Ağarəhim Əsərlər
42
günü və gələcəyi, yaratdığı xarüqələr, doğma təbiətimizin zənginli-
yi, rəngarəngliyi və s. əlaqədar şagirdlərin təsəvvürlərinin zəngin-
ləşdirilməsi;
— şagirdlərin türk dünyası, islam dəyərləri, Azərbaycan xalqı-
nın milli adət-ənənələri ruhunda tərbiyə edilməsi;
— dövlətimizin sülh siyasəti, Azərbaycanda yaşayan kiçik xalq-
ların və etnik qrupların həmrəyliyi, dostluğu ideyalarının şagirdlərə
çatdırılması və onlarda milli mənlik, millilikdən bəşəriliyə hissləri-
nin aşılanması;
— şagirdlərdə müharibəyə nifrət hissi aşılanması, bolşevizm
ideologiyasının çürüklüyünün dərk etdirilməsi;
— şagirdlərə ana dilinin dərindən mənimsədilməsi, onun gözəl-
liyinin, böyük qüdrətinin dərk etdirilməsi, ondan zövq almaq qabi-
liyyətinin formalaşdırılması, nitq və təfəkkürlərinin inkişaf etdiril-
məsi;
— şagirdlərdə Azərbaycan uşaq ədəbiyyatına maraq və məhəb-
bət hisslərinin tərbiyə olunması;
— uşaqlarda əməyə, əmək adamlarına, müxtəlif sənət və peşə-
lərə rəğbət hissinin aşılanması və s.
N.A.Korf, V.İ.Şermetski, V.A.Fyodorov, N.Kulman, E.A.Ada-
moviç, N.P.Kononikin, N.A.Şerbakov, A.S.Abdullayev, Y.Ş.Kəri-
mov, M.M.Omorokova, A.N.Rəhimov və b. ibtidai siniflərdə oxu
təlimi haqqında müəyyən fıkirlər söyləmişlər. Onların bu sahədəki
fikirləri oxu təlimi üzrə aparılacaq işlərə müəyyən əsaslar verir.
2. Oxu təlimi üzrə işlərin nəzəri və didaktik
əsasları
Oxu təlimi üzrə işlərin nəzəri və didaktik əsaslarını tədqiq et-
mək üçün əvvəlcə “Şüur nədir?”, “Şüurluq nədir?‖, “Bunlar arasın-
dakı fərq nədən ibarətdir?‖, “Oxunun şüurluluğu ilə digər vərdişləri
arasındakı qarşılıqlı əlaqə necə baş verir?‖ və s. suallara cavab ax-
tarmaq lazım gəlir.
İctimai varlığın inikası olan şüur obyektiv reallığı, maddi aləm-
Ağarəhim Əsərlər
43
də cərəyan edən hadisələri, prosesləri özündə əks etdirir, onun
adekvatı olur. Cism və hadisələrin mahiyyətindən doğan qanun və
qanunauyğunluqların xarakterini, məzmununu, spesifik xüsusiyyət-
lərini müəyyənləşdirmək imkanı verir. Birincisi, şüur təbiət və cə-
miyyət haqqında biliklərin məcmuyudur. İdrakın müxtəlif proseslə-
rinin (duyğu, qavrayış, təfəkkür, təxəyyül, hafızə və s.) köməyi ilə
bizim biliklərimiz fasiləsiz olaraq zənginləşir, dəqiqləşir və bitkin-
ləşir.
İkincisi, insanın şüuru ilə maddi varlıq arasındakı münasibətləri
qarşılaşdırmağı, fərqləndirməyi, özünün hərəkətlərini, gündəlik fəa-
liyyətlərini qiymətləndirməyi, daxili aləminə nəzər salmağı, zən-
ginləşdirməyi həyata keçirir.
Uçüncüsü isə şüur qarşıya qoyulmuş məqsədəuyğun fəaliyyətin
formalaşmasını təmin edir: məsələn, tutaq ki, hər hansı bir mətnin
məzmununun şüurlu şəkildə dərindən mənimsənilməsi, yaxud bir-
birinə zidd olan iki obrazın (müsbət və mənfı) qarşılaşdırılması və
səciyyələndirilməsi oxu təliminin qarşısında məqsəd kimi qoyul-
muşdur. Bu prosesdə mətndəki söz, ifadə, mürəkkəb nitq konstruk-
siyaları vasitəsi ilə ifadə olunmuş məzmun şagirdlərin şüurunda əks
olunur, təhlil-tərkib edilir, hadisənin necə, harada və nə vaxt baş-
lanması, inkişaf dinamikası və finalı müəyyənləşdirilir. Beləliklə,
məzmunun mənimsənilməsi, obrazların ayrı-ayrılıqda xarakterləri-
nin səciyyələndirilməsi şagirdin məqsədyönlü praktik fəaliyyətinin
nəticəsi kimi meydana çıxır. Deməli, insanın məqsədyönlü fəaliy-
yəti onun şüurluğunu təmin edir. Bu prosesdə oxu özünəməxsus
funksiya yerinə yetirir, nəticədə biliklər xəzinəsi zənginləşir və in-
kişaf edir.
Görkəmli psixoloqlardan B.Q.Anayev, L.S.Vıqotski, L.M.Za-
kojurnikova, A.N.Leontyev, A.R.Luriya və başqaları göstərirlər ki,
şüur və fəaliyyət vəhdət təşkil edır. Şüur şagirdin praktik fəaliyyəti-
nin əsasıdır. Onun əsasında şagird oxuya yiyələnir; oxuduğunu
qavrayır, başa düşür, yadına salır, lazım gəldikdə məzmununu danı-
şır; ətraf aləm haqqında biliklərə yiyələnir. L.S.Vıqotski göstərir ki,
təlim prosesində şüurlu fəaliyyətin tamamilə yeni və xüsusi forması
Ağarəhim Əsərlər
44
yaranır. P.Y.Qalperin və S.L.Kabılnitskaya kiçik məktəbli yaşında
uşağın şüurunun inkişafını təlim prosesinin səmərəli təşkilində gö-
rürlər. S.L.Rubinşteynə görə, şüur fəaliyyətdə təzahür edir və fəa-
liyyətdə formalaşır. B.M.Teplov qeyd edir ki, şüurluluq konkret
fəaliyyətdən kənarda mümkün deyildir. Bir halda ki, belədir, demə-
li, onda oxunmuş mətnin məzmun və ideyasının dərindən mənimsə-
nilməsi bilavasitə şüurlu oxunun nəticəsidir. Şüurlu oxu prosesində
şagirdlər mətndə işlənən bütün söz və cümlələrin həqiqi və məcazi
mənasını öyrənməklə orada irəli sürülən birinci dərəcəli fıkirləri
ikinci və üçüncülərdən ayırd etməyi bacarmalıdırlar. Əks təqdirdə,
şagird hər hansı mətni şüurlu oxumursa, mətndəki sözlərin, ifadələ-
rin, cümlələrin məzmununu düzgün başa düşmürsə, onu mexaniki
hafızəyə əsasən yadda saxlayırsa, oxuduğunun ideya, məzmununu
da düzgün müəyyənləşdirə bilmir. Quru əzbərçiliyə əsaslanan bu
oxu, əzbərlənən məzmun tez də yaddan çıxacaqdır.
Deməli, oxu materiallarının dərindən mənimsənilməsi, dərk
olunması şüurlu oxunun nəticəsidir. Şüurlu oxu prosesində “İnsa-
nın əqli fəaliyyətinin və şüurunun universal mexanizmi hərəkətə
gəlir (A.N.Sokolov), təfəkkür müstəqil fəaliyyət göstərir‖. Oxunan
materialın məzmunu şagirdin yaddaşına bütövlükdə həkk olunur,
şagird onun müxtəlif epizodlarını, hissələrini, ayrı-ayrı obrazları,
onların hərəkətini məntiqi ardıcıllıqla izləyir, təhlil edir, daxili mə-
na və rabitələrini, incəliklərini öyrənir. B.M.Teplova görə, bədii
əsəri şüurlu qavramaq prosesində şagird haqqında danışılan şeyi,
təsvir olunan vəziyyəti sanki görür, eşidir, onunla ruhən yaşayır.
Oxu prosesində şagirdin təfəkkür fəaliyyəti spesifık səciyyə da-
şıyır. Mətnin məzmunu ilə real varlıq arasındakı əsas əlaqəni o yal-
nız oxu fəaliyyəti prosesində görə bilir. Çünki oxu yuxarıda qeyd
etdiyimiz kimi, intelektual əmək olmaqla, mürəkkəb zehni fəaliyyət
prosesidir. O, şagirddən müxtəlif əməliyyatları, fəaliyyətinin müx-
təlif üsullarını işə tətbiq etmək bacarıqları tələb edir.
Oxu prosesində bir növ şagird yaradıcı fəaliyyət göstərir, orada
irəli sürülən məsələləri, ən incə detalları nəzərdən qaçırmır, ona
fəal münasibət bəsləyir. Belə olduqda şagirdlər təkcə oxuduqları
Dostları ilə paylaş: |