ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   2   3   4   5   6   7   8   9   ...   66

batı həmişə təbiətin dərk edilməsini irəlilədən başlıca amil 
olmuş  və  milyon  illər  keçdikcə  bu  amilin  rolu  daha  da 
artmışdır.  İlk  zamanlardan  başlayaraq  qədim  sakinlərimiz 
təbiəti, onun qeyri-adi görünən möcüzəli sirlərini məhz həyat 
fəaliyyəti nəticəsində dərk etməyə və anlamağa başlayır. 
Coğrafi  aləmdə  baş  verən  hadisələrin  sirlərini 
öyrənmək,  onlardan  öz  mənafeləri  üçün  istifadə  etməkdən 
ötrü çəkilən əzab və əziyyətlər nə qədər ağır olsa da bu yolda 
atılan hər bir addım qədim insanların məşğuliyyətində əsas 
rol oynamış və onların təbiətə qarşı, xüsusən onun kortəbii 
qüvvələrinə  qarşı  mübarizəsində  mühüm  vasitə  olmuşdur. 
Məhz  bu  mübarizə  prosesində  ulu  sakinlərimiz  təbiət 
qüvvələri  haqqında  biliklər  toplamış  və  bunun  sonralar, 
onların  formalaşmasında  mühüm  əhəmiyyəti  olmuşdur. 
Zaman keçdikcə qədim insanın əmək fəaliyyəti daha  geniş 
vüsət  almış  və  özünə  daimi  yaşayış  yerləri  axtarmağa 
başlamışdır.  Çünki  artıq  daimi  yaşayış  düşərgəsi  olmadan 
əmək  alətləri  hazırlamaq  və  ovçuluqla  məşğul  olmaq 
mümkün deyildi. 
13 


İNSANLIĞIN SƏHƏRİ - BƏŞƏRİN ULU 
DÜŞƏRGƏSİ 
İllər ötür, qərinələr keçirdi.  İbtidai sakinlər isə hələlik 
özlərinə daimi yaşayış yeri tapa bilmirdilər. Ona görə də ulu 
sakinlərimiz  daimi  yaşayış  məskəni  axtarmaq  və  tapmaq 
üçün  çox  fikirləşir,  götür-qoy  edirdilər.  İbtidai  insanlar  öz 
qüvvələrinə inanır və bilirdilər ki, birgə yaşasalar soyuqdan, 
yağışdan  qardan  özlərini  qoruya  biləcəklər.  Ona  görə  də 
birlikdə  əmək  alətləri  hazırladıqları,  birlikdə  ov  etdikləri 
kimi,  ortaya  çıxmış  bu  çətinliyi  də  aradan  qaldırmaq  üçün 
birlikdə  yaşayış  düşərgəsi  axtarmağa  başladılar.  Çünki  güc 
birlikdədir. Birlik olan yerdə həmişə dirlik olar, birlikdə olan 
işlər həmişə səmərəli nəticə verər. İnsanlığın ilk çağlarında 
ulu sakinlər çalışırdılar ki, elə yaşayış düşərgəsi tapsınlar ki, 
o həm işıqlı, həm quru və həm də çay kənarına yaxın olsun. 
Ona  görə  ki,  çay  kənarında  ulu  sakinlərin  yaşaması  üçün 
zəruri olan təbii ehtiyatlar - su, alət hazırlamaq üçün xammal 
və s. olduqca zəngin idi. Məhz bunun üçün ibtidai insanlar 
çay  vadilərinin  yaxınlıqlarında  yerləşən  mağaralara  və 
sığmacaqlara daha çox üstünlük verirdilər. 
İnsanlığın  ilk  çağlarında  Azərbaycanın  ulu  sakinləri 
daimi  yaşayış  məskəni  kimi  Araz  çayı  ərazisini  seçdilər. 
Çünki  Araz  vadisinin  sağ  və  sol  sahillərində  möhtəşəm 
dağlarla əhatə olunmuş mağaralar və təbii sığınacaq yerləri 
var idi. 
Araz  çayının  sağ  və  sol  sahilləri  olduqca  əzəmətli  və 
mənzərəli görünürdü. Çayın yaxınlığında olan meşələr insanı 
valeh edirdi. Çayın hər iki sahilində yerləşən təbii mağaralar 
və  qaya  sığınacaqları  diqqəti  cəlb  edirdi.  Qaya 
sığınacaqlarının  möhtəşəmliyi  diqqəti  cəlb  edirdi.  Qaya 
sığınacaqlarının möhtəşəm yerlərdə yerləşməsi, mağaraların 
çoxunun  giriş  yoluna  günəş  şüalarının  əlverişli  vəziyyətdə 
düşməsi burada ibtidai insanların ya 
14 


şaması  üçün  şərait  olduğunu  göstərirdi.  Lakin  əsas  vəzifə 
onlardan daha münasib olanlarını müəyyən etməkdən ibarət 
idi.  Nəhayət  uzun  axtarışlardan  sonra  ibtidai  insanlar 
özlərinə  daimi  yaşayış  düşərgəsi  axtarıb  tapa  bildilər.  Bu, 
Araz çayının sağ sahilində yerləşən, təbii surətdə əmələ gələn 
mağara  oldu.  O  vaxtdan  ulu  sakinlər  mağarada  yaşamağa 
başladılar.  Yeni  mağara  düşərgəsi  Araz  çayı  yaxınlığında 
yerləşdiyi  üçün  ona  Araz  düşərgəsi  adı  verildi.  Araz 
mağarasının  bir  neçə  salonu  var  idi.  Giriş  yolu  olduqca 
möhtəşəm idi və o da mağaranın salonlarına günəş şüasının 
yaxşı  düşməsinə  şərait  yaradırdı.  Düşərgənin  içərisi 
tamamilə  quru  olduğuna  görə  ibtidai  insanların  yaşaması 
üçün əlverişli idi. Araz mağarası olduqca əlverişli bir yerdə 
yerləşirdi.  Ətrafdakı  yaşıllıqlar,  sərin  sulu  bulaqlar, 
giləmeyvə  və  heyvanat  aləmi  ilə  zəngin  olan  meşəliklər 
diqqəti  cəlb  edirdi.  Araz  vadisinin  hər  tərəfi  mənzərəli  və 
əzəmətli görünürdü. 
Ulu  sakinlər  belə  ecazkar,  füsünkar  təbiətə  vurulur  və 
təbiətin  yaratdığı  möcüzələrə  heyran  olurdular.  Özlərinə 
daimi  yaşayış  düşərgəsi  tapdıqdan  sonra  ibtidai  insanlar 
gələcəkdə görəcəkləri işlər haqqında fikirləşməyə başladılar. 
Ulu  sakinlərimiz  çaydan  əmək  alətlərini  hazırlamaq  üçün 
əlverişli  və  keyfiyyətli  çay  daşlarını  seçib  düşərgəyə 
gətirməyə  başladılar.  Əmək  alətləri  hazırlamaq  üçün  Araz 
düşərgəsində əlverişli imkan var idi. 
Azərbaycanın  Araz  və  Quruçay  vadilərində  aparılan 
arxeoloji kəşfiyyat işləri nəticəsində məlum olmuşdur ki, ulu 
sakinlərimiz  burada  2-1,5  milyon  il  bundan  əvvəl 
məskunlaşmağa  başlamışlar.  Vadilərdə  aparılan  elmi 
axtarışlar  zamanı  ibtidai  sakinlərin  hazırladıqları  əmək 
alətləri tapılmışdır. Maraqlıdır ki, Araz çayının sol sahilində 
ovlanmış heyvanların sümükləri də aşkar olunmuşdur. Araz 
çayının  sol  sahilindəki  terraslarda.  Cəbrayıl  rayonunun 
ərazisində tapılmış sümüklər göstə 
15 


rir ki, ibtidai insanlar mağaralardan başqa açıq düşərgələrdə 
də yaşamışlar. 
Ulu  sakinlər  artıq  yeni  şəraitə  uyğun  olaraq  hərəkət 
etməli  və  daha  münasib  əmək  alətləri  hazırlamalı  idilər. 
Artmış  tələbatlarını  ödəmək  üçün  ovçuluqla  məşğul  olmalı 
idilər.  Bununla  əlaqədar  olaraq  qədim  insanlar  alət 
hazırlamaq  üçün  keyfiyyətli  çay  daşlarını  seçib  düşərgəyə 
gətirirdilər.  Lakin  kobud  çapma  alətləri  ibtidai  sakinlərin 
artmış  tələbatlarını  ödəyə  bilmirdi.  Qədim  insanların  ilk 
kobud  çapma  aləti  hazırlamalarından  və  ondan  istifadə 
etmələrindən artıq bir neçə minilliklər keçmişdi. Keçən vaxt 
ərzində  ibtidai  insanlar  təbii  hadisələr  haqqında  müəyyən 
məlumatlar  toplanmış  və  bir  qədər  də  inkişaf  etmişdilər. 
Əlbəttə, bu inkişaf ulu sakinlərin əmək alətlərində də özünü 
göstərməli  idi.  Daha  yüksək  keyfiyyətli  əmək  alətləri 
hazırlamaq  üçün  qədim  insanlar  çaydan  topladıqları 
daşlardan ayrı-ayrı qəlpələr qoparır, sonra isə həmin qəlpələr 
üzərində  işlək  hissə  hazırlayırdılar.  Əvvəlcə  bu  yolla 
hazırlanmış alətlər yararsız halda idi. Lakin ibtidai sakinlər 
bundan  nəticə  çıxararaq,  yeni  düzəldəcəkləri  aləti  daha 
möhkəm çay daşından hazırlamağı qərara almışdılar. Bunun 
üçün  onlar  yenidən  çay  kənarına  getmiş,  daşlara  diqqətlə 
nəzər  yetirmiş  və  alət  hazırlamaq  üçün  daha  yüksək 
keyfiyyətli  çaxmaq  daşlarını  seçib  düşərgəyə  gətirmişlər. 
Sonralar çaxmaq daşı ilə yanaşı Bazalt daşlarından da əmək 
alətləri hazırlamağa başlamışlar. 
Araz  çayının  sağ  sahilində  yerləşən  mağaraya  günəş 
şüaları olduqca yaxşı düşdüyünə görə ibtidai insanlar buranı 
Günəşli  düşərgəsi  adlandırmışdılar.  Günəşli  düşərgəsi 
təbiətin  olduqca  səfalı  bir  guşəsində  yerləşmişdi.  Qədim 
insan öz-özlüyündə fikrə gedir və düşünürdü: görəsən təbiət 
meşəlikləri,  dağları,  çayları,  mağaraları,  çəmənlikləri  necə 
yaradıb?  Bu  suallara  nə  qədər  fikirləşirdisə  də  cavab  tapa 
bilmirdi.  Lakin  ümidini  də  kəsmirdi.  Fikirləşirdi  ki,  vaxt 
gələcək, o hər 
16 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə