ki, Azıx mağarısının VI təbəqəsində aparılan arxeoloji
qazıntılar zamanı ilk dəfə olaraq mükəmməl işlənmiş əl
çapacaqları tapılmışdır. Əl çapacaqlarının meydana çıxması
ibtidai insanların həyatında mühüm rol oynamışdır. Bununla
əlaqədar olaraq ulu sakinlər ovçuluq təsərrüfatını daha da
inkişaf etdirməyə başlamışlar.
Azıx düşərgəsinin VI təbəqəsində aparılan arxeoloji
qazıntılar zamanı 2 mindən artıq daş məmulatı tapılmışdır.
Aşkar olunmuş daş məmulatı içərisində 526 ədəd əmək
alətləri qeydə alınmışdır. Daş məmulatının qalan hissəsini isə
istehsal tullantıları, nukleuslar və təbii çay daşları təşkil edir.
Qədim Aşel mədəniyyətinə aid təbəqədə tapılmış əmək
alətləri içərisində əl çapacaqları və qaşov tipli alətlər çoxluq
təşkil edir. Altıncı təbəqədə əmək alətləri ilə birlikdə istehsal
tullantılarının və nukleusların aşkar olunması qədim Aşel
dövründə düşərgədə qədim insanların əmək alətləri ha-
zniadıqlarmı göstərir. Məhz VI təbəqədə aşkar olunmuş
əmək alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən
onların qədim Aşel mədəniyyəti dövründə hazırladıqlarını
söyləmək olur.
Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən
olunmuşdur ki, bəşəriyyət tarixində qədim Aşel mədəniyyəti
650-450 min illər arasında mövcud olmuş 200 min ildən bir
qədər artıq davam etmişdir. Bu dövrdə əmək alətlərinin
təkmilləşməsi, yeni-yeni əmək alətlərinin meydana çıxması
başlanır. Bu qədim insanların həyat tərzinin inkişaf etməsini
göstərir. Azıx düşərgəsinin VI təbəqəsində aşkar olunmuş
əmək alətlərinin zənginliyi dediklərimizi bir daha təsdiq edir
(Şəkil 27- 32).
Azıx mağarasının VI təbəqəsində daş dövrü məmulatı
ilə birlikdə çoxlu ovlanmış heyvan sümükləri də tapılmışdır.
Tapılmış sümüklər əsasında təyin edilmiş heyvanat aləminin
növləri göstərir ki, qədim Aşel dövründə Azərbaycan
ərazisində soyuqlaşmaya doğru
43
dəyişikliklər baş vermişdir. Düşərgənin qədim Aşel
mədəniyyətinə aid olan fauna qalıqları Bakı söküntülərinin
yaranma dövrünə uyğun gəlir. Ona görə də Azıx mağarasının
VI təbəqəsi tədqiqatçıların əksəriyyəti tərəfindən mindel
buzlağı dövrünə aid edilir. Qeyd olunan fauna qalıqları ilə
yanaşı, qədim Aşel təbəqəsində tiras- pol kompleksi
nümunələrindən Şotenzak bizonu, Mer- ka kərgədanı və s.
fauna qalıqlarının aşkar olunması təbəqənin Bakı dövrünə
(mindeldən əvvəlki dövrə) aid olduğunu göstərir.
Alimləri uzun müddət qədim Aşel dövrü adamlarının
fiziki tipii düşündürmüş və bu sahədə elmi tədqiqat işləri
aparmışlar. Dünyanın müxtəlif ölkələri ərazisində aparılan
arxeoloji tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki,
qədim Aşel dövrü adamlarının fiziki tipli pitikantrop,
sinantrop və heydelberq adamından ibarət olmuşdur.
Pitikantrop ilk dəfə olaraq 1891-ci ildə hollandiyalı
həkim Dyuba tərəfindən Yava adasında tapılmışdır. Sonralar
Yava adasında aparılan arxeoloji qazıntılar zamanı
tipikantropun sümük qalıqları aşkara çıxarılmışdır. Elmi
araşdırmalar nəticəsində antropoloqlar müəyyən etmişlər ki,
pitikantropun boyu 160-170 sm, beyin tutumu isə 850-950
sm-"* olmuşdur.
İbtidai insan qalıqları içərisində sinantrop xüsusi maraq
doğurur. Sinantropun qalıqları 1927-ci ildə kanadalı alim
Devidson Bleyk tərəfindən Çinin Çjouka- udyan kəndində
tapılmışdır. Bu kənd Pekin şəhərindən 54 km cənub qərbdə
yerləşir. Arxeoloji qazıntılar zamanı tapılan qədim insan
çənəsi həmin yerin adı ilə sinantrop - Çin adamı
adlandırılmışdır.
1929-1930-
CLI
illərdə çinli alim Pey Ven-Çjun Çjo-
ukoudyan mağara düşərgəsində bir uşağın və 30-35 yaşlı
qadının kəllə sümüyünü tapmışdır.
Sinantrop fiziki inkişafına görə pitikantropa oxşasa da,
bir az ondan çox inkişaf etmişdir. Məlum olmuşdur
44
ki, sinantropun boyu 144-156 sm, beyin tutumu isə
1050-1200 sm^-ə qədər olmuşdur. Sinantroplar mağaralarda
yaşamış və ovçuluqla məşğul olmuşlar.
1907-ci
ildə Almaniyanın Heydelberq şəhəri
yaxınlığında, Mauer kəndi ərazisində qədim insanın alt
çənəsi aşkar olunmuşdur. Çənəyə tapıldığı yerin adı verilmiş
və Heydelberq adamı adlandırılmışdır.
Avropa üçün ən böyük elmi əhəmiyyətə malik arxeoloji
tapıntılar Fransanın Araqo mağaralarında aparılan
tədqiqatlar zamanı əldə olunmuşdur. Professor A.Lümley bu
düşərgələrdə zəngin əmək alətləri və qədim insanın çənə və
kəllə sümüklərini aşkar etmişdir. Araqo mağaralarından
tapılmış maddi mədəniyyət nümunələrinin əksəriyyəti qədim
Aşel mədəniyyətinə aiddir.
Azıx düşərgəsinin qədim Aşel təbəqəsində aparılan
elmi tədqiqatlar zamanı aşkar olunmuş fauna qalıqlarının
xüsusi elmi əhəmiyyəti vardır. Fauna qalıqları içərisində
ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. Sümük
məmulatının təyinatı əsasında qədim Aşel adamlarının
ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng
marallar tutmuşdur. Bu, eyni zamanda qədim Aşel dövründə
Quruçay dərəsinin meşəliklərində mağara ayıları və nəhəng
maralların mövcud olduğunu göstərir.
Qədim Aşel təbəqəsində aşkar olunmuş maddi
mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində qədim
insanların uzun müddət və daimi yaşadıqlarını söyləməyə
imkan verir.
Azıx qədim insan düşərgəsinin V təbəqəsində aparılan
arxeoloji tədqiqatlar zamanı orta Aşel mədəniyyətinə aid
maddi mədəniyyət nümunələri tapılmışdır. Bu, Azıxda
qədim Aşel dövrünün sonralar orta Aşel mədəniyyəti ilə əvəz
olunduğunu göstərir. Elmi araşdırmalar zamanı məlum
olmuşdur ki, orta Aşel mədəniyyəti 400
45
Dostları ilə paylaş: |