Kimyəvi və su-fiziki xassələrinə görə bu çöküntülər
(süxurlar) bitkilərin inkişafı üçün çox əlverişlidir. Əlverişli
iqlim şəraitində bu süxurlar üzərində yüksək münbitliyi
olan qara torpaqlar, həmçinin boz, şabalıdı, boz-meşə
torpaqları inkişaf tapmışdır.
Löss çöküntüləri ən çox Ukraynada, Orta Asiyada
yayılmışdır. Lössəbənzər gillicələr ən geniş miqyasda
Belorus Respublikasında, Rusiyanın qeyri-qaratorpaq
vilayətlərində, eləcə də Zaqafqaziyada (Azərbaycanda)
yayılmışdır.
Eol çöküntüləri. Küləyin akkumulyativ fəaliyyətinin
təsiri ilə əmələ gələn çöküntülərdir. Ən çox səhra və
yarımsəhralarda xüsusi relyef formaları - qum təpəcikləri,
düyünlər və barxanlar əmələ gətirir. Morfoloji cəhətdən
yaxşı çeşidləşmiş olması və xarakter dioqonal qatlılığı ilə
fərqlənir. Mexaniki tərkibcə əsasən 0,05-0,25mm olan
hissəciklər üstünlük təşkil edir. Mineraloji tərkibi
bircinslidir. Əsas üstünlük təşkil edən süxur kvarsdır.
Dəniz çöküntüləri. Dördüncü dövrdə dəfələrlə
müşahidə edilən dənizlərin sahil xəttinin dəyişməsi,
transqressiya və reqressiya hadisələri nəticəsində əmələ
gəlir. Dəniz çöküntüləri təbəqələşməsi, çeşidləşməsi və
duzların böyük akkumulyasiyası ilə fərqlənir. Ən çox
şimal dənizləri, Xəzərsahili ovalıq və başqa sahil
rayonlarında rast gəlir. Bəzi sahələrdə səthə çıxaraq bu
süxurlar şorlaşmış torpaqların əmələ gəlməsinə səbəb
olur.
Azərbaycan Respublikasının
ərazisində
torpaqəmələgətirən süxurlar çox rəngarəng və
müxtəlifdir. Demək olar ki, yuxarıda təsvir edilmiş bütün
torpaqəmələgətirən süxurlara respublikamızın ərazisində
rast gəlmək olur. Lakin bu süxurlar içərisində üstün yeri
çökmə və püskürmə xarakterli əsas süxurlar və onların
aşınma materialları təşkil edir. Əsas süxurlar
38
əhəngdaşları, mergelli əhəngdaşları, vulkanogen mənşəli
karbonatlı-gəcli süxurlar, qranodiorit və onların kobud
parçalanmış çınqıllı aşınma məhsullarından ibarətdir.
Çökmə xarakterli süxurlardan ən geniş yayılanı təbaşir
və yura yaşlı əhəngdaşları və onların mergellə qarışıq
növləridir.
Kür–Araz ovalığının ana süxurları Xəzər altından
çıxmış müasir dördüncü dövr əksərən şorlaşmış allüvial
çöküntülərdən ibarətdir.
2.3. Torpaq və torpaqəmələgətirən süxurların
qranulometrik (mexaniki) tərkibi və təsnifatı haqqında
anlayış
Torpaq və torpaqəmələgətirən süxurların bərk
fazası müxtəlif böyüklüyə malik hissəciklərdən ibarətdir
ki, bunlara mexaniki elementlər deyilir. Mənşəyinə görə
mineral, üzvi və üzvi–mineral hissəciklər fərqləndirilir.
Bunların diametri müxtəlif böyüklükdə - bir neçə
santimetrdən mikronlara və millimikronlara qədər dəyişir.
Ölçücə bir–birinə yaxın olan hissəciklərin bir qrupda
birləşməsinə mexniki hissəcik deyilir(şəkil 2.6 ).
Şəkil 2.6.Torpaqəmələgətirən süxurların mexaniki hissəciklərə
parçalanması
39
Torpağın müxtəlif irilikdə hissəciklərinin faizlə ifadə
olunan nisbi miqdarına onun mexaniki tərkibi deyilir.
N.A.Kaçinskiyə görə torpaq hissəcikləri beş qrupa
bölünür: daş (>3mm), çınqıl (3 – 1mm), qum (1 –
0,05mm), toz (0,05-0,001mm) və lil (<0,001mm). Bunlar
özləri də ölçülərinə görə yarımqruplara ayrılır. Daş və
qum hissəcikləri suyu yaxşı keçirir, lakin onu özündə pis
saxlayır. Toz isə əksinə suyu pis keçirir, lakin onu yaxşı
saxlayır. Bundan başqa narın hissəciklər (toz və lillər)
torpaq sularının kapilyarlarla yuxarı qaldırmağa
qabildirlər. Qeyd edək ki, ölçüsü müxtəlif olan mexaniki
elementlərin mineraloji tərkibi, suya və havaya
münasibəti də müxtəlifdir.
Torpağın mexaniki fraksiyalarını 2 böyük qrupa
bölürlər.
Adətən, hərgah hissəciklərin böyüklüyü 1mm-dən
artıqdırsa onu torpağın skelet hissəsi, 1mm-dən
kiçikdirsə narın hissəsi adlandırırlar.
Torpağın qranulometrik (mexaniki) tərkibini
təyin etmək üçün bir neçə təsniafat mövcuddur.
Bunlardan ən əsası torpaqda fiziki qumun və fiziki
gilin nisbətinə əsaslanan və ilk dəfə N.M.Sibirtsev
tərəfindən təklif olunan təsnifatdır. Hal–hazırda torpaq və
süxurun daha geniş yayılan mükəmməl təsnifatı
N.A.Kaçinski tərəfindən verilmişdir (cədvəl 2.2,2.3).
Kənd təsərrüfat praktikasında və aqronomiyada
mexaniki tərkibi yüngül və orta gillicəli olan torpaqların
daha əlverişli olması müəyyən edilmişdir. Çünki bu
torpaqlarda gil və qum fraksiyalarının nisbəti torpağın
qaz mübadiləsi və su rejimi üçün ən yaxşı şərait
yaradır, bu da orada kimyəvi və bioloji proseslərin sürətlə
inkişafını təmin edir, gillicəli hissəciklər kifayət qədər
olduğundan nisbətən asan becərilə bilir ki, bu da
aqroistehsalat cəhətdən çox qiymətlidir.
40
Cədvəl 2.2. N.A.Kaçiniskiyə görə torpağın mexaniki tərkib
elementləri
Fraksiyalar
Ölçüsü mm-lə
Daş
>3
Çınqıl
3-1
Qum: -iri
-orta
-xırda (narın)
1-0,5
0,5-0,25
0,025-0,05
Toz: -iri
-orta
-narın
0,5-0,01
0,01-0,005
0,05-0,001
Lil: -gilli (kobud)
-kolloid (narın)
-kolloid
0,001-0,0005
0,0005-0,0001
<0,0001
Fiziki gil
<0,01
Fiziki qum
>0,01
Cədvəl 2.3. Mexaniki tərkibə görə torpağın
təsnifatı(N.A.Kaçinskiyə görə, 1965)
Fizki gilin (< 0,01mm) miqdarı, %-lə
Mexaniki tərkibə
görə torpağın
müxtəsər adı
Podzol torpaq
əmələgəlmə
tipi
Bozqır
torpaq
əmələgəlmə
tipi
Şorakət və
şiddətli
şorakətvari
torpaqlar
0-5
0-5
0-5 Səpələnən qum
5-10
5-10
5-10 Bitişən (yapışqan
qum)
10-20
10-20
10-15 Qumsal
20-30
20-30
15-20 Yüngül gillicəli
30-40
30-45
20-30 Orta gillicəli
40-50
45-60
30-40 Ağır gillicəli
50-65
60-75
40-50 Yüngül gilli
65-80
75-85
50-65 Orta gilli
>80
>85
>65 Ağır gilli
III FƏSİL
41