ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   2   3   4   5   6   7   8   9   ...   88

 
10 
 
yətin  yolağasını  aralayıb  içəri  girən  kimi,  çöməltmə  oturub 
qaz yolan Tubunu saldı çənəsinin altına: 
-  Ağız
1
,  a  səni  başıhəşirinə  qalasan!  Görüm  elə  başıŋa 
əlləmə
2
 düşsün sənin! Ağız, vallah cəhənnəmdə yanacaqsan. 
A dernəyi dağılmış
3
, nədi belə  herağaşdan – xoruz banlama-
mış  bu  qazların  çığırtısını  salmısan  kəndə!  Yazıqların  qak-
kıltısı ta..,  Həcərin  evinin  yanınacan  gəlir.  Yazığın  gəlmirmi 
bu qazlara?! Diri-diri də qaz yolarlarmı? Sənin imanın-dinin 
yoxdurmu? Hamı şirin yuxudadı, sən də cəhənnəm qazanını 
səhər ertədən qalayıb ərəsət qoparıbsan! Heç ölmürsən?! 
Tubu  əlindəki  lələklərdən  yumuşaq  tükləri  sivirib  bar-
dama  qoyandan  sonra  atakən  dədə  sərçə  kimi  biləyini  ya-
nına dayadı:   
– Ağzıŋa qara daşlar çalım elə! Arvad olanda nolar, səhər-
səhər  bir  salamın-kalamın  yoxdurmu?  Get  bunları  toğlu  ax-
talayan  ərıŋa  de.  Sırağagün  kövşənə  yenəndə  evinizin  ya-
nından  keçməli  deyildi  –  ərin  yazıq  erkəklərin  bəyirtisini  sal-
mışdı  kəndə.  Kövşənəcən  adamın  əti  ürpənirdi.  Qazın  yoxdu 
deyənə yırtılırsan hı..? Nədi, ağzıŋı niyə əyirsən, düz demirəm? 
Naxış,  başqasına  qismət  olası  ürəyi  zəbt  etdiyini  çox 
yaxşı bilirdi. Canı çıxsa da, söz altında qalmazdı: 
– Diliŋı dinc saxla, ərimnən nə işin var! Vallah başıŋa bir 
oyun açaram ki, qazların kimi səsin kəndi başına götürər! 
– Durub səni qaz kimi yolaram, rədd ol burdan..!  
– Bah! Qorxudan döşümdə südüm qurudu ağız! 
–  Sənin  döşün  yerli-dibli  quruyeydi  kaş!  Odur  ey,  toğ-
luburan ərin də qəlbidən gəlir... 
                                                           
1
  “Ay qız!” 
2
 Əllə qaldırıla bilən daş, qaya parçası 
3
 “Evi yıxılmış”, “tifaqı dağılmış” 


 
11 
 
Bu heynidə Naxışın əri Salantur əlində çomaq onlara ya-
xınlaşdı: 
–  Nədi  aaz  yenə,  nə  əl  qatmısıŋız  özüŋuza,  bu  nə 
ərəsətdir səhər-səhər!? 
Tubunun ayağı yer aldı: 
–  Bunları  sərədərsiz  arvadıŋa  de!  Həşirdi  ki,  –  “qazları 
yolma,  səsdən  yata  bilmirəm...”.  Buna  bir  bax,  yatmaqdan 
yanbızları  dəyirman  daşlarına  dönüb  arsızın!  Belə  qaz  tü-
kündən  yastıq  qayırıb  başımı  qoyub  rahat  yatacam,  əlimin 
içindən gəlir! Di hı! 
Naxış: 
– Həyasızın danışdığına bax ey! Səni görüm elə qız qarı-
yasan! Gör yad kişinin yanında nə danışır! 
Tubu: 
–  Allah  ağzıŋı  yumsun!  Burda  yad  olan  sənsən..,  lənət 
şeytana!   
Amma vicdansız Salantur arvadına qahmar çıxdı: 
– Adamın üstündə Allah var – düz deyir dayna..! Yolur-
san, günorta yol, səhər-səhər səs götürüb kəndi başına... 
–  Bəs  sən  toğluları  burub  axtalıyanda  səsləri  kəndi  ba-
şına götürmürdü!? 
Salantur: 
– Axtalamağın qaydası budu... 
Tubu: 
– Qaz yolmağın da qaydası budu! Sonra!? 
Salantur: 
– Bəlkə kəsəndə yolaydın..? 
–  Yox  əşşi!  Bir  yastıq  üçün  20  qaz  kəsəcəyəmmi  indi..?! 


 
12 
 
Onda  sən  niyə  öz  toğlularının  xayalarını  apres
4
  edib  axtala-
mırsan, adam da bir canlının xayalarını əzib yazıqları  bağır-
dalaq eliyər!? Heç insafın yoxdu!?  
Naxış özünü murdar çömçə kimi ortaya atdı: 
– A məğmun, neynirsən bu qədər yastığı? 
Tubu: 
– Canıŋa dərd olsun deyə özümə cehiz düzəldirəm! 
 Salantur  davanın  qızışacağından  qorxdu  –  arvadına 
acıqlandı: 
– Yeri çıx get evə! 
Amma Naxış buruntağını gəmirən at kimi Tubuya tərəf 
dartınırdı. Salantur bu dəfə səsini qaldırdı: 
– Ağız, nə gözüŋu döyürsən, rədd ol evə dedim sənə..! 
Naxış məğlub olmaq istəmirdi. Ərinə: 
– Nə var ey! 
Salantur: 
– Azzar var, çor var! Rədd ol! 
–  Ta,  niyə  səsıŋı  başıŋa  atırsan  itin-qurdun  yanında, 
gedirəm dayna...  
Naxış  mısmırığını  sallamışdı.  Ərinin  Tubu  ilə  birlikdə 
qalmasını  şəstinə  sığışdırmırdı.  Amma  Tubunun  yanında 
ərindən çomaq yemək də istəmirdi.  
– Səni görüm “ər” deyə-deyə əriyəsən! – Tubuya atdı bu 
tulamazı. Naxış  yolağadan  çıxanadək  araya cansıxıcı  bir  sü-
kut çökdü.  
Siftə Salantur dilləndi: 
– Tubu... 
                                                           
4
 Apres – rusca “operasiya” sözünün qısaldılmış formasıdır. İnsafı olanlar, erkəyin xa-
yalarını keyitdikdən sonra dərini yarıb diri götürərdilər – ta, əzib heyvana əziyyət ver-
məzdilər. 


 
13 
 
– Can Tubu... 
– Tubu, sənə qurban olum, axı doğrudan günahdı... 
–  Bilirəm  ay  Salantur,  axı  səninki  də  günahdı...  Niyə 
acığıŋı yazıq erkəklərin üstünə tökürsən?...  
Salantur  təvərə  kepkasını  başından  çıxarıb  taxçanın  üs-
tündə oturdu: 
–  Görəsən  bizim  taleyimiz  niyə  belə  bəd  gətirdi.  Bir-
birimizə nə vaxta qədər uzaqdan yad kimi baxacağıq? 
Tubu: 
–  Sənin  ananla,  mənim  dədəmi  dərin  yatsınlar!  Onlar 
elədi  hamısını.  Öz  nəfslərinin  qurbanı  elədilər  doğmaca  ba-
lalarını. Nədi, nədi bəlkə qovuşdular. Onlar qovuşmadılarsa, 
biz necə qovuşacağıq? Mən qaz yolmuram e, saçlarımı yolu-
ram, qara taleyimə şivən qoparıram sabah-sabah!   
–  Deyirəm  ay  Tubu,  qovuşsaydılar  indi  bacı-qardaşıy-
dıq... 
–  Zəvzəmə  ə!  Səni  dayıŋın  canı  bir  arvadıŋın  yerişinə 
bax, elə bil baltadı zalımın qızı... 
Kəndin  asfalt  yolunda  bir  gözü  onlarda  qalan  Naxışı 
süzdülər. 
Salantur: 
–  O  gün  başı  ağrıyırdı,  deyəsən  qovuşmağımıza  az  qa-
lıb... 
– O ölən-zad deyil, o bizi qəbirə qoymayınca özü ölmə-
yəcək... 
– Tubu... 
– Nədi başıŋa dönüm... 
–  Tubu  səni  and  verirəm  Allaha,  qazları  belə  yolma, 
günahdı... 
– Yaxşı qadaŋı alım. İmansız, gecə yenə yuxuda görmüş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə