ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

 
34 
 
– Bala, o “zad” dediyi, “beş nömrə qaloşla ağzına-ağzına 
döymək lazımdır” demək istəyir. 
Musiqiçi sədrə: 
– Heç olmasa bir “türkün məsəli” de! 
Dursun: 
–  Türkün  zadıyla,  bizim  şeyimizin  nə  fərqi  var  ə!  İndi 
dağ  başında  mənə  tərbiyə  verəcəksən?  Beqom  üzüm  yığ-
mağa! 
Musiqiçilərin  eyinləri  yolboyu  çəkdiyi  əzabdan  sonra 
yəqin  ki  birinci  dəfəydi  açılırdı.  Sədr  də  onlara  qoşuldu,  – 
“Dayan  bir...  Deyirsiniz  zad  çalansınız..,  bəlkə  bir  çalasınız 
baxaq?” 
Bayaqkı musiqiçi: 
– A kişi “türkün məsəli” de! 
–  Nədi  çalmaq  da  pis  sözdü?  Zurnanı  zad  eləməyə  – 
püləməyə sizin irayonda nə deyirlər? 
– Elə sən deyəni. 
–  Di  çalın  dayna!  Zurnaçıyla,  nağara  çalana  –    hərəsinə 
bir  göy  beşliyi  özüm  verəcəm.  Bəs  bu  qədər  adamın  hamısı 
zurnaçıdır? 
– Yox a dayı. İçimizdə gitara, sintezator, ionika, qarmon 
çalan da var. 
Dursun: 
–  Əgər  qarmondan  başqa  dediklərinizin  birinin  adını 
eşidib, üzünü görmüşəmsə, atam zad olsun. 
Kəklik tez: 
–  “Gorbagor olsun” demək istəyir. 
Musiqiçilərdən biri: 


 
35 
 
–  Xalacan,  sən  bu  kişinin  yanından  ayrılma.  Əməllicə 
tərcümə  edə  bilirsənmiş.  Yoxsa  bu  ağsaqqal  vaxtında  kişini 
yalnış anlama ucbatından öldürəcəklər. 
Xanəndə: 
–  Kişi,  onsuz  da  üzüm  yığan  deyilik.  Bəlkə,  doğrudan 
elə  üzüm yığmaqdansa, burda bir konsert verək? Zurnanın 
səsini  salaq  bu  dağlara?  Həm  də  toyqabağı  məşq  eləmiş 
olarıq. Hı, nə deyirsən? 
Dursun: 
– Hı....? Olsun! Camaatın da şeyi qalxar.., – könlü açılar, 
əlli olarlar bir az. 
Müğənni  öz  dəstəsinə,  –  “Çıxardın  ə  alətlərinizi..,  – 
türkün məsəli...” 
Simavər tənəklikdən Kəkliyə çığırdı: 
– Aaz nooldu, kimdilər? 
Kəklik: 
–  Manıslardır,  indi  çalajaxlar...  A  Simavər,  Göyərçini, 
Qumrunu, Tovuzu da çağır gəlin bura... 
Müğənni: 
– Ə bunların hamısı quşdu ki... 
Kəklik  ona  çəpəki  baxıb  üstünə  cöjüdü,  –  “Quş  sənin 
anandı!” 
Müğənni  iki  addım  geri  çəkildi,  –  “Xala,  türkün  mə-
səli...” 
– Ə, lap belə türkün də, sənin də... 
– Hamınızın adı quş adıdır, elə demək istəmişdim... 
Dursun araya zarafat qatdı, – “Ağız, dədə sərçə kimi nə 
cöjüyürsən  xalxın  zadının  üstünə,  düz  deyir  dayna.  Bu 
dağda-dərədə  quş  qalmayıb,  hamınız  birinin  adını  şeyinizə 
götürmüsünüz. Bircə dıra-dırayla, gart-gart quşu qalıb”. 


 
36 
 
Kəklik lap özündən çıxdı: 
–  Nədi,  ot-ələf  adı  qoysunlar?  Bəlkə  yemilik,  quzqulaq, 
xincilovuz, çiriş qoyaq adımızı?! Yoxsa, inək, keçi, qoyun..? 
Dursun: 
–  Qudurma  ay  qız!  Həddini  bil!  Kişilərdən  ayıbdır. 
Amma Çiriş, yaxşı oğlan adıdır... 
– Onda nəvən olanda adını Çiriş qoyarsan!  
Nağaraçı  ağ  kapron  dərili  nağarasını  açanda  nəzərlər 
günəş şüasından parıldayan nağaraya yönəldi. Dursun əlini 
əlinə vurdu: 
– Bu nə nağaradı əyə, burdan baxanda, o yanı görünür. 
Buna zopa vursan ortadan bölünər. 
Nağaraçı: 
–  Əmi  bu  rus  nağarasıdır,  bunu  əllə  çalırlar,  çubuqla 
yox. 
–  Bir  şapalaq  vur  görüm  ə  o  urvatsız  rus  zadına.  De-
yirlər onların elə hər zadı belə nazik olur. 
Nağaraçı ritmik bir nömrə nümayiş etdirdi. Sədr çönüb, 
– “Aaaz Qumru, şeyin səsi ora gəlir!?” – qışqırdı. 
Qumru: 
–  Yox  a  sədr,  elə-belə  bir  dıppıltı  gəldi.  Kəklik  ayaqyo-
luna  gedəndə  bundan  gur  səs  çıxarır,  –  üzümlükdəki  qız-
gəlinlərin hamısı şaqqanaq çəkib gülüşdülər. 
Sədr: 
–  Uşaqların  birini  yolla  o  uşaqəmizdirən  Qoşəllədi,  nə 
zibildi,  onun  yanına  –  atla  gedib  nağaraçı  Canbaxışı  ayıq-
dırsa diri tutub gətirsin bura. 
Qumru: 
– Baş üstə Dursun qağa! 


 
37 
 
Musiqiçi,  başqa  sənət  yoldaşını  istəməz.  Odur  ki,  nağa-
raçı nigarançılıqla soruşdu: 
– Əmi sizin bu qoşalülə dediyiniz də nağaraçalandır? 
–  Yox,  Qoşəllə  briqadirimizdir  –  əl  buyruqçumuzdur. 
Bax Canbaxış, özün görəcəksən necə nağaraçalandır. 
Aradan  bir  xeyli  keçdi.  Musiqiçilər  çalğı  alətlərini  yer-
bəyer  raxlayıb  bitirənədək  dəstəyə  iki  atlı  yaxınlaşdı  –  biri 
Qoşəllə,  digəri  isə  Canbaxış  idi.  Sədr  Qoşəlləni  görcək  üs-
tünə çımxırdı: 
– Ə lülə, sən yenə arvadların tumanının yanını kəsdirib 
durmusan! Ədə vallah bu kənddə sənə oxşayan bir uşaq do-
ğulsa  ha,  səni  xıncım-xıncım  edəcəklər.  Camaat  qız-gəlini, 
arvadlarını etibar edib işə göndərir, sən də bütün günü onla-
rın  tuman  soyunmağına,  uşaq  əmizdirməyinə  baxırsan  ay 
ütük!? 
Qoşəllə: 
– Yoldaş sədr, Tovuz bacı xahiş elədi ki, yemək yeyənə 
qədər körpəni saxlayım... 
– Əyə, səni uşaq saxlamağa götürmüşəm işə, yoxsa bri-
qadirliyə!  Qarnı  yırtılsın  Tovuzun,  elə  əndamı  yansın  onun. 
A  qadan  alım,  insan  bir  gündə  nə  qədər  yeyər!  Axırda  ye-
məkdən zadı yırtılacaq. 
Qoşəllə: 
–  Yoldaş  sədr,  yeməsə  südü  olmaz,  südü  olmasa  uşaq 
tələf olar axı... 
–  Ədə,  sən  zootexniksən!?  Vallah  səni  fermaya  feldşer 
göndərəcəyəm,  sənin  əsl  yerin  oradır.  Get  quzu  əmizdir, 
qoyun-keçiylə başını qat. Ə, Canbaxış, şeyini aç görüm. 
Canbaxış: 
– Nəyimi sədr? 


 
38 
 
–  Nə  tupoy  adamsan  ə!  Yenə  içmisən!?  Şalvarının  qa-
bağını demiyəcəm ki, nağaranı deyirəm! 
Canbaxış  nağaranı  kisəsindən  çıxarıb  çubuğun  iplərini 
barmağına keçirdi. 
Sədr: 
– Vur görüm ə zadına... 
Canbaxış  aşılanmış  qoyun  dərisindən  olan  nağarasına 
bir-iki çubuq vurdu. Səs dərələrdə əks-səda verdi. Sədr yenə 
arxaya çöndü: 
– Aaz, indi eşidilirmi?! 
Qumru: 
–  Bax  bu  başqa  məsələ,  adamın  lap  qulağının  pərdələri 
cırılır! 
–  Cırılmaz...  Doğmaqdan  cırılmamısınızsa,  qulağınıza 
da heç nə olmaz – Kəkliyə yandıq verdi. 
Dursun üzünü zurnaçıya tutdu, – Ə, pülə görüm şeyini. 
Heç mahnı-zad bilirsənmi? 
– Bilirəm. 
– Onda bir diret
19
 “Gödək donlu” havası çal. 
– Baş üstə. 
Dağın  döşündən  dərələrə  doğru  axan  musiqi,  az  keç-
məmiş  elə  dərədən  dağların  zirvəsinədək  yayılırdı.  Sima-
vərin  səsi  üzümlüyü  başına  götürmüşdü,  –  “Ağız  urreyy! 
Ağız  tullayın  səbətləri.  Süzün,  bir  az  sümüklərinizin  duzu 
tökülsün!” – özü də əl götürüb quş kimi əldə səbət tənəklərin 
arasında süzürdü. Məktəblilərin hamısı musiqiçilərin başına 
toplaşdı.  Əvvəldən  də  tanıdıqları  Qoşəlləni  zorla  tutub 
ortaya  çəkdilər,  dövrəyə  alıb  oynadılar.  Qoşəllə  yazıq-yazıq 
                                                           
19
 “Bir ağız” 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə