43
başına. Özün də süfrəyə zada nəzarət elə. Şeyim qaldı zadın
arasında, get onu da götür.
Katib:
– Tobəstəfurulllah..! Ə düz əməlli danış!
Dursun yenidən asta-asta izah etdi:
– Əməkgünü cədvəli xurcunda papkanın arasındadır
onu da götür.
Katib:
– Bax belə deyə bilmirsənmi!?
Sədr:
– Nə bilim ey, bitib dilimə da...
Qoşəllə “baş üstə” deyib qaçdı. Sədr katibin soluna
yanaşıb astaca soruşdu:
– Yoldaş Səlimov, bu qoz-hamam məsələsi hardan çıxdı
belə? İndi məhsulu tullayıb qoz-gavalı əkməyin mənası
nədir?
– Mən atkuda znayu ədə! Deyirlər ək, əkək da.
– Əkməyinə əkək ey, amma, bu dağlarda – örüş yerində
qoz, gavalı bitməz axı, həm də ilin-günün bu vaxtında.
– Bəs nə bitər?
– İtburnu, dağdağan, qarellə, çaqqala...
– Sən də onlardan ək. Lijbi yaşıl ağaclar görünsün. Bit-
məsə, yerə çubuq basdır, yaşıl rəngdə kraskala – sən ki bu
işdə pərgarsan...
– Bitirərik, siz narahat olmayın.
Katib:
– Bilmirəm bu ruskoyazıçnını hardan tapıb gətirdilər
respublikaya. O günləri bizi yığıb 5 saat dayanmadan danış-
dı. Denən kişinin danışdığından bir şey başa düşdümmü?
Özümü lap kənd çuşkası kimi hiss elədim. İndi oturub rusca
44
öyrənirəm bu yaşdan sonra... “Qırxında öyrənən, görunda
çalar” – bu vaxtdan sonra zırt da öyrənə bilmərəm. Rus dilini
bilməyənləri yəqin ki katib saxlamaz... Sənin “şey-zad”ın
mənimkinin yanında toya getməlidir. Ə, toy demişkən, bu
muzıkantları da göndər bulaq başına. Burda səsləri yaxşı
gəldi qulağıma, görək meşədə dərənin dibində nə qələt
eliyəcəklər. Özün də işini bilirsən də, ötən dəfəkindən olsun,
başıbağlıdan. Bu gün gərək bir az yorğunluğumu alım, neçə
vaxtdı gecəm-gündüzüm yoxdur.
Sədr və katib UAZa minib yola düşəndən sonra Kəklik
Səmavəri yanladı:
– Ağız bu katibin zəhmindən adamın bağrı yarılır. Gö-
rəsən buna desək ki, – “bizə maşın ver”, verər?
Simavər:
– Sənin də fikrin-zikrin elə maşın olsun! Külü qoyum
təpənə! Ağız görmürsən kolxozları gəzməkdən yazıq əldən
düşüb? Heç insafdırmı ki, belə ağır yükün altında inildəyən
adamın vaxtını boş bir şeydən ötrü alasan? Ağız, eşitmisən
katibin təzə lətifəsini?
– Yox az, hansıdı, danış görək! – vedrəni ağzıüstə çevirib
donunu altına yığdı və üstündə oturdu.
– Deyirlər ki, keçən qış bizim katib kabinetdə oturmaq-
dan bezibmiş. Sahələri gəzmək könlünə düşüb. Sürücüsünü
çağırıb ki, – “A gədə, tüfəngləri sazla, çıxaq həm sahələri
gəzək, həm də görək kəklikdən, dovşandan nə var?”. Nəysə,
UAZa minib qışın oğlan çağı çıxırlar bizim dağlara. Maşın
bunları o qədər atıb-tutur ki, – axı katibin də böyrəklərində
daş var, – Səlimovun ayıb olmasın çişi gəlir. Maşını saxladıb
düşür çişə. Üzü şüşə kimi hamar qarın üstündə başlayır öz
45
adını çişiylə yazmağa, –“S.., Ə.., L.., İ..” – kişinin çişi birdən
qurtarır. Sürücüsünü çağırır ki, – “A gədə bura gəl!”. Sürücü
qaça-qaça gəlir katibin yanına. Katib deyir, – “Bax adımı
yazırdım, yarımçıq qalıb, dalını sən davam elə”. Sürücü
utana-utana deyir ki, – “Yoldaş Səlimov, vallah uşaqlıqdan
mənim xəttim pis olub, gəlin verim sizə, özünüz yazın”...
Kəkliyin qaqqıltısı üzümlüyü başına götürdü.
– Ağız toba olmuş şeydir ey! Deyir özü də tut arağından
doymur, bir gün içəndə iki gün pəndəm olub yerindən qalxa
bilmir!
Kəklik güclə özünə gələndə, – “Az camaatın şeyini..,
buy ayıb ola ağız, bu “şey-zad” mənim də dilimə bitdi ey..!”
– yenidən qəşş edib vedrədən aşdı.
Səsə Qumru gəldi. O da lətifəni təkrar eşidib dedi:
– O günləri kolxozun iclasında Dursun qağam yaman
coşmuşdu. Amma allah saxlamış ağzından bir “zad”, “şey”
qaçıran kimi hamı üzünə hırıldıyır. Lafetləri vaxtında gön-
dərməyən MTS-in işçisinin üstünə qışqırırdı. O qədər coş-
muşdu ki, az qala gözləri hədəqəsindən çıxacaqdı. Birdən
qağam bir “quş buraxdı”. Dedi ki, – “Səlimov yoldaş sizə nə
qədər tapşırıb ki, biz üzümçülərin şeyiylə çox oynamayasan!
Bilirsən ki, şeyimiz üzümə qarışıb. Bu zəhrimar lafet nə olan
şeydir ki, vaxtında göndərə bilmirsən! İndi mən ispalkoma
xəbər verim, onda görərsən sənin zadını necə burub eşirlər..,
– yəni qulağını...” Qorxusundan tir-tir əsən MTS-n mü-
həndisi pıqqıldayıb gülən kimi zaldan bir uğultu qopdu gəl
görəsən...
Kəklik:
46
– Az, vallah bu kişininki lap sikəpərdilikdir ey, heç
düşünmür ki, bir yad adam olar, tutar ağzını cırıb qoyar
ayağının altına? El içində biabır olmuşuq. “Harda işləyir-
sən?” – soruşanda, – “Çərəli kolxozunda” – deyən kimi üzü-
müzə hırıldayırlar, – “Hə, şey-zad Dursunun kalxozunda...”.
Belə də binamusluq, arsızlıq olar? Bəs bizim kişilər hara
baxır görəsən. Dursun ağzına gələni “şey-zad”layacaq bizim-
kilər də zad olan namuslarına baxıb güləcəklər?
Qumru:
– Sənə nə oldu ay qız birdən-birə? Dursundur dayna, qoy
nə qədər istəyir “şey”ləsin, durub ondan küsəsi deyilik ha...
Kəklik:
– İndi bir gün də Qoşəllə lüt soyunub qaratikan kolunun
dalına keçəndə deyəcəklər ki, bu kənddə bir kişi yoxdur.
Arvadın üstünə gərək erkək milçək də qonmaya, qondusa,
kişinin namusu əldən gedər.
Qumru:
– Düşükləmə sən allah! Sən lap gerçəklədin ey..! Qoşəl-
ləyə kimdir təməsiyanlayan
21
?
Kəklik:
– Namussuz ləçərə dönmüsən dayna. Qulağın o qədər
biədəb sözlər eşidib, hərcayı kişi görüb ki, artıq namus da
vecinə deyil.
Qumru:
– Ləçər özünsən az, ağzını təmiz saxla!
– Sən öl dürüb ağzını “cart” deyib cırajam indi, hə-
yasız!...
– Səni ayağıma geyinərəm, qancıq!
21
Tamahsınmaq, tamah salmaq
Dostları ilə paylaş: |