F. KÖÇƏrli adina respublika uşaq kitabxanasi



Yüklə 248,97 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix30.12.2017
ölçüsü248,97 Kb.
#18651
1   2   3   4   5   6

 

verirdi. Bu səbəbdən də onun şeirləri emosionallığı, aydınlığı, sadəliyi ilə fərqlənir, tez 



və asan əzbərlənirdi. 

         Əhməd  Cəmil  yaradıcılığı  Azərbaycan  poeziyasında  süjetli  lirikanın  ən  yaxşı 

nümunələrindəndir.  Öz  üslubunu  təyin  etmək  və  ona  daima  sadiq  yaşayıb-yaratmaq 

şair  üçün  səadətdir.  Əgər  sənin  dediyin  xırdaca  bir  söz  özünündürsə  sən  vüqarlı 

adamsan,  başqasına  məxsusdursa  sən  sənətkar  deyilsən.  Əhməd  Cəmil  heç  kəsi 

yamsılamırdı.  Başqalarının  söz,  düşüncə    pərdələri  altında  qalmaq  isə  fəlakətdir. 

Sənətin bir düşməni var: yamsılamaq! Sənət əzəmət və vüqar tələb edir. Ümumiyyətlə 

gözəlliyi, müasir həyatın tipik səciyyəvi hadisələrini daha tez duyan, bəxtəvər günlərin 

tərənnümündən  yorulmayan,  gəncliyin  inam  və  sevgi  dolu  nəğməsini  yaratmağı 

məqsədə  çevirən  Əhməd  Cəmil  xalqa,  doğma  torpağa  bağlı  sənətkardır.  Əhməd 

Cəmilin həyat hadisələrinə həsr olunan şeirləri də az deyildir. Lakin o belə əsərlərində 

təkrara  varmır,  hər  dəfə  onun  yeni  tipik  xüsusiyyətini  qabardır,  mövzularını  həyatın 

rəngarəng  sahələrindən  alır.  Əhməd  Cəmilin  müxtəlif  illərdə  yazdığı  şeirlərini  əhatə 

edən kitabları oxuyarkən oxucuda ciddi maraq oyadır. Kitablarının maraq oyatmasının 

sirri  burda  Böyük  Vətən  müharibəsi  dövrünü  əhatə  edən  şeirlərin  olmasıdır.  Axı 

Əhməd Cəmil həm də Böyük Vətən müharibəsi iştirakçısıdır. 

                                 

Əhməd Cəmilin yaradıcılığında müharibə mövzusu 

 

         Böyük  Vətən  müharibəsi  illərində    Əhməd  Cəmil  bir  əlində  qələm,  bir  əlində 

silah  ön  cəbhədə  döyüşür.  Buna  görədə  doğma  torpağa  məftunluq,  məhəbbət  onun 

şeirlərinin canında, qanında, mayasındadır. Müharibə mövzusunda şairin qələmə aldığı 

“Can nənə bir nağıl de” şeiri 40-50 ci illərin ən oxunaqlı şeirlərindən olmuşdur. Şeirdə 

canlanan  nənə  ilə  nəvənin  sohbəti  başlayandan  bitənə  qədər  poetikliyini  itirmir. 

Müharibənin təkcə insanlar arasında bir savaş deyil uşaqlara da nə qədər psixoloji təsir 

etdiyini  göstərir.  Cəbhədəki  atasını  xatırlayan  bir  uşağın  mənalı  sualları,  nənəsi  ilə 

şirin söhbəti şeirin təsir gücünü artırır, onu oxunaqlı edir. Çöldəki soyuqdan canında 

bir  gizilti  duyan,  atasının  səngərdə  olduğunu  xəyalına  gətirən,  ağ  toğlunu  atası  üçün 

kəsməyi ürəyindən keçirən və bu arzu ilə yuxusunda ona qovuşan körpənin narahatlığı 

təbii  və  gözəldir.  Özü  təsəlliyə  möhtac  olduğu  halda,  körpə  nəvəsinə  təsəlli  verən 

nənənin həsrət və intizarı da şeirdə aydın duyulur. Şeiri oxuyarkən oxucuda da adı bizə 

məlum  olmayan  bu  qəhrəmana  məhəbbət,  dərin  hüsnü-rəğbət  baş  qaldırır  və  onun 

bahar  zamanı  müjdə  gətirən  qaranquşla  bir  zamanda  qələbəyə  çatacağına  ürəkdən 

inanırıq. 

Ömrüm günüm, körpə quzum, qurban olum adına, 

Niyə köks ötürürsən o düşəndə yadına? 

Atan yazır: “...Hələ xoşdur bu tərəfdə havalar.” 

Deyir, oğlum darıxmasın, görüşərik bu bahar... 




 

Bağçalarda çiçək açar gülöyşə nar,yasəmən, 



Qaranquşla bir zamanda qayıdaram kəndə mən. 

 

Doğurdanda , Əhməd Cəmilin şeirləri səmimi və zərif hisslərlə, canlı 



bədii lövhələrlə zəngindir. O, dünyamızın narahat taleyi ilə yaşayır, cari 

gerçəkliyin aktual problemlərinə fəal vətəndaşlıq münasibəti bəsləyirdi. Çox 

hallarda Əhməd Cəmil geniş, əhatəli hadisə və əhvalatları süjetli lirik şeirə 

sığışdırır, mahiyyəti ifadəli, dramatik dialoqlarla açır. Onun hələ 

müharibədən əvvəlki dövrdə yazdığı şeirləri oxucuların, o cümlədən ədəbi 

ictimaiyyətin diqqətini cəlb etmişdir. Əhməd Cəmilin müstəqil bir şair kimi

 

inkişaf və bədii yaradıcılığı müharibə dövr ilə bağlıdır. Cəbhədə yazılmasına 



baxmayaraq bu şeirlərdə müharibənin atəş səsləri, qulaq batırıcı gurultuları 

bilavəstə eşidilmir, ifadə  və misraların təsvir ahənginə uyğun olaraq zahiri 

bir sakitlik, təbiət və məhəbbət lirikasına xas incəlik vardır. Lakin 

müharibənin ön və arxa cəbhədəki əks-sədaları şerlərin ruhuna elə məharətlə 

səpələnir ki, onları daxili ağrısız oxumaq mümkün deyil.  Şair bir tərəfdən 

iştirak etdiyi döyüşlərdən, ümumiyyətlə cəbhə həyatından mənalı epizod və 

məqamlar seçməyə imkan tapır, o biri tərəfdən onların müvafiq poetik 

formada ifadəsinə nail olur.Şairin “Tonqal başında”, “Açıl ey s əhər”, 

“Qaçqınlar”,“Nişan üzüyü” və s. şeirləri belə məzmun və ifadə 

müxtəlifliyinin nümunələri sayıla bilər. Əhməd Cəmilin müharibə dövrü 

yaradıcılığının əsas xüsusiyyətlərindən biri də döyüşlərdə bilavasitə iştirak 

edərkən cəbhəyə dair poetik hadisə və lövhələri canlandırmağa imkan 

tapması, həm də incə şair həssaslığı ilə cəbhəni görüb əks etdirməsidir. 

Şairin arxa cəbhə haqqında şeirlərini iki qismə ayırmaq olar. Müharibənin 

dəhşətlərindən keçən döyüşçünün tez-tez cəbhəni, doğma yerləri, insanları 

anaraq düşüncələrə qapılması kimi təbii bir hisslə bağlı olaraq yaranan 

şeirləri birinci qismə aiddir. O,ən çətin döyüşlərdə də, sarsıntılı psixoloji 

anlarda da, zəfərlərdən doğan sevincli günlərdə də Vətəni, doğma insanları 

xatırlayır. Bu xatirələr poetik hisləri dilləndirir, şairin ümid və inamlı 

şeirlərində maraqlı bir cəhət də müşahidə edilir. Belə ki, müharibə ən incə 

qəlbli insanlrı da sərtləşdirir, ürəklərdəki zərif nöqtələri intiqam hissi ilə 

doldurur. Lakin diqqət yetirsək ədalətli intiqam təşəbbüsü də belə incə ruhlu 

insanlarda olur. Müharibə ancaq onu törədənlərin, istillaçıların hislərini 

kobudlaşdıra bilər. Vətən və onun nicatı naminə vuruşlara atılanlar isə məhz 

hər cür dəhşətlərin, qanlı qırğın və fəlakətlərin kökünü kəsmək niyyəti 

güdürlər. Onun “Düşüncələr”, “Xatirələr dəftərimdən”, “Məni  yada 

salırmı?” şeirləri bu cəhətdən səciyyəvidir. 

                                                      




Yüklə 248,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə