  məşğul 

olmamaları  cəmiyyətdə  sosial  yükün  ağırlaşmasına  gətirib 

çıxarır.  Amma  onlar  peşə  təhsili  alsalar,  lap  kiçik  yaşlarından 

əmək fəaliyyətinə cəlb olunsalar, cəmiyyətə faydalı insan olarlar 



Yüklə 220,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə